Ərəb fəthləri
Ərəb fəthləri və ya müsəlman fəthləri İslamın banisi Məhəmməd peyğəmbərin sağlığında başlamışdır. O, Ərəbistan yarımadasında İslam dövlətinin əsasını qoydu və Ərəbistandan kənarda bir çox ölkəni fəth etdi. Ərəblər Asiya, Afrika və Avropada çox geniş ərazilər fəth etdilər: Yaxın Şərq ölkələri, Orta Asiya, Hindistanın şimal-qərbi, Şimali Afrika, Qafqazın bir hissəsi, İspaniya, Cənubi İtaliya, Siciliya, Malta, Rodos, Krit.
Ərəb fatehlərinin hücumu nəticəsində İranda nəhəng Sasani dövləti süqut etdi. Qəssanilər dövləti, Vestqotlar Krallığı, Qafqaz Albaniyası, Xarəzm, Soqdiana və Sind ərəb zərbələrinə məruz qaldı. Bizans özünün bir çox ərazilərini, o cümlədən Misir, Suriya, Mesopotamiya, Krit, Malta, Siciliya, Rodos, Kolxida və müqəddəs torpaqları itirdi.
Franklara qarşı müharibələr zamanı ərəblər Puatyeyə, xəzərlərlə müharibədə “Slavyan çayına” (Don, Volqa və ya Dnepr) çatdılar və şərqə yürüşlərində Racastan və Talasa qədər nüfuz etdilər.
== İlk fəthlər ==
Yaxın Şərqin fəthi ilə başladı. Bizans Levantı, Sasani dövləti isə Mesopotamiyanı itirdi.
Bizansla qarşıdurma əsrlərlə davam edən ərəb-Bizans müharibələri ilə nəticələndi.