1. İynəsi olan (bax iynə 3, 4, 5 və 6-cı mənalarda).
2. məc. Kinayəli, istehzalı, qəlbə toxunan, acı.
[Əşrəf] Zəkinin iynəli sözlərini xatırladıqca nəşəsizliyi daha da artır.
[Müqim bəy Cavanşirə:] Axı, mən heç bilmirəm, bu iynəli sözlər haradan sənin beyninə giribdir.
Güldüm, dedim: – Nə yaman; İynəli diliniz var; Uşaqlar, ay uşaqlar!