HACƏT
HACIABBAS
OBASTAN VİKİ
Hacı
Hacı — Həcc ziyarətini yerinə yetirən müsəlmana deyilir. == Daha ətraflı == Həcc– İslam dinin sütunlarından biri.
Elçin Hacı
Elçin Hacı — (Tam adıː Elçin Hacıbaba oğlu Hacıyev) Azərbaycan teatr və kino aktyoru, prodüser == Həyatı == Elçin Hacı 19 dekabr 1987-ci ildə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. 1994-2005-ci illərdə Sabunçu rayonu Maştağa qəsəbəsi Əliağa Vahid adına 293 nömrəli eksperimental tam orta məktəbdə oxumuşdur. 2005-2009-cu illərdə Əli bəy Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru ixtisasına yiyələnmişdir. 2009-cu ildə "Satira" teatr studiyasında çalışıb.2009-2010-cu illərdə hərbi xidmətdə olub.2010-2018-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aparıcı aktyor kimi fəaliyyət göstərib.Müxtəlif illərdə və hal hazırda Akademik Milli Dram Teatrında tamaşalarda iştirak edir.2020 ci ildən Radio Anten 101 fmdə "Canlı kitab" verilişinin aparıcısı və "1 SƏHNƏ" prodüser mərkəzinin direktorudur. == Yaradıcılığı == 2006, 2008 və 2011-ci illərdə Respublika Bədii Qiraət müsabiqələrinin laureatı olub. 2011-ci ildə Xalq Teatrları festivalında baş rolu oynadığı "Vətən daşları" (rej:Anar Babalı) tamaşası 1-ci yerə layiq görülmüşdür. 2012-ci ildə "2+1" eksperimental tamaşalar festivalında əsas rolda oynadığı "Romeo və Cülyetta" (rej:Mirzə Ağa Mirzəyev) tamaşasında diploma layiq görülmüşdür. 2011-2012-ci illərdə Respublika Teatr festivallarında oynanılan tamaşalarda rol almışdır. 2011-2015-ci illərdə Azərbaycanın rayonlarına, Türkiyəyə, Gürcüstana qastrol səfərlərinə gedib. Bakı Beynəlxalq Teatr Konfranslarında, seminarlarda, ustad dərslərində iştirak edib.
Hacı (ad)
Hacı — Azərbaycanlı və türk kişi adı və titul. Hacı titulu Həcc ziyarətində olan şəxslərə verilir. Hacı İsmayılov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti (2000). Hacı bəy Sultanov — rus ordusunun polkovniki, Aşqabadın general-qubernatoru Hacı Xanməmmədov — Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967) Hacı Məmmədov Hacı Məmmədov (tarzən) — Tarzən Hacı Məmmədov (cinayətkar) — cinayətkar. Hacı Quliyev — Hacı Əhmədov — Hacı-Murad Cussati Hacı-Ömər Alborti Hacı Ağa Ələsgər Hacı Rüstəmov Hacı Sabancı Hacı Tahir Abbasov Hacı İbrahimov Bu titulu olan tanınmış şəxslər Hacı Abbas xan Külali — Xorasan qiyamının iştirakçısı. Hacı Baba Avşar — Həkim Hacı Mirzə Əliqulu Yusifzadə — xəttat, həkim, şair, alim. Hacı Məhəmməd Nəqi — Memar. Hacı Rza Sərraf Təbrizi — qəzəl və mərsiyə yazan şair Hacı Surxay Məmmədli — ilahiyyatçı, İçərişəhər "Cümə" məscidinin axundu Hacı Şahin — "Məşhədi Dadaş" məscidində imam-camaat Hacı Əlisəfa Yaqubov — Sosialist Əməyi qəhrəmanı Məscidlər Hacı Cavad məscidi — Bakıda, Ç. Mustafayev küçəsində yerləşən məscid. Hacı Səfəralı məscidi — Hacı Sultanəli məscidi (Bakı) — Bakı şəhərində yerləşən məscid. Hacı Rəhim Əfəndi məscidi Digər Hacı dayı — Azərbaycan şifahi xalq ədəbiyyatında əslən Azərbaycanın Şəki şəhərindən olan lətifə qəhrəmanı.
Hacı Bayram
Hacı Bayram (Sərdarabad)
Hacı Elyaz
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
Hacı Firuz
Hacı Firuz vəya Hacı Piruz ( {{Dil-fa|حاجی فیروز), İranın yeni ili Novruzun ənənəvi xəbərçisidir. Üzünü qurumla boyanmış haldadır, parlaq qırmızı paltarı və başındakı papaq ilə diqqəti çəkir. Novruza girərkən, Hacı Firuz bir dəf çalar və "Hacı Firuzam, sali yek ruzəm" (Hacı Firuzam, ildə bir günəm) deyər. Hər yaşdan insan onun və musiqiçilərin ətrafında toplanar, çaldıqları nağara, tar və kamançanı dinləyərək rəqs edərlər. Eyni zamanda Əmi Noruz (Nevruz əmi)də deyərlər.
