İSTERİ́YA

[ yun. hystera – uşaqlıq] tib. Psixika, hərəkət sferası, həssasiyyət və s. cəhətdən bir sıra müxtəlif pozğunluqlar şəklində təzahür edən funksional əsəb xəstəliyi. İsteriyada hərəki, senzor, vegetativ və psixi pozğunluqlar qeyd olunur.
İSTÉRİKA
İSTERİYALI
OBASTAN VİKİ
İsteriya xəstəliyi
İsterik tutmalar epilepsiya tutmasına çox oxşardır. Adətən o, gündüz vaxtı insanların çox olduğu yerlərdə baş verir. Bu cür isteriyaya tutulan xəstə hansısa psixi zədəyə yaxud cüzi bir hadisəyə cavab reaksiyası verir.Tutma xəstənin yıxılmasından başlayır, lakin o yıxıldıqda çalışır ki, zədələnməsin. Tutma zamanı şüur itmir, qıcolmalar çox ehtimal qəribə xarakter daşıyır, xəstə başqalarının diqqətini öz hərəkətləri ilə cəlb etməyə çalışır. Xəstə bədənini çox əyərək təkcə peysər və dabanları ilə yerə toxunur. Gözləri bağlı olur, kimsə onları açmaq istəyəndə, o müqavimət göstərərək göz bəbəklərini axıdır. Bəbəklərin işığa reaksiyasını yoxlamaq çətin olur, imkan olduqda bir qayda olaraq, reaksiya normal olur.Tutma zamanı xəstə dodaqlarını və dilini bərk dişləyir, hətta bəzən qan çıxana qədər, lakin epilepsiya tutmuş xəstələrdən fərqli olaraq, dilin ucunu dişləyir. Xəstənin ağzından bol tüpürcək axır, lakin o epilepsiyadakı kimi çəhrayı olmur. İsteriyaya tutulmuşun üzü göyərmir.Tutmanın tonik mərhələsindən sonra bəzi hallarda, klonik qıcolmalar başlayır, lakin epilepsiya qıcolmalarından fərqli olaraq qarışıq yaxud müəyyən məqsədə yönəldilmiş olur. Çox vaxt xəstələr paltarını cırır, yaxud saçını yolur, başını yerə vururlar, ağlayır, zarıldayır, dişlərini qıcayırlar.

Digər lüğətlərdə

арго́нный бодря́чество ди́вно инкубато́рий неве́сткин податно́й примеча́ть спрессо́ванный суро́чий швейца́рша изгоня́ться печерица bemist epichorial ex gratia extracurricular granger road ingravescent red soil stellation выпрячься минералог прогрессировать ухитриться ягодный