MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

SIRA SAYLARI
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

SIRA SAYLARI

Sıra sayı şəxsin, əşyanın, hadisənin sırasını bildirirneçənci? hansı? suallarına cavab verir.

Sıra sayları miqdar saylarının üzərinə -ıncı,-inci,-uncu,-üncü şəkilçisinin artırılması ilə düzəlir. Məs.: altmışıncı, birinci, onuncu, üçüncü, dördüncü və s.

Bu şəkilçi saitlə qurtaran saylara artırıldıqda ilk saitini itirir: altı-ncı, yeddi-nci, iki-nci, əlli-nci, iyirmi-nci.

Sıra sayları isimlərə və sifətlərə miqdar saylarından daha yaxındır. İsimlərə yaxınlığı onunla əlaqədardır ki, sıra saylarının məzmununda substantivlik daha aydın hiss olunur; məs.: birincilər, beşincilər, onuncular sözlərində əşya məzmunu özünü daha aydın göstərir: Beşincilər (beşinci sinifdə oxuyanlar) yarışda qalib gəldilər.

Sıra sayları neçənci? sualı ilə yanaşı, sifətlər kimi hansı? sualına da cavab verir və cümlədə təyin vəzifəsində işlənir.

Sıra sayını düzəldən şəkilçilər əvvəl, axır, orta, son sözlərinə də artırıla bilir və bu sözlərdən sıra sayı düzəldir: əvvəlinci, axırıncı, ortancı, sonuncu. Müəyyənlik bildirən miqdar saylarından düzələn sıra sayları ilə bunların mənasında müəyyən dərəcə fərq var: bunların mənasında konkretlik nisbətən azdır.

Sıra sayları düzəltmə saylardır. Sadə saylardan düzəldiyi kimi (doqquzuncu, səksəninci, yüzüncü və s.), tərkibi saylardan da düzəlir (on beşinci, səksən ikinci, yüz on üçüncü, iki yüz əlli beşinci və s.).

ƏVVƏLİ