İCRAİYYƏ

icraiyyə komitəsi – hökumət qərarlarını həyata keçirmək, bir şeyi əməli surətdə idarə etmək vəzifəsini həyata keçirən orqanların adı.
Rüstəm kişi … rayon icraiyyə komitəsi sədrinin yanına getməyi qərara aldı. M.İbrahimov.
İcraiyyə komitəsinin binası qarşısında durmuş iki minik maşını qardan seçilmirdi. Q.İlkin.

İCRAEDİCİ
İCRAKOM
OBASTAN VİKİ
Bakı Soveti (İcraiyyə Komitəsi)
Bakı Soveti, Bakı Fəhlə və Hərbi Deputatları Soveti, Bakı Fəhlə və Əsgər Deputatları Soveti, Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti və ya Bakı Fəhlə, Əsgər və Dənizçi Deputatları Soveti — 1917-ci ilin martından 1918-ci il 31 iyula qədər Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı. == Tarixi == === Yaradılması === Rusiyada 1917-ci il Fevral inqilabından sonra Bakıda, həmçinin digər şəhərlərdə ikinci hakimiyyət orqanı kimi Fəhlə Deputatları Soveti və Hərbi Deputatları Soveti yaradılırdı. Bakı Rayonu Fəhlə Deputatları Soveti ilə Hərbi Deputatları Sovetinin birləşməsi nəticəsində yaradılan Bakı Soveti onların içərisində ən nüfuzlusu hesab edilirdi. O, 7 mart 1917-ci il tarixində təsis edilmişdir. Martın 8-də elan olunmuş müraciətdə bildirilirdi ki, Bakı fəhlələrinin 2/3-dən çoxu seçkilərdə iştirak etmişdir. Sovetin tərkibinə 52000 fəhlə və qulluqçu tərəfindən seçilən və əksəriyyəti ermənilərdən ibarət olan 9-u bolşevik, digərləri isə menşevik və eserlərdən ibarət 52 deputat daxil idi. Sovetinin İcraiyyə Komitəsi və komitəyə rəhbərlik üçün sədr, iki müavin və iki katibdən ibarət rəyasət heyəti seçilmişdi. Sovetin birinci iclasının sədri menşevik Qriqori Ayollo, katibi isə o zaman menşevik olan M.N.Mandelştam idi. Martın 8-də Stepan Şaumyan qiyabi olaraq sovetin sədri seçildi. Sovetin İcraiyyə komitəsinə isə bolşeviklərdən İ.Fioletov, İ.Ter-Qabrielyan, eserlərdən isə V.İ.Soçnev daxil idi.
İctimai Təşkilatların İcraiyyə Komitəsi
İctimai Təşkilatların İcraiyyə Komitəsi — Rusiyada Fevral inqilabından (1917) sonra təşkil olunmuş Müvəqqəti hökumətin yerli idarəetmə orqanları. Cənubi Qafqazın idarəsi üçün Xüsusi Zaqafqaziya Komitəsi (XZK; rus dilində OZAKOM-Osobıy Zakavkazskiy Komitet adlanır) təsis edilmişdi. Quberniya və qəzalarda ictimai təşkilatların icraiyyə komitələri yerli idarəetmə orqanları oldu. İcraiyyə komitələri ictimai təhlükəsizliyi təmin etməli və yeni dövlət qanunlarını həyata keçirməli idi. Onlar quberniya və qəza komissarlarını təyin edirdilər. Xüsusi Zaqafqaziya Komitəsi əldə edilmiş təcrübəni nəzərə almaqla, aprelin 27-də "Zaqafqaziyada yerli idarəetmənin təşkili haqqında" qərar qəbul etdi. Qərara uyğun olaraq, İcraiyyə Komitələrinə yeni seçkilər keçirilməli idi. Lakin bu seçkilər də yaşamağa qadir yerli idarəçilik sistemi yarada bilmədi. İcraiyyə komitələri azərbaycanlıların dövlət idarə orqanlarına cəlb edilməsində müəyyən rol oynadı. Martın 3-də Bakı Şəhər Duması İctimai Təşkilatların Müvəqqəti Komitəsini yaratmağı qərara aldı, martın 5-də Bakı İctimai Təşkilatlar Şurası yaradıldı, 17-də isə onun İcraiyyə Komitəsi seçildi.
Bakı Şəhər İcraiyyə Komitəsi
Bakı Şəhər İcraiyyə Komitəsi (rus. Бакинский городской исполнительный комитет, Bakinskiy qorodskoy ispolnitelnıy komitet), daha çox Bakqorispolkom (rus. Бакгорисполком) — SSRİ dövründə Azərbaycan SSR-nin paytaxtı Bakının əsas inzibati qurumu. Bakqorispolkoma Rəyasət Heyəti rəhbərlik edirdi, Baş Memarlıq İdarəsi və Şəhərsalma Şurasından ibarət idi. BŞİK-nin rəhbəri əslində şəhər meri idi.
Azərbaycan Milli Şurasının İcraiyyə Orqanı
