MƏHƏMMƏD

Ərəbcə həmd, həmid, əhməd, mahmud sözləri ilə qohumdur. “Bə­yən­mək, seçmək” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

MƏHƏBBƏT
MƏHƏRRƏM
OBASTAN VİKİ
Aşıq Məhəmməd
Aşıq Məhəmməd — Aşıq Ələsgərin qardaşı.
Məhəmməd
Həzrət Məhəmməd (ərəb. مُحمّد‎ ( tələffüzü);; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Həzrət Məhəmməd islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Həzrət Məhəmməd təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Həzrət Məhəmməd babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir.Həzrət Məhəmməd vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi. O, 40 yaşında ikən mələk Cəbrayıl tərəfindən ziyarət edildiyini və Allahdan ilk vəhyni aldığını bildirdi.
Məhəmməd Daud Məhəmməd
Məhəmməd Daud Məhəmməd (d. 1 mart 1996) — Somalini təmsil edən yüngül atlet. Məhəmməd Daud Məhəmməd Somalini 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Məhəmməd Daud Məhəmməd birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçış yarışlarında Daud Məhəmməd 14:57.84 saniyə nəticəyə imza atdı və 24-cü yeri tutdu. Məhəmməd Daud Məhəmməd həmdə Rio-de-Janeyro Olimpiadasının açılış mərasimində Somalinin dövlət bayrağını apardı.
Dost Məhəmməd
Dost Məhəmməd — ad. Dost Məhəmməd (siyasətçi) — Pakistan siyasətçisi.Dost Məhəmməd xanDost Məhəmməd xan (Əfqanıstan əmiri) — Əfqanıstan əmiri (1834-cü ildən).
Dərviş Məhəmməd
Dərviş Məhəmməd və ya Kritli Məhəmməd. 23 dekabr 1930-cu ildə Menemen hadisəsi zamanı, kiçik leytenant Kubilayı Menemendə öldürən şəxsdir. Dərviş Məhəmməd hadisədən bir neçə gün sonra tutularaq edam edilmişdir.
Eliyah Məhəmməd
Eliyah Məhəmməd (ing. Elijah Muhammad; 7 oktyabr 1897[…] – 25 fevral 1975[…], Çikaqo) — ABŞ ictimai və din xadimi. 1934–1975-ci illərdə afroamerikalıların "İslam milləti" təşkilatının lideri. == Həyatı == Eliyah Pul 7 oktyabr 1897-ci ildə Corciyanın Sandersville şəhərində anadan olmuşdur. 16 yaşında evini tərk edərək, ölkə boyu səyyahətə başladı. 1917-ci ildə Klara Evans ilə evləndi. 1923-cü ildə Detroitə köçərək, orada avtomobil zavodunda işləməyə başladı. 1930-cu illərin əvvəllərində şəhərdə "İslam Məbədi"ni quran Uolles Fərd Məhəmməd ilə tanış oldu. Uolles Fərd Məhəmmədin təbliğ etdiyi din təlimi İslamla oxşar idi, lakin bir çox cəhətdən ondan fərqlənirdi. Eliyah Pul soyadını Məhəmməd olaraq dəyişdirdi.
Həzrət Məhəmməd
Həzrət Məhəmməd (ərəb. مُحمّد‎ ( tələffüzü);; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Həzrət Məhəmməd islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Həzrət Məhəmməd təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Həzrət Məhəmməd babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir.Həzrət Məhəmməd vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi. O, 40 yaşında ikən mələk Cəbrayıl tərəfindən ziyarət edildiyini və Allahdan ilk vəhyni aldığını bildirdi.
Keçəçioğlu Məhəmməd
Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi.Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. == Həyatı == Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir. Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bakının mədəni həyatı Keçəçi Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində Bakıya köçür. Keçəci oglu Məhəmməd klassik xanəndə kimi Azərbaycanın ənənəvi I musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamışdır. Qarabağ məktəbinin digər nümayəndələri ilə yanaşı, o öz yaradıcılığında I muğam sənətini yorulmadan inkişaf etdirmişdir. Onun repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tuturdu. Genis diapazonda zorlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahlarını və zərbi-muğamları ustalıqla ifa edirdi.
Molla Məhəmməd
Molla Məhəmməd (tam adı: Məhəmmədqulu ????; d. 1950, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 23 fevral, 2010, Maştağa, Bakı, Azərbaycan) — azərbaycanlı meyxanaçı. == Həyatı == === Erkən illəri === 1950-ci ildə Bakının Maştağa kəndində doğulub. Uşaqlığı Bakı şəhərinin Yasamal rayonunda yerləşən Sovetski məhəlləsində keçib. 13-14 yaşında olarkən hazırcavablığına görə ustadı Hacı Kazım tərəfindən "Molla" ləqəbini qazanıb.15 yaşında aktrisa Nəsibə Zeynalova onu "Bizim Cəbiş müəllim" filminə dəvət edib. Onun səsləndirdiyi "Çağırsa ellər gedərəm davaya" meyxanası filmə əlavə olunsa da, meyxanaçı dost-tanışları arasında olan hörmətini itirməmək üçün filmə çəkilməkdən imtina edir. === Yaradıcılığı === === Həbs olunması === 1982-ci ildə Novxanıda bir məclisdə tanımadığı şəxs ona yaxınlaşır və xoşagəlməz sözlər işlədir. Mübahisə yaranır və Molla onu toy çadırının arxasına apararaq iki bıçaq zərbəsi vuraraq yaralayır. Çadıra qayıdan meyxanaçı məclis sahiblərinə deyir: "Çadırın arxasında bir nəfəri bıçaqla vurmuşam.
