QATAR

is.
1. Bir-birinin ardınca sıralanmış heyvanlar düzümü; qafilə, karvan. Durna qatarı. Dəvə qatarı.
– Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi.
Qanad çalıb göylərdə süzür durna qatarı. M.Seyidzadə.

// Ümumiyyətlə, bir-birinin ardınca düzülmüş şeylər sırası; cərgə, sıra, səf.
[Ağa Kərim xan:] Qatar durun! Adbaad hər nə ki, sizə buyuracağam, o, bu gün gərək cabəca əmələ gəlsin. N.Vəzirov.

// Zərf mənasında. Qatarla, sıra ilə, cərgə ilə.
Samovarın yanında, divara qatarla xırda mıxlar vurub, xırda podnoslar asardılar. H.Sarabski.
Qatarla düzülmüş küknar ağacları asta-asta yırğalanır. O.Sarıvəlli.

2. Dəmiryol vaqonları düzümü. Yük qatarı. Sərnişin qatarı.
– O qatar gəlib ötməli, sonra da bunlar getməli idilər. S.Rəhman.
Bakıdan yanacaq, Sibirdən ağac; Yüz qatar boşalır, yüz qatar gəlir. R.Rza.

3. Bir qayış üzərinə düzülmüş patron sırası; patrondaş.
Kəmərlərində qılınclar, çiyinlərində tüfəng; Boyunlarında həmayil, iki qatar da fişəng. A.Səhhət.
Qoçular, quldurlar qatar taxardı; Kimi istəsəydi, vurar yıxardı. Aşıq Ələsgər.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QATAR sıra — cərgə
  • QATAR düzüm — karvan
  • QATAR 1. QATAR (dəmiryol nəqliyyatı) Uzaqlarda ağ tüstü buraxa-buraxa sürünən dəmiryol qatarı görünür.. (M

Omonimlər

  • QATAR QATAR I is. [ ər. ] Sərnişinləri daşıyan vaqonlar. Qatarım qışqırıb ötən zamanı; Sürülər, naxırlar qaçıb dağılır (O
QATAR
QATAR-QATAR
OBASTAN VİKİ
Qatar
Qatar — ən azı bir lokomotiv tərəfindən dartılan, bir-birinin ardınca qoşulmuş sərnişin və ya yük vaqonlarından ibarət texniki avadanlıqdır. Burada insanlar rahat və təhlükəsiz səyahət edə bilərlər. Qatarların aşağıdakı növləri vardır; Yük, Sərnişin. Turizmdə dəmiryolu nəqliyyatının əhəmiyyəti böyükdür. Sürət və təhlükəsizlik baxımından avtomobil nəqliyyatından daha yaxşıdır. Post, Qartəmizləyən, Hərbi, Təsərrüfat. Azərbaycan və MDB məkanında komfortu artırılmış sərnişin qatarlarından da istifadə olunur. Azərbaycan dəmir yolu xəttində maksimal sürət 100 km/saat-a çatır. Bu həm yük, həm də sərnişin qatarlarına aiddir. Qatarların uzunluğu onun tərkibindən və lokomotivin gücündən asılı olaraq təyin olunur.
Qatar (Kəleybər)
Qatar (fars. قاطار‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 257 nəfər yaşayır (51 ailə).
