FAMİL

ailə, nəsil adı; İlkin mənası “qul sahibi, quldar“ olmuşdur; ə. vaqif, bilən, məlumatlı.
FAMƏLİ
FAMİLƏ
OBASTAN VİKİ
Famil
Famil — ad. Famil Ağaşov — Vətən müharibəsi şəhidi.
Famil Ağaşov
Famil Camalzadə
Famil Hüseynov
Famil Həsənzadə
Famil Həşimov
Həşimov Famil İsfəndiyar oğlu (31 dekabr 1935, Əyin, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ – 31 dekabr 1991, Azərbaycan) — "Avanqard" qəzetinin redaktoru, Qubadlı rayon Partiya Komitəsinin katibi, Qubadlı rayon Aqrokombinatının Baş direktoru. == Həyatı == Famil Həşimov 31 dekabr 1935-ci ildə Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1942-ci ildə Əyin kənd natamam orta məktəbinə qədəm qoymuş, sonra təhsilini Qubadlı qəsəbə orta məktəbində davam etdirmiş və 1954-cü ildə orta məktəbi bitirmişdir. 1955-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində yaxın qohumu Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun evində qalmışdır. Yazıçının evində qalması, onunla yaxından təmasda olması Famil Həşimovun sonrakı həyat və yaradıcılığına öz əhəmiyyətli təsirini göstərmişdir. 1960-cı ildə Famil Həşimov ali təhsilini başa vuraraq Qubadlı rayonuna qayıdır. Həmin ildə Qubadlı Rayon Xalq Deputataları Sovetinin orqanı olan "Avanqard" qəzetində məsul katib kimi işə başlayır. 1962–1963-cü illərdə Cəbrayıl rayon Kolxoz-sovzox idarəsində təşkilatçı müfəttiş, 1963–1964-cü illərdə Zəngilan istehsalat idarəsində təşkilatçı müfəttiş, 1964-cü ildən 1966-cı ilə kimi Qubadlı Rayon Kənd Təsərrüfatı idarəsində iqtisadçı vəzifəsində işləmişdir. Harada işləmsəindən asılı olmayaraq vaxtaşırı yerli mətbuatda və respublikada dərc olunan qəzet və jurnallarda müxtəlif mövzülarda məqalələr dərc etdirmişdir.
Famil Mehdi
Mehdiyev Famil Ağalar oğlu (Famil Mehdi; 25 dekabr 1934, Sarıhacılı, Ağdam rayonu – 29 sentyabr 2003, Bakı) — Azərbaycan şairi, tənqidçi, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1974), professor (1977). == Həyatı == Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində təhsil almışdır. Sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1953–1958). Əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlamışdır (1958). ADU-nun filologiya fakültəsində aspirant (1961–1964), müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.
Famil Mustafayev
Famil Front oğlu Mustafayev (18 sentyabr 1966, Salyan rayonu) — iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri (2019-cu ildən). == Həyatı == Famil Front oğlu Mustafayev 18 sentyabr 1966-cı ildə Salyan rayonunda anadan olmuşdur. 1983-cü ildə orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1984–1989-cu illərdə Rusiya Federasiyasında Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Ailəlidir, iki övladı var. == Əmək fəaliyyəti == 1989–1992-ci illərdə Azərbaycan Texniki Universitetində "Siyasi iqtisad" kafedrasında müəllim, 1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində şöbə rəisi, Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini, 1994–1996-cı illərdə "Azərbaycan İnvestisiya Şirkəti" SC-nin vitse-prezidenti, prezidenti, 1996–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi, Milli Depozit Mərkəzinin icraçı direktoru, prezidenti, 1999–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti, 2001–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadi nəzəriyyə-2" kafedrasının baş müəllimi, 2004–2015-ci illərdə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavini, 2004–2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində 0,5 ştat professoru, 2015–2016-cı illərdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri, 2016–2018-ci illərdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, 2018–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin vəzifələrini icra edən sədr müavini işləmişdir. 2019-cu ilin 21 iyun tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir. == İctimai fəaliyyəti == 2011–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "İqtisadiyyat" elmləri üzrə ekspert şurasının üzvü olub. 2013-cü ilin fevral–oktyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "İqtisadiyyat və Hüquq" elmləri üzrə ekspert şurasının sədri vəzifəsini icra edib.