Hacı Firuztəpə
Hacı Firuztəpə — Şimal-Qərb İranın Qərbi Azərbaycan vilayətində yerləşən arxeoloji abidədir. Bu abidə Pennsylvania Arxeologiya və Antropologiya Muzeyinin arxeoloqları tərəfindən 1958 və 1968-ci illər arasında qazılmışdır . Qazıntılarda e.ə. 6-cı minilliyin ikinci yarısında aid Neolitik kənd aşkar edilmişdir ki, üzüm əsaslı şərabın ən əsaslı arxeoloji sübutlarından biri saxsı qabda üzvi qalıqlar şəklində aşkar edilmişdir. == Tədqiqatın tarixi == Hacı Firuztəpə ilk olaraq 1936-cı ildə yer səthindən saxsı parçaları toplayan Sir Aurel Stein tərəfindən qeydə alınmışdır. 1958 və 1968-ci illər arasında Pensilvaniya Arxeologiya və Antropologiya Muzeyi Universiteti tərəfindən həyata keçirilən daha böyük Hasanlu Layihəsi çərçivəsində dörd qazıntı mövsümü keçirildi və abidə daha ətraflı araşdırıldı. Bu abidə, yaxın Hasanlının yaşayış ardıcıllığında təsdiq edilmiş erkən dövrləri araşdırmaq üçün seçilmişdir. Bu qazıntılara Charles Burney tərəfindən rəhbərlik edilirdi (1958, 1961), T. Cuyler Young Jr. (1961) və Robert H.Dyson və Meri M. Voigt (1968). Bu mövsümlər boyunca, qazıntı sahəsinin dörd fəqli bölümündə qazıntı işləri aparılmış və ən böyük sahəyə yaşayış yerinin şimal-şərq yamacına qədər davam etdirilmişdir.
Hacı Hacılı
Hacı Hacıyev
Hacı Hacıyev (jurnalist)
Hacı Hüsü
Kazımlı Hacı Hüsü Kərbəlayı Lütfəli oğlu (1830-cu illər, Şuşa – 1898, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu) — xanəndə. == Həyatı == Hacı Hüsü Niftalı oğlu 1839-cu ildə Şuşa şəhərində papaqçı ailəsində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra mədrəsədə təhsilini davam etdirmişdir. Gözəl səsi olduğundan xanəndəliyə başlamışdır. == Əmək fəaliyyəti == Şuşa vokal sənətinin ən görkəmli nümayəndələrindən biri Xarrat Qulunun yetişdirməsi Hacı Hüsü şuşalılar qarşısında ilk dəfə "Xandəmirovun teatrı" binasında "Xeyriyyə gecəsi"ndə tarzən Sadıqcanın müşayətilə çıxış edərək "Çahargah"ı elə oxumuşdur ki, onun şöhrəti hər yerə yayılmışdır. Hacı Hüsü tək Azərbaycanın toylarına deyil, Yaxın və Orta Şərqin bir sıra şəhərlərinin məclislərinə dəvət olunurdu. Məsələn, 1880-ci ildə İran şahı Nəsrəddin Hacı Hüsünü öz oğlunun toyuna Təbrizə dəvət etmişdir. Hacı Hüsünü həmin məclisdə müşayiət edən tarzən Sadıqcan və kamançaçı Bağdagül Ata idi. Bu toyda Hacı Hüsü digər məşhur İran musiqiçəliriylə bərabər çıxış etmişdir.
Hacı Həkim
Hacı Həsən Həkim (ərəb. الطبيب الحاج حسن‎) — XX əsrdə Şəki şəhərində yaşamış ərəb əsilli həkim. Cənubi Qafqaz regionunda Taun və Tif viruslarına qarşı mübarizə aparan yeganə həkim olub. == Həyatı == Əsil adı Həsən olan Hacı Həkim 1862-ci ildə Ərəbistan yarımadasında anadan olub. Milliyətcə ərəb olub. Dəqiq doğum yeri və tarixi məlum deyil. Mədrəsə təhsili alıb, daha sonradan həkimlik peşəsində çalışmağa başlayıb. Daha sonradan bir neçə il Ərəb yarımadası ölkələrində işləyib. Bundan sonra o öz adını "Hacı Həsən" ilə əvəz edib. 1898-ci ildə Cənubi Qafqaza, Şəki şəhərinə köçür.
Hacı Həsən
Hacıhəsən-i Xaləsə (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Hacıhəsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Hacıhəsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Hacı Həsən (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Hacı Həsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Hacı Həsənov
Hacı Nuru oğlu Həsənov — Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın yeni tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Hacı Nuru oğlu Həsənov 1952-ci ildə Beyləqan rayonunun Şəfəq kəndində anadan olmuşdur. 1967-ci ildə Şəfəq kənd səkkiz illik, 1969-cu ildə Beyləqan şəhər 1 saylı orta məktəbini bitirmişdir. 1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində təhsil almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1974-1980-ci illərdə Beyləqan rayonunun Baharabad kənd 8-illik və Qəhrəmanlı qəsəbə orta məktəblərində müəllim və dərs hissə müdiri işləmişdir. 1977-1978-ci illərdə orduda xidmət etmişdir. Ehtiyatda olan baş leytenantdır. 1980-ci ilin sonundan Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunda çalışır. 2001-ci ildən institutun "Azərbaycanın yeni tarixi" şöbəsinin müdiridir. 1981-1984-cü illərdə Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsil almış, 1987-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
Hacı Mahmudlu
Hacımahmudlu (Yevlax) — Azərbaycanın Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Hacımahmudlu (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisində kənd.
Hacı Mail
Hacı Mail Əliyev — şair, qəzəlxan, füzulişünas alim, filologiya elmləri namizədi. == Həyatı == Hacı Mail Əliyev 1935-ci ildə Nardaranda anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir (1960). 18 il (başqa məlumata görə görə 20 ildən artıq) Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışıb. «Məcməüs-şüəra» ədəbi məclisinin bərpaçısı, «Füzuli» ədəbi məclisinin təşkilatçısı və sədri olmuşdur. Bu məclisdə qəzəlxan şairlərlə yanaşı, ustad xanəndələr də iştirak etmişlər. == Yaradıcılığı == Sənətkar və tədqiqatçı kimi formalaşmasında Nardaran ədəbi mühitinin (Mirzə Abbas Şahini, Hacəli Pərişanı, Zəki Məcid oğlu, Hacı Şıxəli Tuti, Ağarza Qəmli, Muxtar Fail, Hacı Paşa Əzadar və b.) o cümlədən klassik ədəbiyyatı mükəmməl bilən, Füzuli vurğunu atası İsmayıl kişinin böyük təsiri olmuşdur. Mindən çox qəzəlin, həmçinin qəsidə, tərcibənd, qitə, təxmis, qoşma və s. şeirlərin müəllifidir. Qəzəlləri muğamda xanəndələr tərəfindən geniş istifadə olunur.
