İSNAD

[ ər. ] : isnad etmək (vermək) – bir şeyi bir şəxsə və ya bir yerə və s.-yə aid etmək, nisbət vermək, bağlamaq; üstünə atmaq mənalarını bildirir.
Zülfi-müşkininə dil verdim, o, qanım tökdü; Bu xəta düşdü özündən, mənə isnad etdin. S.Ə.Şirvani.
İki tərəf bir-birinə olmazın böhtan və iftirasını, olmazın həyasız hərəkətlərini isnad verirdilər. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İSNAD dayaq — dirək — söykənəcək
  • İSNAD məxəz — mənbə

Etimologiya

  • İSNAD Ərəbcə sənəd sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İSMƏTSİZLİK
İSNADƏN

Digər lüğətlərdə