is. qram. Sözün qrammatik dəyişən son hissəsi. Hal sonluqları
is. [lat.] Səs tellərinin ahəngdar hərəkəti ilə yaranan samit səs
1. zərf Bir işin, hadisənin baş verməsində zaman ardıcıllığı göstərən zaman zərfi. Əvvəlcə müəllim, sonra uşaqlar danışdı
zərf Sonra, axırda, nəhayətdə, nəticədə, aqibətdə; bir müddət, bir az keçəndən sonra. Məsələni sonradan başa düşdü
zərf Axırda, bir az keçəndən sonra, bir qədər fikirləşəndən sonra. İsmayıl kişi fikrə getdi. Sonradansonraya dedi: – Silahlarını ələ gətirə bilsək, da
zərf 1. Sonra olan, sonra baş verən, bir şeyin ardınca gələn. Sonrakı hadisə. Sonrakı fikir. Sonrakı nəticələr
zərf Bir hadisədən, əhvalatdan, işdən sonrakı vaxt, sonrakı vaxtlar(da). Əvvəl yaxşı idi, sonraları əhvalı pozuldu
1. bax sonradan. Bu kağızın məzmunundan və 2000 manat puldan hamısı şad olub, sonralıq xoşbəxt və şadlıq ilə yaşadılar
zərf Sonradan, sonra. Sonralıqca hamı gəldi. – Bəs bu yazıq Tükəzbana niyə erkək deyirlər, əlbəttə, sonralıqca hamımız biləcəyik
zərf Axırı, ardı, nəticəsi, aqibəti. Sonrası bəlli olar. Sonrasına baxarıq
sif. Uşağı, övladı olmayan. Sonra Tutu xala, mənim bu sonsuz mehriban xalam, ayağa qalxıb işığı yandırdı
sif. Sonu, nəhayəti, axırı olmayan; hədsiz, bitməz-tükənməz. Sonsuz qayğı. Sonsuz boşluq. Sonsuz bir maraq
is. Sonu, nəhayəti olmama; nəhayətsizlik, intəhasızlıq. Amma bu qısacıq məsafə Qulama sonsuzluq təsiri bağışladı
is. Sonsuz olma, övladı, uşağı olmama. Sadığın qardaşı da ağlamsındı, sonsuzluğun bütün ağırlığını duymuş adamlar kimi büzüşdü
bax son 3-cü mənada
sif. Ən axırıncı, axırdakı, axırda olan. Sonuncu dərs. Sonuncu tamaşa. – Qoca kişi sonuncu daşı da yonub hazır etmişdi
is. tex. Ucluq
[ital.] mus. 1. Ən yüksək qadın səsi. 2. Belə səsi olan müğənni haqqında
is. Axtarma, arama, soruşma, soruşub bilmə (öyrənmə, xəbər tutma); soruşmaqla öyrənilən şey, xəbər, məlumat
zərf Soruşa-soruşa, soruşub xəbər tutmaqla, axtara-axtara. Soraqsoraqla istədiyini taparsan. – Doğrudur, deyərlər ki, soraq-soraqla həccə getmək olar
is. Soraq edən, soruşan, axtaran. Soraqçının tüstüsü dabanından çıxar. (Məsəl)
“Soraqlamaq” və “soraqlaşmaq”dan f.is
f. Soruşmaq, soraq etmək, ondan-bundan soruşaraq bilmək. Yar dağdan aşdı, getdi; Ürəyi daşdı, getdi; Axtardım, soraqladım; Dedilər, qaçdı getdi
sif. və zərf Xəbərsiz, xəbər vermədən, xəbərdarlıq etmədən. Soraqsız itmək. Soraqsız gəlmək. – [Mədinə Yavərə:] Bilmirəm səndə nə adətdir, soraqsız, x
is. Sual, sual etmə, verilən sual. Sorğuya qısa cavab vermək. – Ağsaçlı, ağbığlı, ağsaqqallı, ancaq lalə kimi qırmızıyanaqlı Əmiraslan baba nəvəsinin
“Sormaq2”dan f.is
“Sormaq1”dan f.is
f. Soruşmaq, sual etmək, xəbər almaq. Gər sual eyləsə zahid, ki nədir nəşeyimey? Degilən, get onu meyxanədə sağərdən sor
f. 1. Əmmək. Boynum qolunu dilər həvadan; Ləlim ləbini sorar səbadan. Füzuli. Uşaq iydən ürkən kimi olub başını buladı, lakin yenə də döşü tapıb sordu
[fr. sorte, əsli lat.] 1. Hər hansı bir malın keyfiyyət və qiymət cəhətdən dərəcəsi, növü, çeşidi. Çayın sortu
is. [fr.] Eyni cinsli məmulat və materialların sort, növ, tip və ölçü cəhətdən çeşidi
“Sortlamaq”dan f.is
bax sortlaşdırmaq
“Sortlaşdırmaq”dan f.is
f. Sortlara ayırmaq, növlərə ayırmaq; çeşidləmək
is. Bir şeyi sortlara, növlərə, çeşidlərə ayıran işçi (maşın)
is. Müəyyən sorta (2-ci mənada) aid olma; cins. Sortluq toxum
is. k.t. Toxumların sortunu (növünü, cinsini, keyfiyyətini) yoxlayıb qiymətləndirmə
is. Sual edən, soruşan, sualedici, sual ifadə edən. Sorucu baxış. – Qız tanımadığı bu adamları utancaq və sorucu nəzərlərlə seyr edirdi
sif. Soran, sorub çəkən. Bitkinin sorucu rişələri. Sorucu həşərat. Sorucu orqan. // Sormağa, sorub çəkməyə məxsus
“Soruşmaq”dan f.is
f. 1. Bir şeyi bilmək, bir şey haqqında məlumat almaq üçün birinə sualla müraciət etmək; sual etmək. Xəstənin halını soruşmaq
“Soruşulmaq”dan f.is
məch. Sual edilmək. Soruşula bilər ki, indi bundan sonra daha kim qaradama tövlə səkisindən qopub, pəncərəli bir otaqça tikib buraya çıxa bilərdi
[lat.] Mürəkkəb sözlərin sosialist mənasında olan birinci tərkib hissəsi; məs.: sosial-demokrat, sosial-demokratizm və s
Sosial-demokrat partiyasının üzvü, sosial-demokratiya tərəfdarı