DAR

ə. 1) böyük ev; 2) yer, məkan, məqam. Dari-bəla «bəla evi» m. dünya; dari-dünya dünya evi, axirət evinin əksi; dari-elm bax darül’elm; dari-səlam bax darüssəlam; dari-şəfa bax darüşşəfa.

DANİŞVƏR
DARA
OBASTAN VİKİ
Dar dərələr
Dar dərələr- Belə dərələrə Təngi tipli dərələr də deyilir.Bu tip dərələrin əsas xüsusiyyəti ondan ibarətdir ki,onlar dar olmaqla yanaşı nisbətən böyük yamaclara malikdirlər.Yamacların meyl bucağı bəzi hallarda 700-800,hətta 900 də çata bilər.Belə dərələrdə əsasən dərinlik və ya dib eroziyası hökm sürdüyündən onlar dərin olur.Digər tərəfdən suyun maksimal sürəti ilə əlaqədar olaraq bu dərələrdə müşahidə edilən süxur qırıntıları əsasən ölçüsünə görə iri olur.Belə dərələrin əmələ gəlməsində çöküntülərin fiziki xassələrinin böyük əhəmiyyəti vardır.Əgər həmin ərazidə nisbətən suda tez həll olan (məsələn:əhəngdaşı) süxurlar vardırsa,həmin dərənin əmələgəlməsi üçün əlverişli şərait yaranır.Digər tərəfdən böyük su keçiriciliyə malik olan çöküntülər(qum və qumdaşı) şaquli istiqamətdə daha tez yuyularaq,belə dərə tipinin əmələ gəlməsinə səbəb olur.Bu dərələr əsasən dağ silsilələrində müşahidə olunur.Məsələn:Qafqaz,Alp,Pamir,Himalay və s.
Əd-Dar
Əd-Dar (ər. الضار) — Allahın adlarından biri.
Dar-əs-Salam
Dar-əs-Salam (suah. Dar es Salaam; ərəb. دار السلام‎, Dār as-Salām — Sülh evi) — Tanzaniyanın ən iri şəhəri və iqtisadi mərkəzi. Dar əs Salam regionunun mərkəzi. Əhalisi 2,5 milyon nəfərdir (2003). Afrika qitəsinin şərq hissəsində, Hind okeanı sahində yerləşi. Afrikanın və Tanzaniyanın ən iri portlarından sayılır. Ölkənin keçmiş paytaxtı olsa da orada hal-hazıradək mərkəzi hakimiyyət orqanları yerləşir.
Dar Emtedade Şab
Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş) adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir. Pərvanə getdikcə bütün həyatının qaranlıq və mənasız olduğunu dərk edir. Artıq səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə baş verməmiş kimi yoluna davam edir.
Dar əs Salam
Dar-əs-Salam (suah. Dar es Salaam; ərəb. دار السلام‎, Dār as-Salām — Sülh evi) — Tanzaniyanın ən iri şəhəri və iqtisadi mərkəzi. Dar əs Salam regionunun mərkəzi. Əhalisi 2,5 milyon nəfərdir (2003). Afrika qitəsinin şərq hissəsində, Hind okeanı sahində yerləşi. Afrikanın və Tanzaniyanın ən iri portlarından sayılır. Ölkənin keçmiş paytaxtı olsa da orada hal-hazıradək mərkəzi hakimiyyət orqanları yerləşir.
Dar ağacı üzərində sağsağan
Dar ağacı üzərində sağsağan (nid. De ekster op de galg) — Flamand rəssam Pieter Brueghelin rəsm əsəridir. 1568-ci ildə ağac üzərində yağlı boya ilə işlənmişdir. Darmştadtda yerləşən Gessen Landes muzeyində sərgilənir. Şəklin mərkəzində üzərində sağsağan oturmuş dar ağacı yerləşmişdir. Quş böhtana və xəyanətə aparan boşboğazlığı təcəssüm edir. Ehtimal ki, Kəndlilərin dar ağacının altında rəqs edən obrazları "Dar ağacına gedən yollar şən çəmənliklər vasitəsilə keçir" Flamand atalar sözünə işarədir. Şəkil Breygelin (1525/30 — 1569) yaradıcılığının son dövrlərinə təsadüf edir. Şəkil Breygelin ölümünə 1 il qalmış çəkilmişdir. Rəssam işi yüksək qiymətləndirmiş və onu öz arvadı Meyken Kuka vəsiyyət etmişdir.