Məhəmməd (ad)
Məhəmməd (Ərəbcə:مُحَمَّد-Muhammad-Muhəmməd) ya Məmməd ərəb mənşəli bir ad və H-M-D kökündəndir; Həmd. Ərəblər ilə yanaşı bir çox fərqli müsəlman millətlər tərəfindən istifadə edilmiş və istifadə edilməkdədir. İslamda, Məhəmməd, Allahın son peyğəmbəri olub. == Etimologiya == Məhəmməd ərəbcə Pasif fel sifəti və H-M-D (Həmd-Həmd olmuş) kökündən gəlir və tərifəlayiq həmd olmuş, yüksək qiymətləndirilmiş, yüksək təqdir edilmiş anlamındadır. == Transliterasiyalar == Muhəmməd (Muhammad مُحَمَّد),Muhammed,Mohamed,Mahammad(Məhəmməd),Mohammed və Mohamad:Ərəb ölkələri Mohəmməd(Mohammad محمد), Məhəmməd:İran, Əfqanıstan, Pakistan Muhammed, Muhamed, Muhammet, Muhamet ya Mehmet :Türkiyə,Albaniya Muhammed, Muhamed:Bosniya və Herseqovina Mamadou:Seneqal Mahometus:Latın dilində Maometto:İtalyan dilində Μωάμεθ (Moameth):Yunan dilində Mahoma:İspan və Katalan dillərində Mamede: Qalisiya dilində Мухаммад (Mukhammad-Muxammad), Магомед (Magomed-Maqomed): Rus dilində Maxamed:Somali dilində Мұхаммед (Mukhammed-Muxamed):Qazax dilində 穆罕默德 (Mùhǎnmòdé): Çin dilində Məhəmməd, Məmməd:Azərbaycan dilində və Fars dilində == İlk ad == === Məhəmməd === Məhəmməd:Peyğəmbər, İslam dininin banisi Məhəmməd Füzuli:görkəmli orta əsr Azərbaycan Türk şairi və mütəfəkkiri. Şeyx Məhəmməd Xiyabani:İranın inqilab tarixində görkəmli yer tutan böyük alim, mütəfəkkir və siyasətçi. Məhəmməd Cahan Pəhləvan: Atabəylər dövlətinin hökmdarlarından biri, Atabəy Şəmsəddin Eldənizin oğlu. Məhəmməd ibn Heysam: Şirvanşahlar dövlətinin ikinci hökmdarı Məhəmməd Hacıyev (işıqçı):işıqçı Məhəmməd ibn Zəkəriyə əl-Razi:Fars tibb və kimya elm adamı Məhəmməd Musaddıq:28 aprel 1951 – 19 avqust 1953-cü illərdə İranın baş naziri. Məhəmməd Behişti:İranın Ədliyyə başçısı Məhəmməd Fazil Lənkərani:İslam dünyasının və şiə məzhəbinin böyük alimi, müctəhidi və mərcəyi-təqlidi. Molla Məhəmməd Ömər:“Taliban” hərəkatının lideri Məhəmməd Əbdüh: XIX-XX əsr İslam dünyasında mühüm rol oynamış alim, ictimai, siyasi və dini xadim.
Məhəmməd (dəqiqləşdirmə)
Məhəmməd: Məhəmməd — Peyğəmbər, İslam dininin banisi Məhəmməd surəsi — Quranda bir surə Məhəmməd (ad) — Oğlan adı və tərifəlayiq, həmd olunmuş anlamındadır. Məhəmməd xan Ziyadlı-Qacar — İrəvan xanlığının hakimi (1805—1806).
Məhəmməd Abbasquliyev
Məhəmməd Abbasquliyev (14 fevral 1965, Kalbaoruc Dizə, Naxçıvan rayonu – 22 noyabr 2013, Bakı) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sabiq müavini. == Həyatı == Məhəmməd Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kalbaoruc Dizə, kəndində anadan olub. O, 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışıb. 2001–2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub. Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16 yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin sərəncamı ilə Məhəmməd Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib. General-mayor Məhəmməd Abbasquliyev 2013-cü il noyabrın 22-də infarkt nəticəsində dünyasını dəyişib. II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Məhəmməd Abduh
Məhəmməd Abduh (1849–1905) — Misirdəki İslam modernizminin banilərindən biri. Məhəmməd Abduh (1849–1905) Cəmaləddin Əfqaninin hərarətli tələbəsi və davamçısı idi. Abduh on beş illik yaxın dostuluqları zamanı ustadının dərslərini o qədər mükəmməl öyrəndi ki, hətta onu keçərək geridə daha konkret, mühüm və qalıcı bir miras buraxdı. Bu mirası yazılarında, konfrans və vaazlarında və bir də Əzhər Universitetində müəllimlik, idarə heyəti üzvlüyü və Misir baş müftülüyü kimi sahələrdə əldə etdi. == Uşaqlıq və məktəb illəri == Məhəmməd Abduh 1849-cu ildə Misirdə orta təbəqədən bir əkinçi ailəsində dünyaya gəlmişdir. On yaşında bir kənd məktəbində oxumağı və yazmağı öyrəndikdən sonra Quranı əzbərləməsi və qiraətini gözəl öyrənməsi üçün Quran hafizi yetişdirən bir məktəbə göndərildi. Iki il içərisində bu vəzifəsinin öhdəsindən gəldi və 1862 ci ildə Tantadakı Əhmədi məscidi məktəbinə getdi. Üç il yarımlıq əzbərələmə metoduna uyğun təhsil ərəfəsində müəllimlərinin dərslərini başa düşməkdə böyük çətinliklər çəkən, üstəlik çöldə-bayırda oynamağa çox düşkün olan gənc Abduh, məktəbi onu qane etməyən metodlar üzündən ümidsiz halda tamamən tərk etdi. Atası və qohumlarından bir çoxu kimi əkinçi olmaq üçün kəndinə döndü və orada 16 yaşında evləndi. Evliliyindən qırx gün sonra Məhəmməd Abduh onun ümidlərini doğrultmayan köhnə məktəbə dönməsi üçün atası tərəfindən məcbur edildi.
