1. Qabağa doğru hərəkət etmək, irəli getmək, yerimək. Maşın evə doğru irəliləyirdi. O, yoldaşına tərəf irəlilədi.
– [Ceyran] ağır və yorğun addımlarla irəliləyirdi.
[Qəhrəman:] Bizimkilər irəliləyəndə mən yoldaşlarımla bir az asudə nəfəs alırdıq.
Tahir evlərdən bir az kənar yol tutub, tanış həyətlərə göz gəzdirir, qohum-əqrəbaya rast gələcəyini düşünə-düşünə irəliləyirdi.
2. Tərəqqi etmək, inkişaf etmək, müvəffəqiyyət qazanmaq, artmaq.
…Tənqid realizm … metodu ilə irəliləməyimizdə günəş kimi zəruridir.