QAPARMAQ
QAPLAN
OBASTAN VİKİ
Qaplan
Bəbir (lat. Panthera pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır.
Anna Qaplan
Anna Qaplan və ya Anna Monahemi - əslən Təbriz yəhudilərindən olan ABŞ siyasətçisi. Anna Qaplan 2018-ci ilin 6 noyabrındakı seçkilərdə VII dairədən qalib gələrək Nyu-York Senatına seçilmişdir. Qaplan Təbriz şəhərində anadan olmuşdur. İran İslami İnqilabı zamanı ailəsi təhlükəsizlik üçün ABŞ-yə köçmüşdür. O, Amerika iranlılarından Nyu-Yorkun qanunverici orqanlarına seçilə bilən ilk şəxsdir. == Həyatı == Qaplan Təbriz şəhərində İran yəhudisi olan ailədə anadan olmuşdur. Atası xalça ticarəti ilə məşğul olmuşdur. İran İslam inqilabından sonra Qaplan 13 yaşında olarkən valideynsiz uşaq qaçqın kimi İranı tərk etmiş və Bruklinə köçmüşdür. Sonra Çikaqo şəhərində bir ailə tərəfindən qıbul edilmişdir. Valideynləri İrandan xilas ola bildikdən sonra ABŞ-də ailəsi ilə birləşmiş və Nyu-Yorkda yaşamağa başlamışdır.
II Qaplan Gəray
II Qaplan Gəray (1739 – 1771) — XXXXV Krım xanı. 1739-cu ildə doğuldu. Krım xanı II Səlim Gərayın oğludur. Arslan Gərayın və Krım Gərayın ikinci səltənətlərində nurəddin ünvanı almışdır. Davam edən Rusiya-Osmanlı müharibəsi əsnasında vəzifəyə gətirilən, ancaq yerli bəylərin dəstəyini qazana bilməyən IV Dövlət Gərayın vəzifədən alınmasının ardından 1770-ci ilin martında Krım xanlığına gətirildi. Dərhal topladığı tatar süvariləriylə cəbhəyə yollansa da, burada hərbi uğur qazana bilmədi və Krıma geri göndərildi. Tabeliyindəki noqayların rusların tərəfinə keçməsinin ardından baş verə biləcək hər hansı bir hücuma qarşı səfərbərlik elan etdi və müharibəyə hazırlıq işləri gördü. Buna baxmayaraq ruslardan gələn muxtariyyət təkliflərini də dəyərləndirdiyi bilinir. Müharibənin mühüm zamanaında Krım xanının rusların tərəfinə keçməsindən çəkinən Sultan Mustafa dərhal onu vəzifədən uzaqlaşdırdı (noyabr 1770). Yerinə isə sabiq Krım xanlarından III Səlim Gəray ikinci dəfə hakimiyyətə gətirildi.
I Qaplan Gəray
I Qaplan Gəray (Krım Tatarcası I Qaplan Geray; 1678, Krım – 1738, Çeşmə, İzmir ili) — Gəraylar sülaləsindən olan Krım xanı (1707–1708, 1713–1715, 1730–1736), Krım xanı I Səlim Gərayın oğlu. Fasilələrlə 9 il Krım xanlığını idarə edib. 1699-cu ildən 1743-cü ilə qədər ən çox hökmranlıq edən O, I Səlim Gərayın altı oğlundan biri idi. İlk hakimiyyəti dövründə kabardalılar tərəfindən məğlub edilib. Balkanlarda hərbi əməliyyatlarda Osmanlı imperiyasına tam dəstək vermədikdə ikinci hökmranlığı başa çatdı. Onun üçüncü hakimiyyəti dövründə Rusiya Krıma hücum edib paytaxtı yandırdı. == Həyatı == Qaplan Gəray 1678-ci ildə Krım xanı I Səlim Gərayın ailəsində anadan olub. Qaplan Gəray I Səlim Gərayın altı oğlundan biri idi. 1695–1699-cu illərdə sultan (hakim sülalənin üzvləri Krımda sultan adlanırdı) Qaplan Gəray Kuban qoşununun sərəskəri idi. O, atasının dördüncü hakimiyyəti illərində (1702–1704) nurəddin vəzifəsini daşıyırdı, sonra Qazi III Gəray dövründə də (1704–1707) eyni vəzifəni yerinə yetirib.
Rəşid xan Qaplanov
Rəşid xan Zabit oğlu Qaplanov və ya Kaplanov (az-əbcəd. رشید خان ظابط اوغلو قاپلانوو‎; 1883 və ya 1885, Terek vilayəti – 10 dekabr 1937 və ya 1937, Kommunarka poliqonu[d], Moskva vilayəti) — Azərbaycan Xalq Cümhuriyyətinin əvvəlcə maarif və dini etiqad, sonra isə maliyyə naziri, Dağlılar Respublikasının daxili işlər naziri, Dağlı Parlamentinin sədri, Dağlı Parlamentinin üzvü, Şimali Qafqaz və Dağıstan Dağlıları İttifaqı Mərkəzi Komitəsinin sədr müavini, daha sonra isə sədri, Müvəqqəti Terek-Dağıstan hökumətinin başçısı və xarici əlaqələr komissarı. Həm Azərbaycan Xalq Cümhuriyyəti, həm Dağlılar Respublikası rəhbərliyində iştirak etmiş üç siyasətçidən biridir. Repressiya qurbanı olmuş, dəfələrlə həbs edilmiş, 1937-ci ildə öldürülmüşdür. Rəşid xan Qaplanov 1883-cü ildə qumuq Qaplanovlar ailəsində, Ağsay kəndində doğulmuşdur. İlk təhsilini Yaxsay mədrəsəsində almışdır. Daha sonra Vladiqafqaz real məktəbini bitirmişdir. Ali təhsilini Sorbon Universitetində alan Rəşid xan, 1910-cu ildə Sorbon Universitetinin hüquq fakültəsindən məzun olmuşdur. Daha sonra Parisdə olarkən tanış olduğu Gənc türklər hərəkatının üzvləri tərəfindən İstanbul Universitetinə dəvət olunmuş, 1913-cü ilədək orada dərs demişdir. İstanbulda Mülkiyyə məktəbində dövlət hüququndan, Siyasi Elmlər məktəbində isə konstitusiya hüququndan dərs demiş, Ədliyyə Nəzarətində qanunvericilik islahatları komissiyasında çalışmışdır.

Digər lüğətlərdə