Məhəmməd Abdullayev
Məhəmməd Abdullayev (6 aprel 1999, Rusiya) — Azərbaycanı təmsil edən boksçu. == Həyatı == Məhəmməd Zahid oğlu Abdullayev 1999-cu il aprelin 6-da anadan olub. Şəxsi məqşçisi Etibar Abdullayevdir. == Karyerası == Məhəmməd Abdullayev 2019-cu ilin 20–30 iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə apardı. Turnirin 1/16 final mərhələsində o, Bolqarıstan nümayəndəsi Petar Belberova məğlub oldu (1:4) və mübarizəsini dayandırdı.Daha sonra Məhəmməd Abdullayev 2019-cu ildə Rusiyada baş tutan Dünya Çempionatında çıxış elədi. Turnirin 1/16 final mərhələsində Çin nümayəndəsi Bayihevuzi Danabieheya 4:1, 1/8 final mərhələsində isə Misir təmsilçisi Yusri Hafeza 3:2 hesabı ilə qalib gələn Məhəmməd Abdullayev, 1/4 final mərhələsində Avstraliya nümayəndəsi Custin Huniyə məğlub oldu (0:5) və mübarizəsini başa vurdu.Məhəmməd Abdullayev 2021-ci ilin 4–8 iyununda Fransanın Paris şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Polşa nümayəndəsi Adam Kulihi 5:0, 1/4 final mərhələsində isə Ukrayna təmsilçisi Tsotne Rogavanı 4:1 hesabı ilə məğlub edən Məhəmməd Abdullayev, 1/2 final mərhələsində Fransa nümayəndəsi Murad Əliyevə məğlub olsa da (WO), Olimpiya Oyunlarına vəsiqəni təmin elədi.XXXII Yay Olimpiya Oyunları 2021-ci ilin 22 iyul-8 avqustunda Yaponiyada baş tutdu. Məhəmməd Abdullayev Olimpiadanın 1/16 final mərhələsində Bəhreyn nümayədəsi Danis Latıpova qalib gəlsə də (3:1), 1/8 final mərhələsində Özbəkistan təmsilçisi Baxodır Calolova məğlub oldu (0:5) və mübarizəsini dayandırdı.Olimpiadadan sonra Məhəmməd Abdullayev Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Turnirin 1/16 final mərhələsində Litva nümayəndəsi Jonas Jazeviciusa (5:0), 1/8 final mərhələsində Serbiya təmsilçisi Vladan Babiça (5:0), 1/4 final mərhələsində isə Hindistan nümayəndəsi Narender Bervala (5:0) qalib gələn Məhəmməd Abdullayev, yarım-final mərhələsində Ermənistan təmsilçisi Davit Çaloyana məğlub oldu (0:5) və Dünya Çempionatının bürünc medalına sahib oldu.
Məhəmməd Abduyev
Məhəmməd Abduyev Abdu oğlu (7 iyul 1961, Çəmbərək rayonu) Coğrafiya elmlər doktoru == Həyatı == Abduyev Məhəmməd Abdu oğlu 1961-ci ildə Ermənisatan Respublikasının Krasnoselo rayonunda anadan olub. 1978-ci ildə orta məktəbi bitirib. 1983-cü ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin əyani şöbəsinin I kursuna daxil olmuş və 1988-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək təyinatla AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutuna göndərilib. 1989-cu ildə Coğrafiya İnstitutunun əyani aspiranturasına daxil olub.1995-ci ildə dissertasiyanı müdafiə edərək, coğrafiya elmləri namizədi, 2013-cü ildə isə "Azərbaycanın dağ çaylarının hidrokimyəvi xüsusiyyətlərinin tədqiqi və su ilə təminatın ekoloji təklükəsizliyinin qiymətləndirilməsi" mözusunda dissertasiya müdafiə edərək, coğrafiya elmləri doktoru elmi adını alıb. == Elmi fəaliyyəti == 1992-ci ildən 2013-cü ilədək AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb.İşlədiyi müddətdə 15 elmi hesabatı yerinə yetirib və 126 elmi məqalə nəşr etdirib, 35 yerli və Beynəlxalq səviyyəli konfransda iştirak edib, sertifikat və diplomlarla təltif olub AMEA-nın 60 illiyi ilə əlaqədar Yer elmləri bölməsinin təşəkkürnaməsini və AMEA Rəyasət Heyətinin Fəxri Fərmanını alıb. AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən DO1.091 Dissertasiya Şurasının və ADPU-nun "Xəbərlər" jurnalının Redaksiya Heyətinin üzvüdür. 2014-cü ildən ADPU-nun Tarix və Coğrafiya fakültəsinin "Ümumi coğrafiya" kafedrasında müdir vəzifəsində çalışır.
Məhəmməd Abutrika
Məhəmməd Abutrika(ərəb. محمد أبو تريكة‎; 7 noyabr 1978, Giza) — Misir futbolusti, Misir milli futbol komandasının yarımmüdafiəçisi. == Həyatı == Məhəmməd Abutrika 1978-ci il noyabr ayının 7-də Misirin Giza şəhərində anadan olub. O, böyük futbola 25 yaşında gəlib. Misirin "Əl-Əhli" klubunda oynayan yarımmüdafiəçi iki dəfə Afrika çempionu olub, 3 dəfə isə klubu ilə birgə Afrika Çempionlar Liqasının kubokunu qazanıb. Peşəkar karyerasının ən əlamətdar oyununu Misir milli futbol komandasının heyətində Braziliya millisinə qarşı keçirib. FİFA Konfederasiyalar Kuboku çərçivəsində küçirilən bu oyunda Abutrikanın Kakaya qarşı oynadığı futbol yüksək qiymətləndirilib və məğlub olmasına baxmayaraq Misir yığması əla təsir bağışlayıb. Misir milli futbol komandasının 2006-cı ildə Afrika çempionu olmasında da Məhəmməd Abutrikanın rolu danılmazdır. Futbolçu ilə bağlı yadda qalan daha bir məqam 2008-ci ildə Afrika Kuboku oyunları çərçivəsində onun Sudan yığmasının qapısına vurduğu qoldan sonra futbolkasını çıxarması və maykasındakı "Qəzzada baş verənlərə görə təəssüf edirəm" yazısını nümayiş etdirməsi olmuşdur.
Məhəmməd Abuxousa
Məhəmməd Abuxousa (30 dekabr 1992) — Fələstini təmsil edən atlet. Məhəmməd Abuxousa Fələstini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Məhəmməd Abuxousa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.89 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı.
Məhəmməd Fizuli
Məhəmməd Füzuli (az.-əbcəd مَحمد سلیمان اوغلو‎) (təq. 1483, Bağdad, Nəcəf, Hillə və ya Kərbəla – 1556, Kərbəla və ya Bağdad, Bağdad əyaləti[d]), daha çox sadəcə Füzuli (فضولی) təxəllüsü ilə tanınır — XVI əsr Azərbaycan şairi. O, ana dili olan azərbaycanca, həmçinin farsca və ərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir. 1483-cü ildə indiki İraqda anadan olan Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Onun sağlığında Füzulinin doğma yurduna nəzarət Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları arasında dəyişmişdir. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazmış, ilk şeirini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdir. Füzuli poeziyasının çoxunu İraqda Osmanlı hakimiyyəti dövründə yazmış və buna görə o, bəzən Osmanlı şairi də adlandırılır. Füzulinin bütün həyatı boyu onun bir neçə himayədarı olmuş, lakin heç vaxt onu həqiqətən qane edən birini tapa bilməmişdir və onun şah sarayına qoşulmaq arzusu heç vaxt həyata keçməmişdir.