Qatar (Qafan)
Qatar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar Qafan rayonunda kənd. Qafan şəhərinin bir hissəsini (indi Hünan Avetisyan qəsəbəsidir) və Oxçu çayının sahilində indi də Qatar şamı adlandırılan düzənlikdən başlamış Kavard kəndinədək uzanan bütün mədən şəhərciyini əhatə edirdi. Kənd sıra ilə düzülmüş qayaların ətəyində salınmışdır. XX əsrin əvəllərində Qafan şəhəri ilə birləşdirilərək kənd ləğv edilmişdir. Toponim Azərbaycan dilində "zəncirvari qaya, təpə", mənasında işlənən qatar sözü əsasında əmələ gələn orotoponimdir. Quruluşca sadə toponimdir. Azərbaycanda və Ermənistan ərazisində bir sıra toponimlərdə "qatar" və "qatır" sözünün dəqiq mə'nasını müəyyən etmək çətİndir. İlk dəfə "Alban tarixi"ndə Albaniyada Katarvəng ("Alban tarixi", II kitab, 6-cı fəsil) və Kataray (I kitab, 34-cü fəsil) toponimləri qeyd olunur. XIX əsrdə Tiflis quberniyasının Axalsix qəzasında Kater-Yurt, İrəvan quberniyasının Sürməli qəzasında Katerlu dağı və Katerlu adlı iki kənd, Tiflis quberniyasının Siqnax qəzasında Katar dağ beli, həmin quberniyanın Tioneti qəzasında Kataris-Xevi çay adı, İrəvan quberniyasının Katar-Qain keçidi, Aleksandropol qəzasında Katarqaya, Zəngəzur qəzasında Katar-Daş dağı, Quba rayonun Qaytar-Qoca dağı adları göstərir ki, bu toponimlərin bə'ziləri katar (qaytar) tayfa adını, bə'ziləri Azərbaycan dilində qatar "cərgə", "zəncirvarı (qaya, təpə)", bə'ziləri isə türk dillərində kadır "sıldırım", "yarğanlı" sözünü əks etdirir, lakin bə'zi toponimlərdə (məsələn, Yevlax r-nunda Qatırölən toponimi) bu söz qatır (heyvan adı) sözündən ibarətdir. XIX əsrin ortalarında Qaraqoyunlu kəndinin (Novobayazid qəzası) Çalmalı dağında yaylaq yerində yurdu da Qatar adlanırdıKəndin tam adı "Qatar şam"ı olmuşdur.
Qatar (Qoşaçay)
Qatar (fars. قطار‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 818 nəfər yaşayır (192 ailə).
Qatar (dəqiqləşdirmə)
Qatar
Qatar (nəqliyyat)
Qatar — ən azı bir lokomotiv tərəfindən dartılan, bir-birinin ardınca qoşulmuş sərnişin və ya yük vaqonlarından ibarət texniki avadanlıqdır. Burada insanlar rahat və təhlükəsiz səyahət edə bilərlər. Qatarların aşağıdakı növləri vardır; Yük, Sərnişin. Turizmdə dəmiryolu nəqliyyatının əhəmiyyəti böyükdür. Sürət və təhlükəsizlik baxımından avtomobil nəqliyyatından daha yaxşıdır. Post, Qartəmizləyən, Hərbi, Təsərrüfat. Azərbaycan və MDB məkanında komfortu artırılmış sərnişin qatarlarından da istifadə olunur. Azərbaycan dəmir yolu xəttində maksimal sürət 100 km/saat-a çatır. Bu həm yük, həm də sərnişin qatarlarına aiddir. Qatarların uzunluğu onun tərkibindən və lokomotivin gücündən asılı olaraq təyin olunur.
Qatar Airways
Qatar Airways (ərəb. القطرية‎) — Doha, Qətər mərkəzli milli havayoludur. 100-dən çox təyyarə flotuna sahib olaraq, Afrika, Mərkəzi Asiya, Avropa, Uzaq Şərq, Cənubi Asiya, Orta Şərq, Şimali Amerika, Cənubi Amerika və Okeaniya olaraq Dünya çapında 100-dən çox uçuş nöqtəsinə xidmət verməkdədir. Qatar Airways, 22 noyabr 1993 tarixində qurulmuşdur. Havayolu, Küveyt Hava Yollarından icarəyə Boeing 767-200ER ilə 20 yanvar 1994-cü tarixində fəaliyyətə başlamışdır. Başlanğıcda Qətər kral ailəsi üzvləri tərəfindən özəl sektora aid idi. Sonra yeni bir rəhbərlik altında, 1997-ci ildə yenidənbaşladılmışdır. Hal-hazırda, Qətər hökumətinin xüsusi investorların əlində qalan ilə hava yolu 50% hissəsinə malikdir. İyul 2013 tarixində Qətər Hava Yolları "Barselona"nın sponsoru oldu. Akbar Al Baker bunları dedi: "Biz, dünyanın ən böyük futbol klubu "Barselona" ilə bu ittifaqı meydana gətirdiyimiz üçün xoşbəxtik".
