MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

BAĞLAYICI
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

BAĞLAYICI.

BAĞLAYICILAR BİR NİTQ HİSSƏSİ KİMİ

Cümlənin üzvləri və mətnin komponentləri arasında əlaqə yaradan sözlərə bağlayıcı deyilir.

Bağlayıcılar lüğəvi mənaya malik olmayıb, yalnız ümumiləşmiş qrammatik məna daşıyır. Bir köməkçi nitq hissəsi kimi, bağlayıcılar da morfoloji əlamətdən məhrumdur. Əlaqə yaratmaq kimi mühüm sintaktik vəzifəsi müstəsna olmaqla, bağlayıcılar cümlə üzvü vəzifəsi daşımır, hətta qoşmalardan fərqli olaraq, əlaqələndirdiyi üzvlərlə birlikdə də üzv ola bilmir. Lakin bağlayıcıların rolu, fəaliyyət dairəsi qoşmalarla müqayisədə çox genişdir və bağlayıcılar dildə daha mühüm rola malikdir. Belə ki qoşmalar cümlə daxilindəki fəaliyyətindən kənara çıxa bilmədiyi, yalnız bir sadə cümlənin daxilində iki komponenti əlaqələndirdiyi halda, bağlayıcılar cümlənin həmcins üzvlərini, mürəkkəb cümlənin tərkib hissələrini və mətnin komponentlərini əlaqələndirməklə fəaliyyət baxımında cümlə sərhədlərini aşır. Məsələn:
Uzaqdan baxana elə gələ bilərdi ki, Rüstəm kişi bu saat ya ağır bir şey götürüb kənara atacaq, ya da bir adamla güləşəcəkdir.(M.İ.)

Onu görəndə adamların heyrət nidaları eşidildi. Amma Rüstəm Mirzə başını qaldırıb heç kimə baxmadı.(F.K.)

Bu misallardan birincisində ya - ya da bağlayıcısı həmcins xəbərləri bağlamış, ki bağlayıcısı tabeli mürəkkəb cümlədə budaq cümlə ilə baş cümlə arasında əlaqə yaratmışdır. İkinci misalda isə amma bağlayıcısı mətnin komponentlərini əlaqələndirmişdir. Hətta bir çox hallarda bağlayıcılar makromətnlərdə müxtəlif abzaslar arasında əlaqə yaratmaq vasitəsini də icra edir.

Bağlayıcıları bir neçə cəhətdən təsnif etmək olar:
1.İşlənmə xüsusiyyətlərinə görə;
2.Quruluşuna görə;
3.Mənşəyinə görə;
4.Sintaktik vəzifəsinə görə;
5.İşlənmə yerinə görə.

Bağlayıcılar işlənmə xüsusiyyətlərinə görə iki cür olur:
a) tək işlənən bağlayıcılar;
b) təkrar olunan bağlayıcılar.

Tək işlənən və təkrar olunan bağlayıcılar. Bağlayıcıların bir qismi cümlə və ya mətn daxilində tək işlənir. Bu qrupa və, amma, ancaq, lakin, hətta, yəni, zira, ki, ilə, çünki, isə, ona görə də, buna görə də, belə ki, ona görə ki, buna görə ki, odur ki və s. bağlayıcılar daxildir. Bu bağlayıcılar cümlədə bir dəfə işlənər və təkrar olunmaz. Məs.:
Muradın iri barmaqları arasında onun nazik qolu çöp kimi idi bərk sıxsa, ovxalanıb tökülərdi. (F.K.) 

Dəspinə xatun hiss eləmişdi ki, atası kimi onun imperiyası da qocalıb. (F.K.) 

Şəhər valisi qiymətli yəhəri Muradın atının belinə qoymuşdu, monqol madyanını isə yəhərsiz gətirtdirmişdi.(F.K.) 

Düzdür, ay qızlar, elələri var, amma onlara boyun əyməyin. (M.İ.) 

O, kəndin qüvvə imkanlarını yaxşı bilirdi, buna görə də hərəkətləri qəti, sözləri möhkəm ümidi sarsılmaz idi (M.İ.) və s.

Qeyd. Bədii ədəbiyyatda, bədii üslubda bu hal dəyişə bilər. Belə ki, məsələn, C.Məmmədquluzadənin üslubunda bağlayıcısı bəzən təkrar olunan bağlayıcı kimi çıxış edir; məs.:
Haman şəxs çöndü sağ tərəfə Məhəmmədhəsən əmi xudahafiz deyib haman şəxsin atasına qəlbində rəhmət oxuyub, üz qoydu öz evinə gəlməyə. (C.M.)

Qalan bağlayıcılar təkrar olunan bağlayıcılardır. Təkrar olunan bağlayıcılara da, də, həm, nə, ya, gah, istər, yaxud və s. daxildir. Bunlar cümlə daxilində iki dəfə, üç dəfə və daha çox təkr
ar oluna bilir. Məs.:
Bax indicə Nəcəf , Şirzad da, mən onu deyirdik ki, tək qalmısınız.(M.İ.)