Məhəmməd Füleyfil
Məhəmməd Füleyfil (ərəb. محمد فليفل‎; 1899, Beyrut – 1985) — Livan bəstəkarı. İraq himninin ("Mövtini") və Suriya himninin ("Hümat əd-Diyar") musiqisini yazmışdır.
Məhəmməd Füzuli
Məhəmməd Füzuli (az.-əbcəd مَحمد سلیمان اوغلو‎) (təq. 1483, Bağdad, Nəcəf, Hillə və ya Kərbəla – 1556, Kərbəla və ya Bağdad, Bağdad əyaləti[d]), daha çox sadəcə Füzuli (فضولی) təxəllüsü ilə tanınır — XVI əsr Azərbaycan şairi. O, ana dili olan azərbaycanca, həmçinin farsca və ərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir. 1483-cü ildə indiki İraqda anadan olan Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Onun sağlığında Füzulinin doğma yurduna nəzarət Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları arasında dəyişmişdir. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazmış, ilk şeirini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdir. Füzuli poeziyasının çoxunu İraqda Osmanlı hakimiyyəti dövründə yazmış və buna görə o, bəzən Osmanlı şairi də adlandırılır. Füzulinin bütün həyatı boyu onun bir neçə himayədarı olmuş, lakin heç vaxt onu həqiqətən qane edən birini tapa bilməmişdir və onun şah sarayına qoşulmaq arzusu heç vaxt həyata keçməmişdir.
Məhəmməd Hadi
Ağa Məhəmməd Əbdülsəlim oğlu Əbdülsəlimzadə (1879, Şamaxı – may 1920, Gəncə) — Azərbaycan şairi, Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri, Tofiq Fikrət irsinin ilk araşdırıcısı, Tatar süvari alayının imamı.Məhəmməd Hadi XX əsr Azərbaycan şairləri içərisində mətbuatla sıx əlaqəsi olan sənətkarlardan biridir. Öz əsərlərinin əksəriyyətində vətən, millət mövzusuna toxunan Məhəmməd Hadi Azərbaycan poeziyasının intibah, azadlıq və hürriyyət mücahidlərindən biri olmuşdur. Ona görə də Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyyəti əsərində "bir tərəfdən rus ədəbiyyatı, digər tərəfdən də Osmanlı ədəbiyyatı təsirində bulunan" istiqlal mövzusunda mübariz əsərlər yazan şairlər arasında Məhəmməd Hadini ayrıca dəyərləndirirdi.Romantik maarifçilikdən inqilabi romantizmə yüksələn Məhəmməd Hadinin yaradıcılığının ən mübariz dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəminə düşür. Məhəmməd Hadi yaradıcılığının ən çağdaş milli və bəşəri keyfiyyətləri məhz bu dövrdə özünü daha aydın göstərdi. O dönəmdə müharibə, azadlıq, istiqlal mövzusunda ən çox əsərlər yazan Məhəmməd Hadi olmuşdur. == Həyatı == Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə Hadi (ərəb. doğru yol göstərən‎) təxəllüsünü seçən Məhəmməd Hadi 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur. İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonralar şair Abbas Səhhətin atası Əliabbas əfəndinin təsis etdiyi məktəbdə oxumuş, kiçik yaşlarından ərəb və fars dillərini mükəmməl mənimsəmişdir. Hələ uşaqkən atasını itirən Hadinin anası onu və bacıları Sahibə və Əsmanı ata qohumlarının himayəsinə buraxaraq Sulut kəndində varlı biri ilə evlənmiş, bundan sonra uşaqlara böyük nənələri Əbdülsəlimin anası Teyyibə xanım baxmışdır.Şairin yaxın qohumlarından olan Mustafa Lütfi bəy onun tərbiyəsində böyük əmək sərf etmişdir. Nənəsinin vəfatından sonra Məhəmməd Hadi qohumu Mustafa Lütfinin himayəsində yaşamalı olmuş və ərəb dilini ondan öyrənmişdir.
Məhəmməd Hatta
Məhəmməd Hatta (12 avqust 1902[…], Bukittinqqi[d], Niderland Ost-Hindi – 14 mart 1980[…], Cakarta) İndoneziyanın ilk vitse-prezidenti, sonra isə ölkənin baş naziri vəzifəsində işləyib. İndoneziyanın ilk prezidenti Sukarno da daxil olmaqla İndoneziyanın müstəqilliyi üçün Hollandiyadan qarşı mübarizə aparmışdır. Hatta Qərbi Sumatra, Niderland Ost-Hindində (İndoneziya) anadan olmuşdur. İlk təhsilinden sonra Niderland Ost-Hindinin holland məktəblərində və sonra 1921-ci ildən 1932-ci ilə qədər isə Hollandiyada təhsil alıb. == Həyat == Hatta 12 Avqust 1902-ci ildə Fort De Kokda (indi Bukittinggi kimi tanınır) məşhur və güclü İslam ailəsində dünyaya gəldi. Onun babasına Payakumbuh yaxınlığındakı Batuhampar şəhərində uləma kimi hörmət edilirdi. Atası Hacı Məhəmməd Cəmil o səkkiz aylıq olarkən vəfat etdi və altı bacısı və anası ilə birlikdə yaşadı. Minhanqkabau ənənəsinin matriarxaizm cəmiyyətində olduğu kimi anasının ailəsində böyüdü. Anasının ailəsi zəngin idi və Hatta məktəbdə Quranı bitirməklə yanaşı hollandca da öyrəndi.1913-1916-cı illərdə Bukittinqqidə Sekolah Melayu ('Malay Məktəbi') bitirdikdən sonra Padanq şəhərində holland dili ibtidai məktəbi (ELS və ya Europeesche Lagere Məktəbi) bitirdi. On üç yaşındaykən Bataviada (indiki Cakarta) holland orta məktəbinə (HBS və ya Hogere burgerschool) qeydiyyatdan keçmək üçün imtahan verdi.
Məhəmməd Hidəci
Məhəmməd Mövsüməli oğlu Hidəci (1853, Hidəc, Zəncan ostanı – 1928, Tehran) — Azərbaycan şairi. == Həyatı == Məhəmməd Hidəci 1853-cü ildə Zəncanın ostanının Tüdəc (indi Hidəc adında tanınır) kəndinda anadan olmuş, ilk təhsilini kənd məktəbində almışdır. 1879–1887-ci illərdə Qəzvində və Tehranda oxumuş, sonra müctəhid adını almaq üçün Nəcəf şəhərində təhsilini davam etdirmişdir. 1892-ci ildə təhsilini bitirib vətənə qayıdan Hidəci Tehrana köçmüş və ömrünün axırına kimi mədrəsədə müəllimlik etmişdir. Məhəmmad Hidəci 1928-ci ildə Tehranda vəfat etmişdir. == Yaradıcılığı == Hidəci üç dildə — azərbaycanca, farsca və ərəbcə əsərlər yazmışdır. Onun "Külliyyatt-divani-Hidəci" kitabı Zəncan şəhərində, sonralar isə şeirlər külliyyatı Təbrizdə üç dəfə çap olunmuşdur. == Mənbə == Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. I cild.