Famil Məmmədli
Famil Məmmədov
Famil Hüseyn oğlu Məmmədov (t.e.d., professor) — texnika elmləri doktoru, professor, Azərbaycan Texniki Universiteti, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Ümumi məlumat == Texnika elmləri doktoru, professor Famil Hüseyn oğlu Məmmədov 01 aprel 1943-cü ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indki Azərbaycan Texniki Universitetini) “Avtomatik Elektrik Rabitəsi” ixtisası üzrə bitirmişdir.1965-1967-ci illlərdə gənc mütəxəssiz kimi təyinatla Qazaxıstan Respublikasının Karaqanda şəhərində “Karaqandaenerji” idarəsinin rabitə xidməti şöbəsində mühəndis vəzifəsində işləmişdir. 1971-1974-ci illərdə professor М.А.Bonç-Bruyeviç adına Leninqrad Elektrotexnika Rabitə İnstitututun (indiki, М.А.Bonç-Bruyeviç adına S.Peterburq Dövlət Telekommunikasiya Universi-tetin) məqsədli aspiranturasında təhsilini davam etdirmişdir.1975-ci ildə orada 05.12.15 – “Rabitə kanalları üzrə informasiya verilişi sistemləri və vasitələri” ixtisası üzrə dissertasiya müdafə edərək, texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. 1996-cı ildə “A.S. Popov adına Ukrayna Dövlət Rabitə Akademi-yasında” 05.12.14 -“Telekommunikasiya nəzəriyyəsi”, 05.12.02 - "Telekommunikasiya sistemləri və onların idarə edilməsi” ixtisasları üzrə dissertasiya müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.1997-ci ildə onun dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Kommissiyası tərəfindən nostrifikasiya və təkrar attestasiyadan keçirilmiş və ona texnika elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 2003-ci ildən professor, 2004-cü ildən Beynəlxalq Mühəndislik Akademiyası-nın muxbir üzvü, 2013-cü ildən Beynəlxalq Rabitə Akademiyasının akademikidir. Ailəlidir, üç övladı var. == Həyatı və Elmi fəaliyyəti == 1967-1971-ci illərdə Azərbaycan Texniki Universiteti-nin "Elektrik rabitəsi" kafedrasının assistenti, 1975-1978-ci illərdə həmin kafedranın dosenti və "Radiotexnika və elektrik rabitəsi" fakultəsinin tədris işləri üzrə dekan müavini vəzifələrində işləmişdir. 1978-ci ildə ona Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisiyası tərəfindən dosent elmi adı verilib. 1979-1995-ci illərdə Azərbaycan Texniki Universitetin Elektrotexnika fakültəsinin dekanı vəzifəsində çalışıb və bu dövrlərdə tədris nizam-intizamının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, təhsil standarlarının, tədris planlarının, proqramlarının təkmilləşdirilməsi və onların beynəlxalq standartlar səviyyəsinə çatdırılmasında əməli fəaliyyət göstərmişdir.
Famil Pirvələdov
Famil Sadıqov
Famil Kamil oğlu Sadıqov (1968, Naxçıvan) — iqtisad elmlər namizədi, Qazprom-un vitse-prezidenti. == Həyat və fəaliyyəti == F. Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub. S. Orconikidze adına Dövlət İdarəçilik Akademiyasının və Ümum-Rusiya Vergi Akademiyasını bitirmişdir. İqtisad elmlər namizədidir. 1995–1999-cu illərdə RF Maliyyə Nazirliyində və Federal Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləmiş, 1999–2004-cü illərdə RF vergilər və rüsumlar nazirinin müavini olmuşdur. RF vergilər və rüsumlar nazirinin müavini vəzifəsində işlədiyi dövrdə ona II dərəcəli RF dövlət xidməti həqiqi dövlət müşaviri rütbəsi verilmişdir. 2005–2009-cu illərdə Federal Xəzinədarlığın rəhbərinin müavini olmuşdur. 2009-cu ildən Rusiya "Qazprombank"nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2020-ci il aprel ayından Gazpromun maliyyə direktoru, vitse-prezidenti təyin edilmişdir. 2020-ci ildən həmçinin əlavə vəzifə olaraq Famil Sadiqov Belarusda yerləşən, Səhmləri Rusiya Federasiyasına aid olan "Belqazprombank" idarə heyətinin sədridir.
Famil Camalov
Famil Camalov (8 aprel 1998) — Azərbaycan Premyer Liqasında "Turan-Tovuz" un hücumçusu kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyerası == Camalov 12 sentyabr 2021-ci ildə Azərbaycan Premyer Liqasında "Neftçi" ilə "Qarabağ" oyununda debüt etdi.