Qatar Petroleum
"Qatar Petroleum" — Qətər Əmirliyinin neft şirkəti.
Qatar dilemması
Qatar dilemması - 1967-ci ildə Philippa Foot tərəfindən hazırlanan klassik məntiq oyunu. Bir anlıq qatar relslərinin yön dəyişdirən pultunu idarə etdiyinizi düşünün. Uzaqdan nəzarətsiz bir qatarın onun gəlişini eşitməyən 5 nəfər işçiyə doğru sürətlə gəldiyini görürsüz və işçilər bunu görsələr belə vaxtında qaçmağa qaçmağa imkanları olmayacaq. İdarəsi sizdə olan pultun bir düyməsiylə tramvayı həmin 5 işçinin olduğu yoldan ikinci relsin üzərinə yönləndirə bilərsiz, amma bu ikinci yolun da üzərində bir nəfər işçi var. Əgər qatarın yolunu dəyişsən bir nəfər öləcək və sən qatil olacaqsan, yox əgər heç bir şey etməsən yəni qatarın yolunu dəyişməsən beş nəfər öləcək. Bu vaxt hansı qərarı verərdiz? Bir nəfərin ölümüylə beş nəfəri xilas etmək? Yoxsa əksinə? Bu dilemma bir hərəkətin nəticələrini başdan-sona düşünməmizi və qərarların əxlaqı dəyərinin yalnız onun nəticələri ilə müəyyən olub olmadığını nəzərdən keçirməyə bizə imkan verir. Dilemmanın təməlində İmmanuel Kantin metafizik əxlaqı və Jeremy Benthamın praqmatizm çəkişməsi yatır.
Qatar məğamı
Qatar məğamı - Şərur rayonunun Yengicə kəndində yayılaraq rəqs həvəskarları tərəfindən bu günümüzə çatdırılan bu yallını ancaq qadınlar ifa edirlər. Dəstəyə düzülən qadınların sayı 30-40 nəfərə yaxın olur. Onlar bir-birinin yanında duraraq gövdələrinin yuxarı hissələrini sağa döndərirlər və barmaqlarını yanındakı iştirakçının barmaqlarına birləşdirirlər. Orta tempdən və bir az artıq cəld ifadan ibarət yallıda I takta sağ ayaqla qarşıya addım atılır, elə buradaca da sol ayağı sağ ayağın yanına qoyurlar. Sağ ayaqla yenə qarşıya addım atılır. II takta sol ayaqla qarşıya addım atılır, sağ ayaq sol ayağın yanına qoyulur. Sol ayaqla yenə də qarşıya addım atılır.
Kəraçi qatar qəzası
Kəraçi qatar qəzası (həmçinin Landhi dəmiryol qəzası kimi adlandırırlar) — 3 noyabr 2016-cı ildə 07:18 radələrində Landi Dəmiryolu Stansiyasından yola başlayan sərnişin qatarının Pakistanın Kəraçi şəhərində qəzaya uğradığı qatar qəzasıdır. Multandan gələn Zakariya Ekspress sərnişin qatarı düzgün siqnal vermədiyi üçün Lahordan Kəraçiyə gələn Fareed Ekspress sərnişin qatarı ilə arxadan toqquşmuşdur. İki qatarın toqquşması nəticəsində ən azı 21 nəfər həlak olmuş, 65 nəfər isə yaralanmışdır. Sonrakı günün səhərindən, yəni çərşənbə axşamından Kəraçi şəhərinin Landhi ərazisində xilasetmə işlərinə başlanmışdır. == Qəza == Şahidlər məlumat bildirdilər ki, Multandan gələn Zakariya Ekspress sərnişin qatarı Kəraçidə dayanacaqda dayanmışdır. Sürətlə Lahordan gələn Fareed Ekspress sərnişin qatarı zərblə digər qatara çırpılmışdır. Qatar qəzasından sonra insan qışqırıqları ətrafa yayılmışdır. Qatarlar ən azı iki vaqonun toqquşması nəticəsində aşıblar. Televiziya kadrları göstərir ki, qatarlar qəza nəticəsində sıradan çıxıblar. Qəzadan sonra qatarlar yerləşdikləri dayanacaqlara aparılıblar.