Cypripedium dariense
Phragmipedium longifolium (lat. Phragmipedium longifolium) — səhləbkimilər fəsiləsinin fraqmipedium cinsinə aid bitki növü. Cypripedium longifolium Warsz. & Rchb.f. (basionym) Selenipedium longifolium (Warsz. & Rchb.f.) Rchb.f. Cypripedium hartwegii Rchb.f. Selenipedium hartwegii (Rchb.f.) Rchb.f. Cypripedium reichenbachii W.Bull Selenipedium dariense Rchb.f. Selenipedium reichenbachii Endres ex Rchb.f.
DART layihəsi
NASA-nın Asteroid təhdidini ortadan qaldıracaq layihəsi: DART NASA-nın DART layihəsi, ehtimal bir asteroid toqquşmasını əvvəlcədən təsbit edib orbitini dəyişdirməyi hədəfləyir. DART`ın bu ana qədərki NASA layihələrindən fərqi, asteroidi parçalamaq əvəzinə asteroidə göndərilən bir kosmik cihaz ilə orbitini dəyişdirməkdir. DART layihəsi bu aralar konseptdən hazırlanma mərhələsinə keçir. Avadanlıq testinin isə 2024-cü ildə gerçəkləşməsi gözlənilir. Bu nöqtədə DART kosmik cihazı, Dünyaya təhdid olmayan bir asteroidə göndəriləcək. DART testdə uğurlu olduğu təqdirdə 7–8 il kimi bir müddət içində asteroid təhdidi tamamı ilə tarixə qovuşacaq.
Dahanə Siah Darun (Talış)
Dahanə Siah Darun (fars. دهنه سياه درون‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 385 nəfər yaşayır (80 ailə).
Darkthrone
Darkthrone — 1987-ci ildə yaradılmış Norveç metal musiqi qrupu. Fəaliyyətə başladığı ilk illərdə det metal janrında mahnılar ifa etmişdir. "A Blaze en the Northern Sky" albomunda ilk dəfə olaraq blək-metal janrında mahnıları yer almışdır. Qrupun ilk heyəti bu şəkildə idi: zərb alətlərində Fenriz, bas-gitarada Dag Nilsen, vokal Nocturno Culto və gitarada Zephyrous. Darkthronedə heç bir zaman gedənin yerinə başqasını almaq ənənəsi mövcud olmayıb. Buna görə də qrupun hazırda iki üzvü var. Dag Nilsen "A Blaze en the Northern Sky", Zephyrous isə "Panzerfaust" albomu işıq üzü görəndən sonra qrupu tərk etmişlər.
Darkənd
Darkənd (əvvəlki adı: Dər) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Dər kəndi Darkənd adlandırılmışdır. Kənd Gilançayın sağ sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Tədqiqatçılar bu oykonimi ərəb dilindəki deyr (məbəd, monastır) sözü ilə əlaqələndirir və güman edirlər ki, bu coğrafi ad kəndin ərazisində qədim məbəd xarabalıqlarının olduğunu bildirir. Əslində, Zəngəzur silsiləsinin ən yüksək zirvəsi olan Qapıcıq dağının rayonun ərazisində yerləşməsi "qapı", "kecid" mənalı Dər toponiminin də yaranmasına səbəb olmuşdur. Fars dilində dər "qapı" deməkdir.. Əhalisi 525 nəfərdir.
Darkənd gümbəzi
Darkənd gümbəzi - Ordubad rayonunun Darkənd kəndində yerləşir. XIV əsrin axırlarında və ya XV əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Gümbəz kompozisiyası və dekorativ elementləri ilə fərqlənir. Darkənd türbəsi kərpicdən hörülmüş, orta hissəsi bürcvari türbələr biçimində olub, yuxarı hissədən günbəzlə tamamlanır. Darkənd gümbəzi dörd tərəfində yerləşən portallar qülləvarı türbələrə xas olsa da, mərkəzi özəyə söykənən, bir növ, dayaq divarlarını xatırladan quruluşa malikdir. Türbənin üzərindəki tünd-bənövşəyi rəngli kaşı və adi bişmiş kərpicdən hörülmüş sadə naxışlar yeganə bəzək elementidir. Üzərində kitabə olmadığından türbənin tarixini dürüst müəyyənləşdirmək mümkün deyildir. Lakin kompozisiya quruluşu, üzərindəki kaşı bəzəklərinin rəngi abidənin Qarabağlar və Bərdə türbələrindən daha sonra tikildiyi mülahizəsini irəli sürməyə imkan verir.