Famil Süleymanov
Süleymanov Famil (Qaracallı) — yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın tanınmış kimya mütəxəssisi == Həyatı == Famil Süleymanov 1941-ci ildə Qubadlı rayonunun Qaracallı kəndində anadan olub.O, orta təhsilini başa vurduqdan sonra, Sumqayıta gələrək Kimya Texnologiyaları Texnikumuna daxil olur. 1962-ci ildə oranı bitirərək kimya zavodunda 6-cı dərəcəli apparatçı kimi işə başlayır. 1963-cü ildə Neft Kimya İnstitutuna qəbul olur və 1969-cu ildə oranı bitirir. 1974-ci ilin sentyabr ayından sulfanol istehsalının rəisi təyin edilir, 1980-cı ildə üzvi-sintez istehsalat birliyinin rəisi, 1986-cı ildən isə zavod direktorunun müavini vəzifəsinə təyin olunur, 1992-ci ildən yaradılan "Azərkimya" Dövlət Şirkətinin prezidentinin müavini vəzifəsinə təyin edilmişdir. == Fəaliyyəti == 20 yanvar faciəsindən sonra Famil Süleymanov yaradıcılıqla məşğul olmağa başlayır və 1996-cı ildə ilk əsəri "Qana boyanmış Quran" çap edilir. Bundan sora məhsuldar işləyən yazar türk, azərbaycanlılarşn 20-ci əsirdə başlarına gəlmiş müsübət və qəhrəmanlıqları yazaraq, özünün 37 cildlik seşilmiş əsərlərində çap etdirmişdir.Famil Süleymanov 37 tarixi romanın müəllifidir. Haqqında Türkiyənin TRT-3 kanalı film çəkir. “Qana boyanmış Quran”, “Qu quşunun nəğməsi” və s. əsərləri ona böyük şöhrət gətirib.
Famil Çıraqov
Famil Musa oğlu Çıraqov (1958, Qoçulu, Bolnisi rayonu) — Bakı Dövlət Universiteti, kimya elmləri doktoru, professor, «Analitik kimya» kafedrasının müdiri. == Həyatı == Çıraqov Famil Musa oğlu −1958-ci ildə Gürcüstan respublikasının Bolnisi rayonunun Qoçulu kəndində anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmiş, 1987-ci ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəliyyəti == 1987-ci ildə "Benzoy turşusunun p-törəmələrinin manqan(II), kobalt(II) və nikellə(II) əmələ gətirdiyi kompleks birləşmələrin sintezi, quruluşu və xassələri" mövzusunda namizədlik, 1999-cu ildə isə "Metalların b-diketonların törəmələri ilə kompleks birləşmələri: sintezi, quruluşu, xassələri və analitik tətbiqi" mövzusunda 02.00.01 və 02.00.02 indeksləri ilə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən "Analitik kimya" kafedrasının professoru, 2006-cı ildən isə müsabiqə yolu ilə həmin kafedranın müdiri vəzifəsinə seçilmişdir. O fakültə ekspert və elmi şuralarının, D.02.011 şifrli 02.00.02, 02.0003, 02.0004 ixtisasları üzrə Diissertasiya Şurasının üzvüdür. Onun elmi-pedoqoji fəaliyyəti 420-dən çox elmi əsərdə, o cümlədən 14 müəlliflik şəhadətnaməsi, 10 kitab, 2 tərcümə və bir sıra redaktə etdiyi dərs vəsaiti və dərslikdə öz əksini tapmışdır. Onun rəhbərliyi altında 16 kimya elmlər namizədi yetirmiş və çoxlu sayda dissertasiyalara rəsmi opponent olmuşdur. O, II-ci kursda "Analitik kimya" magistraturada isə "Optiki analiz metodu" və "Kompleks birləşmələrin analitik kimyada tətbiqi" fənnlərindən mühazirələr oxuyur. O. Moskva, Voronej, Tbilisi Dövlət Universitetləri ilə sıx əlaqə saxlayır.
Famil İsgəndərov
Famil İsgəndər oğlu İsgəndərov (15 may 1975, Bakı – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin fəal iştirakçısı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == 15 may 1975-ci ildə Bakı şəhərində doğulmuşdur. 1991-ci ildə 157 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 6 ay gəmi təmiri zavodunda işləyib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Oxuduğu 157 saylı orta məktəb hal-hazırda onun adını daşıyır. == Ailəsi == Subay idi. == Hərbi xidməti == Famil İsgəndərov 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. O, 6 ay Qusar rayonundakı hərbi hissədə təlim keçdikdən sonra cəbhə bölgəsinə göndərilib. == Döyüşlərdə iştirakı == Famil Ağdərə və Tərtər döyüşlərində iştirak etmiş, Murovdağın geri qaytarılması zamanı ayağından yaralanır.
