Nigar Məmmədova

Nigar Fikrət qızı Məmmədova (1979) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı.

Nigar Məmmədova
Vəzifədədir
23 sentyabr 2024-cü ildən
Seçki dairəsi48 saylı Abşeron birinci
Şəxsi məlumatlar
Doğum tarixi 1979
Təhsili

Təltifləri "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" yubiley medalı

Nigar Fikrət qızı Məmmədova 1979-cu ildə anadan olmuşdur. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsili almış, London Universitetinin "Qlobal Diplomatiya – Müasir Dünya Diplomatiyası", Miçiqan Universitetinin "Uğurlu danışıqlar: Əsas strategiyalar və bacarıqlar" proqramlarını bitirmişdir.[1]

Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyində başlayan Nigar Məmmədova həmin nazirliyin Beynəlxalq Vergi Münasibətləri İdarəsində, 2003–2014-cü illərdə Protokol şöbəsinin rəisi vəzifəsində çalışmış, vergi xidməti müşaviri rütbəsinə yüksəlmişdir.[1] MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) iclasları və digər beynəlxalq tədbirlərin, həmçinin Azərbaycan və Litva hökumətləri arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tədbirlərinin təşkilatçısı olmuş və Vergilər Nazirliyinin Tədris Mərkəzində mühazirələr oxumuşdur.[2]

Nigar Məmmədova 2018-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protokol sektorunun müdiri təyin olunmuş, 2022-ci ilin may ayından DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayınadək isə direktoru vəzifələrində çalışmışdır.[1]

2024-cü ilin sentyabr ayında keçirilmiş növbədənkənar parlament seçkilərində 48 saylı Abşeron birinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.[3]

2024-cü il oktyabrın 8-də Azərbaycan - Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[4]

11 fevral 2010-cu ildə "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" yubiley medalı ilə təltif edilmişdir.[5]

Rus, ingilisfransız dillərini bilir.

  1. 1 2 3 "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi | Rəhbərlik". Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. İstifadə tarixi: 2024-09-27.
  2. "Nigar Məmmədova". DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  3. "Məmmədova Nigar Fikrət qızı". Azərbaycan Respublikasının Milli Məclisi. İstifadə tarixi: 2024-09-27.
  4. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
  5. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 2010-02-11. İstifadə tarixi: 2024-09-27.