AZADİ

f. azadlıq.

AZADXAN
AZADİXAN
OBASTAN VİKİ
Azadi
Azadi — kişi adı və təxəllüsü. Bu adı olan tanınmış şəxslər Azadi Rəhimov — Dağıstan Muxtar Respublikası Dərbənd şəhərinin meri Bu təxəllüsü olan tanınmış şəxslər Dövlətməhəmməd Azadi — türkmən şairi, Məxdumqulu Fəraqinin atası.
Azadi Rəhimov
Azadi Rəhimov — Dağıstan Muxtar Respublikası Dərbənd şəhərinin meri == Həyatı == Azadi Rəhimov 1958-ci ildə Dağıstanın Tabarsan rayonunun Darvaq kəndində anadan olub. O, 1998-ci ildə Dağıstanın baş nazirinin müavini olub. 2002-ci ildə isə Dağıstan Respublikanın ədliyyə naziri olub. 2015-ci il fevralın 15-dən Dərbənd meri səlahiyyətlərini müvəqqəti icra edən Azadi Rəhimov 22 may 2015-ci ildə Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərinin yeni meri seçilib.
Azadi meydanı
Azadi meydanı (fars. میدان آزادی; Meydane Azadi‎) — Azadlıq meydanı mənasını daşıyan meydan, İranın paytaxtı Tehranın simvollarından biridir. 50 m hündürlüyü olan Azadi qülləsi meydanın mərkəzində yerləşir. İran İslam İnqilabından əvvəl Şahyad meydanı (fars. شهیاد‎) "Şahın yadı" meydanı adlandırılırdı.
Dövlətməhəmməd Azadi
Dövlətməhəmməd Azadi (1700 – 1760) — türkmən şairi, Məxdumqulu Fəraqinin atası. == Həyatı == Türkmən ədəbiyyatı tarixində müstəsna bir yer tutan, böyük şair-mütəfəkkir Dövlətməhəmməd Məxdumqulu oğlu 1700-cü ildə indiki Türkmənistanın Ətrək vilayətində Göklən boyunun (tayfasının) Gərkəz nəslindən olan ziyalı bir ailədə dünyaya göz açmışdır. Dövlətməhəmmədin atası Məxdumqulu Yonaçı dövrünün istedadlı şairi kimi tanınsa da, əsərlərinin az bir qismi günümüzədək gəlib çatmışdır. Onun əsərlərində "Gürgənin" adlı şeiri indi də dillər əzbəridir. Dövlətməhəmməd ilk təhsilini atasından və bölgənin tanınmış pedaqoqlarından aldıqdan sonra onu Xivəyə göndərirlər. Türküstanın mədəni mərkəzlərindən olan, xanlıq mərkəzi Xivə yaraşıqlı binaları, gur bazarı, hamamları, mədrəsələri ilə məşhur idi. Mavi kaşılarla üzlük çəkilmiş, zərif naxışlı binalar, uca minarələr insanları heyrətə salırdı. Yeniyetmə Dövlətməhəmməd bu şəhərdəki mədrəsədə oxuyarkən dövrünün sayılıb-seçilən alimlərindən dərs alır. İlahiyyat, təfsir, bəlağət, nücum elmləri ilə yanaşı, həndəsə, hesab, riyaziyyat, tarix, coğrafiya, kimya və digər fənləri dərindən öyrənir, ərəb, fars və cağatay dillərində biliyini artırır. Xoca Əhməd Yəsəvi, Füzuli, Nəvai, Nəsimi, Hacı Bəktaş Vəli, Yunis İmrə, Nizami, Hafiz, Xəyyam, Cami, Dəhləvi kimi Şərq ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini ciddi şəkildə mütaliə edir, özü də Azadi təxəllüsü ilə şeirlər yazmağa başlayır.
