AVESTA
AYAN
OBASTAN VİKİ
Aya
Aya (ilahə) — Akkad mifologiyasında işıq ilahəsi, günəş ilahı Şamaşın həyat yoldaşı. Aya (ad) — ad.
Aya-Napa
Aya-Napa və ya Ayiya-Napa (yun. Αγία Νάπα, türk. Ayia Napa) — Kiprdə kurort. Protarasdan 8 kilometr aralıda yerləşir. Aya-Napa adı şəhərin mərkəzində venesiyalılar tərəfindən qurulan eyniadlı monastırdan gəlir. "Aya" (Agia) sözü yunanca "müqəddəs" deməkdir, "napa" sözü isə arxaikdir və "ağac xiyabanı" deməkdir. Qədim zamanlarda ərazidə sıx meşələr var idi Bu ərazidə Bizans dövründən bəri yaşayış məskəni mövcuddur. Monastırın əsası XIV əsrdə qoyulmuşdur. Aya-Napa Kiprin şərqində, Famaqustanın cənubunda, Qreko burnu yaxınlığında yerləşir və Kokkinokoriya kimi tanınan daha böyük bir ərazinin bir hissəsini təşkil edir. Şəhər Famaqusta rayonunun bir hissəsidir.
Aya (ad)
Aya — ad. Aya Miyama — keçmiş Yaponiya qadın futbolçusu. Aya Sameşima — Yaponiya qadın futbolçusu. Aya Şimokozuru — keçmiş Yaponiya qadın futbolçusu.
Aya (ilahə)
Aya və ya A-a (šè-ri5-da, dšè-NIR-da) — Akkad mifologiyasında işıq ilahəsi, günəş ilahı Şamaşın həyat yoldaşı. Akkadlıların Mesopotamiyaya köçü zamanı Aya Şumer günəş ilahəsi Şerida ilə eyniləşmişdir. Aya sami xalqları arasında tanınmış bir personaj idi. Onun adı Uqarit ilahları siyahısındadır, həmçinin Bibliyada şəxsi adlar və şəhər adları kimi istifadə olunurdu. Ayanın əsas ibadət şəhərləri Sippar və Larsa idi.
Aya (mahnı)
Aya Koda
Aya Koda (幸田文, Koda Aya, 1 sentyabr 1904, Tokio[d] – 31 oktyabr 1990, İşioka[d], İbaraki prefekturası) – Yaponiya yazıçısı. O, feminist əsərləri ilə tanınmışdır. Yazıçı Rohan Kodanın qızıdır. Aya Koda 1 sentyabr 1904-cü ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Yaponiyanın tanınmış yazıçılarından biri olan Rohan Kodanın ikinci qızı olmuşdur. Aya ədəbi karyerasına 43 yaşında atası haqqında məqalələr yazaraq başlamışdır. 1947-ci ildə yazdığı "Son anlar" onun belə əsərlərindən biri olmuşdur. Koda 1940 və 1950-ci illərdə avtobioqrafik esselər yazmışdır. 1954-cü ildə yazdığı "Qara kimono" əsərinə görə Yomiuri mükafatına layiq görülmüşdür. Ədəbi uğur qazanmasına baxmayaraq bir neçə ay yazıçılığa fasilə verərək geyşa evində xidmətçi kimi işləmişdir.
Aya Miyama
Aya Miyama (d. 28 yanvar 1985) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 162 oyun keçirib, 38 qol vurub.
Aya Sameşima
Aya Sameşima (d. 16 iyun 1987) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 103 oyun keçirib, 5 qol vurub.
Aya Sofiya
Ayasofiya (türk. Ayasofya) və ya Ayasofya Böyük Məscidi (türk. Ayasofya-i Kebir Camii), keçmişdə — Müqəddəs Sofiya məbədi (yun. Αγία Σοφία) — Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscidə çevrilən məbəd. Qısa müddət muzey kimi istifadə olunub. 2020-ci il 11 iyul tarixindən yenidən məscid kimi fəaliyyət göstərir. Bizans dövrünə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin" simvoludur. 1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Aya Sofya Bizansa şahidlik edib, Osmanlı dövrünün möhtəşəm və tarixi abidələrindən biri olaraq il boyunca bütün ölkələrdən gələn turistlər tərəfindən ziyarət edilir. Zamana meydan oxuyan nəhəng ölçüdə, iqlim şərtləri, zəlzələlər kimi təsirlərlə yaranan aşınmaların günümüzdə çox incə və ehtiyatlı halda aparılan bərpa işləri ilə aradan qaldırılmasına çalışılır. İnşasına 532-ci ildə başlanan Aya Sofyanın tikintisi üçün Efesdəki Diana məbədindən qırmızı porfir sütunlardan səkkiz ədəd gətirilib istifadə olunmuş, dünyanın məşhur mərmər mədənlərindən də bura materiallar daşınmışdır.
