FORCE-MEAT

n qiymə, iç

FORCE-LAND
FORCED
OBASTAN VİKİ
Delta Force
1-ci Xüsusi Qüvvələrin Əməliyyat Komandası-Delta (ing. 1st Special Forces Operational Detachment-Delta - 1st SFOD-D) geniş yayılmış adları ilə Delta , Delta Force və ya Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi tərəfindən Combat Applications Group (Mübarizə Tətbiqləri Qrupu) olaraq adlandırılan, elit Special Operations Force (SOF) (Xüsusi Əməliyyat Qüvvələri) və Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (JSOC) təşkilatını tamamlayan ünsürdür. ABŞ Ordusu - (US Army) ABŞ Hərbi Dəniz Qüvvələrindəki həmkarı, US Navy DEVGRU ilə birlikdə 2 birinci səviyyəli (Tier 1) antiterror və xüsusi missiyalar dəstəsidir. Delta Force ən yaxşı xüsusi operatorlardan və xüsusi olaraq hazırlanmış və diqqətlə seçilmiş ordunun əsgərlərindən ibarətdir. Delta Forcenin əsas vəzifəsi terrorla mübarizə, üsyan əleyhinə mübarizə aparmaq və milli vasitəçilik əməliyyatları olsa da, bu gizli missiyalar daxilində bir çox gizli tapşırıqları yerinə yetirən son dərəcə çevik bir təşkilatdır. Bu gizli tapşırıqlara girovları xilas etmək, basqın etmək və gizli düşmən qüvvələrini aradan qaldırmaq daxildir. Vyetnam müharibəsinə qədər ABŞ Xüsusi Qüvvələri ABŞ ordusunun Xüsusi Əməliyyat Qüvvələri, sadəcə olaraq qeyri-nizami döyüşlərə köklənmişdi, Vyetnam müharibəsindən sonra keçmiş Yaşıl Beret zabiti olan Charles Beckwith İngilis Xüsusi təyinatlıları olan SAS ilə ortaq bir əməliyyatdan geri qayıtdıqdan sonra komandirlərinə 22-ci SAS Birliyi kimi “Bizə yalnız Təlimçilər deyil (Qeyri-nizami müharibə ilə əlaqədar olaraq), həm də təcrübəçilər lazımdır” düşüncəsini təqdim etdi və daha elit antiterror və birbaşa əməliyyat qrupu olan Xüsusi Missiya Bölməsini - Delta Forceni qurdu. İlk bölmələr 1978-ci ildə yaradıldı. İlk əməliyyatları İranda girov saxlanılan diplomatları xilas etmək tapşırığı olan Qartalın Pəncəsi əməliyyatı idi. Bu əməliyyatlardakı çatışmazlıqlar əsasında hava dəstəyi üçün 160-cı Xüsusi Əməliyyat Aviasiya Polku yaradılmışdır.
Force India
Force India-Formula-1 komandası. Hindistanlı iş adamı Vijay Mally Spiker komandasını satın aldıqdan sonra 2007-ci ilin oktyabr ayında yaradılıb.2009-cu ildə Belçika Grand Prix'inde Giancarlo Fisichella komandanın ilk polunu qazandı və yarışda Ferrari'den yalnız Kimi Raikkonenin gerisində ikinci sırada iştirak etdi. == Formula 1 == === 2008. Komandanın debüt mövsümü === Monako Qran Prisində Force India 2008-ci ilin mövsümündə xal qazana biləcək yeganə şansa sahib idi. Yarışın başlamasına qədər yağış yağdı. Yarışın gedişində bir çox sürücü səhv edilərkən, çoxları qəzaya düşdü və ya yanlış strategiyanı seçdi.Adrian Sutil yarışa demək olar ki, qüsursuz qalmışdı və yarışın sonunda dördüncü yerdədir və ciddi üstünlüklərə sahib idi. Ancaq kazadan sonra Niko Rosberq yolda təhlükəsizlik avtomobilini buraxdı. Yarışların yenidən başlamasından əvvəl yarışçılar arasında boşluqlar azaldı, Adrian Sutil Ferrari sürücüləri Felipe Massa və Kimi Rəykkönen arasında idi.Adrian Sutil yarisi boksda tamamladi. Oktyabrın 17-də təşkil edilən mətbuat konfransında Vijay Malia, komandanın ortağı olan Adrian Sutil və Giancarlo Fisichella ilə 2009 mövsümündə müqavilələrin uzadılması mövzusunda razılaşdı. === McLaren Mercedes ilə əməkdaşlıq === 2008-ci ilin sentyabrında ilk məlumata görə, Hindistan komandası gələn mövsümdə motorların təchizatçısını dəyişə bilərdi, Ferrari xidmətindən imtina etdi [10].
