Felin bacarıq tərzinin sadəsində ümumi şərt bildirən isə (-sa,-sə) şəxs şəkilçilərindən sonra işlənir. Bacarıq tərzinin əmr, arzu və şərt şəkillərinin ümumi şərti olmaz. Qalan şəkillərin bacarıq tərzinin ümumi şərti aşağıdakı kimidir:
Bacarıq tərzi xəbər şəklinin ümumi şərti:
yaza bildimsə
yaza bildinsə
yaza bildisə
yaza bildiksə
yaza bildinizsə
yaza bildilərsə
Yaza bilibsənsə
Yaza bilibsə
yaza bilmişəmsə
yaza bilmi(ş)sənsə
yaza bilmiş(dir)sə
yaza bilmişiksə
yaza bilmi(ş)sinizsə
yaza bilmişlərsə
Yaza bilibsinizsə
Yaza biliblərsə
Bacarıq tərzinin indiki, qəti və qeyri-qəti gələcək zamanlarının ümumi şərti də bu cür yaranır.
Bacarıq tərzi vacib şəklinin ümumi şərti
yaza bilməliyəmsə
yaza bilməlisənsə
yaza bilməlidirsə
yaza bilməliyiksə
yaza bilməlisinizsə
yaza bilməlidirlərsə
Bacarıq tərzi lazım şəklinin ümumi şərti
yaza biləsiyəmsə
yaza biləsisənsə
yaza biləsidirsə
yaza biləsiyiksə
yaza biləsisinizsə
yaza biləsidirlərsə