Məhəmməd Hüseynov
Məhəmməd Hüseynov (əmək qəhrəmanı)
Məhəmməd Hüsseyn
Məhəmməd Fahad Hüsseyn (1 may 2004) — Qatarlı üzgüçü. Məhəmməd Hüsseyn Qatarı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Məhəmməd Hüsseyn birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilər 100 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 1:10.63 saniyəlik nəticəsi ilə 15-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
"General Məhəmməd Əsədov" mükafatı
"General Məhəmməd Əsədov" mükafatı — Qarabağ müharibəsinin ilk günlərində Famil Mehdi tərəfindən yaradılmış "Nicat" cəmiyyətinin təsis etdiyi mükafat. == Məqsədi == Bu mükafatın verlməsində əsas məqsəd Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq olmuşdur.
Abbas Məhəmmədi
Abbas Məhəmmədi (23 avqust 1975, Kirman) — İran futbolçusu, qapıçı. == Həyatı == Abbas Məhəmmədi 2010-cu ildən Təbrizin Traktor Sazi klubunun oyunçusudur. O Traktor Sazi klubuna gəlməmişdən öncə Mis-i Kirman və Sipahan futbol klublarında oynamışdır. Abbas Məhəmmədi İran çempionatının 2010/2011 mövsümündə ən az (29) buraxan qapıçı olmuşdur.
Abdulla Məhəmmədov
Abdulla Məhəmmədov (qum. Абдулла Магьамматов, 5 aprel 1869 – 2 mart 1937) — qumuq şairi. == Həyatı == Abdulla Məhəmmədov (Mahammadov) (1869, Tersk vi­la­yətinin Yaxsay kəndi-1937). Kəndli ailəsində dünyaya göz açan Abdulla Mahammadov dərin təhsil görməmişdi. Həmin vaxt nəinki bölgədə, hətta Qafqazda belə tanınan mədrəsə onun doğulduğu kənddə fəaliyyət göstərirdi. Abdulla iti zəkası, fitri istedadı ilə yaşıdlarından seçilmiş, xalq arasında yaşayan yırları söyləyə-söyləyə özü də həmin janrda əsərlər yazmağa başlamışdır.Bolşeviklər hakimiyyətə gəldikdən sonra daim xalq arasında olan sadə insanlardan bacarıqla istifadə edərək onları öz təbliğatçılarına çevirirdilər. 1920-1930-cu illərdə kasıb ailədən çıxan, folklordan qaynaq­lanaraq sadə şeirlər yazan, xalq arasında dolaşan qazax Cambul Cabayev, ləzgi Süleyman Stalski, avar Həmzət Sadasa kimi sənətkarları reklam edərək, onlardan bacarıqla yararla­nırdılar. Qumuqlar arasında da Abdulla Mahammadov bu funk­siyanı yerinə yetirirdi. O, kolxoz quruluşunu, sosializmin qələbəsini, bolşeviklərin hünərini tərənnüm edən, kapitalizmi, köhnəliyi, adət-ənənələri tənqid edən şeirlər yazırdı. Şair qocalanda yazı-pozu öyrənmiş, şeirlərini qəzetlərə gön­dərmişdir.
Abdullah ibn Məhəmməd
Abdullah ibn Məhəmməd əl-Qureyşi (610-cu illər, Məkkə – 615, Məkkə, ərəb. عبد الله بن محمد‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan oğlu. == Bioqrafiyası == Abdullah Məhəmmədin peyğəmbərlik missiyasının başlanmasından sonra Məkkədə anadan olub. O, atasının peyğəmbərliyi başlayandan sonra doğulduğu üçün ət-Tahir (“təmiz”) və ət-Tayyib (“mehriban”, “yaxşı”) adlarını almışdır. Məhəmməd peyğəmbər ona atasının adını verir. Abdullah 615-ci ildə Məkkədə uşaq ikən vəfat etmişdir. Təfsirlərə görə, Abdullahın vəfatından sonra Məhəmməd peyğəmbərin müasirlərindən və əleyhdarlarından olan əl-As ibn Vail onun haqqında onun sonsuz olduğunu demişdir. Cavabında Kovsər surəsi nazil oldu: Əs-Suddi demişdir: “İnsanların övladları ölən zaman insanlar (ərəblər) belə deyirdilər: “O, itirdi (məhrum oldu). Məhəmməd itirdi (məhrum oldu) ” Sonra Allah nazil etdi: “Həqiqətən, sənin düşmənin sonsuzdur”.
Abdullah ibn əl-Səid Məhəmməd
Abdullah ibn Səid Məhəmməd (ərəb. عبد الله بن سعيد محمد‎; 1846[…], Darfur – 24 noyabr 1899, Kordofan[d]) — Sudanlı Mehdinin ölümündən sonra Mehdi Dövlətinin başçısı və xəlifə (1885–1898). == Həyatı == Abdullah ibn Səid Məhəmməd təxminən 1846-cı ildə Tayşa Bəqqarə qəbiləsində anadan olmuşdur. Atası Məhəmməd ət-Taki ailəsi ilə birlikdə Məkkəyə köçmək istəmiş, lakin bölgənin çətin vəziyyəti ona mane olmuşdur.Abdullah Sudanlı Mehdinin ölümündən sonra, 1885-ci ildə Mehdi Dövlətinin başına gəlmişdir. O, mehdiçilərin mərkəzləşdirilmiş feodal dövlətini gücləndirmiş, qüvvətli ordu yaratmışdı. İngilis müstəmləkəçilərinə qarşı sudanlıların müqavimət hərəkatına (1895–1898) başçılıq etmişdir. 1898-ci ildə Omdurman döyüşündə ingilislər qalib gəldikdən sonra Abdullah Sudan xalqının gerilla hərəkatına rəhbərlik etmiş və döyüşdə həlak olmuşdur.
