bar1
n I 1. parça, bir parça; tir, dirək; wooden ~ ağac tir, ~ of metal dəmir parçası; a ~ of soap bir parça sabun; a ~ of chocolate bir plitka şokolad; 2. briket (kərpic şəklində preslənmiş kömür, torf filiz və s.); 3. əridilib qəlibə tökülmüş polad; külçə; a ~ of copper mis külçəsi; a ~ of gold qızıl külçəsi; 4. rəzə, siyirmə; qapı sürgüsü; 5. şlaqbaum; 6. zolaq; As the sun went down, there was a bar of red across the sky Günəş batarkən səmada qırmızı zolaq əmələ gəldi; 7. pl barmaqlıq; behind the ~s barmaqlıq arxasında, məhbəsdə; 8. köndələn tir (gimnastik alət); 9. paralel (gimnastika qurğusu); 10. maneə, baryer; ~ to happiness xoşbəxtlik üçün maneə; ~ to economic development iqtisadi inkişaf yolunda maneə; language ~ dil baryeri;
◊ to cross the ~ dünyasını dəyişmək, ölmək
n II bar, bufet, qəlyanaltı
bar2
v (-rr-) 1. rəzələmək, bağlamaq; to ~ the door qapını rəzələmək; 2. pəncərəyə barmaqlıq vurmaq; 3. bağlamaq, tutmaq; kəsmək; The exits were barred Çıxışlar bağlanmışdır / kəsilmişdir; The soldiers barred the way Əsgərlər yolu kəsmişdilər: 4. mane olmaq, qarşısını almaq; to ~ progress tərəqqiyə mane olmaq; to ~ economic development iqtisadi inkişafa mane olmaq; What bars you from coming to the theatre with us? Bizimlə teatra getməyə sənə / sizə nə mane olur?; 5. qadağan / yasaq etmək; to ~ from fishing balıq tutmağı yasaq / qadağan etmək