FICTION

n 1. ədəb. belletristika (nəsrlə yazılan bədii ədəbiyyat; romanlar, hekayələr), bədii ədəbiyyat; works of ~ romanlar, povestlər (roman süjetindən daha sadə süjetli bədii əsərlər); to write / to read ~ bədii əsər yazmaq / oxumaq; 2. uydurma, əfsanə, qondarma; yalan, yalan-palan; fiksiya; to distinguish fact from ~ faktı uydurmadan / əfsanədən fərqləndirmək

FICTIOMIST
FICTIONAL
OBASTAN VİKİ
Film Fiction (jurnal)
Film Fiction – Azərbaycanda ilk elektron kino jurnalıdır. 2011-ci ildən yayımlanır. == Tarix == Jurnal 2011-ci ildə Turizm Universitetinin tələbəsi Fuad Alqayev, rejissor Mətləb Muxtarov və rejissor Şahin Xəlil tərəfindən təsis edilib. Jurnalın ilk sayı 2011-ci ilin sentyabrından yayınlanmağa başlamış, 2021-ci ilin sonuna qədər 10 il ərzində 40-dan çox buraxılışı oxuculara təqdim olunmuşdur. Daha çox sənət kinosunun təbliği ilə məşğul olan jurnalda bu illər ərzində peşəkarlarla yanaşı onlarla həvəskar çalışmışdır. Fəaliyyət dövründə yüzlərlə məqalə ilk dəfə Azərbaycan dilinə çevrilib. Dünya kinosu ilə yanaşı Azərbaycan kinosuna da yer verilib. Qısa zaman ərzində yüzlərlə oxucu auditoriyası ilə ölkənin ən çox oxunan jurnalları siyahısında birincilərdən olub. “Film Fiction” 2012-ci ildə “Ölməzdən öncə izləməli olduğunuz 111 film” ensiklopedik kitab layihəsinin təsisçilərindən biri olub. 2018-ci ildə jurnalın facebook səhifəsi “ən yaxşı facebook səhifəsi” nominasiyasında MİLLİ NET laureatı olub.