Aya Sofya

Aya səyahət
Aya səyahət (film, 1902)
Aya Şimokozuru
Aya Şimokozuru (d. 7 iyun 1982) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 28 oyun keçirib.
Aya-kaka döyüşü
Aya-kaka döyüşü — 24 avqust 1919-cu ildə Aya-Kaka dərəsində, Ayalakab kəndinin yaxınlığında Dargin üsyançılarının Polkovnik Lavrovun başçılıq etdiyi Denikinçilər dəstəsi ilə döyüşü. Yatırılan Dağıstandakı iyul qiyamından sonra, Denikinçilər yerli əhalini soymağa başlayır. xalq bundan bərk qəzəblənir və əlverişli bir an gözləyir. Denikiçilər insanlardan bütün silahlarını yerə qoymasını tələb edir, lakin insanlar köhnə və yararsız silahlardan əl çəkmir. İnsanlar silahların gizlədilməsi üçün son tarixdən məharətlə istifadə edir. Bunu anlayan denikinçilər, müddətin bitməsini gözləmədən axtarışa başlayır. Ancaq bu erkən axtarış heç bir nəticə vermir. Denikinçilər zinət əşyalarını, gümüş sikkələri və gümüş əşyaları götürür. Bütün bunlar dağlıları silahlı müqavimətə sövq edir. Ağ Kazaklar cəmiyyətə hər cür vergi tətbiq edir, üstəlik vergilərin ödənilməsi üçün 2–3 saat müddət verir.
Aya (Türk mifologiyası)
Aya İrini Kilsəsi
Aya İrini ya da Müqəddəs İrini (Yunanca: Ναός της Αγίας Ειρήνης İlahi Sülh və ya Müqəddəs Sülh) İstanbulda, Topqapı sarayının birinci həyətində, Aya Sofya ilə yaxın və müasir olan tarixi bir muzeydir. İstanbulda məscidə çevrilməyən ən böyük Bizans kilsəsidir. Qədim mənbələrə görə, IV əsrin əvvəllərində, I Konstantin (324–337) dövründə, Roma dövrünün Artemis, Afrodita və Apollon ibadətgahlarının qalıqlarından istifadə edilərək tikilmişdir. Ayasofya ilə eyni həyət divarında yerləşən Aya İrini, 532-ci ildə Nika üsyanı zamanı Sempson Zenonla birlikdə yandırılmışdır. İmperator I Yustinian, Ayasofyanın yanındakı Aya İrinini də yenidən qurdu. İnşaat 532-ci ildə başlasa da, tam başa çatma tarixi məlum deyil. VIII və IX əsrlərdə baş verən şiddətli zəlzələlər binaya ciddi ziyan vurdu. Bizanslıların patriarxlıq kilsəsi adlandırdığı Aya İrini, İstanbulun fəthindən sonra Topqapı Sarayı ətrafındakı Sur-ı Sultani daxilində qaldı, bu səbəbdən məscidə çevrilmədiyi üçün əhəmiyyətli bir memarlıq dəyişikliyi olmadı. Əvvəlcə daxili sursat, daha sonra Müharibə Nazirliyinin silah anbarı kimi istifadə edilmişdir. Türkiyənin ilk muzey işləri Aya İrinidə başlamışdır.
Çinin Aya ekspedisiyaları
Çinin Aya ekspedisiya proqramı — Çin Milli Kosmos Administriyasının idarəçiliyində Aya edilən robotlaşdırılmış ekspedisiyalardır. Chang'e 1 gəmisinin fəaliyyəti 24 oktyabr 2007-ci ildə, Chang'e 2 gəmisinin fəaliyyəti isə 1 oktyabr 2010-cu ildə başladılıb. Chang'e 3 gəmisi 1 dekabr 2013-cü ildə fəaliyyətə başladı və 14 dekabr 2013-cü ildə Aya endi. Çinin Aya missiyalarının insanın Aya göndərilməsinə hazırlığı olaraq hesab edilir. Belə bir səyahət 2025–2030-cu illərdə baş verə bilər.
Çinin Aya ekspedisiyası

Aya Dimitri kilsəsi
Aya Dimitri kilsəsi — Bizans dövrünə aid kilsə. Şəhərin qoruyucusu olan Selanikli Müqəddəs Demetriyə həsr edilmişdir. Erkən Xristianlıq dövrünə aid əhəmiyyətli bir abidə olan bina 1491-1912-ci illər arasında məscid kimi fəaliyyət göstərmişdir. 1917-ci ildə yandıqdan sonra yenidən qurulan və 1949-cu ildə ibadət üçün açılan kilsənin zirzəmisi muzeyə çevrilib. Bina 1988-ci ildən YUNESKO-nun Dünya İrs Siyahısındadır. Kilsənin zirzəmisi muzey kimi nəzərdə tutulub. V əsrdə eyni yerdə tikilmiş kilsənin xarabalıqları, kilsənin tarixinə aid sənədlər, VII əsrdə yanğından sonra tikilmiş binanın heykəlləri, məscid olduğu dövrlərdəki kitabəsi, bərpasına dair sənədlər muzeydə nümayiş etdirilir.
