1. anat. Boyunun, qida borusunun başı və nəfəs yollarının yerləşdiyi ön hissəsi. Boğazdan yapışmaq.
// Ağız içinin dal tərəfindəki boşluq, hülqum. Boğaz ağrısı.
// Boyun.
2. Müxtəlif qabların (şüşələrin və s.-nin) ağızları ilə gövdələri arasındakı dar hissə. Şüşənin boğazı.
3. Dəyirmanın üst daşındakı deşik. Dəyirmanın boğazına ölü salsan, diri çıxar (çox diribaş, zirək adam haqqında).
4. Çəkmə və corabın ayaqlıqdan yuxarı hissəsi.
5. Dərələrin, çayların baş tərəfi; çay ağzı. Sürü dərənin boğazında gecələmişdi.
6. İki dağ arasındakı dar keçid.
7. coğr. Dənizin iki quru arasındakı dar hissəsi. Dardanel boğazı.
8. mus. Müəyyən xanəndənin ifaçılıq sənətində işlətdiyi və yalnız ona xas olan xırda zəngulələr, habelə xırda musiqi ibarələri.
◊ Boğaz açmaq – yeməkdən doymamaq, qabağına gələni yemək, acgözlüklə yemək.
Boğaz basmaq – xalq təbabətində boğaz gələndə (anginada) onun içərisindəki şişi barmaqla sıxıb əzişdirməkdən ibarət müalicə üsulu.
Boğaz olmaq məh. – Borclu olmaq.
Boğaz ortağı olmaq – başqasının yeməyinə şərik olmaq.
Boğaz otarmaq – müftəxorluq etmək, orada-burada özünü doydurmaq.
Boğaz uzatmaq – lovğalanmaq, təşəxxüslənmək.
Boğaz yırtmaq – qışqırmaq, bağırmaq, bərkdən danışmaq.
Boğaz(a) döymək – mübahisə etmək, boş danışmaq, qızğın və kəskin mübahisə etmək, çənə vurmaq.
Boğaza dürtmək – bax boğaz(a) döymək.
Boğaza keçmək – başa bəla olmaq, ilişmək, yapışmaq (arzu edilməyən adam, şey haqqında).
Boğaz-boğaza – baş-başa.
Boğazdan yuxarı – qeyri-səmimi.
Boğazı biçilmək – boğazından şey getməmək.
Boğazı gəlmək – əsnəyi iltihab etmək.
Boğazı qovuşmaq – boğazının yolu tutulmaq, nəfəs ala bilməmək. Boğazı qovuşub, su da içə bilmir.
Boğazı qurumaq – mat qalmaq, qorxmaq, cavab verə bilməmək (qorxudan və s.-dən).
Boğazı tovlanmaq – iltihab və s. nəticəsində boğazı təxərrüşlənmək, içi qızarmaq.
Boğazı tutulmaq – boğulan kimi olmaq, danışa bilməmək, səsi çıxmamaq (qeyzdən, hirsdən, ağlamaqdan və s.-dən).
Boğazına bağlamaq məc. – zorla və ya hiylə ilə qəbul etdirmək, boynuna sarımaq.
Boğazına saxlamaq – bir qarın çörəyə saxlamaq.
Boğazında qalmaq məc. – arzusuna nail olmamaq, ürəyində qalmaq (sözü).
Boğazından çıxmaq məc. – əlindən çıxmaq, qismətindən çıxmaq, nəsib olmamaq.
Boğazından getməmək (keçməmək) – qorxudan, iztirabdan, yaxud başqa hisslərdən heç bir şey yeyə bilməmək, şiddətli ruhi iztirab keçirmək. Ağca xanım Qaraca qız barəsində artıq dərəcədə iztirabda idi.
Boğazından kəsmək – qənaət etmək, özünə qıymamaq.
Boğazından yapışmaq məc. – qısnamaq, çıxılmaz vəziyyətə salmaq, məcbur etmək.
Boğazını arıtlamaq – öskürməklə boğazını təmizləmək, danışmağa hazırlaşmaq.
Boğazını islatmaq zar. – bir az içki içmək.
Boğazını qəhər tutmaq – acığından, hirsindən boğularaq ağlamaq istəmək, lakin ağlaya bilməmək.
Boğazının yolu qurumaq – bax boğazı qurumaq.