Məhəmməd İsmayılzadə

Məhəmməd Fizuli oğlu İsmayılzadə (10 iyun 1996, Yengicə, Naxçıvan Muxtar Respublikası25 oktyabr 2020, Füzuli rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi.

Məhəmməd İsmayılzadə
Şəxsi məlumatlar
Doğum tarixi 10 iyun 1996(1996-06-10)
Doğum yeri
Vəfat tarixi 25 oktyabr 2020(2020-10-25) (24 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri "Vətən uğrunda" medalı "Cəsur döyüşçü" medalı

Məhəmməd İsmayılzadə 10 iyun 1996-cı il Şərur rayonunun Yengicə kəndində dünyaya göz açmışdır. İlk vaxtlarından Məhəmməd vətən sevgisi ilə böyümüşdür.Təbii ki bu normaldır çünki bu sevgi atasının 1992-1993-cü ildə 2 il Qarabağda göstərdiyi şücaətdən irəli gəlmişdir. Bu ən böyük xoşbəxtlikdir ki uşaq yaşlarından valideyninin "Vətən Müqəddəsdir" "Vətən Anadır" sevgisi ile böyümüşdür. Hele uşaq yaşlarından Məhəmməd vətən sevgisi ilə öz həmyaşıdlarından seçilirdi.

Məhəmməd 2014-cü ildə 317-№ li mektebi bitirdikdən sonra böyük həvəslə müqəddəs borcu olan ana vətəni qorumaq üçün hərbi xidmətə yollanır. Vətən keşiyində olan zaman göstərdiyi şücaəti ilə xüsusi təyinatlı dəstənin komandirlərinin diqqətini cəlb edir ve onların sıralarında baş kəşfiyyatçı olaraq hərbi xidmətini davam etdirir. Göstərdiyi igidliklərə göre bir neçə fəxri fərmanla təltif olunur. Onun ən böyük arzusu xaricdə təhsil almaq idi. Nəhayət o, öz arzusuna çatır Türkiyənin Kütahya Dumlupınar üniversitetine qəbul olur.

2-ci Qarabağ müharibəsi onun bu arzusunu üstələyir. Müharibə başladığı ilk gündən hərbi komissarlığa müraciət edərək könüllü olaraq ön sıralara yazdırır. 29 sentyabr könüllü olaraq müharibəyə yollanır. Bir neçə gün Füzulidə kəşfiyyatçı olaraq döyüşür. Daha sonra o öz arzusunu ön cəbhədə həmlə taboruna könüllü qoşularaq gerçəkləştirir. Döyüş yoldaşı deyibki bizim irəliləməyimiz üçün Məhəmməd əl pulemyotundan istifade edərək önden bizi qoruyurdu. Məhəmməd hər saniyəsinin təhlükəli olduğunu bilərək öndə getməkdən heç vaxt çəkinmirdi. Dəfələrlə çox olan düşmən sayına baxmayaraq cəsurluqla ölümə meydan oxuyur və tapşırılan mövqeləri düşməndən azad edirdilər. Bu tapşırıqları yerinə yetirən zaman 2 dəfə fərqli mövqelərdə yaralansa da bu onun döyüş əzmini sındırmayıb. Bir dəfə eşitdim ki yaralı vəziyyətdə atasıyla danışarkən oğlum sağal yenidən döyüşə qayıdarsan sözünü yarıda keserek ata dostlarim dardadır mən onları geride buraxa bilmərəm. Yadda qalan bizim ən çətin döyüşlərimizdən biri 50 nəfərlə 300 nəfərlik erməni qoşununu darmadağın etdik. Füzulinin bütün kəndlərində və Hadrutun azad edilməsində Məhəmməd və digər əsgər yoldaşlarımızla çiyin çiyinə döyüşmüşük. Sonuncu dəfə atası ilə telefonda danışan zaman atasına son sözü ya tarix olacıq ya da tarix yazacıq demişdir. Məhəmməd və onun kimi igid Azərbaycan övladları sayəsinde tarix yazıldı.

Məhəmməd İsmayılzadə 25 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhidlik zirvəsinə ucalmışdır.