Aya (Assassin's Creed)
İsgəndəriyyəli Aya (misir , ing. Aya of Alexandria; e.ə. 78, İsgəndəriyyə, Qədim Misir (Ptolemeylər) – ???)) — "Assassin's Creed Origins" videooyununun üç protaqanistindən biri, Sivalı Bayekin arvadı, "Gizli Olanlar"ın qurucularından biri, Misir-Yunanıstan əsilli döyüşçü, Kleopatranın şəxsi cəsusu, assasin. E.ə. 44-cü ildə Aya keçmiş şəxsiyyətini silir və Amunet adını alır. İsgəndəriyyə şəhərində bir zadəgan ailəsində anadan olan Aya əri ilə təşkilatı qurduqdan sonra, "Roma qardaşlığı"nın ilk müəllimi olmuşdur. Övladının ölümündən sonra İsgəndəriyyə geri qayıdan Aya xalası oğlu olan Gənc Fanosun köməyi ilə Kleopatra ilə tanış olur və daha sonra, onun şəxsi cəsusu olur. "Qədimlər Ordeni"nin bütün üzvlərini öldürəndən sonra, o, "Misir qardaşlığı"nın qurucu üzvlərin biri olur, ancaq daha sonra, Kleopatra ilə Roma şəhərinə gedir. Aya orada "Roma qardaşlığı"nı quru və Avropanın ilk assasin müəllimi olur. Aya "Origins"də Aliks Uilton Reqan tərəfindən səsləndirilir.
Aya səyahət (film,1902)
Aya səyahət (fr. Le Voyage dans la Lune) — Jorj Melyesin rejissoru və ssenaristi olduğu 1902-ci il istehsalı Fransız filmidir. Film Jül Vernin eyniadlı əsərindən ilhamlanılıb.Film beynəlxalq səviyyədə, xüsusən də Amerika Birləşmiş Ştatlarında uğur qazandı. Onun qeyri-adi uzunluğu, qeyri-adi dəstlər, innovativ xüsusi effektlər və hekayə danışmağa diqqəti digər kinorejissorlara və nəhayət, bütövlükdə povest kinosunun inkişafına nəzərəçarpacaq dərəcədə təsir etdi. Alimlər filmin patafizik və antiimperialist satiradan geniş istifadə olunmasını, həmçinin onun sonrakı kinorejissorlara geniş təsirini və fransız teatr məktəbi daxilində bədii əhəmiyyətini qeyd ediblər.Melies kino sənayesini tərk etdikdən sonra film unudulsa da, 1930-cu illərdə Meliesin kino tarixindəki əhəmiyyəti kinosevərlər və tənqidçilər tərəfindən tanınmağa başlayandan sonra yenidən geniş müzakirə olundu. Filmin əl ilə çəkilmiş orijinal surəti 1993-cü ildə aşkar edilib və 2011-ci ildə bərpa edilib. Melesiya idarə etdiyi yüzlərlə film arasında Aya Səyahət ən məşhuru olaraq qalır və mərminin Ayın gözünə düşdüyü an kinematoqrafiya tarixində ən simvolik və tez-tez istinad edilən kadrlardan biri olaraq qalır. Kino tarixində ilk elmi fantastika filmi və eyni zamanda tarixin ən təsirli filmlərindən biri hesab olunur.

Çinin Aya ekspedisiya proqramı
Çinin Aya ekspedisiya proqramı — Çin Milli Kosmos Administriyasının idarəçiliyində Aya edilən robotlaşdırılmış ekspedisiyalardır. Chang'e 1 gəmisinin fəaliyyəti 24 oktyabr 2007-ci ildə, Chang'e 2 gəmisinin fəaliyyəti isə 1 oktyabr 2010-cu ildə başladılıb. Chang'e 3 gəmisi 1 dekabr 2013-cü ildə fəaliyyətə başladı və 14 dekabr 2013-cü ildə Aya endi. Çinin Aya missiyalarının insanın Aya göndərilməsinə hazırlığı olaraq hesab edilir. Belə bir səyahət 2025–2030-cu illərdə baş verə bilər.
