İnstinkt
İnstinkt (lat. instinctus – arzu, niyyət, oyanma) və ya Sövqi-təbii — qeyri-iradi və ya qeyri-şüuri olaraq məqsədəuyğun hərəkət etmək və ya iş görmək qabiliyyəti; orqanizmin xarici və daxili qıcıqlanmalara verdiyi anadangəlmə cavab reaksiyalarının məcmusu; canlıların, daxili və ya xarici mühitin dəyişməsinə cavab olaraq anadangəlmə, qeyri-şüuri və qeyri-iradi görmə qabiliyyəti (məsələn, özünüqoruma instinkti). Milçəkqapan quşunun qış gələndə cənuba uçması, ayının qış yuxusuna getməsi, itin sahibini qorumaq istəməsi instinktdir.
İnstinkt və ya irsi davranış bir canlının təbiətində var olan başqa kompleks bir davranışa yönəlmə meylidir. Tədris prosesinin təsirli olmadığı, canlının əvvəlki təcrübələrindən müstəqil şəkildə verdiyi reaksiyalar instinkt daxilində qiymətləndirilməkdədir. Çimərliyə buraxılan dəniz tısbağalarının okeana yönəlmələri bu vəziyyətə nümunə olaraq göstərilə bilər.
Əliquliyev R., Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı: İnformasiya Texnologiyaları, 2009, 201 s.