Opposing Force
Half-Life: Opposing Force və ya OpFor (azərb. Qarşı duran qüvvə‎) — birinci-şəxs atıcı janrında olan və Half-Life üçün əlavə (add-on) yaradılan oyundur. Half-Life: Opposing Force Valve-nin sifarişi ilə Gearbox Software studiyası tərəfindən yaradılmışdır. Əlavədə oyunçu baş qəhrəman Adrian Şepard adlı HECU xüsusi təyinatlını idarə edir. Orijinal Half-Life-da olduğu kimi Opposing Force-da da şəbəkə oyunu var. 2000-ci ilin mayında Valve və Gearbox şəbəkə oyunu üçün əlavə — Opposing Force: Capture the Flag buraxır ki, bu da oyuna müxtəlif xəritələr və rejimlər əlavə edir. 2005-ci ildə Opposing Force Steam-də Half-Life 1: Anthology paketi daxilində yayımlanır. Half-Life: Opposing Force əlavəsində oyunçu HECU əsgərinin rolunu üzərinə götürür və buna görə də PCV tipli zirehli geyimlə təchiz edilir. Bu zirehli geyim Half-Life-da olan HEV kostyumunun analoqudur. Can göstəricilərin yanına həm də onu ağır zədələrdən qoruyan zirehin faizləri də əlavə olunur.
Tiger Force
"Tayger Fors" (ing. Tiger Force; hərf. "Pələng" dəstəsi) — ABŞ ordusunun xüsusi hərbi hissəsi. Vyetnam müharibəsi zamanı mövcud olmuşdur. Partizanlar ilə mübarizə aparmaq üzrə ixtisaslaşmışdır. 1967-ci ildə bir sıra hərbi cinayətlərdə iştirakı ilə şöhrət qazanmışdır. ABŞ jurnalistləri Maykl D. Sallah və Mitç Vayss hərbi birləşmənin törətdiyi müharibə cinayətlərini tədqiq etmişdir. Vyetnam Xarici İşlər Nazirliyi Sallah və Vayssin tədqiqatının dərcindən dərhal sonra ona cavab vermək niyyətində olmadığını bildirmişdi. 2006-cı ildə Sallah və Veyssin araşdırmaları haqqında «Tiger Force: A True Story of Men and War» adında kitab buraxılmışdır. Статьи о «Тайгер Форс» в «Толедо Блэйд» (ing.) John Kifner.
Special Force
Special Force (azərb. Xüsusi qüvvələr‎) — Livan silahlı qruplaşması olan "Hizbullah" Mərkəzi İnternet Bürosu tərəfindən 2003-cü ildə istehsal olunan birinci şəxs atıcı. Videoyun "Hizbullah" və İsrail arasında baş tutmuş Cənubi Livan münaqişəsindən döyüşləri canlandırır, oyunçu İsrail əsgərlərini məğlub etmək vəzifəsi daşıyan "Hizbullah" döyüşçüsü rolunu oynayır. "Hizbullah" bu oyunu yaratmaq ideyasını 2000-ci ildə münaqişə sona çatdıqdan çox keçməmiş formalaşdırmış, iki ildən artıq müddətdə "Hadeel" şirkəti ilə birlikdə istehsal etmişdir. "Special Force" 2003-cü ilin fevralında bir neçə ərəb ölkəsində buraxılmış və sentyabr ayına qədər 18,000 kopyası satılmışdır. Təbliğat və hərbi xidmətə cəlb etmə vasitəsi kimi qiymətləndirilən videooyun yəhudi təşkilatları və İsrail rəsmiləri tərəfindən pislənmişdir. Bu, "America's Army" kimi videooyunların rolları dəyişdirilmiş forması qeyd edilmiş, köhnəlmiş texnologiyası ilə diqqət çəkmişdir. 2006-cı ildə eyni tərəflər arasında baş vermiş Livan müharibəsinə əsaslanan "Special Force 2: Tale of the Truthful Pledge" sikveli 2007-ci ilin avqustunda buraxılmış, məhdud dərəcədə uğur əldə etmişdir. == Geympleyi == "Special Force" hadisələrin İsrail və "Hizbullah" arasında baş tutmuş Cənubi Livan münaqişəsində cərəyan etdiyi birinci şəxs atıcıdır. "Hizbullah" bəzi ölkələr tərəfindən terror təşkilatı kimi tanınan Livan silahlı qruplaşmasıdır.
Brute-Force hücumu
Brute-Force hücumu — Güclü məlumat axının təsiri ilə e-poçt, sosial şəbəkə və s. hesab şifrələrinin qırılmasına kömək edən hücum üsulludur. == Haqqında == Brute-Force hücumu daxilində şifrə haqqında heç bir məlumat məlum deyil. Sadəcə bəlli bir ardıcılığın köməyi ilə şifrə sürətli məlumat axınının təsiri ilə qırılır. (məsələn: 121121, 121122, 121123, 121124, 121125, 121126, 121127, 121128, 121129, 121130 və s. Bu ardıcılığlar internetin sürəti ilə sürətlənir: Internet sürəti 128kb/san olarsa, səhifənin həcmi 12kb olarsa. 128:12=10 belə olduqda saniyədə 10 şifrə yoxlanır.) Bu hücum iki formaya bölmək olar: Əl ilə və ya Xüsusi şifrə ardıcılığı daşıyan faylın köməyi ilə. Şifrə qırıldığda fayla siqnal ötürülür və əməliyyat dayanır. Brute-Force hücumundan şifrə nə güclü (8-64) olarsa, qırılma müddəti o qədərdə artacaq. Şifrə ardıcılığı daşıyan fayl nə qədər böyük olarsa, sistem o qədər sizin qarşınızda zəif olacaqdır.