Famil Şərifov
Şərifov Famil Həsən oğlu — Azərbaycanın əməkdar müəllimi, üzümçü-alim. == Həyatı == 20 noyabr 1937-ci il ildə anadan olub. 1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsini bitirdikdən sonra Ukraynanın Xerson vilayətində aqronom işləmişdir. 1963-cü ildə üzümçülük üzrə aspiranturaya daxil olmuş və 1968-ci ildə ″Fillokseraya davamlı çalaqaltı hibridlərin öyrənilməsi″ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında assistent, dosent, kafedra müdiri, professor vəzifələrində çalışmışdır. Pedaqoji fəaliyyətlə yanaşı o, üzümçülük sahəsində genişmiqyaslı tədqiqat işləri aparmışdır.1972-1982-ci illərdə Dövlət xətti ilə respublikanın müxtəlif rayonlarında yeni üzümlüklərin salınmasında və ümumilikdə üzümçülüyün inkişaf etdirilməsində yaxından iştirak etmişdir. Görkəmli alim F.Şərifov daim novatorluq nöqteyi-nəzərindən çıxış etmişdir. 1979-cu ildən onun üzümçülük üzrə başladığı intensiv və super-intensiv becərmə texnologiyaları sonralar genişmiqyaslı yeni və orjinal bütöv bir becərmə sistemini təşkil etmişdir. 1984-cü ildə onun super-intensiv becərmə texnologiyası əsasında becərdiyi üzümlüyün 1 hektarından 1000 sentner məhsul alınmışdır. Onun orijinal super-intensiv becərmə texnologiyası 1988-ci ildə Dövlət tərəfindən təsdiq edilmişdir (24 sentyabr, 1988-ci il).Beləliklə, Azərbaycanda və dünyada ilk dəfə hər hektar üzümlükdən 800-1000 sentner məhsul alınmasının elmi konsepsiyası hazırlanmışdır.
Famil Əhmədzadə
Famil Ağaəhməd oğlu Əhmədzadə (23 sentyabr 1975, Şaumyan rayonu – 14 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, baş leytenant, tarix müəllimi. == Həyatı == Famil Əhmədzadə 23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda dünyaya göz açmışdır. İbtidai təhsilə 1982-ci ildə Milli Qəhrəman Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində başlamışdır. Famil məktəbdə ən savadlı şagirdlərdən biri olmuşdur. Elə bunun məntiqi nəticəsi kimi, o, orta məktəbi 1992-ci ildə əlaçı məzun kimi bitirmişdir. Orta məktəbi bitirən Famil, elə həmin il Azərbaycanın ilk test üsulu ilə keçirilən imtahanında iştirak etmiş, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Politologiya ixtisasına qəbul olunmuşdur. O, akademiyanın sayılıb-seçilən tələbələrindən olub. 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirmiş, hərbi kafedradan məzun olduğu üçün leytenant rütbəsi ilə məzun olmuşdur. Famil Əhmədzadə 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində tarix müəllimi kimi fəaliyyətini davam etdirmişdir. 1999-cu ilin əvvəlində hərbi xidmətə yola düşmüşdür.
Famil Əlizadə
At familiyası (film, 1973)
At familiyası televiziya tamaşası 1973-cü ildə Azərbaycan televiziyasında istehsal edilmişdir. == Məzmun == Generalın dişi ağrıyır. Prikazçik ona bu işda mahir bir loğmanı məsləhət görür. Lakin adamın famili yadından çıxır. Diş ağrısı şiddətlənən general və ailəsi prikazçikin loğmanın soyadını yadına salması üçün köməkçi olmağa çalışırlar. Prikazçikin isə yadında qalan loğmanın familinin at familinə oxşadığıdır... == Film haqqında == Film saxlanılmayıb.
Canis familiaris
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. == Haqqında == Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Canis lupus f. familiaris
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. == Haqqında == Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Canis lupus familiaris
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. == Haqqında == Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Canis lupus pallipes f. familiaris
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. == Haqqında == Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Discovery Familia
Discovery Familia — "Discovery Communications"a məxsus təhsil və ailə yönümlü ispandilli Amerika peyk və kabel televiziyası kanalı.