Hacı Mirmehdizadə
Hacı Mükərrəm oğlu Mirmehdizadə (1 yanvar 1968, Dondarlı, Qubadlı rayonu) — Azərbaycan iqtisadçısı, hüquqşünas; SSRİ yunan-roma güləşçisi. SSRİ-Əfqanıstan müharibəsi və Qarabağ müharibəsi iştirakçısı; Muğanbank-ın Sənaye filialının müdiri (2018). == Həyatı == Hacı Mirmehdizadə 1968-ci il yanvarın 1-də Qubadlı rayonun Dondarlı kəndində anadan olub. 1985-ci ildə Dondarlı kəndi orta məktəbini bitirib , həmin il Bakıdakı Maliyyə kredit Texnikumuna qəbul olub. Uşaqlıqdan güləş idmanı ilə məşğul olan Hacı Mirmehdizadə Ukraynada keçirilən SSSR yunan-roma güləşi üzrə 1-ci yerə çıxıb. Orta məktəbdə oxuduğu illərdə bir neçə dəfə rayon çempionu, iki dəfə respublika çempionu olub. Yunan-roma güləşi üzrə (klassik güləş) idman ustasıdır. 1986-ci ildə hərbi xidmətə çağırılmış və Özbəkistan Respublikasının Cercik şəhərində desant hissəsində qulluq edir, 2 ay sonra xidmətini Əfqanıstan Respublikasında davam etdirir. Burada ağır döyüşlərdə 2 dəfə yaralanır. Döyüşlərdə göstərdiyi şücaətə görə 3 dəfə Qırmızı Ulduz ordeni ilə, “İgidliyə görə” medalı və Mərkəzi Komitənin adından fəxri fərmanla, həmçinin Əfqanıstan rəhbərliyinin adından medalla təltif olunur.
Hacı Murad
Hacı Murad (avar. XIажи Мурад; 1816, Xunzax, Avar Xanlığı — 5 may 1852, Qax) – Şimali Qafqaz xalqlarının əslən Dağıstanın Xunzax kəndindən olan görkəmli rəhbərlərindən biridir. Milliyətcə Avardır. Lev Tolstoyun eyniadlı əsərinin baş qəhrəmanıdır. == Həyatı == 1834-cü ildə qardaşı Osmanın Həmzət bəy Avarlıya qarşı təşkil etdiyi sui-qəsddə iştirak etməklə məşhurluq qazanmışdır. Sonralar rus ordusu və avarlar arasında aparılan danışıqlarda vasitəçi olmuşdur. 1836-cı ildə Hacı Murad Şeyx Şamillə gizli əlaqələr qurmaqda ittiham edilərək general Klüqenaunun əmri ilə həbs olunur və Temir-xan Şuraya göndərilir. Lakin, yolda qaçmağa müvəffəq olur. Həmin vaxtdan etibarən onu bütün avar kəndlərinin naibi təyin edən Şamilə xidmət etməyə başlayır. Hacı Murad o dövrün bütün hərbi əməliyyatlarında – xüsusilə də ruslara qarşı 1843-cü ildəki döyüşlərdə iştirak etmiş və vacib rol oynamışdır.
Hacı Muxan
Hacı Muxan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Kəndin ilk adı Hacı Mumuxan olmuşdur. Toponimi ikinci komponentinin ilk hecası ("mu") ixtisar edilmiş və mənbələrdə Hacı Muxan kimi qeyd edilmişdir. Rayon mərkəzindən 16 km cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim Hacı Mumuxan (Hacı Muxan) şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Muxan qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilərək kənd Dzovazard adlandırılmışdır.1935-ci ildə kənd Muğan, 1978-ci ildə ermənicə Tsovaqard adlandırılmışdır.
Hacı Məmmədov
Hacı Məmmədov (tarzən) — Azərbaycan tarzəni. Hacı Məmmədov (cinayətkar) — Azərbaycanda cinayətkar qrupun başçısı.
Hacı Nuran
Hacı Nuran (Nuran Nəriman oğlu Hüseynov; 31 yanvar 1977, Bakı) — Azərbaycan televiziya aparıcısı, xeyriyyəçi və ictimai xadim. == Həyatı == 31 yanvar 1977-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft Akademiyasının məzunu, magistr, aspirant, elmlər namizədi və dosent adını qazanmışdır. Daha sonra Odlar Yurdu Universitetinə daxil olmuşdur. == TV fəaliyyəti == 1994-cü ildə "Şərq" informasiya agentliyində müxbir kimi işləməyə başlamışdır. "Xeyir Körpüsü", "Vətənimdir Azərbaycan" və "Həyat" (2017) verilişinin aparıcısı olmuşdur. "Həyat Fondu"nun rəhbəridir.
Hacı Nəzər
Hacı Nəzər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. Kəndin adı erməni, rus mənbələrində «Hacı Nəzər qulu» kimi də göstərilir. Toponim Hacı Nəzər şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Kənd Hacı Nəzər adlı şəxs tərəfindən salınmışdır. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kamo qoyulmuşdur.
Hacı Paşa
Hacı Mehmed Paşa — padşah Orxan Qazi səltənətində təxminən 1348-1349 müddətində sədrəzəmlik edən Osmanlı dövlət adamıdır. Haqqında çox da bilgi yoxdur. 1348 tarixində sədrəzəmliyə gətirilmiş, 11 il bu vəzifədə qalaraq 1359 tarixində yerinə Sinanüddin Fakih Yusif Paşa gətirilmişdir.