Aya Nikola (İnəgöl təkfuru)
Aya Nikola və yaxud Agios Nikolayos (yun. Άγιος Νικόλαος; XIII əsr – 1299) — İnəgöl Təkfuru. 1278-ci ildə II Andronik tərəfindən Təkfur olaraq İnəgölə göndərilmişdir. Onun Qayı tayfası və xüsusilə də Ərtoğrul Qazi ilə yaxşı əlaqələri mövcud idi. Ərtoğrul Qazinin ölümündən sonra Dündar bəylə Osman Qazi arasında baş vermiş olan bəylik üstündəki münaqişədən istifadə edərək türkmən xalqının ərazilərinə soxularaq torpaq əldə etmək istəmişdir. 1283-cü ildə Osman bəyin ordusu ilə İnəgölə gəldiyi xəbərini alan Aya Nikola, Osman bəyin hücumuna pusqu ilə cavab vermişdir. İlk döyüşünü Osman bəylə Ermənibəli ərazisində aparmışdır. Bu döyüşdə Saru Batu Savcı bəyin oğlu 15 yaşlı Bayhoca şəhid olmuş və Bizans ordusu məğlub edilmişdir. 1284-cü ildə Osman bəy Qulucahisar qalasının daxilində olan casuslarının vasitəsilə gecə basqını həyata keçirdərək Qulucahisar qalasını ələ keçirmişdir. Qulucahisar qalasının tutulması xəbərini alan Nikola Konstantinopoldakı imperator II Andronikdən 300 nəfərlik Bizans süvari dəstəsi istəmişdir.
İsgəndəriyyəli Aya (Assassin's Creed)
İsgəndəriyyəli Aya (misir , ing. Aya of Alexandria; e.ə. 78, İsgəndəriyyə, Qədim Misir (Ptolemeylər) – ???)) — "Assassin's Creed Origins" videooyununun üç protaqanistindən biri, Sivalı Bayekin arvadı, "Gizli Olanlar"ın qurucularından biri, Misir-Yunanıstan əsilli döyüşçü, Kleopatranın şəxsi cəsusu, assasin. E.ə. 44-cü ildə Aya keçmiş şəxsiyyətini silir və Amunet adını alır. İsgəndəriyyə şəhərində bir zadəgan ailəsində anadan olan Aya əri ilə təşkilatı qurduqdan sonra, "Roma qardaşlığı"nın ilk müəllimi olmuşdur. Övladının ölümündən sonra İsgəndəriyyə geri qayıdan Aya xalası oğlu olan Gənc Fanosun köməyi ilə Kleopatra ilə tanış olur və daha sonra, onun şəxsi cəsusu olur. "Qədimlər Ordeni"nin bütün üzvlərini öldürəndən sonra, o, "Misir qardaşlığı"nın qurucu üzvlərin biri olur, ancaq daha sonra, Kleopatra ilə Roma şəhərinə gedir. Aya orada "Roma qardaşlığı"nı quru və Avropanın ilk assasin müəllimi olur. Aya "Origins"də Aliks Uilton Reqan tərəfindən səsləndirilir.
Cökətəy Ayağı
Cökətəy Ayağı (qaraç.-balk. Джёгетей Аягъы, Cögetey Ayağı) — Rusiyanın Qaraçay-Çərkəz Respublikasında şəhər. ŞəhərQafqaz dağlarının ətəyində Kuban çayının sahilində yerləşir. Əhalisi 2010-cu ilin məlumatına görə 30,566 nəfərdir.
Daban (ayaqqabı)
Baxmayaraq ki, hündür daban (dikdaban) ayaqqabılarını, adətən, qadınlar istifadə edir, lakin bəzi məkanlar və yerlər var ki, kişilər də geyinir. Kişilərin hündür daban ayaqqabı geyinməsi adəti Monqolustandan gəlib. Onlar atın belində hərəkət edərkən ayaqlarının sürüşüb üzəngidən (atın yəhəri) çıxmaması üçün hündür daban ayaqqabı geyinərmişlər. Misir qəssabları ayaqlarının kəsilən heyvanların içalatına dolaşmaması üçün hündür daban ayaqqabı geyinərdilər. Qədim Misirdə fironlar və zadəganlar səlahiyyətlərini və qüdrətini göstərmək məqsədilə mərasimlərdə hündür daban geyinirdilər. Qədim Yunanıstanda Dram Teatrında tragediya rolunu oynayan aktyor digər aktyorlardan fərqlənmək üçün platformalı çəkmə geyinərdi. Romada həm kişilər, həm qadınlar ayaqlarının küçədə gəzərkən palçığa və ya zibilə batmaması üçün kohtörn (cothurn) (altı hündür ayaqqabı) və ya hündür səndəl geyinərdilər. Yaponiyada bu ayaqqabıların adı getadı və eyni şəraitə əsaslanaraq bugünkü günlərdə də istifadə olunur. XIX əsrdə Amerikada kovboy ayaqqabılarının inkişafına başlandı və indiyədək Birləşmiş Ştatların bəzi yerlərində yenə də məşhurdur. Onun funksiyası da atlının ayaqlarının yəhərdən sürüşməməsi üçündür.
