İLMƏK

is.
1. Asanlıqla açılan düyün.
Mustafa bəy örtüyü götürdükdə bir dənə ilmək hörülmüş kəndir görür. Ə.Haqverdiyev.
…Belindən qayışını açıb bir ucunu onun buynuzuna ilmək kimi salıb çəkdi. M.Rzaquluzadə.

2. bax ilmə.
Səltənət bu şəkillərə vurduğu hər ilmək, hər xal üstündə əsmişdi. Mir Cəlal.

İLMƏ
İLMƏKLƏMƏ

Digər lüğətlərdə