Hacı Qara
Yaşayış məntəqələri Hacıqara (Quqark) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd.
Hacı Qulu
Hacı Qulu (1792-?)-Qarabağlı mesenat, zərif == Həyatı == Qulu Məhəmmədəli oğlu 1792-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət etmişdi. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-müqəddəsi ziyarət etmişdi. Ədəbiyyatşünas Bəylər Məmmədov onun haqqında yazır: "Qarabağın məşhur tacirlrindən olan Hacı Qulu Qasım bəy Zakirlə, Cəfərqulu xan Nəvayla, Xurşidbanu Natəvanla bir dövrdə yaşamış, əqli, fərasəti və zirəkliyi sayəsində xeyli var-dövlət toplamışdır. Vaxtilə onun Şuşada tikdirdiyi əzəmətli saray öz memarlıq üslubu və milli koloriti ilə indi də tamaşaçılarda heyrət doğurmaqdadır. O, qazanc mənbəyi kimi, əsasən, icarədarlıqdan və podrat üsulundan istifadə edə bilmiş, iqtisadiyyatda qənaət metoduna üstünlük vermişdir. Hacı Qulunun zirəkliyi, hazırcavablığı və xəsisliyi haqqında yaranan lətifələr, məsəllər və səhnəciklər bu gün də xalq arasında yaşayıb yayılmaqdadır. Qasım bəy Zakir şeirlərinin birində Hacı Qulunun tacir təbiətinə gülərək yazırdı: Böyük şairin yazdığı kimi Hacı Qulu Cəfərqulu xana xidmət edərkən xeyli vəsait əldə etmişdi.
Hacı Qəhrəmanlı
Hacıqəhrəmanlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin inzibati ərazi vahidində qəsəbə. Yaşayış məntəqəsini 1870-ci ildə burada oturaqlaşmış hacıqəhrəmanlı nəsli saldığına görə belə adlandırılmışdır. == Haqqında == Hacıqəhrəmanlı qəsəbəsi Kür çayının Şirvan şəhəri sahilində düzən sahədə yerləşir. Qəsəbədə yaşlı sakinlərin dediyinə görə Qəhrəman kişi ötən əsrin əvvələrində öz qohum-əqrəbaları ilə birlikdə Şamaxıdan köçmüş, burada məskən salmışlar. Qəhrəman kişi Məkkə ziyarətinə gedib qayıdıb. O vaxtdan qəsəbə onun şərəfinə "Hacı Qəhrəmanlı" adlandırılıb. 1950-ci illərə qədər qəsəbədə 30–40 ev olub. 1950–1970-ci illər arasında ərazi cəhətdən Salyan və Sabirabad rayonlarının tərkibinə daxil olub. 1970-ci ildən Əli Bayramlı şəhərinə verilib. 1975-ci ildə Əli Bayramlı şəhərinin tərkibində qəsəbə statusu verilib.
"Hacı Mail" nağılı... (film, 2005)
"Hacı Mail" nağılı… — 2005-ci ildə Hacı Mail-ə ithafən çəkilmiş film. == Məzmun == Film böyük alim və arif, dəyərli insan, Hacı Mailin əziz xatirəsinə həsr olunmuşdur. Qəzəl ustadı olan Hacı Mail Füzulidən ilham almışdır: == Film haqqında == Hacı Mailin 1999-cu il avqust ayında İran televiziyası tərəfindən lentə alınmış son kadrları da filmə əlavə edilmişdir. Filmdə "Nəsimi" filmindən kadrlardan istifadə edilmişdir.
58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi
Abakar Hacıyev
Abakar Hacıyev (11 aprel 1979, Zaqatala rayonu – 27 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abakar Hacıyev 1979-cu il aprelin 11-də Zaqatala rayonunun Dardoqqaz kəndində anadan olub. Orta təhsilini Ş. Qurbanov adına 3 saylı Zaqatala şəhər tam orta məktəbində alıb. 1996–2000-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. === Ailəsi === Ailəli idi. Hacı və Eldar adında oğulları, Elvira adında isə qızı yadigar qaldı. == Hərbi xidməti == 1996–2000-ci illərdə keçmiş Bakı Ali Dənizçilik Hərbi Akademiyasında — indiki Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alan Abakar Hacıyev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmətə başlayıb. 24 il nazirliyin Goranboy, Füzuli, Gəncə, Bərdə, Beyləqan və Lənkərandakı hərbi hissələrində çalışıb. 2017-ci ilin noyabrında Qusarda "zampolit" kimi fəaliyyətə başlayıb. Sonuncu xidmət yeri Qusar olub.
Abbas Hacıyev
Hacıyev Abbas Məhəmməd oğlu (1 yanvar 1933, Borçalı – 21 yanvar 2011, Bakı) — tənqidçi, ədəbiyyatşünas, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1970), professor (1973). == Həyatı == Abbas Hacıyev 1933-cü il yanvarın 1-də Gürcüstanın Borçalı bölgəsinin Marneuli rayonunun Sarvan kəndində Nayvəlilər ocağında anadan olmuşdur. Qarapapaq türküdür. Borçalının öndər şəxsiyyəti Nayvəlinin nəticəsi, filosof alim Cümşüd Hacıyevin, filoloq Vəkil Hacılının, pedaqoq və ictimai xadim Tofiq Hacıyev (siyasətçi)in qardaşı, filoloq Asif Hacılınin atasıdır. Abbas Hacıyev 1948-ci ildə Sarvanda 1 saylı Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra, həmin ildən təhsilini öz dövrünün nüfuzlu təhsil ocağı olan Borçalı Türk Pedaqoji Texnikumunda davam etdirmişdir. Borçalı Pedaqoji Texnikumunu 1952-ci ildə müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuşdur. 1952–1957-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Tələbəlik dövründə Nizami Gəncəvi adına fəxri təqaüd almış, Universiteti Fərqlənmə Diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1957-ci ildən Marneulidə müəllimlikdən başlamışdır. Bir neçə aydan sonra onu Gürcüstan KP Marneuli rayon komitəsınə təlimatçı vəzifəsinə keçirmişlər.
