COBRA

n zool. kobra, eynəkli ilan

COBBY
COBWEB
OBASTAN VİKİ
Cobra Pərviz
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Otokar Cobra
Otokar Cobra Otokarın araşdırma və inkişaf etdirmə qrupu tərəfindən silahlı qüvvələrin zirehli təkərli vasitə ehtiyacı istiqamətində ən uyğun həlli təmin etmək üzrə inkişaf etdirilmişdir. Cobra, yaxşı bir ballistik qoruma ilə yanaşı, eyni platformanın fərqli vəzifələrə adaptiv olması ilə tanınır. Oxşar gövdə və infrastruktur üzərinə hazırlandığı üçün bir çox model və tip üçün baxım və xidmətdə böyük asanlıq təmin etməkdədir. Fərqli istifadə məqsədləri üçün çıxarılmış fərqli maşınlarlarda belə ana quruluşun eyni qalması baxım, təmir və ehtiyat hissədə də böyük qənaət təmin etməsi, Cobranı bir çox ordunun seçim etdiyi zirehli nəqliyyat vasitəsi etməkdədir. İlk dəfə 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində Gürcüstan Silahlı Qüvvələri tərəfindən istifadə edilmişdir. == Cobra II == Mövcud Cobra-nın daha da inkişafı olan Cobra II (türk. Kobra II) Türkiyənin Otokar şirkəti tərəfindən dizayn edilmiş və istehsal edilmiş həvəskar taktiki avtomobildir. Cobra II 4x4 təkərli zirehli avtomobildir və sürücü və komandir daxil olmaqla doqquz personal üçün tutumuna malikdir. O, əldəqayırma partlayıcı qurğular və minalardan gələn təhlükələrə qarşı yüksək səviyyədə qorunma xüsusiyyətinə malikdir. Onun müxtəlif funksiyaları arasında təhlükəsizlik və sülhməramlı əməliyyatlar və sərhəd mühafizəsi var.
Cobra BMT-2 APC
Cobra BMT-2 (fa: کبرا بی‌ام‌تی-۲‎) 30 mm-lik avtomatik top və ya ZU-23-2 zenit silahı ilə silahlanmış İran istehsalı olan zirehli transportyordur. == Tarix == Kobra, 1996-cı ilin mayında İran Silahlı Qüvvələri ilə səhra sınaqlarına başladı. 1997-ci ilin iyul ayında İran Prezidenti Haşimi Rəfsəncani rəsmi olaraq BMT-2- ilə birlikdə, həmçinin Zülfüqar əsas döyüş tankının və Borag zirehli transportyorlarının istehsalını həyata keçirəcək bir istehsal xətti açdı.
Cobra müasir incəsənət muzeyi
Cobra Müasir İncəsənət Muzeyi (Niderland dilində:Cobra Museum voor Moderne Kunst Amstelveen) — Niderlandın paytaxtı Amsterdam şəhərində bədii muzey. Muzey Sandberqpleyn 1 ünvanında yerləşir. Muzeyin daimi eksponatları siyahısına "KoBrA" qrupuna daxil olan müasir Niderland rəssamlarının əsərləri daxildir. Muzeyin kolleksiyasına Kapel Appelin, Gilom Kornelis van Beverloo və Yan Sirxeysin rəsm əsərləri də nümayiş etdirilir. Muzeyin həyətində 1995-ci ildə Şinkit Tadziri tərəfindən yapon bağı yaradılmışdır. Muzeydə, həmçinin vaxtaşırı xarici avanqardist rəssamların əsərlərindən ibarət sərgilər də təşkil olunur. Muzeyin binası arxitektor Vim Kvist tərəfindən layihələnmişdir. Muzey öz fəaliyyətinə 8 noyabr 1995-ci ildə başlamışdır. Muzeyin açılışı 1948-ci il 8 noyabrda "KoBrA" qrupunun əsasının qoyulmasının ildönümünə təsadüf etmişdir. Hər iki ildən bir Niderland avanqardist rəssamlarının təltif olunması üçün 10 000 evro məbləğində mükafat təqdim olunur.