Müasir Qatar Muzeyi
Müasir Qatar Muzeyi — Arubanın San Nikolaas şəhərciyində yerləşən muzeydir. Muzey 1875-ci ildən bu günümüzə qədər adadakı qatarların hərəkətinin tarixini turistlərə nümayiş etdirir.
Hennenman-Krunstad qatar qəzası
Hennenman–Krunstad qatar qəzası (ing. Hennenman–Kroonstad train crash) — 4 yanvar 2018-ci il tarixində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri yaxınlığındakı dəmiyol keçidində bir yük maşınıyla toqquşması. Qatar relsdən çıxmış, yeddi vaqon atəşə tutulmuşdur. Qəza nəticəsində 18 nəfər həlak olmuş, 254 nəfər isə yaralanmışdır. == Qəza == 4 yanvar 2018-ci il tarixində, yerli vaxtla 09:15 (07:15 UTC) radələrində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri və Hennenman qəsəbəsi arasında yerləşən dəmiyol keçidində bir yük maşınıyla toqquşmüşdür. Qəza Yohannesburq şəhərindən təxminən 200 kilometr (120 mil) uzaqda baş vermişdir. Lokomotiv və 12 vaqon relsdən çıxmışdır. Vaqonların 7-i yanmışdır. Qatarda 429 sərnişin var idi. Qəza nəticəsində 18 nəfər ölmüş, 254 nəfər isə yaralanmışdır.
Hennenman–Krunstad qatar qəzası
Hennenman–Krunstad qatar qəzası (ing. Hennenman–Kroonstad train crash) — 4 yanvar 2018-ci il tarixində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri yaxınlığındakı dəmiyol keçidində bir yük maşınıyla toqquşması. Qatar relsdən çıxmış, yeddi vaqon atəşə tutulmuşdur. Qəza nəticəsində 18 nəfər həlak olmuş, 254 nəfər isə yaralanmışdır. == Qəza == 4 yanvar 2018-ci il tarixində, yerli vaxtla 09:15 (07:15 UTC) radələrində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri və Hennenman qəsəbəsi arasında yerləşən dəmiyol keçidində bir yük maşınıyla toqquşmüşdür. Qəza Yohannesburq şəhərindən təxminən 200 kilometr (120 mil) uzaqda baş vermişdir. Lokomotiv və 12 vaqon relsdən çıxmışdır. Vaqonların 7-i yanmışdır. Qatarda 429 sərnişin var idi. Qəza nəticəsində 18 nəfər ölmüş, 254 nəfər isə yaralanmışdır.
Qatar-i Süfla (Germi)
Qatar-i Süfla (fars. قطارسفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 80 nəfər yaşayır (16 ailə).
Qatar-i Ülya (Germi)
Qatar-i Ülya (fars. قطارعليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 145 nəfər yaşayır (28 ailə).