Darkənd hamamı
Darkənd hamamı — Ordubad rayonundakı Darkənddə memarlıq abidəsi. 1979-cu ildə Dar türbəsindən 60 m şimal tərəfdə qabaqlar türbə hesab edilən abidənin qalıqları aşkar olunub. Hamamın planı altıbucaqlı formalı mərkəzi zaldan, iki çən hovuzdan və yardımçı otaqlardan ibarətdir. Hər səthdə çatma formalı giriş yerləri düzəldilib. Mərkəzi zalın ölçüləri: diaqonal xətt üzrə 3,8 m, hər tərəfin uzunluğu 2,1 m, giriş yerinin eni 0,8 m, hündürlüyü 2 m.-dən ibarətdir. XVI–XIX əsrlərdə hamamlarda isti su olan hovuzların altında xüsusi ocaq kamerası-"Külxan" tağbənd və ya günbəz örtüklə düzəldilirdi. Abidə öz təyinatına və plan quruluşuna görə Zaqafqaziyada nadirdir. XV əsrə aid edilən Darkənd hamamı qəbiristanlıqdakı tikintilər kompleksinə daxil olmuşdur.
Darkənd türbəsi
Dər türbəsi — Ordubad rayonunun Darkənd kəndində yerləşən tarix-memarlıq abidəsi. Türbə üzərində olmuş, lakin sonradan itirilmiş kitabəni tədqiq etmiş Vasili Sısoyev və İsa Əzimbəyov, onun 1487–1488-ci illərdə Şеyх ibn Cühənnа tərəfindən inşа еdildiyini göstərirlər. Dər türbəsi kənd mərkəzindən 1.5 km cənubda, Araz çayına enən kiçik təpə üzərində yerləşir. Əvvəl təpə üzərində yanaşı yerləşən üç türbə olsa da, onlardan ikisi tamamilə dağılaraq dövrümüzə çatmamış, biri isə qəzalı vəziyyətdədir. Dər türbəsi həcm-məkan həllinə, fasadlarının dekorasiyası və dekorasiyada istifadə edilmiş kərpiclərin formasına görə Azərbaycan ərazisində yayılmış digər kərpic türbələrdən əsaslı şəkildə fərqlənir. Dər türbəsi iki yaruslu struktura malikdir. Türbənin birinci yarusu sərdabə xarakteri daşımaqla yer səviyyəsindən aşağıdadır. Türbənin yerüstü hissəsi 5.15–5.20 metr hündürlüyə malik düzgün səkkizguşəli prizma formasına malikdir. Prizma üzərində yerləşdirilmiş uzun barabanın üzəri isə kiçik günbəzlə tamamlanmışdı. Türbənin yerdən olan ümumi hündürlüyü 8.0–8.20 metrə bərabər olmuşdur.
Darkənd yaşayış yeri
Dаrkənd yаşаyış yеri — Qаlıqlаrı hаzırdа еynikəndin ərаzisində yеrləşir. Оrtа əsr yаşаyış еvlərinin bir qisminin yаlnız qаlıqlаrı sахlаnır. Yаşаyış еvləri dördkünc fоrmаlı çiy kərpicdən inşа оlunmuş, оnlаrın dаmı tаğbəndlərlə tаmаmlаnmışdır. Yаşаyış binаlаrının tikintisində bişmiş kərpic və dаşdаn dа istifаdə еdilmişdir. Hаzırdа kəndin içərisində mədəni təbəqənin dаğılmаsı nəticəsində çəhrаyı rəngli kеrаmikа məmulаtı ətrаfа yаyılmışdır. Оnlаrın bir qismi şirlidir. Kəndin ətrаfındа Оrtа əsrlərə аid türbə və qəbiristаnlıqlаr indiyədək qаlmаqdаdır. Yаşаyış yеrindən аşkаr оlunаn аrхеоlоji mаtеriаllаr XI-XVIII əsrlərə аiddir.
Darlinq
Darlinq (ing. Darling) — Avstraliyanın cənub-şərqindən axan çay, Murrey çayının sağ qolunu təşkil edir. Uzunluğuna görə Avstraliyanın ikinci çayıdır. Yuxarı axarlarda Kalqoa çayı ilə birləşənə qədər Dumerik, Makintayr və Bauron adlanır. Başlanğıcını Nyu-İnqlend silsiləsindən Bourk şəhəri yaxınlığından götürür. Çayın uzunluğu 2740 km təşkil edir. Hövzəsinin sahəsi 710000 km²-dir. Əsasən yağış və yer altı suları ilə qidalanır. Səviyəsi 6–8 m arasında dəyişir. Quraq illərdə aşağı axarları quruyur.