Daban (ayaqqabıda)

Dunay sahilindəki ayaqqabılar
Dunay sahilindəki ayaqqabılar və ya Dunay Ayaqqabıları (mac. Cipők a Duna-parton) — Macarıstanın paytaxtı Budapeştdə ucaldılan bir Holokost xatirəsidir. II Dünya müharibəsi zamanı Oxlu Xaç Partiyası izlədiyi siyasətlər nəticəsində ölən Yahudilər xatirəsinə Dunay çayının qərb tərəfinə yerləsdirilmək üzrə, rejissor Can Toqay ilə heykəltaraş Gyula Pauer tərəfindən hazırlanmış və 16 aprel tarixində açılmışdır. Budapeştdə yəhudilərin kütləvi icraatı II Dünya müharibəsi sonunda, 1944 -1945-ci illərin əvvəllərində Macarıstan Nazi Partiyasının "Çapraz Oklar" üzvləri tərəfindən həyata keçirildi. Məzarda qalmamaq üçün, faşistlər qurbanları çay sahilində vurdular. Yəhudilər Tuna yamacına yük maşını ilə gətirdilər, ayaqqabılarını çıxarmaq və bilinməyən bir istiqamətdə barjalardan götürülməyə əmr etdi. Rəfaət ayaqqabısı ayaqqabılarında satılan və ya Naziler tərəfindən öz ehtiyacları üçün istifadə edildi. Atılan adam sayı minlərlə oldu. Qurbanların tam sayı bilinmir - sular cəsədləri uzaqlaşdırdı. Budapeşt gettosu 1945-ci il yanvarın 18-də Sovet qoşunları tərəfindən azad edildi.
Eduard Ayanyan (hərbçi)
Eduard Melikoviç Ayanyan (erm. Էդուարդ Մելիքի Այանյան; rus. Эдуа́рд Ме́ликович Аяня́н; 25 mart 1919, Çaykənd, Gəncə quberniyası – 26 fevral 1994, Moskva) — SSRİ hərbçisi, Sovet İttifaqı Qəhrəmanı, fizika-riyaziyyat elmləri namizədi. Eduard Melikoviç Ayanyan 24 mart 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti ərazisində, indiki Göygöl rayonunun Çaykənd kəndində anadan olmuşdur. Erməni əsillidir. 1941-ci ildən Sovet Ordusunda xidmət etməyə başlamışdır. İkinci Dünya müharibəsində əvvəlcə zenit artilleriyası vzvoduna, sorra isə batareyasına komandirlik etmişdir. Baş leytenant Ayanyan Stalinqrad, Kursk, Xarkov, Kiyev və Budapeşt uğrunda döyüşlərində iştirak etmişdir. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. 1953-cü ildən SSRİ Elmlər Akademiyası Mexanika Problemləri İnstitutunda elmi işçi olmuşdur.
Hacı Ayaz xan Qaşqayın səyahətnaməsi (kitab)
Bu kitab Qaşqay xanlarından Hacı Ayaz xan tərəfindən yazılmışdır. Bu səyahatnamə İslamın müqəddəs yerlərini ziyarət etmək üçün İran, Səudiyyə Ərəbistanı və İraqda olarkən qələmə alınmışdır. Ziyarət 1922-ci ilin dekabr ayından aprelədək baş verib. Kitabda bir fəsil Qacarlar sülaləsindən sonuncu İran şahı Sultan Əhməd şah Qacarın hakimiyyətinin axırlarından bəhs edir. Həmin dönəmdə baş verən hadisələr Qaşqay xanının qələmi ilə hərtərəfli təsvir olunur. Hacı Ayaz xan olduğu şəhərləri, müqəddəs yerləri və həmin yerlərin həyat tərzini aydın şəkildə, gözəl boyalarla təsvir etmişdir. Onun kitabında iqtisadi məsələlər də təhlil olunur. Gəzdiyi yurdların sosial problemlərinə işıq tutan Qaşqay xanı İranı İraq, Səudiyyə Ərəbistanı, Yəmən və qonşu ölkələrlə müqayisə edir, düzgün nəticələr çıxarır.
His dəstəsinin sağ ayaqcığınıın blokadası
His dəstəsinin sağ ayaqcığınıın blokadası (ing. right bundle branch block) tibbdə ürəyin keçiricilik sistemində baş verən pozğunluq olub, Elektrokardioqrafiya müşahidəsində öz əksini tapmış olur. Bu patoloji hal heç bir şikayətə səbəb olmasa da, amma hər hansı bir sağ mədəciyin disfunksiyasına səbəb ola bilir. Bu patoloji hala səbəb ürək əzələsinin qan təchizatıının pozulması — işemiya, iltihabı — miokardit, bəzən də zəhərlənmə, sağ mədəciyin həddən ziyadə yüklənməsi halları ola bilər. Bu hal elə bir xüsusi müalicə tələb etmir, amma onu üzə çıxara bilən səbəblərə qarşı müalicə labüddür.
His dəstəsinin sol ayaqcığınıın blokadası
His dəstəsinin sol ayaqcığınıın blokadası (ing. left bundle branch block) tibbdə ürəyin keçiricilik sistemində baş verən pozğunluq olub, Elektrokardioqrafiya müşahidəsində öz əksini tapmış olur. Bu patoloji hal çox vaxt heç bir şikayətə səbəb olmasa da, amma hər hansı bir sol mədəciyin disfunksiyasına səbəb ola bilir. Bu patoloji hala səbəb ürək əzələsinin qan təchizatıının pozulması — işemiya, iltihabı — miokardit, bəzən də zəhərlənmə, sol mədəciyin həddən ziyadə yüklənməsi halları ola bilər. Bu hal bəzən elə bir xüsusi müalicə tələb etmir, amma onu üzə çıxara bilən səbəblərə qarşı müalicə labüddür.
