İQAMƏT

is. [ ər. ] Sakin olma, oturma, bir yerdə yaşamaq üçün qalma, qərar tutma.
Mümkün degil, Füzuli, cahanda iqamətin; Bihudə sən bu mərhələdə məskən eylədin. Füzuli.
O, Azərbaycanın Danaqırt qəsəbəsində təvəllüd edib, doqquz yaşa qədər orda iqamətlə, sonralar Bağdada müvasilət etmişdi. C.Məmmədquluzadə.

□ İqamət etmək – bir yerdə sakin olmaq, məskən salmaq, qərar tutmaq, oturmaq.
Həmin günün axşamı Tiflisdə iqamət edən Zaqafqaziyanın şeyxülislamı rus dilində bu məzmunda bir teleqram aldı. E.Sultanov.
[Mehriban] Ağdamda iqamət edən atasına teleqraf çəkdirib, onu Bakıya çağırmaqla çocuqlarının məsələsini həll edəcəkdi. S.Hüseyn.

İKTİFA
İQAMƏTGAH

Digər lüğətlərdə