Darləçək qlobulariya
Darləçək qlobulariya (lat. Globularia trichosantha) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin qlobulariya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür. Çoxillik, 3-25 sm hündürlüyündə ot bitkisidir. Kökyanı rozet yarpaqları dərivari, tamkənarlı, tərs yumurtavari və ya uzunsov tərs yumurtavaridir. Üst tərəfədən oyuqlu və ya 3 dişciklidir. Gövdə yarpaqları xırda, oturaq ellipsvari və ya ellipsvari-xətvaridir. Sonuncu başcıqlar 15–20 mm diametrdə, kürəvaridir. Kasacıq 6–7 mm, meyvə verən zamanı 7,5–88 mm-ə qədər uzanır.
Darmstadtium
Darmştadtium (Ds) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 110-cu element. Elementin adı kəşf edildiyi Darmştadt elm şəhərinin adından götürülmüşdür. Şəhər Almaniyada yerləşir.
Darmştadt
Darmştat (alm. Darmstadt‎) — Almaniyanın Hessen vilayətindəki universitet şəhəridir. Bu şəhər 1997-ci ildə "elm şəhəri" rəsmi statusunu alıb. Son illərdə Darmştadt şəhərini "proqram təminatının gizli paytaxtı" adlandırmağa başlayıblar. Darmştadt Texniki Universiteti daxil olmaqla bu şəhərdə yerləşən digər ali təhsil ocaqları informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi ilə tanınır. Təsadüfi deyil ki, şəhərdə və onun ətrafında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən çox sayda müəssisələr yerləşir.
Darmştadt Texniki Universiteti
Darmştadt Texniki Universiteti (alm. Technische Universität Darmstadt, TU Darmstadt‎) — Almaniyada universitet; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. "Biz öz nailiyyətlərimiz və məzunların köməyi ilə dünyanı dəyişdirdik" - universitet özünü məhz belə xarakterizə edir. Darmştadt Texniki Universitetinin əsası 1877-ci ildə qoyulub. Ali təhsil ocağı 1882-1883-cü illərdə elektrotexnika sahəsində təhsil təklif edən ilk universitet olub. Ali məktəb Almaniyanın Hessen vilayətinin cənubundakı Darmştadt şəhərində yerləşir. Bu şəhər 1997-ci ildə "elm şəhəri" rəsmi statusunu alıb. Son illərdə Darmştadt şəhərini "proqram təminatının gizli paytaxtı" adlandırmağa başlayıblar. Darmştadt Texniki Universiteti daxil olmaqla bu şəhərdə yerləşən digər ali təhsil ocaqları informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi ilə tanınır. Təsadüfi deyil ki, şəhərdə və onun ətrafında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən çox sayda müəssisələr yerləşir.
Darmştat
Darmştat (alm. Darmstadt‎) — Almaniyanın Hessen vilayətindəki universitet şəhəridir. Bu şəhər 1997-ci ildə "elm şəhəri" rəsmi statusunu alıb. Son illərdə Darmştadt şəhərini "proqram təminatının gizli paytaxtı" adlandırmağa başlayıblar. Darmştadt Texniki Universiteti daxil olmaqla bu şəhərdə yerləşən digər ali təhsil ocaqları informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi ilə tanınır. Təsadüfi deyil ki, şəhərdə və onun ətrafında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən çox sayda müəssisələr yerləşir.
Daron Əcəmoğlu
Daron Əcəmoğlu (3 sentyabr 1967, İstanbul) — erməni əsilli türk alimi, professor. 1967-ci ildə İstanbulda anadan olan Əcəmoğlu 1986-cı ildə Qalatasaray liseyini bitirib. İngiltərədə York Universitetinin iqtisadiyyat fakültəsindən məzun olduqdan sonra London İqtisadiyyat Məktəbində magistr və elmlər namizədi dərəcələri alıb. 1992–1993-cü illərdə bu məktəbdə dərs deyib. Əcəmoğlu 1993-cü ildən bəri dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnoloji Univesitetində çalışmağa başlayıb. 2000-ci ildə professor dərəcəsi alıb. O zamandan bəri universitetin tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir. Xüsusilə gəlir və maaş qeyri-bərabərliyi mövzusunda işləri ilə tanınan Əcəmoğlunun maraqlandığı məsələlər arasında siyasi iqtisadiyyat, iqtisadi inkişaf, iqtisadi böyümə də yer alır. O, iqtisadiyyat elminə böyük töhfə vermiş gənc alimlərə ABŞ İqtisadiyyat Dərnəyinin iki ildən bir verdiyi Con Bat Klark mükafatına və London İqtisadiyyat Məktəbinin Robert Makkenzi mükafatına layiq görülüb. İDEAS/RePec beynəlxalq iqtisadi araşdırma qurumunun məlumatına görə, Əcəmoğlu dünyada istinad edilən ilk 20 iqtisadçıdan biridir.
