Amma [nə] hasil mənim bu yazdığım mətalibdən ki, onların intişarı mümkün deyil.
// Nəşr olunma, çıxma, çap edilmə. “Molla Nəsrəddin” məcmuəsi 1906-cı ildən intişara başladı.
□ İntişar etdirmək – yaymaq.
Əjdərlə … bu çap olunmuş ədəbiyyatı intişar etdirmək işində əsas rolu oynayırdı.
İntişar etmək – yayılmaq.
Əziz balalar! …Məktəb vasitəsilə öyrəndigimiz elmləri, fənləri insanlar arasında intişar etmək fikrində bulunduq.
Onun [akasiyanın] açmış ağ çiçəklərindən xoş bir iy intişar edirdi.
Xalq musiqi yaradıcılığının ən çox intişar edən janrı mahnılardır.