Kaan Ayar
Kaliforniya ayaqsız kərtənkələsi
Anniella pulchra (lat. Anniella pulchra) — ayaqsız kərtənkələlər fəsiləsinin ayaqsız kərtənkələ cinsinə aid heyvan növü.
Kiçik Ayaks
Kiçik Ayaks (q.yun. Αἴᾱς, daha dəqiq Eant Oilid) — qədim yunan qəhrəmanı, lokrlar padşahı Oiley və nimfa Renanın oğlu. Boy və güc baxımından Troya müharibəsinin digər iştirakçısı Ayaks Telamoniddən (Böyük Ayaks) aşağı olduğu üçün Kiçik Ayaks ləqəbini aldı. İliadanın əhəmiyyətli qəhrəmanlarından biridir və adı Odisseydə çəkilir. "İliada" əsərində hər iki Ayaks (Telamonid və Oilid) tez-tez yan-yana döyüşürlər. Çox ehtimal ki, əvvəlcə hər iki Ayaks bir bütöv mifoloji obrazı yaradırdılar, hansı ki sonradan müəyyən bir dəyişikliyə məruz qaldı (başqa bir fərziyyəyə görə, Eant Oilid əvvəlcə Axillesin bənzəri idi). O, Yelenanın adaxlısı idi. Troya müharibəsi zamanı Lokridadan (Mərkəzi Yunanıstan) gələn yığma qoşunun başçısı idi. Troyaya qarşı 40 gəmi gətirmişdir (və ya 20). Homerə görə, yunan ordusunda Ayaks Oilid ən cəsur qəhrəmanlardan biri və bacarıqlı nizə atan sayılırdı və sürətinə görə yalnız itiayaq Axillesdən geri qalırdı.
Luis Ayala
Luis Ayala (XX əsr) Luis Ayala 1989-cu ildən Sosialist İnternasionalının Baş Katibi vəzifəsində çalışan və ən son 2017-ci ilin martında yenidən seçilən çilili siyasətçidir. 1973–1975-ci illərdə Ayala Sosialist Gənclərinin Beynəlxalq İttifaqının prezidenti olub. Çili vətəndaşlığı olan Luis Ayala Sosialist İnternasionalın 1989-cu ildə Stokholmda keçirilən XVIII beynəlxalq qurultayında sözügedən təşkilatın baş katibi seçilən ilk qeyri-avropalı olub. Çili Universitetində hüquq üzrə, Stokholm Universitetində isə siyasi elmlər üzrə dərəcələrə yiyələnmişdir. İngilis, ispan, fransız və isveç dillərini bilir.
Miconia ayacuchensis
Miconia ayacuchensis (lat. Miconia ayacuchensis) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Narahat ayaqlar sindromu
Narahat ayaqlar sindromu — yuxu ya da istirahət zamanı (oturarkən və ya yatarkən) ayaqlarda hiss edilən rahatsızlıq, uyuşma bəzən də tam olaraq ifadə olunmayan bir hissdir. Bu xoş olmuyan hissə görə insan ayaqlarını hərəkət etdirir ki bu zaman da əlamətlər aradan qalxır. İdiopatik və simptomatik olaraq iki qrupa bölünür. 1-Ayaqlarda xoş olmayan və rahatsızlıq verici hiss ilə birlikdə olan hərəkət etmə istəyi (bəzən xoş olmayan hiss olmaya bilər və ya bəzən ayaqlardan əlavə olaraq qollar və ya digər bədən bölgələrində də olabilir) 2-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss, hərəkətsizlik və ya istirahat zamanı, yatma ve oturma zamanı artır. 3-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss harəkətlə qismən və ya tamamən rahatlar və ən azından hərəkət davam etdiyi müddətdə azalır. 4-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss axşam və ya gecə ortaya çıxar və ya gündüzlə müqayidədə artar. Simptomatik Narahat ayaqlar sindromu uremiya, neyropatiya və dəmir çatışmazlığı anemiyası zamanı çox müşahidə olunmaqla yanaşı, nadir olaraq revmatoid artrit, diabetus mellitus, hiper ve hipotiroizm, xronik ağciyər xəstəlikləri, leykoz, Isaacs sindromu zamanı rast gəlinir. Tourette sindromu və uşaqlarda diqqət pozulmalı hiperaktivlik sındromu ilə Narahat ayaqlar sindromunun birlikdə müşahidə olunması bildirilmişdir. Narahat ayaqlar sindromu nədir ?