Avtomatik qatar idarəsi
Avtomatik qatar idarəsi (ATC) — xarici təsirlərə qarşı sürətə nəzarət mexanizmini əhatə edən dəmir yolları üçün qatar müdafiə sistemlərinin ümumi bir sinfidir. ATC sistemləri, müxtəlif kabin siqnalizasiya texnologiyalarını əlaqələndirirlər və köhnə avtomatik qatar dayandırma texnologiyası ilə müqayisə olunduqda sərt tormozlama əvəzinə daha çox yavaş tormozlanmadan istifadə edirlər. Avtomatik qatar idarəsi ayrıca avtomatik qatar əməliyyatlarında da istifadə edilə bilər (ATO) və adətən sistemin təhlükəsiz-kritik hissəsi hesab olunur. Bir müddət keçdikdən sonra "avtomatik qatar nəzarəti" kimi etiketlənmiş bir çox təhlükəsizlik sistemi yardıldı. İlki 1906-cı ildən Böyük Qərb dəmiryolunda istifadə edilmişdir. İndi həmin sistem AWS (avtomatik xəbərdarlıq sistemi) adlandırılandırlır. Termin xüsusən Yaponiyada geniş yayılmışdır, burada ATC bütün Shinkansen (bullet qatar) xətlərində və ATS üçün əvəz kimi bəzi şərti dəmir yolu xətlərində istifadə olunur. == Avropa == === Danimarka === Danimarka'nın ATC sistemi (resmi olaraq ZUB 123 olaraq müəyyən olunmuş) qonşularından fərqlidir.1980-dən 1987-yə qədər İsveçdəki ATC sistemi Danimarka'da sınandı ve 1986 ile 1988 arasında yeni bir Siemensin hazırladığı ATC sistemi . aprel 1988'de meydana gelen Sorø demiryolu qəzası (da: Sorø-ulykken) nəticəsində yeni sistem, 1990'lərin əvvəllərindən etibaren bütün Danimarka əsas xətlərində hissəli olaraq quruldu. === İsveç === İsveç ATC'nın inkişafı 1960 illərdə (ATC-1) başladı ve 1980-lərin əvvəllərində yüksek sürətli qatarlarla (ATC-2) biryerdə resmi tanıdıldı.
Qırmızı Qatar (1993)
"Qırmızı qatar" — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. Film XX əsr hadisələri haqqında təsnifatdır. Konkret olaraq burada 70 il mövcud olmuş Sovetlər Birliyinin qırmızı parlaqlığı, dəbdəbə və illüziyası arxasında nə gizləndiyi bütün çılpaqlığı ilə göstərilmişdir. Filmə verilən ad rəmzidir. Söhbət hərfi mənada qırmızı qatardan deyil, sovet adamlarına bəxtəvərlik, firavanlıq vəd edən quruluşun sükançısı olmayan qatar kimi şütüyüb keçməsindən gedir. Yəni əsl mənada rəhbərsiz dövlət elə sükansız qatara bənzəyir. Film 2 seriyalıdır. Ssenari müəllifi : Hafiz Fətullayev Quruluşçu rejissor : Hafiz Fətullayev Quruluşçu operatorlar : Əbdürəhim İsmayılov, Eldar İsgəndərov Quruluşçu rəssam : Bəxtiyar Nəzərov Bəstəkar : Yevgeni Şiryayev Səs operatoru : İlkin Kayumov Geyim rəssamı : Mehriban Əfəndiyeva Həsən Məmmədov-Həkim Şəhidə-Pərvinə Rüstəm Urazayev-Pərvin Fuad Poladov-Laber Telman Adıgözəlov-Sısqa oğlan Viktor Pavlenko-Lebi Səyavuş Aslan-Nixes Nikolay İvanov-Qomis Tamara Şakirova-Qomisin arvadı Ulmas Əlixocayev-Turan Mətlubə Əlimova-Gözəl Mixail Kaminski-Zoba Xocaəkbər Nurmatov-Anim Hafiz Fətullayev-Sivi Yelena Orrik-Akimin arvadı "Rimur" Konserni Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino.
Çində sürətli qatar
Çində sürətli dəmiryolu (High-speed rail) — sərnişin daşınması üçün istifadə olunan və 250–350 km/saat sürət üçün qurulan dəmiryolu xəttləridir. 2017-ci ildə ölkənin 29 regionundan 33 regionuna genişləndirilmiş və xəttlərin uzunluğu 25 000 km-ə çatdırılmışdır. Bu bütün dünyadakı sürətli dəmiryolu xəttlərinin üçdə ikisini təşkil edir. Bu dünyanın ən uzun sürətli dəmiryolu xəttidir və həmçinin dünyada ən çox istifadə olunan xəttdir. Belə ki, bu xəttlə 2017-ci ildə 1,713 milyard gediş baş tutmuş, ümumi gediş sayı 7 milyarda çatmışdır. Sürətli dəmiryolu xətti Çin Dəmiryolu Korporasiyası tərəfindən idarə olunur. Çin sürətli dəmiryolu xətti 2007-ci ilin aprel ayında istifadəyə verilmiş və dəmiryollarının 250 km/saat gedə bilməsi üçün reyslər düzəldişmişdir. Pekin-Tianjin xətti Avqust 2008-ci ildə açılmış və 350 km/saat sürətlə hərəkətə imkan verən ilk sərnişin dəmiryolu xətti olmuşdur. Son 15 ildə dəmiryolu Çin hökümətinin qoyduğu investiyalar sayəsində sürətlə inkişaf etmişdir. Dəmiryolu naziri Liu Zhijunun 2011-ci ildə korrupsiyaya görə istefaya göndərilməsi, dəmiryollarının maddi dayanıqlığı, təhlükəsizliyi, qiyməti və ətraf mühitə təsiri qayğılarına səbəb olmuşdur.