Abdulabad (Hacıqabul)
Abdulabad (keçmiş adı: Abdulyan) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 838-IIIQ saylı Qərarı ilə Hacıqabul rayonunun Abdulyan kənd inzibati ərazi dairəsi tərkibindəki Abdulyan kəndi Abdulabad kəndi, Abdulyan kənd inzibati ərazi dairəsi Abdulabad kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == Kənd Kürdə komandada işləməyə gələn İrandakı azərbaycanlı ailələr tərəfindən qurulub. 1886-cı ildə Bakı əyalətinin inzibati-ərazi bölgüsünə görə Abdulyan kəndi Cavad qəzası icmasına mənsub idi. 1911-ci ilə qədər kənd artıq Şamaxı qəzası məxsus idi. 1926-cı ildə Azərbaycan SSR inzibati-ərazi bölgüsünə görə kənd Salyan rayonunun dalğıc Sabir-Abad kəndinə aid idi. 1929-cu ildə inzibati bölgüdə islahatlar aparıldıqdan və mahallar ləğv edildikdən sonra Azərbaycan SSR-nin Qarasu rayonunda Abdulanyan kənd soveti yaradıldı. Sonradan rayon ləğv edildi, kənd Ali-Bayramlı rayonunun tərkibinə daxil oldu, lakin 1939-cu ildə kənd Qazı-məmməd rayonuna verildi. 4 dekabr 1959-cu ildə Qazı-məmməd rayonu ləğv edildi və kənd Sabirabad bölgəsinə verildi. 1961 və 1977-ci illərin inzibati bölgüsünə görə Abdulyan kəndi Azərbaycan SSR Sabirabad rayonunun Abdulyan kənd sovetinin tərkibinə daxil olmuşdur.
Adnan Hacızadə
Adnan Hikmət oğlu Hacızadə (13 iyul 1983, Bakı) — bloqqer. == Həyatı == Adnan Hacızadə 13 iyul 1983-cü ildə Bakı şəhərində doğulub. Bakı Avropa liseyini bitirib. 2000-ci ildə Qafqaz Universitetinə daxil olub, bir il sonra ABŞ-nin Riçmond Universitetinə transfer olub, burada siyasətşünaslıq üzrə bakalavr təhsili alıb, 2005-ci ildə Bakıya gəlib, Xəzər Universitetinin hüquqşünaslıq fakültəsində bakalavr dərəcəsi alıb. Adnan Hacızadənin Amerikadan qayıdışı Azərbaycanda Parlament seçkiləri ilə eyni dövrə düşür. Adnan müxalifətin mitinqlərində yenə də sıravi kimi iştirak edir. Həmin dövrdə "Ol!" Gənclər Hərəkatını yaratmaq ideyası müzakirə olunur. 2006-cı ildə "Ol!" yaranır. 2007-ci ldə hərbi xidmətdə olmuşdur. 2008-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra "BP" ictimaiyyətlə əlaqələr şöbəsində öz işini davam etdirir.
Aftandil Hacıyev
Aftandil Hacıyev Sabir oğlu (13 avqust 1981, Bakı) — Azərbaycan futbolçusudur. Azərbaycan milli futbol komandasında 22 oyun oynamışdır. Aftandil Hacıyev azərbaycanlı futbol mütəxəssisi, Azərbaycan milli komandasının sabiq müdafiəçisi, "Səbail" PFK-nın baş məşqçisidir. 7 yaşında karyerasına başlayan futbolçunun mövqeyi müdafiəçi olub. 184 sm boyunda olan baş məşqçi, müxtəlif illərdə "Şəfa", "Turan", "Neftçi", "Qarabağ", "Sumqayıt" klublarının heyətində oynayıb. == Nailiyyətləri == Azərbaycan çempionu: 2004/2005 Azərbaycan çempionatının gümüş mükafatçısı: 2006/2007 Azərbaycan çempionatının bürünc mükafatçısı: 2005/2006 Azərbaycan Kubokunun qalibi: 2000/2001, 2008/2009 == Müsahibələri == "Bu gün maraqlı görüş alındı. Hər iki komanda meydanda mübarizə apardı və məğlub olmaq istəmirdi". Bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XVI turunda evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis bildirib ki, ağır qrafikdən sonra qələbə qazanmaq istəyiblər: "Bu gün futbolçular bütün tapşırıqları dəqiq yerinə yetirməyə çalışdılar. Çox diqqətli oynadıq.
Aida Hacıaliç
Aida Hacıaliç (bosn. Aida Hadžialić; d. 21 yanvar 1987) — İsveç Sosial-demokratlarının təmsilçisi olan siyasətçisi. 3 oktyabr 2014-cü ildən İsveçin orta məktəb, yuxarı təhsil və təhsil standartları naziri == Həyatı == Aida Hacıaliç 21 yanvar 1987-ci ildə Bosniya və Herseqovinanın Foça şəhərində anadan olmuşdur. 5 yaşında ikən ailəsi sığınacaq alaraq İsveçə köçüblər. O, Lund Universitetində hüquq təhsili almışdır. Peşəsi vəkillikdir. 2010-cu ildə Halmstad bələdiyyə başçısının müavini seçilmişdir. 3 oktyabr 2014-cü ildən Stefan Löfvenin kabinetinin orta məktəb, yuxarı təhsil və təhsil standartları naziridir. İsveç, ingilis, bosniya, xorvat və serb dillərini bilir.
