ASAY

ASA2(Y)

f. dinc, rahat.

ASAR
ASAYİŞ
OBASTAN VİKİ
Asay
Asay — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir, lakin çarlar siyahısında olduğu dəqiqdir. Asay ondan əvvəlki hökmdarlar olan Mirhavan və ya Satoyun oğlu və ya kiçik qardaşı ola bilər. Vəliəhd şahzadə olduğu dövrə aid möhür Sasanilərin üslubunda hazırlanmışdır. Möhrün üzərində maral rəsmi var. Təqribən 405-415-ci illərdə çar olaraq hökm sürmüşdür. Khurshudyan E.Sh. Seal of Asay, Crown Prince of Aran. Commentationes Iranicae. Collection of Articles for the 90th Anniversary of Vladimir Aronovich Livshits.
Take Asay
Take Asay (浅井タケ, Asay Take, 5 aprel 1902, Otasu[d] – 30 aprel 1994, Sapporo) və ya Takonanna (aynu. タㇵコナンナ) – Saxalin aynucası dilini ana dili kimi danışan sonuncu şəxs. Take Asay 1902-ci ildə Saxalinin qərb sahilində yerləşən Otasu kəndində doğulmuşdur. Atasının adı Çikiyupi Yamada (aynu dilində Şupo), anasının adı Tetsuko (aynu dilində Tekakunkema) idi. Doğumundan qısa müddət sonra atası, 18 yaşında isə anası xəstəlikdən ölmüşdür. Gənc yaşında olarkən görmə qabiliyyətini itirmişdir. Valideynlərinin ölümündən sonra Otasunun 4 kilometr şimalında yerləşən Rayçişikada yaşayan qohumlarının yanına köçmüş və Saxalin aynucasını dilinin Rayçişika dialektində səlis danışa bilmişdir. Burada Masaru Asay ilə evlənmişdir. İkinci dünya müharibəsindən sonra Hokkaydoda yaşamağa başlamış, 1961-ci ildə əri ölmüşdür. 1974-cü ildə Hokkaydonun Monbetsu şəhərində yerləşən qocalar evində yaşamağa başlamışdır.
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı — SSRİ Ali Sovetinin 1 noyabr 1950-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı "Медаль «За отличную службу по охране общественного порядка»". Ордена и медали СССР. 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08 января 2008.
Petr Asayonak
Petr Asayonak (27 fevral 1993) — Belaruslu kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Belarusu təmsil edir. O, 2016 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Petr Asayonak dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Revaz Asayev
Revaz Asayev (oset. Асаты Никъалайы фырт Реуаз; 15 may 1923, Kutsaxta[d], Axmeta rayonu – 2007) — Sovet və Cənubi Osetiya şairi, publisist və tərcüməçi. Cənubi Osetiyanın Əməkdar Mədəniyyət İşçisi. 1921-ci ildə (digər mənbələrə görə 1923 -cü ildə) Gürcüstanın Kutsaxta kəndində kasıb bir kəndli ailəsində anadan olmuşdur. 1930-cu ildə valideynləri ilə birlikdə Cənubi Osetiyaya köçür və burada 1938-ci ildə bitirdiyi yeddi illik məktəbə daxil olur. Elə həmin il Stalinir Pedaqoji Məktəbə daxil olur. Tələbəlik illərində, ilk şeir əsərlərini 1938-ci ildə Cənubi Osetiyanın dövri mətbuat səhifələrində nəşr etdirir. Çap olunan ilk şeirini Stalinə həsr edir. 1941-ci ildə pedaqoji məktəbdə təhsilini başa vurur və Stalinir aeroklubunun pilot məktəbinə daxil olur. Cəbhəyə könüllü olaraq gedir.
Yezidxan asayişi
Yezidxan Asayişi (kürd. Asayîşa Êzîdxanê; mənası – "Yezidxan Təhlükəsizlik Qüvvələri") — PKK-ya bağlı Sincar Müqavimət Birliklərinin nəzarətində olan regionlarda polis qüvvələri. Bu qüvvələr yezidilərin təşkilatıdır və məqsədi azlığın hüquqlarını qorumaqdır. Onun Sincarda PKK-nın təlim keçdiyi polis təlim məntəqəsi var. Qüvvə İraq hökumətindən də rəsmi maliyyə yardımı alır. Yezidxan Asayişi rəsmi olaraq Sincar Müqavimət Birliklərinə tabe deyil və institusional güclərdən asılılığı azaltmağa çalışır. 2014-cü ilin avqustunda "Peşmərgə" qoşunlarının geri çəkilməsi nəticəsində "Peşmərgə"nin müdafiə xətlərini aşaraq yezidilərin yaşadığı ərazilərə keçən İŞİD yezidilərə soyqırımı törətmiş, buna görə də rəsmi güclərə inam azalmışdır. Yeni qurulan qüvvələrin məqsədi, yezidilərin ölkəyə geri qayıtmasını təmin etmək üçün PKK və Sincar Müqavimət Birliklərinin nəzarətində olan regionlarda təhlükəsizlik yaratmaqdır. Son zamanlar yezidilərin təxminən 90%-i hələ də Sincara qayıtmamışdırb. İraq Kürdüstanı bölgəsinin Kürdüstan Demokrat Partiyası (KDP) ilə gərginlik var, çünki KDP yenidən Sincar dağlarında hökmranlıq etmək istəyir.
