Miqdar sayları əşyanın miqdarını bildirir və nə qədər? neçə? suallarına cavab verir.
Miqdar sayının üç növü var:
1.Müəyyənlik bildirən miqdar sayları;
2.Qeyri-müəyyənlik bildirən miqdar sayları;
3.Kəsr sayları.
Bəzən qeyri-müəyyənlik bildirən sayları və kəsr saylarını miqdar sayının növü deyil, sayın müstəqil növü hesab etmişlər. Doğrudur, sayların bir qismi əşyanın konkret miqdarını deyil, qeyri-müəyyən miqdarını bildirir, bir qismi ədədin hissəsini bildirir, lakin bu xüsusiyyətlərinə baxmayaraq, sayın qeyd etdiyimiz növlərinin hamısı ümumən miqdar bildirir, ona görə də bunlar miqdar saylarının növləri kimi öyrənilir.