Akif Hacıyev
Akif Cəfər oğlu Hacıyev (8 dekabr 1937, Bakı – 3 fevral 2015, Bakı) — Azərbaycan Respublikasının tanınmış riyaziyyatçı alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, fizika-riyaziyyat elmləri doktoru, professor akademik. == Həyatı == Akif Hacıyev 1937-ci il dekabr ayının 8-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil almışdır [1] Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda "Funksiyalar nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi kimi başlayan Akif Hacıyev, 1961–1967-ci illərdə həmin İnstitutda elmi katib, 1967–1978-ci illərdə baş elmi işçi, 1978–1992-ci illərdə şöbə müdiri vəzifələrində çalışmışdır. Türkiyə tərəfinin dəvəti ilə o, 1992–1999-cu illərdə Ankara Universitetinin professoru kimi fəaliyyət göstərmişdir. 1999-cu ildə elmi fəaliyyətini yenidən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda şöbə müdiri olaraq davam etdirən Akif Hacıyev, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi seçilmişdir. O, 2004-cü ildən 2013-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru işləmiş, 2013-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur. Akif Hacıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1982-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1985-ci ildə riyazi analiz ixtisası üzrə professor elmi adını almışdır. O, 1989-cu ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademik Akif Hacıyev səmərəli elmi fəaliyyəti ilə respublikamızda müasir riyaziyyat elminin inkişafına sanballı töhfələr vermişdir. Onun riyaziyyatın müxtəlif aktual problemlərini, o cümlədən operatorlar nəzəriyyəsi, sinqulyar inteqrallar və digər istiqamətləri əhatə edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Akif Hacıyev (riyaziyyatçı)
Aksaylı Uçar Hacı Yaqub
Aksaylı Uçar Hacı Yaqub və ya Uçar Hacı — Qafqaz müharibəsini araşdıran tarixçilərə və tədqiqatçılara görə, qumuq el ağsaqqalı. Onun bir dəfəyə iki rus generalını öldürdüyü və bununla məşhurlaşdığı məlumdur. == Həyatı == Aksaylı Uçar Hacı Yaqub barədə o qədər də məlumat yoxdur. Onun XVIII əsrdə anadan olduğu bilinir. O, indiki Xasavyurd rayonunun Köhnə Aksay məntəqəsində anadan olmuşdur. == 1825-ci ildə Gerzel aulundakı hadisə == 1825-ci ilin yayında Şimali Qafqazda yerlilərlə Rusiya imperiyası arasındakı Qafqaz müharibəsi hələ davam etməkdə və şiddətlənməkdə idi. Bu müharibədə ulduzları parlayan və gələcək vəd edən iki rus generalı Qrekov və Lisaneviç 300 qumuq ağsaqqalı qumuqların Aksay kəndindəki Gerzel-aulunda yerləşən qalaya topladı. Məqsəd rəsmi olaraq Rusiya imperiyasına tabe olan qumuqları çeçen üsyançılara dəstək vermələrinə görə cəzalandırmaq idi. Həmçinin, rus generalı Yermolovun bir digər məqsədi qumuqların ümumiyyətlə çeçenlərlə münasibətlərini kəsməyə nail olmaq idi. Ağsaqqallar toplaşdıqdan sonra rus generalları onları alçaltmağa və söyməyə başladı.
Altay Hacıyev
Altay Əmir oğlu Hacıyev (2 aprel 1931, Bakı – 12 fevral 2019, Bakı) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı == Altay Hacıyev 1931-ci ildə rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açmışdır. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. 1959-cu ildən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısıdır. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilmişdir. 1962-1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışmışdır. 1982-ci ildə Altay Hacıyev Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. 1995-ci ildə "Humay" mükafatı ilə təltif olunmuşdur. Altay Hacıyev 2003-cü ildən Prezident təqaüdçüsü olmuşdur. Rəssamın bir neçə fərdi sərgisi təşkil olunmuşdur.
Aqil Hacıyev
Aqil Cəfər Xəndan oğlu Hacıyev (10 avqust 1947, Şuşa, Dağlıq Qarabağ – 14 fevral 2019, Bakı) — klassik rus ədəbiyyatı kafedrasının müdiri (1984), professor (1984). == Həyatı == Aqil Hacıyev 10 avqust 1947-ci ildə Şuşa şəhərində Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, şair və tərcüməçi, filologiya elmləri doktoru, professor Cəfər Xəndanın ailəsində anadan olmuşdur. Hacıyev 1954–1965-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1965–1970-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. == Elmi dərəcə və elmi adları == Aqil Hacıyev 1970–1973-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin aspirantı olmuşdur. Belə ki, MDU-nin Rus ədəbiyyatı tarixi kafedrasına məqsədli aspiranturaya göndərilmişdir. O, 1973-cü ildə "A.S.Puşkinin "Ərzuruma səyahət əsəri" və "XIX əsrin 20–30-cu illərinin rus oçerki" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 1981-ci ildə isə dosent elmi adını almışdır. Hacıyev 1982-ci ildə "Tiflisdə "XX əsr rus ədəbiyatında Şərq" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 1984-cü ildə professor elmi adını alıb. == Əmək fəaliyyəti == Aqil Hacıyev 1973–1976-cı illərdə Bakı Dövlət Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının çalışıb.