Ali Məhəmməd piri (Camaldın)
Ali Məhəmməd piri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndinin təqribən 4,5 km şimal-şərqində yüksək dağın qərb tərəfində ziyarətgah. Culfa rayonunun Camaldın kəndindən 4'5 km şimal-şərqdə köhnə qəbrstanlıq təpəliyində Ali Məhəmməd piri vardır. Pirin yaranma tarixi XII əsrə aid edilir. Camaldın (Cəmaləddin) kəndi Culfa şəhərindən 18 km məsafədə Əlincə çayının sol sahilində yerləşir. Sovet hakimiyyəti dövründə kolxoz ambarı olmuş qədim məscid binası, son illərdə bərpa olaraq mömünlərin ixtiyarına verilmişdir. Ali Məhəmməd piri 8x5 metr ölçüsündə daş hörgülü kiçik binadan ibarətdir. Orada üç məzar yeri vardır ki, biri həyətdə, ikisi isə otaqdadır. Həyətdəki məzar əvvəllər çoban olmuş mücövür Səfəralı kişiyə aid olduğu ehtimal edilir. Binanın içərisindəki qara örtüklü məzar isə pir sahibi Aliməhəmmədin qəbridir. Pirin həyətindən çeşmə çıxır.
Alim Məhəmmədov
Alim Qəmərşo oğlu Məhəmmədov (28 sentyabr 2001, Fındıqlı, Zaqatala rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alim Məhəmmədov 2001-ci il sentyabrın 28-də Zaqatala rayonunun Fındıqlı kəndində anadan olub.2007-2016-cı illərdə Fındıqlı kənd ümumi orta məktəbində, 2016-2018-ci illərdə İ.Qayıbov adına Qazangül qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Alim Məhəmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Alim Məhəmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Alim Məhəmmədov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Fındıqlı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Allahın elçisi Məhəmməd (film, 1976)
"Çağırış" (ing. The Message) — rejissor Mustafa Akkadın filmi. == Məzmun == Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd üzü heç göstərilməmişdir. Sadəcə bəzi hadisələr onun gözü ilə verilmişdir. Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur. Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır.
Asakiri Mənsurəyi Məhəmmədiyyə
Asakiri Mənsurəyi Məhəmmədiyyə (Türkcə: Məhəmmədin qalib əsgərləri), Yeniçəri ocağının Vaqiəyi-Xeyriyyə ilə aradan qaldırılmasından sonra, Osmanlı sultanı II Mahmud tərəfindən yaradılmış olan yeni ordunun adıdır. 16 iyun 1826 - 1920-ci illərdə fəaliyyət göstərmişdi. De-fakto 1912-ci ildən fəaliyyətinə son verilmişdir. Mudros sülh müqaviləsindən sonra isə fəaliyyəti tamamilə ləğv edilmişdir. Qərargahı İstanbul və Selanikdə olmuşdur. Bu ordudan Rusiya-Osmanlı müharibəsi (1877-1878), Krım müharibəsi, Osmanlı-Yunan müharibəsi (1897) zamanı istifadə edilmişdir. Dindar insanların reaksiyasını azaltmaq üçün Məhəmmədiyyə adın əlavə edildi. Keçmiş yeniçəri ağalarından olan Ağa Hüseyn Paşa birinci olaraq “sərəsgər” adı ilə Asakiri Mənsurəyi Məhəmmədiyyənin rəhbərliyinə gətirildi. Asakiri Mənsurəyi Məhəmmədiyyə “tərtibat” adlandırılan səkkiz qoşundan ibarət idi. Hər tərtibatın başında “mayor” adlandırılan bir komandir var idi.
Askalı Məhəmməd Həsənli (Xudafərin)
Askalı Məhəmməd Həsənli (fars. اسكلو محمد حسنلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 214 nəfər yaşayır (32 ailə).
Attaher Məhəmməd Əl-Mahcub
Attaher Məhəmməd Əl-Mahcub — Liviyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Attaher Məhəmməd Əl-Mahcub Liviyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Axund Mir Məhəmməd Kərim Mircəfərzadə
Axund Mir Məhəmməd Kərim Mircəfərzadə — tarixçi, Bakı qazisi (1904-1918) və Bakı quberniyasında (1907-1916) məclis sədri. Bakı quberniyasının baş qazisi və Bakı Müsəlman Şiə Ruhani İdarəsinin sədri. == Həyatı == 14 fevral 1938-ci ildə Ziyalovun imzası ilə Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Mircəfərzadənin həbsi üçün həmin gün order yazılır. Həmin gün də XDİK-nin Maştağa rayon şöbəsi tərəfindən həbs edilir. Rüpresya qurbanı olmuş 2.3.1938 == Əsərləri == " Səlib müharibəsi" 2 cild 1913(1331) hicri. - 462 s == İstinadlar == == Mənbə == Aslan Kənan. "XX əsrdə repressiyalara məruz qalanlar".
Axund Məhəmməd Hənifə
Axund Məhəmməd Hənifə (1870-1931) == Həyatı == Bakının Əmircan (köhnə Xilə) kəndində anadan olmuşdur. Kiçik yaşlarından iti ağıla və dərin zəkaya malik olan Hənifə öz yaşıdlarından seçilirdi. Atası kəndin tanınmış, mötəbər şəxslərdən olduğu üçün Hənifə atasının ziyali dostlarinin əhatəsinde böyümüşdür. Elmə, sənətə dərin həvəsi var idi. Mollaxanada ilk təhsilini aldiqdan sonra təhsilini mədrəsədə davam etmişdi. O, ilahiyyat elmləri ilə yanaşı ədəbiyyatı, riyaziyyatı, təbabəti, nücum və s. elmlərin sirrlərinə yiyələnmişdir. Atası oğlunun bu fitri istedadını görüb onu ali təhsil almaq üçün İraqın Kərbəla şəhərinə göndərir. Təhsilini bitirdikdən sonra Hənifə müqəddəs həcc ziyarətinə də gedir. Daha sonra doğma şəhərinə qayıtmaq qərarına gəlir.Qayıtdıqdan sonra o, kəndin seçilə,mötəbər şəxslərindən birinin qızı Məsməxanım ilə aile qurur.
