1. Materiyanın hərəkətinin müəyyən inkişaf mərhələsində əmələ gələn xüsusi forması; varlıq, dirilik. Yerdə həyatın əmələ gəlməsi.
2. Ömür.
3. Canlı vücudun törədiyi andan yox olana qədərki dövr (bütöv dövr və ya onun bir hissəsi); ömür. Həyatında bir dəfə də olsun xəstələnməyib. Həyatının məsud çağları.
// İnsanın keçirdiyi ömür və gördüyü işlər; tərcümeyi-hal. Öz həyatından danışmaq.
// Bir adamın müəyyən yerdə yaşadığı dövr. M.F.Axundzadənin Tiflis həyatı.
// Məişət, yaşayış qaydası. Avropa həyat tərzi. Şəhər həyatı. Kənd həyatı.
// Dolanacaq, yaşayış tərzi. Tüfeyli həyat. Köçəri həyat. Sərsəri həyat.
// Dirilik, canlılıq. Həyat əsəri yoxdur.
// məc. Canlanma, dirçəlmə, hərəkət, qaynaşma, qızğın fəaliyyət. Tikinti sahəsində həyat qaynayır.
4. məc. İnsanda cismani və mənəvi qüvvələrin təzahürü. Onun hərəkət və sözlərində coşqun həyat duyulur.
□ Həyat eşqi – yaşamaq arzusu.
5. Hər hansı bir sahədə yaşayış və inkişafı səciyyələndirən hadisələrin məcmusu. Ölkənin təsərrüfat həyatı. Beynəlxalq həyat. Mədəni həyat. Mənəvi həyat.
6. Bizi əhatə edən real varlıq. Elmin həyatla əlaqəsi. Elm həyatdan ayrı yaşaya bilməz.
◊ Həyat keçirmək (sürmək) – yaşamaq, ömür sürmək, ömrünü bu və ya başqa tərzdə keçirmək.
Həyat vermək – canlandırmaq, ruhlandırmaq.
Həyat yoldaşı – ər və ya arvad.
Həyata keçirilmək – yerinə yetirilmək, tətbiq edilmək.
Həyata keçirmək – yerinə yetirmək, tətbiq etmək.
Həyata keçmək – tətbiq olunmaq.
Həyata qaytarmaq – diriltmək, ölümdən qurtarmaq, ağır, təhlükəli xəstəlikdən qurtarmaq.
Həyata vida etmək – bax həyatla vidalaşmaq.
Həyatdan geri qalmaq – həyatın tələbi ilə ayaqlaşa bilməmək.
Həyatın nəbzini tutmaq – həyatın tələbinə görə yaşamaq, həyatdan geri qalmamaq.
Həyatını qurban vermək – canını fəda etmək, ölmək (bir şəxs və ya bir iş yolunda).
Həyatından keçmək – bir adam və ya bir şey yolunda canını fəda etmək.
Həyatla vidalaşmaq tənt. – ölmək.
Həyat-məmat məsələsi – bax olüm-dirim məsələsi (“ölümdirim”də).