KİLSƏ

is. [əsli yun. ] Xristian ibadətgahı, məbədi.
Seçilir qülləli, uca kilsələr; Qələbə tağları baxır göylərə; Bəlkə bir binanı silkələsələr; Bir şəhər işığı tökülər yerə. M.Araz.
Kilsə başı zəng olur; Səsdən adam dəng olur; Tutaydım könül quşun; Görəydim nə rəng olur. (Bayatı).

// Xristianlarda: din işləri ilə, dini həyatla məşğul olan təşkilat; dini təriqət, məzhəb. Pravoslav kilsəsi. Katolik kilsəsi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KİLSƏ KİLSƏ (xristian məbədi, ibadətgahı) Pavluşa ilə Ələsgər hamıdan qabaq gəlib kilsənin tinində durmuşlar (M
KİLOVÁT-SAAT
KİM₁

Digər lüğətlərdə