Xaliq Azadi Məmmədov
Xaliq Azadi (Məmmədov Xaliq Teymur oğlu; 13 aprel 1964, Çayrəsullu, Gədəbəy rayonu) – şair, yazıçı, Rusiya Yazıçılar Birliyinin üzvü. Xaliq Azadi 13 aprel 1964-cü ildə Gədəbəy rayonunda, Şınıx mahalının Çayrəsullu kəndində anadan olub. Orta məktəbi 1981-ci ildə bitirib. Hərbi xidmətini başa vurduqdan sonra, Rusiyanın Krasnoyarsk vilayətinə gedib. Politexnik İnstitutunun axşam şöbəsində təhsil almaqla bərabər sərnişin daşıma nəqliyyatında avtobus sürücüsü işləmişdir. 1991-ci ildən Rusiyada (rus. «Сибирские огни») dərc olunmağa başlayıb. 1994-cü ildə "Köhnə evimiz" (rus dilində) şeiri ilə şəhər müsabiqəsinin qalibi olmuş, mükafata layiq görülmüşdür. Jurnal və qəzetlərdə 30-dan çox bədii və publisistik yazıların müəllifidir. Hal-hazırda yeddi şeir kitabı, bir romanı, altı povesti, çoxsaylı hekayələri oxucuların ixtiyarındadır.
Cundub İbn Kəəb əl-Azadi
Cundub ibn Kəəb Əl-Azadi — Məhəmmədin və Məhəmmədin əmisi oğlu Əli ibn Əbu Talibin səhabəsi. Cəməl və Siffeyn döyüşlərində Əli ilə birlikdə vuruşmuşdu. Malik Əştər, Əmmar ibn Yasir və Miqdadla birlikdə Əliyə və onun mübarizəsinə sadiq qalmışdır.
Azadigan (Urmiya)
Azadigan (fars. ازادگان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 271 nəfər yaşayır (82 ailə).
Azadistan
Azadıstan (fars. آزادیستان‎) — Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin liderliyi ilə 3 ay (23 iyun — 14 sentyabr 1920-ci il) müstəqil olan qısa ömürlü dövlət. == Tarix == Güney Azərbaycan Demokrat Firqəsi açıq fəaliyyətə 1917-ci ildə başlamış, həmin il aprelin 9-da "Təcəddüd" qəzetinin ilk sayı nəşr edilmişdir. Birinci dünya müharibəsində İran torpaqlarını işğal edən Osmanlı ordusu Təbriz və Urmiya şəhərlərini tutur. Osmanlı ordusunun Azərbaycan bölgəsini işğal etməsinin əleyhinə çıxan Şeyx Məhəmməd Xiyabani və yoldaşları həbs edilir və qoşunlar Təbrizi tərk etdikdə onları da özləri ilə aparırlar. noyabr 1918-ci ildə Osmanlı ordusunun geri çəkilməsindən sonra Xiyabani İrana qayıtmış və Azərbaycan Demokrat Partiyasının fəaliyyətini yenidən canlandırmışdır. 1920-ci ilin may ayında Təbrizdə Demokrat Firqəsinin rəhbərliyi ilə böyük mitinq təşkil edildi. Mitinqdə imperialistlərin və İran irticaçı qüvvələrinin əleyhinə mübarizəni daha da gücləndirməyə çağırışlar səsləndirildi. Mitinq iştirakçıları təklif etdilər ki, Azərbaycan bütün İran tarixi boyu həmişə azadlıq uğrunda qabaqcıl olmuşdur. Bu səbəbdən də onun Azərbaycan əyaləti yerinə "Azadistan" (azadlıq ölkəsi) adlanması daha düzgündür.
Azadistan (qəzet)
Azadistan (fars. آزادیستان‎) — 1920-ci ildə de-yure İranın, de-fakto Azadıstanın bir hissəsi olan Təbriz şəhərində ayda iki dəfə Azərbaycan və fars dillərində nəşr olunmuş elmi, nəzəri-siyasi jurnal. Azərbaycan Demokrat Partiyası gənclər təşkilatının orqanı olmuşdur. İstiqlaliyyət, dil, ədəbiyyat və s. məsələləri işıqlandırırdı. Redaktoru Tağı Rüfət idi. Cəmmi 3 nömrəsi çıxmışdır.