Discovery Family
Discovery Family (əvvəllər — ing. Discovery Kids and Hub Network) — 1996-cı il 7 oktyabrda yayıma başlamış amerikan kabel və peyk televiziya kanalı. Kanal Discovery Communications və Hasbro şirkətlərinin birgə müəssisəsidir. Discovery Family kanalı iki auditoriya növünə malikdir: gündüz vaxtı uşaqlar üçün öz proqramlarının və əldə edilmiş televiziya proqramlarının nümayişi, axşam və gecə vaxtlarında isə ailənin baxması üçün köhnə televiziya komediyalarının, dram və bədii filmlərin təkrarı. Şirkətin prezidenti Henri Şliffdir (Henry Schleiff). Televiziya kanalının baş icraçı direktoru Fox Kids-in keçmiş direktoru Tom Kosqrouv (Tom Cosgrove) idi. Hub Network (2010–2014) televiziya kanalının prezidenti və icraçı direktoru televiziya veteranı olan Marqaret Leş (Margaret Loesch) idi. Kanalın tamaşaçı auditoriyası təxminən 60 milyon insanı əhatə edirdi. 13 oktyabr, 2014-cü ildə Hub Network televiziya kanalı Discovery Family kanalına çevrildi. 14 sentyabr, 2017-ci ildə Fransada fransız versiyası yayıma başladı.
Məhəbbətin familiyası (film, 1977)
== Məzmunu == Süjet evlənmək istəyən gənc oğlan haqındadır. == Film haqqında == "Mozalan" Satirik Kinojurnalı № 38, 1-ci süjet == Səhvlər == Titrlərdə Cahangir Aslanoğlu əvəzinə Cahangir Aslanov yazılmışdır.
Pater familias
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır. Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Saqrada Familia
Müqəddəs Ailə kilsəsi (kat. Temple Expiatori de la Sagrada Família) - Barselona şəhərində yerləşən memarlıq abidəsi == Tarixi == İspaniyanın Barselona şəhərində yerləşən bu kilsənin inşası haqqında ilk fikirlər 1874-cü ildə yaranmışdır. Yeddi ildən sonra toplanmış ianələr hesabına o zaman şəhərin bir neçə kilometrliyindəki Eşample adlı ərazidə böyük torpaq sahəsi alınmış, 1882-ci ildə isə məbədin inşasına başlanmışdır. İlk layihəçisi memar Fransisko del Vilyar latın xaçı formasında, lakin qotik üslubda olmayan plan hazırlamışdı. İdeya müəlliflərinin fikrincə, kilsənin tikintisi ianələr hesabına reallaşmalı idi. Buna görə də onun inşası dövrümüzədək davam edir. 1883-cü ildə Fransisko del Vilyar işdən uzaqlaşmış, bundan sonra kilsənin tikintisinə digər məşhur memar Antonio Qaudi rəhbərlik etmişdir. Tamamilə gözlənilmədən kilsənin inşası üçün çox böyük məbləğdə ianə toplanılmışdır. Qaudi bundan sonra əsas layihəni xeyli dəyişdirmək qərarına gəlmişdir. Onun fikrincə, kilsə çoxsaylı nəhəng qüllələrdən ibarət olmalı, bütün dekorasiyalar isə İncil və ya kilsə mərasimlərilə bağlı rəmzləri xatırlatmalı idi.
Certhia familiaris
Adi süzər (lat. Certhia familiaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinin süzər cinsinə aid heyvan növü. Azərbaycan faunasına iki yarımnövü daxil olur. Lənkəran təbii vilayətində yaşayan İran və qalan meşələrdə məskunlaşmış Qafqaz yarımnöləri. Bədəninin üst tərəfi qonurumtul-qəhvəyi, uzununa ağımtıl çilli, altı ağdır. Qanadları və quyruğu köndələn açıq zolaqlıdır. Tək-tək cə ya cütlərlə gəzir. Səsi sakit nəğməsi cingiltili cəh-cəh şəklindədir. Arealı Avropa, Asiya, Şimali Amerikadır. Meşələrdə, parklarda və köhnə ağacları olan bağlarda məskunlaşır.
The Family Jewels
The Family Jewels — uelsli müğənni Marina Diamandisin, Marina and the Diamonds adı altında buraxdığı debüt studiya albomu. 15 fevral 2010-cu ildə 679 Recordings və Atlantic Records tərəfindən buraxılıb. Müğənninin sözlərinə görə albomdakı mahnılar maddi sərvətlərə önəm verilməsi, müasir sosial dəyərlər, ailə, və qadın seksuallığı mövzularındadır.

Digər lüğətlərdə