Ayətullah Məhəmməd Fazil Lənkərani
Ayətullah Məhəmməd Fazil Lənkərani (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani; 1931, Qum – 16 iyun 2007, London) — İslam alimi, İran İslam Respublikasının din xadimi, müctəhid, böyük ayətullah. == Həyatı == Əslən Azərbaycanlı olan Həzrət Ayətullah əl-Üzma Haci Şeyx Muhəmməd Fazil Lənkərani 1931-ci (hicri-şəmsi 1310) ildə İranın Qum şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Böyük fəqih,elm və əxlaq sahibi olmuşdur. Atası Qum elmi hövzəsinin böyük alim və ustadlarından olmuş mərhum Ayətullah Fazil Lənkərani 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının (indiki Masallı rayonunun ərazisində yerləşən) Ərkivan kəndindən İrana hicrət edir. Anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur. Alim özü və valideynləri haqqında buyurur: "Mən bu ailəmizin dördüncü oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə “gələcəkdə nə olacaqsınız?” adlı inşa mövzusu verəndə mən yazdım ki, “ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar ruhanilər bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi". == Təhsil == Muhəmməd ibtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olub İslam dininin incəliklərini öyrənməyə başlayır. İstedadlı və bacarıqlı olduğu üçün müqəddimat və səth dərslərini 6 ildə oxuyub başa çatdırır.
Ağa Məhəmməd xan Qacar
Ağa Məhəmməd şah Qacar (fars. محمد خان قاجار‎) — türk Qacarlar sülaləsinə mənsub olub, Qacarlar dövlətinin qurucusu və birinci şahı. O, 1797-ci ildə 2-ci dəfə Qafqaza yürüş edən zaman Şuşada öldürülüb. == Etimologiyası == Qacar etnoniminə ilk dəfə miladdan öncə 650-ci ildə rast gəlinir və burada qacar tayfasının adı aqasif şəklində adlandırılmışdır. Sonradan bu ad ağaçəri olaraq formalaşmışdır ki, bu da türk dillərində qoşun mənasını verir. Səfəvilərin hakimiyyəti dövründə çərik yığma qoşun növü idi. Eyni zamanda Osmanlı dövlətində də yığma ordu yeniçəri adlanırdı. Bu adı müxtəlif alimlər fərqli aspektdən izah edirlər. Məsələn, Qərbi Avropa alimlərinin fikrincə, ağaçəri sözü ağ Xəzər deməkdir, yəni xəzərlərin şərq qolunu təşkil edən bir toplum nəzərdə tutulur. Macar alimləri, xüsusilə Yulius Nemət qeyd edir ki, ağaçəri qoşunun önündə gedəndir, yəni ordunun ağası mənasında işlənir.
Ağa Məhəmməd Şah Qacar
Ağa Məhəmməd şah Qacar (fars. محمد خان قاجار‎) — türk Qacarlar sülaləsinə mənsub olub, Qacarlar dövlətinin qurucusu və birinci şahı. O, 1797-ci ildə 2-ci dəfə Qafqaza yürüş edən zaman Şuşada öldürülüb. == Etimologiyası == Qacar etnoniminə ilk dəfə miladdan öncə 650-ci ildə rast gəlinir və burada qacar tayfasının adı aqasif şəklində adlandırılmışdır. Sonradan bu ad ağaçəri olaraq formalaşmışdır ki, bu da türk dillərində qoşun mənasını verir. Səfəvilərin hakimiyyəti dövründə çərik yığma qoşun növü idi. Eyni zamanda Osmanlı dövlətində də yığma ordu yeniçəri adlanırdı. Bu adı müxtəlif alimlər fərqli aspektdən izah edirlər. Məsələn, Qərbi Avropa alimlərinin fikrincə, ağaçəri sözü ağ Xəzər deməkdir, yəni xəzərlərin şərq qolunu təşkil edən bir toplum nəzərdə tutulur. Macar alimləri, xüsusilə Yulius Nemət qeyd edir ki, ağaçəri qoşunun önündə gedəndir, yəni ordunun ağası mənasında işlənir.
Ağa Məhəmməd Şah Qacar (pyes)
Ağa Məhəmməd Şah Qacar (pyes) — Ə. Haqverdiyev 1905-ci il inqilabından sоnra Rusiya dövlət dumasına Gəncə qubеrniyası üzrə nümayəndə sеçilir və Pеtеrburqda qalır, “Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaq üçün dövlət kitabxanasında çalışır. 1907-ci ildə yazıçı yеnə həmin faciəyə aid əlavə məlumat tоplamaq üçün İrana səyahət еdir. Faciə ilk dəfə 1907-ci ildə Bakıda səhnəyə qоyulmuş və оndan sоnra da böyük müvəffəqiyyətlə uzun zaman səhnədə оynanılmışdır. “Ağa Məhəmməd şah Qacar” ədəbiyyat tariximizdə Nəriman Nərimanоvun- “Nadir şah”ından (1898) sonra ikinci tarixi faciə idi. N.Nərimanоv da, Ə.Haqvеrdiyеv də yaradıcılıqlarında rеalist M.F.Axundоv ədəbi məktəbinin görkəmli davamçıları idilər. == Əsərin mövzusu == Ə.Haqvеrdiyеv tarixi həqiqətlərə sadiq qalaraq, faciədə İranın qəddar şahı оlan Ağa Məhəmməd şah Qacarın istilaçı siyasətini, Tiflis və Qarabağa hücumunu təsvir еtmişdir. 1907-ci ildə və оndan sоnra, uzun zaman böyük müvəffəqiyyətlə səhnədə nümayiş еtdirilən faciənin müasir ruhunu gücləndirən əsas səbəblərdən biri də Qacar simasında işğalçı müharibənin ifşası idi. Pyеsin tamaşaya qоyulduğu illər İranda inqilabın yüksəldiyi, irticanın quduzlaşdığı dövr idi. Pyеsdə müəllif tək bir müstəbidi ifşa еtməklə kifayətlənməmiş, ümumiyyətlə Şərqin özbaşınalığa və zorakılığa əsaslanan idarə üsulunu və оnun törətdiyi vəhşilikləri tənqid еtmişdir. Bütün yaradıcılığı bоyu rеalist оlan Haqvеrdiyеv, qəhrəmanın faciəsini bəhs еtdiyi dövrün ictimai münasibətləri və tarixi şəraiti ilə əlaqələndirərək, Qacarın fəaliyyətini və ölümünü tarixi bir zərurət kimi şərh еtmişdir.
