Chemical Problems (jurnal)
"Kimya Problemləri" (Chemical Problems) jurnalı — 2003-cü ildən Azərbaycanda dərc olunur.
Jurnalın təsisçiləri: AMEA-nın akad. M. F. Nağıyev adına Kataliz və Qeiri-üzvi Kimya İnstitutu. R. Aqladze adına Qeyri-üzvi və Elektrokimya İnstitutu (Gürcüstan), Akif Şıxan oğlu Əliyev və "Turan" kiçik müəssisəsidir.
Jurnalda kimya elminin müxtəlif sahələrinə aid tədqiqatların nəticələri dərc olunur: neft kimyası və neft emalı, elektrokimya, polimer kimyası, kimyəvi kinetika və kataliz, kristallokimya, nanokimya, üzvi və qeyri-üzvi kimya, alternativ enerji mənbələrınin tədqiqi, ekoloji kimya, materialşünaslıq və s. Alman firması "Kubonund Zaqner"(Kubon&Sagner) xaricdə jurnalın yayımı ilə məşğul olmuşdur.
Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (19.09.2002-ci il tarixli 105 saylı reqistrasiya), Ali Attestasiya Komissiyası rəyasət heyətinin 09.07.2004-cü il tarixli (protokol № 13 – Р) qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc edilməsi tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilmişdir.
Jurnal dövrü nəşrlərin Beynəlxalq qeydiyyat mərkəzində qeydiyyatdan keçib və 2221–8688 (print) və 2522–1655 (online) ISSN indeksini alıb və bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdilib: CAS, İndexCopernicus, e. Library.ru, CYBERLENİNKA, VİNİTİ, ResearchBib, ULRICHSWEB, SİS, TheJournalİmpactFactor, İİJİF, ScienceLibraryİndex, İAEA|İNİS, WCOSJ, AcademicKeys, EBSCO, CrossRef. Jurnalın "chemprob.org" saytı fəaliyyət göstərir.