Arif Hacılı
Arif Mustafa oğlu Hacılı (əvvəlki soyadı: Hacıyev; 22 yanvar 1962, Yuxarı Tala, Zaqatala rayonu) — Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, Müsavat Partiyasının Başqanı. == Həyatı == 1962-ci il yanvar ayının 22-də Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Orta təhsilini Zaqatala rayonu Yuxarı Tala kənd 1 saylı orta məktəbdə alıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsəni bitirib. İlk gəncliyi illərində inşaat briqadasında fəhlə, yerli radio verilişləri redaksiyasında redaktor işləyib. Bu illərdə müxtəlif yerli Sovetlərə deputat seçilib. === Ailəsi === Atası Mustafa Hacıyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini və Ali Partiya Məktəbini bitirmişdi. Müxtəlif partiya və hökumət vəzifələrində işləməklə yanaşı daha çox pedoqoji fəaliyyətlə məşğul olmuş, orta məktəbdə müəllim, məktəb direktorunun müavini, məktəb direktoru vəzifələrində çalışmış, 1972-ci ildə 45 yaşında ağır xəstəlikdən sonra vəfat etmişdir. Anası Zahidə Hacıyeva evdar qadın, sonra isə tütünçü olmuş, 2012-ci ildə Arif Hacılı həbsdə olduğu zaman 80 yaşında vəfat etmişdir. == İctimai-siyasi fəaliyyəti == Xalq Hərəkatına tələbə ikən, 1988 ci ildə Bakıda keçirilən noyabr mitinqləri zamanı qoşulub.
Asif Hacılı
Asif Abbas oğlu Hacıyev (3 aprel 1960, Marneuli) — filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin rektoru (2014–2016), ədəbiyyatşünas, folklorşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Asif Abbas oğlu Hacıyev 3 aprel 1960-cı ildə Gürcüstan SSR-nin Borçalı mahalının Sarvan şəhərində, Nayvəlilər ocağında anadan olub. 1977-ci ildə Bakı şəhər 246 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982–1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə taqım komandiri işləyib, Bakı şəhər Xətai rayon gənc müəllimlər şurasının sədri olub. 1986-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb. Gənc alimlər şurasının, Tələbə Elmi Cəmiyyətinin sədri olub. Tərcümə kafedrasında müəllim, Rus ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent işləyib. 1992-ci ildən 2016-cı ilə qədər Ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışıb, kafedranın professoru olub. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünasliğın tarixi və metodologiyası fənlərindən mühazirələr və xüsusi seminarlar aparır. 1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib.
Asif Hacıyev
== Siyahı ==
Aslan Hacızadə
Aslan Hacızadə, Aslan Qarabağlı və ya Aslan Berkan — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Şamxor döyüşündə, Qarabağ və Zəngəzur döyüşlərində, Gəncə və Qarabağ üsyanlarında, iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində, Dumlupınar döyüşündə iştirak edib. 35 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Aslan Nüsrət oğlu Hacızadə 1897-ci ildə Qarabağ əyalətinin Cavanşir qəzasının mərkəzi olan indiki Tərtər şəhərində anadan olub. 1917-ci ildə orta təhsilini bitirikdən sonra, könüllü olaraq hərbi xidmətə yollanaraq, Gəncədə yerləşən V Yelizavetpol nişançı alayında hərbi ximətə başlayıb. 1918-ci ildə Gəncə şəhərində açılan hərbi məktəbə daxil olub. Təhsilini topçuluq üzrə tamamladıqdan sonra zabit namizədi olaraq Azərbaycan Cümhuriyyəti Ordusunda xidmətini davam etdirib. == Döyüş yolu == === Azərbaycanda === ==== Şamxor döyüşü ==== Fevral İnqilabından sonra Zaqafqaziya Komissarlığının tələbi ilə Cənubi Qafqazı tərk edən rus hərbi hissələri silahlarını təhvil verməli idilər. Lakin bir çox hallarda rus qoşun hissələri silahları təhvil vermək istəmirdilər.
Aslan Hacızadə (Berkan)
Aslan Hacızadə, Aslan Qarabağlı və ya Aslan Berkan — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Şamxor döyüşündə, Qarabağ və Zəngəzur döyüşlərində, Gəncə və Qarabağ üsyanlarında, iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində, Dumlupınar döyüşündə iştirak edib. 35 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Aslan Nüsrət oğlu Hacızadə 1897-ci ildə Qarabağ əyalətinin Cavanşir qəzasının mərkəzi olan indiki Tərtər şəhərində anadan olub. 1917-ci ildə orta təhsilini bitirikdən sonra, könüllü olaraq hərbi xidmətə yollanaraq, Gəncədə yerləşən V Yelizavetpol nişançı alayında hərbi ximətə başlayıb. 1918-ci ildə Gəncə şəhərində açılan hərbi məktəbə daxil olub. Təhsilini topçuluq üzrə tamamladıqdan sonra zabit namizədi olaraq Azərbaycan Cümhuriyyəti Ordusunda xidmətini davam etdirib. == Döyüş yolu == === Azərbaycanda === ==== Şamxor döyüşü ==== Fevral İnqilabından sonra Zaqafqaziya Komissarlığının tələbi ilə Cənubi Qafqazı tərk edən rus hərbi hissələri silahlarını təhvil verməli idilər. Lakin bir çox hallarda rus qoşun hissələri silahları təhvil vermək istəmirdilər.
Asəf Hacıyev
Asəf Hacıyev (deputat) — Milli Məclisin sabiq üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri. Asəf Hacıyev (jurnalist) — Xəzər TV və "Xəzər radiosu"nun təsisçisi və prezidenti çalışmışdır. BDU-nun Tarix fakültəsi, "Azərbaycanşünaslıq" ETM-nin "Dünya azərbaycanlıları" bölməsinin elmi işçisi. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Hazırda Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri çalışır.
