Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyi
Hacıqabul rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1989-cu ildə Hacıbaqbul razyonu ərazisində yaradılmış, eksponatlarının sayı 3000 keçmişdir.
== Muzeyin tarixi ==
Hacıqabul rayon Tarix-Diyarşünaslıq muzeyinin əsası 1989-cu ildə, onun ilk direktoru olmuş Hüseyin Hənifə oğlu İsayev tərəfindən qoyulmuşdur. 1000-ə yaxın eksponatla iki kiçik otaqda yerləşmiş həmin muzey normal fəaliyyəti üçün şərait olmadığından 1993-cü ildə bağlanmış, 10 il sonra onun fəaliyyəti bərpa olunmuşdur.
== Muzey binası ==
Bina 1975-ci ildə tikilməyə başlamış, 1977-ci ilin aprel ayında istifadəyə verilmiş və hazırda istifadəyəqismən yararlı vəziyyətdədir. Binada muzeylə yanaşı Yeni Azərbaycan Partiyasının rayon təşkilatı, rayon Məşğulluq Mərkəzi (birinci mərtəbə), rayon Gənclər və İdman İdarəsi (ikinci mərtəbə), rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı, rayon Arxivi, Hacıqabul qəzetinin redaksiyası yerləşir.
== Muzey ekspozisiyası ==
Muzey fəaliyyətini bərpa etdiyi 2003-cü ilin iyun ayından etibarən "Azərxalça" İstehsalat Birliyinin balansında olan və Hacıqabulşəhər İsmət Qayıbov küçəsi 4 ünvanında yerləşən üç mərtəbəli binanın ikincimərtəbəsində, ümumi sahəsi 220 m2 olan iki zalı (ekspozisiya sahəsi) və üç otaqda (direktorun digər işçilərin və fond otaqları) yerləşdirilmişdir. Muzeyin ekspozisiya sahəsi çox kiçik olduğundan əsas fondun yalnız az bir hissəsini nümayiş etdirməyə şərait vardır. 2003-cü ildə yenidən fəaliyyətə başlamış muzey iki böyük zal və üç köməkçi otaqda fəaliyyət göstərməklə, 4058-ə qədər eksponat 15 kolleksiyada (saxsı, bürünc, alüminium, parça, polad, kağız) toplanıb. Saxsı, mis və digər materiallardan hazırlanmış, əkinçilik, maldarlıq, toxuculuq (xalçaçılıq) kimi fəaliyyətlərə aid əşyalarla bərabər, elm, incəsənət, təhsil, hərb, dəmir yolu kimi sahələrlə bağlı sənəd, şəkil və digər eksponatlar rayonun tarixi, onun görkəmli adamları barədə kifayət qədər məlumat verir.
== Həmçinin bax ==
Hacıqabul
Hacıqabul rayonu
== Xarici keçidlər ==
"Hacıqabul tarixinin əks olunduğu məkan".