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, Azərbaycan Milli Şurası (az.-əski. آذربایجان میلی شوراسی‎) və ya Azərbaycan Şurayi-Milliyəsi (az.-əski. آذربایجان شوراى میلیسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin 27 may 1918-ci ildən 17 iyun 1918-ci ilədək və yenidən 16 noyabr 1918-ci ildən 3 dekabr 1918-ci ilədək olan dövrdə mövcud olmuş ilk qanunvericilik qurumu. Seçkilər ilə formalaşan bir qanunverici quruluşdur. == Tarixi == Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral ayında yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası – Müsavat Partiyası və ona qoşulan demokratik bitərəflər qrupu, Müsəlman Sosialist Bloku, Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət Partiyası (menşevik) partiyaları tərəfindən təmsil olunurdu. Ertəsi gün, mayın 27-də, keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd — yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. Milli Şura Cənub-Şərqi Qafqazda müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt — İstiqlal bəyannaməsi qəbul etdi.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi (Azərbaycan SSR MİK) — 1921–1938-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ali qanunverici, sərəncamverici və nəzarətedici orqanı. == Tarixi == Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk tərkibi 1921-ci ilin may ayında Birinci Ümum-Azərbaycan Sovetlər qurultayında seçilmişdir. İlk sədri Muxtar Hacıyev olmuşdur. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublikada fəhlə-kəndli hökuməti və bütün dövlət orqanlarının fəaliyyətinə ümumi rəhbərlik edir, dekret və qərarlar verir, respublika hökumətinin verdiyi qanun layihələrinə baxaraq təsdiq edirdi. Respublikanın siyasi və ictimai həyatının ümumi normaları, respublika büdcəsi mütləq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində müzakirə və təsdiq olunurdu. Komitə sovetlər qurultayları qarşısında məsul idi və ona hesabat verirdi. Komitənin sessiyaları iki ayda bir dəfə çağırılırdı və sessiyalararası dövrdə onun funksiyalarını Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti həyata keçirirdi. 1937-ci il Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və onun əsasında Azərbaycan SSR Ali Sovetinin seçilməsi ilə əlaqədar olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi fəaliyyətini dayandırmışdır.
İctimai Təşkilatlar Şurasının İcraiyyə Komitəsi
İctimai Təşkilatların İcraiyyə Komitəsi — Rusiyada Fevral inqilabından (1917) sonra təşkil olunmuş Müvəqqəti hökumətin yerli idarəetmə orqanları. Cənubi Qafqazın idarəsi üçün Xüsusi Zaqafqaziya Komitəsi (XZK; rus dilində OZAKOM-Osobıy Zakavkazskiy Komitet adlanır) təsis edilmişdi. Quberniya və qəzalarda ictimai təşkilatların icraiyyə komitələri yerli idarəetmə orqanları oldu. İcraiyyə komitələri ictimai təhlükəsizliyi təmin etməli və yeni dövlət qanunlarını həyata keçirməli idi. Onlar quberniya və qəza komissarlarını təyin edirdilər. Xüsusi Zaqafqaziya Komitəsi əldə edilmiş təcrübəni nəzərə almaqla, aprelin 27-də "Zaqafqaziyada yerli idarəetmənin təşkili haqqında" qərar qəbul etdi. Qərara uyğun olaraq, İcraiyyə Komitələrinə yeni seçkilər keçirilməli idi. Lakin bu seçkilər də yaşamağa qadir yerli idarəçilik sistemi yarada bilmədi. İcraiyyə komitələri azərbaycanlıların dövlət idarə orqanlarına cəlb edilməsində müəyyən rol oynadı. Martın 3-də Bakı Şəhər Duması İctimai Təşkilatların Müvəqqəti Komitəsini yaratmağı qərara aldı, martın 5-də Bakı İctimai Təşkilatlar Şurası yaradıldı, 17-də isə onun İcraiyyə Komitəsi seçildi.

Digər lüğətlərdə