İLİŞİK


1. sif. Düyün, pırtlaşıq, ilişmiş şeyin halı. İlişik ip. İlişik məftil.
// İs. mənasında.
Bayaqdan yazıq qadın neçə dəfə məftili ilişikdən qurtarıb. Mir Cəlal.

2. məc. Dolaşıq, qarışıq. İlişik fikirlər.
3. is. Münasibət, əlaqə, asılılıq. Onunla heç bir ilişiyim yoxdur.
4. is. Əngəl, maneə. İşimdə heç bir ilişik yoxdur.
□ İlişiyə düşmək – əngələ düşmək, pis bir işə dolaşmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İLİŞİK pırtlaşıq
  • İLİŞİK əngəl — maneə
  • İLİŞİK dolaşıq — qarışıq
  • İLİŞİK münasibət — əlaqə — asılılıq
İLİŞDİRMƏK
İLİŞİKLİ

Digər lüğətlərdə