Asayiş (Rojava)
Daxili Təhlükəsizlik Qüvvələri və ya Asayiş — Rojava muxtar regionlarının polis qüvvəsi. Suriyada vətəndaş müharibəsinin ilkin mərhələlərində formalaşan "Asayiş" ilk növbədə Kürd Ali Komitəsinin nəzarətində olan əraziləri polis üçün yaradılmışdı. 2013-cü ilin oktyabrında "Asayiş"in 4,000 üzvü olduğunu iddia edilmişdir. 2017-ci ilə qədər bu rəqəmin 15,000-dən çox olduğu bildirilir. "Asayiş" polisinin 15,000-ə yaxın şəxsi heyəti olduğunu iddia edilmişdir. Cəzirə regionunda 10,000, Əfrin regionunda 3,000 və Fərat regionunda 2,000 nəfərdir. Etnik cəhətdən kürdlər "Asayiş"də üstünlük təşkil edir, baxmayaraq ki, Cəzirə regionunda aktiv personalın yarısı ərəbdir, 300-ə yaxın türkman də əsasən Təl-Əbyəzdə hərbi xidmətə cəlb olunmuşdur. "Asayiş"in təxminən 30%-ni qadınlar təşkil edir. Qüvvə üzvlərinə aylıq 120 dollar maaş verilir. "Asayiş" üzvlərinə silahdan istifadə etməklə yanaşı, "vasitəçilik, etika, Kürdüstan tarixi, imperializm, xalq mədəniyyətinin apardığı psixoloji müharibə və təhsilin və özünütənqidin əhəmiyyəti" mövzusunda da təlimlər keçirilir.
"İctimai asayişin mükəmməl mühafizəsinə görə" medalı (Ermənistan)
"İctimai asayişin mükəmməl mühafizəsinə görə" medalı Ermənistan Respublikasının dövlət mükafatıdır. Medal aşağıdakı kriteryalara görə verilir: Qanunun və asayişin təşviqində nümayiş etdirilən cəsarət və ya fədakarlıq, İctimai asayişin qorunmasında nümayiş etdirilən cəsarət və ya fədakarlıq, Cinayətlə mübarizədə göstərilən cəsarət və ya fədakarlıq, Xidməti vəzifələrini yerinə yetirərkən cəsarət nümayiş etdirmiş, vətəndaşlıq borcunu yerinə yetirərkən şücaət göstərmiş, Xüsusi tapşırıqların nümunəvi yerinə yetirilməsinə görə. Medal döş qəfəsinin sol tərəfinə taxılır, əgər "Hərbi xidmətlərə görə" medalı varsa — ondan sonra Ermənistan prezidenti S. Sarkisyanın hakimiyyəti dövründə (9 aprel 2008-ci ildən) 2-si ölümündən sonra olmaqla 65 nəfər medala layiq görülüb.
Asayiş (Kürdüstan Regionu)
Asayiş (kürd. Asayîş, hərf. təhlükəsizlik) — İraq Kürdüstanında təhlükəsizlik təşkilatı və regionda fəaliyyət göstərən əsas kəşfiyyat orqanı. Təşkilat 1993-cü ilin sentyabrında təsis edilmişdir. Bu, adətən "kəşfiyyat orqanı", "təhlükəsizlik qüvvəsi", "təhlükəsizlik xidməti", "təhlükəsizlik", "gizli xidmət", "məxfi polis" və ya sadəcə "kürd polisi" adlanır. "Asayiş" İraqın Kürdüstan regionunda fəaliyyət göstərən istintaq silahları və kəşfiyyat toplayıcıları "Parastin u Zanyari" ilə koordinasiya edir və məlumatları paylaşır. Qurum Kürdüstan Parlamentinin və Kürdüstan Regional Hökumətinin komandanlığı altında fəaliyyət göstərir.
“İctimai asayişin mükəmməl mühafizəsinə görə” medalı (Ermənistan)
"İctimai asayişin mükəmməl mühafizəsinə görə" medalı Ermənistan Respublikasının dövlət mükafatıdır. Medal aşağıdakı kriteryalara görə verilir: Qanunun və asayişin təşviqində nümayiş etdirilən cəsarət və ya fədakarlıq, İctimai asayişin qorunmasında nümayiş etdirilən cəsarət və ya fədakarlıq, Cinayətlə mübarizədə göstərilən cəsarət və ya fədakarlıq, Xidməti vəzifələrini yerinə yetirərkən cəsarət nümayiş etdirmiş, vətəndaşlıq borcunu yerinə yetirərkən şücaət göstərmiş, Xüsusi tapşırıqların nümunəvi yerinə yetirilməsinə görə. Medal döş qəfəsinin sol tərəfinə taxılır, əgər "Hərbi xidmətlərə görə" medalı varsa — ondan sonra Ermənistan prezidenti S. Sarkisyanın hakimiyyəti dövründə (9 aprel 2008-ci ildən) 2-si ölümündən sonra olmaqla 65 nəfər medala layiq görülüb.