Ağa Məhəmməd şah
Ağa Məhəmməd şah Qacar (fars. محمد خان قاجار‎) — türk Qacarlar sülaləsinə mənsub olub, Qacarlar dövlətinin qurucusu və birinci şahı. O, 1797-ci ildə 2-ci dəfə Qafqaza yürüş edən zaman Şuşada öldürülüb. == Etimologiyası == Qacar etnoniminə ilk dəfə miladdan öncə 650-ci ildə rast gəlinir və burada qacar tayfasının adı aqasif şəklində adlandırılmışdır. Sonradan bu ad ağaçəri olaraq formalaşmışdır ki, bu da türk dillərində qoşun mənasını verir. Səfəvilərin hakimiyyəti dövründə çərik yığma qoşun növü idi. Eyni zamanda Osmanlı dövlətində də yığma ordu yeniçəri adlanırdı. Bu adı müxtəlif alimlər fərqli aspektdən izah edirlər. Məsələn, Qərbi Avropa alimlərinin fikrincə, ağaçəri sözü ağ Xəzər deməkdir, yəni xəzərlərin şərq qolunu təşkil edən bir toplum nəzərdə tutulur. Macar alimləri, xüsusilə Yulius Nemət qeyd edir ki, ağaçəri qoşunun önündə gedəndir, yəni ordunun ağası mənasında işlənir.
Ağbulaq-Məhəmmədhüseynxan (Ərak)
Ağbulaq-Məhəmmədhüseynxan — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı Sərbənd kəndistanında, Astana şəhərindən 39 km cənub-qərbdə, dağlıq ərazidədir.
Aşağı Məhəmmədağa (Çaldıran)
Aşağı Məhəmmədağa (fars. محمداقاسفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 22 nəfər yaşayır (6 ailə).
Aşıq Dərya Məhəmməd
Aşıq Dərya Məhəmməd (1905, Qazax – 15 iyun 1984) — Azərbaycan aşıqı. == Həyatı == Məhəmməd Rəhim oğlu Qocayev 1905-ci ildə Qazax mahalının İkinci Şıxlı kəndində anadan olmuşdur. Ustadları Aşıq Canallı Məmmədin şəyirdi Aşıq Səməd (1928) və Sadıq Sultanov (1929-cu ildən) olmuşdur. On üç yaşı olarkən atası erməni quldurları tərəfindən qətlə yetirilmişdir. Kənddəki molla məktəbində ibtidai təhsil aldıqdan sonra Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir. 1928-ci ildən aşıqlıq sənətinə başlamışdır. İstedadına, coşğulu ifasına görə ustadı ona "Dərya" təxəllüsü vermişdir.Aşıq Səməd 1928-ci ildə İkinci Şıxlıdan köçdüyündən Aşıq Məhəmməd sənətini yarımçıq qoyub. 1929-cu ildən Aşıq Məhəmməd Tiflisdə məşhur aşıq Sadıq Sultanova şəyirdlik edib. 1930-cu illərin əvvəllərindən müstəqil aşıqlığa başlayıb.Aşıq Əmrah və Hüseyn Saraclı ən yaxın dostları olmuşdur.Aşıq Məhəmməd 1984-cü il iyunun 15-də vəfat etmişdir.
Babaxan Məhəmməd Şərif
Babaxan Məhəmməd Şərif (özb. Bobokhon Muḣammad Sharif, d. 1 may 1949, Xarəzm, Özbəkistan) — özbək yazıçı, tədqiqatçı, Beynəlxalq Antik Dünya Elmi Akademiyasının doktoru, professor. == Həyatı == Babaxan Məhəmməd Şərif 1949-cu il may ayının 1-də Özbəkistanın Xarəzm vilayətində anadan olmuşdur. Orta məktəbi qızıl medalla bitirdikdən sonra 1971-ci ildə Daşkənd Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1989-cu ildə Daşkənd İdarəetmə və Politologiya İnstutunu bitirmişdir . Evlidir, 4 övladı var. == Fəaliyyəti == Babaxan Məhəmməd Şərif “Muştum” jurnalı və “ Daşkənd axşamı” qəzetində müxbir, Özbəkistan nəşriyyat evində bölmə müdiri, Özbəkistan Mətbuat Nazirliyi baş editor- məsləhətçi, Qafur Qulam Nəşriyyatının baş direktoru, Özbəkistan Prezidenti yanında Dövlət və Cəmiyyət Quruluşu Akademiyası nəşriyyatının müdiri vəzifələrini icra etmişdir. == Kitabları və tərcümələri == === Kitabları === Şair və Cəmiyyət adamı (Daşkənd, “Özbəkistan” nəşriyyat evi, 1979) Atəşli sənətçi (Daşkənd, “Özbəkistan” nəşriyyat evi, 1981) . Damcıda yansıyan günəş (Daşkənd, “Özbəkistan” nəşriyyat evi, 1982) Türkcə danışaq!
Babaxan Məhəmmədbəyov
Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (1889, Axtı – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü == Həyatı == Novorossiya İmperator Universitetində hüquq təhsil alıb.1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir. Bəzi mənbələrə görə Şeyx Şamilin nəticəsidir.[mənbə göstərin]Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub. Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir. Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. 1920-ci ildə məhkəmədə hakim kimi işləyib. == Adı == İki adı olmuşdur: Xanbaba və Qazı Əhməd Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur. Bəzən Qazı Əhməd bəyin adında "bəy" titulu istifadə olunmaya bilər, həmçinin adı və soyadı müxtəlif cür yazıla bilər : "Qazıəhməd", "Xanbaba", "Canbaba", “Babaxan”, "Qazı Əhməd", "Məmmədov"; "Məmmədbəyov" və ya "Məhəmmədbəyov".
Babaxan bəy Məhəmmədbəyov
Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (1889, Axtı – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü == Həyatı == Novorossiya İmperator Universitetində hüquq təhsil alıb.1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir. Bəzi mənbələrə görə Şeyx Şamilin nəticəsidir.[mənbə göstərin]Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub. Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir. Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. 1920-ci ildə məhkəmədə hakim kimi işləyib. == Adı == İki adı olmuşdur: Xanbaba və Qazı Əhməd Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur. Bəzən Qazı Əhməd bəyin adında "bəy" titulu istifadə olunmaya bilər, həmçinin adı və soyadı müxtəlif cür yazıla bilər : "Qazıəhməd", "Xanbaba", "Canbaba", “Babaxan”, "Qazı Əhməd", "Məmmədov"; "Məmmədbəyov" və ya "Məhəmmədbəyov".

Значение слова в других словарях

где попа́ло дочита́ться заки́нуться настороже́ насучи́ть дидакти́чный индивидуа́льный маркетинг надорва́ть живот со смеху пио́новый филе́йный -na couturier crib tin dig up incalver non-observance Oceanian spiderman карабин кооптировать неологизм облапошить реглан сострадание