Pinus ayacahuite
Pinus ayacahuite (lat. Pinus ayacahuite) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Qara Ayaq (Şot)
Qara Ayaq (fars. قره اياق‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Qara ayaqca
Qara ayaqca ya da Qara aya dili və Siksikaca (yerli dildə: Siksiká ᓱᖽᐧᖿ; ingiliscə: Blackfoot, Siksika) — dörd ləhcəsindən üçü (Kainai, Şimali Piegancası, Cənubi Piegancası) Kanada Albertada, biri Amerika Birləşmiş Ştatlarında Montana ştatının şimal-qərbində Qara ayaqlar tərəfindən danışılan Algonkin dilləri ailəsinin Düzənlik Algonkin dillər qrupundan bir hindu dilidir. 2001-ci ildəki rəqəmlərə görə, Kanadada 15,000 etnik Qara ayaqdan 4,500 ü, Amerika Birləşmiş Ştatlarında 5,000-8,000 Qara ayaqdan 100-ə qədəri ana dilində danışa bilir. Gənclər tərəfindən istifadə edilən köhnə Qara ayakca (və ya Yüksək Qara ayaqca) adlı iki fərqli forma vardır ki, bu da yaşlılar tərəfindən istifadə edilir və Yeni Qara ayaqca (və ya Müasir Qara ayaqca) istifadə olunur.
Qara ayaqlar
Qara ayaqlar (Qara ayaqca Niitsítapi "Original People"; İngiliscə Blackfoot, Blackfeet), daha çox Kanadada Alberta yaletində, çox az bir qismi də Amerika Birləşmiş Ştatlarında Montana əyalətinin şimal qərbində yaşayan Algonkinlərdən Hindu qəbiləsi. Ən yaxın qohumları Arapaholar, Atsinalar və Şayenlərdir. Düzənlik Hinduları mədəni grupuna daxildirlər. Atabasklardan fərqli bir dil danışan Tsutinalar keçmişdə Qara ayaq konfederasiyasına daxil idilər. Siyulardan Sihasapa (Qara ayaq) xalqının adı ilə dilləri Algonkin dillerinə girən Siksiká ᓱᖽᐧᖿ (Qara ayaq) xalqının adlarını qarışdırmamaq lazımdır.
Qırmızı ayaqlı sümsük quşu
Qırmızı ayaqlı sümsük quşu (lat. Sula sula) — Sümsük quşları cinsinə daxil olan quş növü. Lələklərinin rəngi ağ, açıq-boz və açıq qəhvəyi, ayaqları qırmızımtıl, dimdiyi mavi rəngdə olur. Qanadlarının sonucları qara rəngdədir. Bədənlərinin uzunluğu 70 sm çatır. Qanadları arasında məsafə 1.5 km-dir. Cavan Qırmızı ayaqlı sümsük quşları Qonur sümsük quşlarına bənzəyirlər. Adətən növ Sakit okean suları çevrəsində yayılmışdır. Ancaq onlara Tobaqo adası çevrəsində də rastlamaq mümkündür. Sakit okeanın tropik adalarında yuva qururlar.
Qızıl Ayaq
Beynəlxalq futbol mükafatı olan Qızıl Ayaq futbol liqalarında mövsüm ərzində ən parlaq çıxış etmiş və şəxsi keyfiyyətləri nəzərə alınaraq sahibinə təqdim edilən mükafatdır. Mükafatın təqdim olunduğu futbolçu ən azı 28 yaşında olmalıdır və bu ona yalnız bir dəfə təqdim edilə bilər. Mükafata namizəd 10 futbolçu ilk öncə 28 yaş kriteriyası və hələdə oynaması nəzərə alınmaqla beynəlxalq jurnalistlər tərəfindən seçilir. Daha sonra isə səsvermə internet üzərində səsvermə yolu ilə keçirilir ki, burada da hər kəs iştirak edə bilər. Mükafatın qalibi qəlib üzərində öz ayaq izini "The Champions Promenade" adlanan yerdə həkk edir. Bu məkan Monako knyazlığında yerləşir. 2009-cu ildən başlayaraq Qızıl Ayaq tədbirində xeyriyyə tədbiri təşkil edilməkdədir. Auksion tədbirin baş tutduğu Paris otelində keçirilir və burada QİÇS əleyhinə pul toplanır.
Qışlaq-i Ayanəlibarat (Biləsuvar)
Qışlaq-i Ayanəlibarat (fars. قشلاق اينالي برات‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 139 nəfər yaşayır (29 ailə).
Qışlaq-i Ayanəlisəməd (Biləsuvar)
Qışlaq-i Ayanəlisəməd (fars. قشلاق اينالي صمد‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 55 nəfər yaşayır (12 ailə).
Qışlaq-i Ayaqəyrihacıməhəmmədəli (Pərsabad)
Qışlaq-i Ayaqəyrihacıməhəmmədəli (fars. قشلاق اياق ايري حاج محمدعلي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 55 nəfər yaşayır (9 ailə).