Onu həm yaxşı tanıyırdı, həm də ki keçən gün onun müavin haqqında dediyi sözlər çox xoşuna gəlmişdi. (M.İ.)


birinci dəfə, nə də çox-çox sonralar Sofinin ağlına gəlmədi ki.  Məryəmə Mahmudun gözləri ilə baxmaq lazımdır. (Elçin)

Əhməd üzüquylu sərilib quru yerə və ağlaya-ağlaya gah bu yanı üstə çönür, gah o yanı üstə çönür, gah başına vurur, gah başını döyür yerə. (C.M.)

Zeynəb ondan ötrü bu cavabı Xudayar bəyə verdi ki, necə övrət ola, - ya kasıb, ya dövlətli, ya cavan, ya qoca, ya göyçək, ya çirkin, - razı olar yüz il ərsiz qalsın, amma üzünü Xudayar bəyin adama oxşamaz üzünə və iri burnuna sürtməsin.(C.M.)

Təkrar olunan bağlayıcıların mümkün olan variantları aşağıdakılardır: Da, də bağlayıcısı heç bir əlavə söz ilə birləşmir, yalnız ahəngə görə da variantları ilə işlənir. Bəzən təkrar olunmaya da bilir. Məs.:
Mən də şəhərə gedirəm – cümləsində bağlayıcısı bütöv bir cümləni öz ümumiləşmiş qrammatik semantikası ilə əvəz edir. Həmin cümlədə də bağlayıcısının işlənməsindən dinləyici dərhal ikinci bir cümləni suppozisional şəkildə fəhm edir: Filankəs şəhərə gedir, mən də gedirəm. Yaxud: Artıq tərəkəmə əmirlərini syürqallar da razı salmırdı (F.K.) – cümləsindən aydın olur ki, əmirləri başqa hədiyyələrlə razı salmaq mümkün olmayıb, daha böyük hədiyyə ilə – torpaq payı ilə də kifayətlənmək istəmirlər.

Qalan hallarda bu bağlayıcı sadəcə təkrar edilir: iki dəfə işlənə bilər, daha çox təkrar oluna bilər. Həmcins üzvləri və tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirir. Məs.:
Yarməmmədin özü , gözləri bulanıq göründü.(M.İ.)

Onun əlləri , dodaqları da, bədəni barmağı ilə bir tərəfindən tutub qaldırdığı vərəq kimi əsirdi.(F.K.) 

Bu torpaqda palıd da var, çinar da var, qovaq da, Abşeronda məskən salır, yerli olur qonaq da.(İ.T.)

Bu misallardan əvvəlki ikisində da, də bağlayıcısı həmcins üzvləri, son cümlədə tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirmişdir.

Qeyd. Da, də bağlayıcısı tək işləndikdə da, də ədatına oxşayır. Da, də tək işlənən ədatdır, təkrar olunmur. Bir halda onu qarşılaşdırma budaq cümləsində -sa,-sə şəkilçisindən sonra belə ədatı ilə əvəz etmək olar; məs.:
O nə qədər fikirləşdisə də, bu daşın onun bostanına haradan atıldığını ağlına gətirə bilmədi. (F.K.)

Başqa halda, da, də təkid bildirən ədat kimi işlənir. Məs.:
Dayı, mənim bir məsləhətimə qulaq asın da! (F.K.)
– cümləsindəki də bağlayıcıdır, bildirir ki, başqa məsləhətlər olub, başqalarını dinləyiblər, indi onu da dinləmək lazımdır. Cümlənin sonundakı da ədatdır, təkid bildirir.

Da, də bağlayıcısı daha çox başqa bağlayıcıların tərkibində təkrar olunur; məs.: gah, gah da, həm, həm də, nə, nə də, buna görə, buna görə də və s.

Digər bağlayıcıların təkrar variantları:
Ya, ya da, və ya, və ya da, və ya da ki, ya da ki;
Həm, həm də, həm də ki, və həm də, və həm də ki;
Nə, nə də, və nə, və nə də, nə də ki, və nə də ki;
Gah, gah da, gah da ki, və gah da, və gah da ki;
İstər, istərsə, istərsə də;
Yaxud, yaxud da, və yaxud, və yaxud da, və yaxud da ki;
Həmçinin, həmçinin də, və həmçinin, və həmçinin də;
Habelə, və habelə, və habelə də, habelə də;
Buna görə, buna görə də, və buna görə də;
Ona görə, və ona görə, ona görə də, və ona görə də;
Bunun üçün, bunun üçün də, və bunun üçün də;
Onun üçün, onun üçün də, və onun üçün də;
Yəni, yəni ki, və yəni ki;
Buna görə ki, və buna görə ki;
Ona görə ki, və ona görə ki.

Quruluşuna görə bağlayıcılar üç cür olur:
1. Sadə bağlayıcılar;
2. mürəkkəb bağlayıcılar;
3. tərkibi bağlayıcılar.