Darqo ekspedisiyası
Darqo ekspedisiyası (rus. Даргинский поход) — 1817–1964-cü illərdəki Qafqaz müharibəsi gedişində 1845-ci ildə Şeyx Şamilin iqamətgahı olan Darqo ailini tutmaq məqsədilə rus qoşunlarının 5 iyundan 20 iyuladək davam etmiş yürüşü. Yürüş rusların böyük itkiləri ilə nəticələnmişdir ki, sonda onlar geri çəkilməyə məcbur olmuşlar. Darqo ekspedisiyasının nəticəsi Şamilin bölgədəki təsirinin artmasında çox əhəmiyyətli oldu. 1845-ci il iyun ayının 5-i və 6-nda rus qoşunlarının avanqardı komandan general-mayor D.V.Passek dağlıları Ançimeyer və Zunumeyer dağlarında məğlub etdikdən sonra rus qoşunlarının əsas qüvvələri komandan general-leytenant qraf M.S. Vorontsovun başçılığı ilə 20-dən çox piyada batalyonu, 16 kazak bölüyü, Gürcüstan milisinin süvari və piyada dəstələri, 46 topdan ibarət ordu üçün Darqoya gedən yolun üstündəki Andi kəndinə yol açıldı. İyun ayının ortalarında baş vermiş qanlı döyüşlər nəticəsində ruslar Andi və Qoqotl kəndlərini tutdular. Rusların ərzaq və sursat nəqliyyatlarına dağlıların daimi hücumları nəticəsində rus qoşunları burada iki həftə qalmalı oldular. Yalnız iyulun 6-da Vorontsov Darqoya qoşunun bir hissəsini – 10,5 piyada batalyo nu, 3 atıcılar rotası, 4 kazak bölüyü; cəmi 9,5 min nəfər və 16 top olmaqla yeridə bildi. Şeyx Şamilin əmri ilə yandırılmış Darqoya ruslar iyulun 7-də girdilər. Şeyx Şamil Darqoda rus qoşunlarını mühasirəyə alaraq faktiki öz iqamətgahını "tələ"yə çevirdi.
Darquba
Darquba — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kərgəlan inzibati ərazi vahidində kənd. Darquba kəndi Bəşərü çayının sahilində, Lənkəran ovalığında yerləşir. Əhalisi 1006 nəfərdir. Kəndin adı XIX əsrə aid sənədlərdə Darğakənd, 1917-ci ildə Darğaoba, 1933-cü ildə isə Darquba variantında qeydə alınmışdır. Talış dilində Daqova kimi tələffüz edilir. Oykonim darğa (etnonim) və oba (el, nəsil, kənd) komponentlərindən düzəlib, "darğalar kəndi" deməkdir. Etnotoponimdir. Kənddə Darquba kənd məscidi dini icması fəaliyyət göstərir.
Dendrobium dartoisianum
Dendrobium tortile (lat. Dendrobium tortile) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Dendrobium dartoisianum De Wild. Dendrobium haniffii Ridl. ex Burkill Dendrobium tortile var.