Rossimoda Ayaqqabı Muzeyi
Rossimoda Ayaqqabı Muzeyi (it. Museo Rossimoda della calzatura) – İtaliyanın Stra kommunasında yerləşən və ayaqqabıya həsr olunmuş muzey. Muzey 1995-ci ildə Rossimoda ayaqqabı şirkətinin qurucusu Luicino Rossinin arzusuna əsasən yaradılmışdır. Əvvəlcə muzeyin sadəcə şirkətin tarixinə həsr olunması planlaşdırılsa da, daha sonra Riviera-del-Brenta bölgəsinin ənənəvi ayaqqabılarına, qədim Venesiyanın ayaqqabı ənənəsinə və beynəlxalq ayaqqabı dizaynerlərinə həsr olunmuşdur. Muzeydə dünyanın müxtəlif ölkələrindən olan dəb dizaynerlərinin 1500-dən çox ayaqqabı modeli saxlanılır. Burada Endi Vorhol və Allen Consa məxsus ayaqqabı modelləri sərgilənir. Sərgi bölgəsinin sahəsi 700 m2 təşkil edir və XVII əsrdə aid iki mərtəbəli zalda yerləşir. Burada Vigo şirkətinin digər moda evləri ilə əməkdaşlığı nəticəsində hazırlanan prototiplər sərgilənir. Birinci mərtəbə Donna Karan və Mark Ceykobs kimi ABŞ dizaynerlərinə, yuxarı mərtəbə isə Pucci, Yves Saint Laurent, Givenchi, Dior, Vivier, Fendi, Celine, Christian Lacroix, Kenzo kimi Avropa brendlərinə həsr olunmuşdur. Muzeydə həmçinin Luicino Rossiya məxsus eskizlər, rəsmlər və heykəllər, Lakrua və Karl Lagerfeldə aid orijinal eskizlər, Endi Vorholun rəsmlərinin reproduksiyaları, Allen Cons və Daniel Spoerrinin heykəlləri saxlanılır.
Suda-quruda yaşayan ayaqsızlar
Suda-quruda yaşayan ayaqsızlar (lat. Gymnophiona, Apoda) — onurğalı heyvanların Suda-quruda yaşayan sinfinə daxil olan dəstə. Ayaqsızlar suda-quruda yaşayanların cəmi 170 növünü özündə birləşdirən ən kiçik dəstəsidir. Ayaqsızlar (Caeciliidae) fəsiləsi Balıqilanlar (Ichthyophiidae) fəsiləsi Quyruqlu ayaqsızlar (Rhinatrematidae) fəsiləsi Afrika ayaqsızları (Scolecomorphidae) fəsiləsi Uraeotyphlidae fəsiləsi Werner Himstedt: Die Blindwühlen.
Aya Triyada Yunan Ortodoks Kilsəsi (İstanbul)
Aya Triyada Yunan Ortodoks kilsəsi (Yunanca: Ιερός Ναός Αγίας Τριάδος, Ierós Naós Agías Triádos, Türkcə: Aya Triada Rum Ortodoks Kilisesi. Aya Triyada Azərbaycan dilində "Müqəddəs Üçlü" deməkdir. Türkiyədə həmçinin Ayiya Triyas olaraq da bilinir) — İstabuldakı ən böyük yunan ortodoks məbədidir. Kilsə, İstanbul, Beyoğlunda, Taksim Meydanının cənub-qərbində, Meşəlik Küçəsi, İstiqlaliyyət küçəsi və Sıraselvilər küçəsi ilə kəşisdiyi yerdə yerləşən bir ortodoks kilsədir. Ümumiyyətlə Şərq Xristiyanlığında kilsələrin rahib və rahibə adlarına həsr olunmalarına qarşı, İstanbul Arxiyepiskopuna aid olan Aya Triyada və ya Ayiya Triyasın adı, Yunan dilində Müqəddəs Üçlü yəni daha geniş şəkildə istifadə edildiyi şəkildə Təslis mənasını verməkdədir. Kilsənin yerləşdiyi mülk, əvvəllər bir yunan Ortodoks qəbiristanlığı və xəstəxanasının yeri olmuşdur. Bu mülk, kilsəni inşa etmək üçün dağıdılmışdır. Osmanlı memarı P. Kampanaki'nin dizaynlarına əsaslanan kilsənin, 1876-cı ilin Avqust ayının 13-də tikintisinə başlanmış və 1880-ci ilin Sentyabr ayının 14-də tamamlanmışdır. Kilsə, Bazilika elementləri ilə birlikdə Yeni-Barokko tərzində, əlavə olaraq iki zəng qülləsi, böyük bir günbəz və yeni-qotik bir fasad ilə inşa edilmişdir. 1839-cu ildə, Tanzimat olaraq bilinən bir dövrdə, kilsələrdə günbəzlərin tikilməsinə icazə verilən zamanda, günbəz kimi memarlıq elementlər kilsəyə əlavə edildi.

Digər lüğətlərdə