Əsas nitq hissələri kimi, sadə bağlayıcılar da bir morfemdən ibarət olur və ikinci bir qrammatik mənalı morfemə ayrılmır. Amma, ancaq, lakin, hətta, yəni, zira, ki, ilə, isə, da, də, və, həm, nə, ya, gah, istər və s. bağlayıcılar sadə quruluşludur. Dilimizdə mürəkkəb bağlayıcı az olub: çünki, habelə, həmçinin sözlərindən ibarətdir. İlkin formadan fərqli bütün bağlayıcı variantları tərkibi bağlayıcılardır. Məsələn, habelə bağlayıcısı mürəkkəbdir, onun və habelə, və habelə də, habelə də variantları tərkibidir.

Bağlayıcılar mənşəyinə görə də fərqlənir.

Türk dillərinin və o cümlədən Azərbaycan dilinin özünə məxsus bağlayıcıları azdır. Tarixən də belə olmuş, qədim dövrlərdə Azərbaycan dilində bağlayıcılardan az istifadə edilmişdir. Canlı türk-Azərbaycan dilində bağlayıcı vəzifəsini intonasiya, feli bağlama, feli sifət və s.yerinə yetirmişdir. Bağlayıcıların artması və zənginləşməsi yazılı ədəbi dilin təşəkkülü və inkişafı ilə bağlı olmuşlur. Bu cəhəti bir sıra başqa amillər də təsdiq edir. Belə ki şifahi ədəbi dilimizdə bağlayıcılardan müasir dövrdə də az istifadə edilir. Bir sıra hesablamalara görə, yazılı ədəbi dil ilə danışıq dilində bağlayıcıların işlənməsi 100-ün 16-ya nisbəti kimidir. Odur ki elə bağlayıcılar var ki, min ildən artıq bir dövrdə ədəbi dilimizdə işlənsə də, canlı dildə onlara rast gəlmək olmur. Bağlayıcılar dilimizdə bir sıra sözlərin tədricən bağlayıcılaşması ilə yanaşı, alınmalar hesabına zənginləşmişdir.

Yazılı ədəbi dilimizdə ən çox işlənən bağlayıcı bağlayıcısıdır. Bu bağlayıcını ərəb mənşəli hesab edirlər. Əslində isə, bu bağlayıcı Azərbaycan dilində VII əsrdən çox-çox əvvəllər işlənən bir bağlayıcı olmuşdur. Bu bağlayıcı tarixən ü bağlayıcısı ilə bir mənşədən olub (rus dilindəki i bağlayıcısı ilə eyni köklüdür), saitlə bitən sözlərdə şəklində də yazılmışdır:
«Vərqa Gülşa», «Danəvü Dam»,
«Zənburü Əsəl» üçüncüyə nam (Məs.) -
misralarından göründüyü kimi, tədricən bağlayıcısı ilə paralel işlənmişdir və onun açıq saitli variantıdır. (3, 11-12)

Ki tabelilik bağlayıcısı da son dərəcə çoxişlənən bağlayıcıdır. Azərbaycan dilinin özünə məxsus bağlayıcıdır və nostratik sözdür. (4, 21-22)

Aşağıdakı bağlayıcılar da xalis Azərbaycan sözlərindən ibarətdir:
Nə, nə də, və nə, və nə də, nə də ki, və nə də ki;
İstər, istərsə, istərsə də;
Buna görə, buna görə də, və buna görə də;
Ona görə, və ona görə, ona görə də, və ona görə də;
Bunun üçün, bunun üçün də, və bunun üçün də;
Onun üçün, onun üçün də, və onun üçün də;
Buna görə ki, və buna görə ki;
Ona görə ki, və ona görə ki.
Odur ki, və odur ki.
Belə ki.

Bu bağlayıcılar işarə əvəzlikləri ilə qoşmaların birləşməsi və bağlayıcılaşması yolu ilə yaranmışdır və dilimizdə ən çox işlənən bağlayıcılardır.

Alınma sözlərdən ibarət olan bağlayıcılar bunlardır:
Ya, ya da, və ya, və ya da, və ya da ki, ya da ki;
Həm, həm də, həm də ki, və həm də, və həm də ki;
Gah, gah da, gah da ki, və gah da, və gah da ki;
Yaxud, yaxud da, və yaxud, və yaxud da, və yaxud da ki;
Həmçinin, həmçinin də, və həmçinin, və həmçinin də;
Habelə, və habelə, və habelə də;
Yəni, yəni ki, və yəni ki;
Zira; çünki.

Bu bağlayıcıların bir qisminin başqa variantları da mümkündür. Bunları xalis Azərbaycan-türk mənşəli sözlərlə işləkliyinə görə müqayisə etmək olmaz. Ki bağlayıcısı bütün budaq cümlələri baş cümləyə bağladığı halda, çünki bağlayıcısı müasir dildə yalnız səbəb budaq cümləsini baş cümləyə bağlayır. Zira bağlayıcısı artıq işləkliyini itirmişdir. Digər alınmalar isə Azərbaycan dilinin qaydalarına uyğunlaşaraq xalis Azərbaycan dilinə məxsus bağlayıcılardan seçilmir. Onların əsasında duran sözlər (ya, həm, gah, yaxud, həmçinin, habelə, yəni) alınmadır, variantlarını yaradan vasitələr (və, da, də, ki) dilin özünə məxsusdur.