Drosera darwinensis
Drosera darwinensis (lat. Drosera darwinensis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Dungeon ni Deai wo Motomeru no wa Machigatteiru Darou ka
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?, Yaponiyada tanınan adı ilə Dungeon ni Deai wo Motomeru no wa Machigatteiru Darou ka (ダンジョンに出会いを求めるのは間違っているだろうか, azərb. Zindanda qız tutmağa çalışmaq düz deyil?‎) və ya qısaca DanMachi (ダンまち?) — Suzuhito Yasudanın rəssamlığı ilə Fucino Omori tərəfindən yazılmış ranobe seriyası. SB Creative 2013-cü ilin yanvarında GA Bunko imprinti altında 19 cildini buraxmışdır. Ranobe seriyası əsasında 1 spin-off ranobesi və 2 manqa adaptasiyası istehsal olunmuşdur. J.C.Staff studiyası tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası 4 aprel 2015-ci ildən 27 iyun 2015-ci ilə kimi yayımlanmışdır. 7 dekabr 2016-cı ildə OVA seriyası buraxılmışdır. 2018-ci ilin fevralında ikinci mövsümü və orijinal film adaptasiyası anons edilmişdir. Bundan əlavə "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Sword Oratoria" adlı spin-off ranobesi 2014-cü ilin yanvarında, "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Familia Chronicle!" (Nilitsunun rəssamlığı ilə) adlı spin-off ranobesi 2017-ci ilin martında nəşr olunmağa başlamışdır. Hər iki ranobe manqa adaptasiyası əldə etmişdir. "Sword Oratoria" əsasında 2017-ci ildə anime serialı adaptasiyası çəkilmişdir.
Dviki Darmavan
Dviki Darmavan (ind. Dwiki Dharmawan; d. 19 avqust 1966, Bandunq, Qərbi Yava, İndoneziya) — Sunda əsilli İndoneziya cazmeni, pianinoçalanı, bəstəkarı və prodüseri. Dviki Darmavan Krakatau musiqi qrupunun qurucusudur. Dviki Darmavan 19 avqust 1966-cı ildə İndoneziyanın, Qərbi Yava əyalətində yerləşən Bandunq şəhərində bir sunda ailəsində anadan olmuşdur. Darmavan ilk klassik pianino təhsilini 6 yaşında ikən almışdır. Darmavan 1979-cu ildə caz pianinosu təhsilini bəstəkar Elfa Sekioriyadan almışdır. O, 1995-ci ilin oktyabr ayında aktrisa İta Purnamasari ilə evlənmişdir. Onların Məhəmməd Fernanda Darmavan (d. 1996) adlı bir övladları var.
Famaqusta darvazası
Famaqusta darvazası (türk. Mağusa Kapısı) — Nikosiya şəhərində Venesiya dövründə tikilmiş üç darvazadan biri. Darvaza 1567–1570-ci illərdə venesiyalı memar Culio Savornyano tərəfindən dizayn edilmişdir. Onun adından darvaza "Porta Culiana" adlandırılmışdır. Qapı şəhər istehkamlarında tunel yaradır, tağın mərkəzi hissəsindəki okulusla işıqlandırılır. Darvazanın hər iki tərəfində iki otaq var. 1981-ci ildə geniş restavrasiya işlərindən sonra darvaza mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir; burada sərgilər, debatlar və konsertlər təşkil olunur.
III Dara
III Dara (e.ə. 380 – e.ə. 330, Baktriya) — Əhəməni dövlətinin sonuncu şahənşahı (E.ə. 336-330-cu illər). Əhəmənilər sülaləsinin sonuncu hökmdarı bir çox qardaşlarını güdaza verən, cinsindən və yaşından asılı olmayaraq bütün qohum-əqrəbasını tələf edən qanlı müstəbid III Artakserks Əhəmənilər imperiyanın ömrünü bir neçə il uzatmışdı. III Artakserks mərkəzi hakimiyyəti müəyyən dərəcədə möhkəmlətməyə müvəffəq oldu, lakin e.ə. 338-ci ildə zəhərlə öldürüldü. Şah ailəsi demək olar tamamilə tələf edildikdən sonra, e.ə. 336-ci ildə İran şahənşahının taxtında Əhəməni sülaləsinin yan şaxələrindən birinin nümayəndəsi olan Kodoman əyləşdirildi. III Dara adını qəbul edən bu şahın hökmranlığının tarixi Makedoniyalı Aleksandrın yunan-Makedoniya qoşunlarının zərbələri altında böyük İran dövlətinin məhv olması tarixidir.
II Dara
II Dara, (II Dara Oxus); (e.ə. 475 – e.ə. 404, Babil) — 423-404-cü illərdə Əhəmənilər şahənşahı. I Artakserksin yunan cariyəsi Kosmartidenadan olan oğlu. Hakimiyyətə gələnə qədər adı Oks idi və 423-cü ildə II Dara adını götürdü. Yunanlarla müharibələr etmişdir, hakimiyyəti dövründə 405-ci ildə Misirdə üsyan baş vermişdir. 404-cü ildə Babildə ölmüşdür.

Digər lüğətlərdə