sif. [
fars. ]
1. Pis, xarab, yaman. Bəd xasiyyət. Bəd iş.
– Oğul bəd övlad olsa; Öldürər dərd atanı. (Bayatı).
Şairəm, çünki vəzifəm budur əşar yazım; …Gördüyüm nikü bədi eyləyim izhar, yazım. M.Ə.Sabir.
Bu minval ilə günahkar muzdur özünün bəd əməlindən peşman olub, istiğfar edə-edə yerindən qalxdı. S.M.Qənizadə.
[Bəşir:] Məsləhətin bəd deyil, ağlıma yatır. S.S.Axundov.
□ Bəd gəlmək, bəd gətirmək – pis gətirmək, nəhs gətirmək, baş tutmamaq; uğursuzluğa uğramaq. İşi bəd gətirmək.
– [Romanov hökumətinin istibdadı] elə bərk idi ki, dünyanın çalxalanmağa hazırlanan belə bir əsrində yenə qəzetəyə icazə vermək üçün o qədər istixarə elədi ki, bu istixarə axırda bəd gəldi. C.Məmmədquluzadə.
Bəd nəzər – mövhumata inananların təsəvvürüncə, guya baxdığı adama və şeyə gözündəki mövhumi qüvvə ilə xətər yetirən pis göz.
[Rüstəm:] Anan da evdə səndən yana bəd nəzərdən qorxur. S.Rəhimov.
Bəd olmaz – pis olmaz, eybi yoxdur, yaxşı olar, ziyan etməz.
[Odabaşı:] [Hacının] da halını görmək bəd olmaz. Ə.Haqverdiyev.
[Koxa:] Üstündən bir çay olsa, heç bəd olmaz. S.Rəhimov.
Bədinə danışmaq – pisliyinə danışmaq, qeybət etmək.
// Çirkin, yaraşıqsız, yöndəmsiz. Oranqutanq çox bəd görünüşlü heyvandır.
2. Hirsli, sərt, qapağan, tutağan. Bu it çox bəd itdir.
◊ Bəd ayaqda – təhlükəli, xətərli vaxtda, qorxulu dəqiqədə, iş çətinə düşəndə. Baxdı, gördü Aslandır.
Zənn eləmə itirdi; Bəd ayaqda tez özünü bu cəbhələr aslanı. M.Rahim.