Asəf Hacıyev (akademik)
Asəf Hacıyev (tam adı: Asəf Hacı oğlu Hacıyev; 29 may 1951 və ya 1951, Kirovabad) — Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi, Milli Məclisin sabiq üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA həqiqi üzvü, BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri, AMEA Kibernetika İnstitutunun şöbə müdiri. == Həyatı == Asəf Hacıyev 1951-ci il mayın 29-da Gəncə şəhərində anadan olmuşdur. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1979-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət universitetində namizədlik dissertasiyasına (riyaziyyat üzrə fəlsəfə doktoru) və 1993-cü ildə N. Bauman adına Moskva Dövlət Texniki universitetində elmlər doktoru dissertasiyalarını uğurla medafiə etmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvüdür. Aparıcı elmi nəşriyyatlarda çap olunmuş 4 kitabın və 150-dən çox elmi məqalənin müəllifidir. Şpringer nəşriyyatında çap olunmuş 10 kitabın redaktorudur. İngilis, rus və türk dillərində sərbəst danışır. Ümümdünya elmlər Akademiyasının, Moldova Elmlər Akademiyasının, Monqolıstan Milli elmlər Akademiyasının üzvü və Chenqdu (Çin) universitetinin Fəxri professorudur.
Asəf Hacıyev (deputat)
Asəf Hacıyev (tam adı: Asəf Hacı oğlu Hacıyev; 29 may 1951 və ya 1951, Kirovabad) — Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi, Milli Məclisin sabiq üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA həqiqi üzvü, BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri, AMEA Kibernetika İnstitutunun şöbə müdiri. == Həyatı == Asəf Hacıyev 1951-ci il mayın 29-da Gəncə şəhərində anadan olmuşdur. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1979-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət universitetində namizədlik dissertasiyasına (riyaziyyat üzrə fəlsəfə doktoru) və 1993-cü ildə N. Bauman adına Moskva Dövlət Texniki universitetində elmlər doktoru dissertasiyalarını uğurla medafiə etmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvüdür. Aparıcı elmi nəşriyyatlarda çap olunmuş 4 kitabın və 150-dən çox elmi məqalənin müəllifidir. Şpringer nəşriyyatında çap olunmuş 10 kitabın redaktorudur. İngilis, rus və türk dillərində sərbəst danışır. Ümümdünya elmlər Akademiyasının, Moldova Elmlər Akademiyasının, Monqolıstan Milli elmlər Akademiyasının üzvü və Chenqdu (Çin) universitetinin Fəxri professorudur.
Asəf Hacıyev (jurnalist)
Hacıyev Asəf Adil oğlu (21 sentyabr 1967, Sarıxanlı, İmişli rayonu) — Xəzər TV və "Xəzər radiosu"nun təsisçisi və prezidenti çalışmışdır. BDU-nun Tarix fakültəsi, "Azərbaycanşünaslıq" ETM-nin "Dünya azərbaycanlıları" bölməsinin elmi işçisi. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Hazırda Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri çalışır. == Həyatı == Asəf Hacıyev 1967-ci il sentyabrın 21-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuşdur. 1974-1984-cü illərdə İmişli rayonunun Sarıxanlı kənd orta məktəbində təhsil almışdır. 1985-1987-ci illərdə keçmiş SSRİ-nin Hərbi Hava Qüvvələri tərkibində hərbi xidmətdə olmuşdur. 1988-1990-cı illərdə İmişli rayonunun "Bakı" kolxozunda fəhlə işləmişdir. 1990-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1995-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
Atababa Hacıbabayev
Atababa İsmayıl oğlu Hacıbabayev (25 sentyabr 1947-ci ildə doğulub ) — Azərbaycan teatrşünası, yazıçısl, publisisti, yumoristi. Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisidir (2005). Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ədəbiyyat qəzetinin məsul katibi.(1987-2022) == Həyatı == Atababa Hacıbabayev 1947-ci ildə Bakının yaxınlığındakı Xırdalan kəndində anadan olub.Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakultəsində - professor Mehdi Məmmədovun kursunda ali təhsil alıb. Azərbaycan Teatr Cəmiyyətində redaktor, böyük redaktor(eyni zamanda "Bakı teatrlarında" məcmüəsinin redaktoru) vəzifələrində çalışıb. (1971-1977-ci illər). 1971-ci ilin oktyabrından 1972-ci ilin sonuna kimi sovet ordusu sıralarında xıdmət edib. 1978/81-ci illərdə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətində nəşriyyat şöbəsinin müdir müavini – 7 dildə nəşr olunan "Sövet Azərbaycanı bu gün" məcmuəsinin redaktoru işləyib. 1981/87- ci illərdə Teatr Xadimləri İttifaqının bədii rəhbəri olub. 1987-ci ildən ömrünün sonuna kimi "Ədəbiyyat qəzeti"nin ("Ədəbiyyat və incəsənət") redaksiya heyətinin üzvü və məsul katibi olub. 2009-2015-ci illərdə eyni zamanda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri vəzifəsində çalışıb.
Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubi
Axund Hacı Mövlazadə
Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkuvi — Qafqaz müsəlmanlarının VI Şeyxülislamı, azərbaycanlı din alimi. Məhəmməd Mövlazadə Quranı Azərbaycan dilinə ilk tərcümə edənlərdən biri hesab edilir, həmçinin Quran üzrə izahlı lüğətin müəllifidir. == Həyatı == Məhəmməd Həsən 1854-cü ildə Şəkidə anadan olmuşdur. O, ilk təhsilini Şəki mollaxanasında almışdır. Təhsilini sonra Gəncə mədrəsəsində davam etdirir. Mədrəsəni bitirdikdən sonra Məhəmməd Həsən bir il Gəncə Cümə Məscidində molla kimi çalışır. O, sonralar təhsilini davam etdirmək qərarına gəlir və bu məqsədlə İraqa gedir. Burada Məhəmməd Həsən dini təhsilini daha da zənginləşdirir. 1891-ci ildə Qafqaza qayıdır və Hicri və Miladi təqvimlərini birgə olaraq fars dilində çap etdirir. 1893-cü ildə Tiflisdə yerləşən "Müsəlman dini məktəbi"ndə İslam dininin qaydaları (Şəriət qanunları) üzrə dərs deməyə başlayır.

Digər lüğətlərdə