Half-Life: Opposing Force
Half-Life: Opposing Force və ya OpFor (azərb. Qarşı duran qüvvə‎) — birinci-şəxs atıcı janrında olan və Half-Life üçün əlavə (add-on) yaradılan oyundur. Half-Life: Opposing Force Valve-nin sifarişi ilə Gearbox Software studiyası tərəfindən yaradılmışdır. Əlavədə oyunçu baş qəhrəman Adrian Şepard adlı HECU xüsusi təyinatlını idarə edir. Orijinal Half-Life-da olduğu kimi Opposing Force-da da şəbəkə oyunu var. 2000-ci ilin mayında Valve və Gearbox şəbəkə oyunu üçün əlavə — Opposing Force: Capture the Flag buraxır ki, bu da oyuna müxtəlif xəritələr və rejimlər əlavə edir. 2005-ci ildə Opposing Force Steam-də Half-Life 1: Anthology paketi daxilində yayımlanır. == Oyun prosesi == Half-Life: Opposing Force əlavəsində oyunçu HECU əsgərinin rolunu üzərinə götürür və buna görə də PCV tipli zirehli geyimlə təchiz edilir. Bu zirehli geyim Half-Life-da olan HEV kostyumunun analoqudur. Can göstəricilərin yanına həm də onu ağır zədələrdən qoruyan zirehin faizləri də əlavə olunur.
Special Force (videooyun, 2003)
Special Force (azərb. Xüsusi qüvvələr‎) — Livan silahlı qruplaşması olan "Hizbullah" Mərkəzi İnternet Bürosu tərəfindən 2003-cü ildə istehsal olunan birinci şəxs atıcı. Videoyun "Hizbullah" və İsrail arasında baş tutmuş Cənubi Livan münaqişəsindən döyüşləri canlandırır, oyunçu İsrail əsgərlərini məğlub etmək vəzifəsi daşıyan "Hizbullah" döyüşçüsü rolunu oynayır. "Hizbullah" bu oyunu yaratmaq ideyasını 2000-ci ildə münaqişə sona çatdıqdan çox keçməmiş formalaşdırmış, iki ildən artıq müddətdə "Hadeel" şirkəti ilə birlikdə istehsal etmişdir. "Special Force" 2003-cü ilin fevralında bir neçə ərəb ölkəsində buraxılmış və sentyabr ayına qədər 18,000 kopyası satılmışdır. Təbliğat və hərbi xidmətə cəlb etmə vasitəsi kimi qiymətləndirilən videooyun yəhudi təşkilatları və İsrail rəsmiləri tərəfindən pislənmişdir. Bu, "America's Army" kimi videooyunların rolları dəyişdirilmiş forması qeyd edilmiş, köhnəlmiş texnologiyası ilə diqqət çəkmişdir. 2006-cı ildə eyni tərəflər arasında baş vermiş Livan müharibəsinə əsaslanan "Special Force 2: Tale of the Truthful Pledge" sikveli 2007-ci ilin avqustunda buraxılmış, məhdud dərəcədə uğur əldə etmişdir. "Special Force" hadisələrin İsrail və "Hizbullah" arasında baş tutmuş Cənubi Livan münaqişəsində cərəyan etdiyi birinci şəxs atıcıdır. "Hizbullah" bəzi ölkələr tərəfindən terror təşkilatı kimi tanınan Livan silahlı qruplaşmasıdır.
Internet Engineering Task Force
IETF(Internet Engineering Task Force; azərb. İnternet mühəndisliyi üzrə xüsusi komissiya‎) – İnternetin arxitekturası və protokolların inkişafı ilə məşğul olan layihəçilərin, şəbəkə operatorlarının və provayderlərin açıq beynəlxalq cəmiyyəti. 1986-cı ildə IAB (Internet Architecture Board) tərəfindən yaradılıb. Bütün texniki işlər IETF-in konkret mövzularla (məsələn, marşrutlama, verilənlərin nəqli, təhlükəsizlik və s. məsələlərlə) məşğul olan işçi qruplarında həyata keçirilir. Əsas işlər poçt göndərişləri vasitəsilə aparılır, ancaq ildə üç dəfə IETF-in toplantısı keçirilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ben 10 Alien Force : Vilgax Attacks
Ben 10: Alien Force – Vilgax Attacks — Ben 10 videooyun seriyasında üçüncü oyunudur, və Ben 10: Alien Force nəşrinə əsaslanan ikinci oyundur. Birinci videooyun cizgi serialının ilk iki mövsümünə əsaslanır; Vilgax Attacks isə serialın üçüncü və final mövsümlərinə əsaslanır. 27 oktyabr 2009-cu il buraxılmışdır.