Ufada qatar fəlakəti
Ufada qatar fəlakəti - Rusiya Sovet Federativ Sosialist Respublikasının muxtar Başqırd MSSR-na daxil olan İglin rayonunun inzibati ərazisində baş vermiş dəmiryolu qəzası. 1989-cu ilin 4 iyun tarixində baş vermiş qəza Sovet Sosialist Respublikaları İttifaqı tarixindəki ən dəhşətli dəmiryolu qəzası kimi tarixə düşmüşdür. Qəza baş verən ərazinin yaxınlığından qaz kəməri keçirdi və qəzadan təxminən 3 saat əvvəl burada sızma başlamışdı. Həmin ərazinin yaxınlığından qaz kəməri keçirdi və qəzadan təxminən 3 saat əvvəl burada sızma başlamışdı. Kəmərdə təzyiqin aşağı düşdüyünü görən növbətçi heyət bunun səbəbinin araşdırmaq əvəzinə qaz vurulmasını artırmışdır. Nəticədə sızma miqdarı da çoxlamışdır. Sızan təhlükəli maddələr dəmiryolu xəttinin yaxınlığında yerə yataraq bir növ qaz gölü yaratmışdır. Qəzadan daha əvvəl buradan keçən qatarların maşinistləri ətrafdan qoxu gəlməsi barədə dispetçerə xəbər vermişdilər, amma heç bir reaksiya olmamışdı. 1989-cu ilin 4 iyun tarixində hadisə baş verən ərazidən əks istiqamətdə iki qatar hərəkətdə olub. Novosibirsk-Adler qatarında 21, Adler-Novosibirsk qatarında isə 19 vaqon vardı.
Qatar Modeli Muzeyi
Qatar Modeli Muzeyi — Arubanın San Nikolaas şəhərciyində yerləşən muzey. Muzey 1875-ci ildən bu günümüzə qədər adadakı qatarların hərəkətinin tarixini turistlərə nümayiş etdirir.
2016 Eseka qatar qəzası
2016 Eseka qatar qəzası — 21 oktyabr 2016-cı ildə Kamrail şəhərlərarası sərnişin qatarının Kamerunun paytaxtı olan Yaunde şəhərindən Kamerunun ən böyük şəhərlərindən biri olan Duala şəhərinə gedən relsinin Mərkəzi Regionun Eseka şəhəri yaxınlığında relsdən çıxıb qəzaya uğradığı qatar qəzasıdır. Qatar qəzası nəticəsində 79 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Bəzi şəxslər hələ də qatar vaqonları nömrələrində qalıblar. Bu qəza 2007-ci ilin avqust ayında baş verən Benaleka qatar qəzasından bəri Afrika qitəsində baş verən ən dəhşətli dəmir yolu qəzası hesab olunur. == Arxa planda == Fransanın Bollor şirkətinin öhdəliyində olan Kamrail Sitarail, həmçinin Fransanın keçmiş müstəmləkələri olan Burkina-Faso və Kot-d’İvuarın dəmir yolu xidmətlərini yerinə yetirən müəssisə kimi fəaliyyət göstərir. 2016-cı ilin sentyabr ayında Sitaraildə körpü dağılandan sonra Sitarail qatarlarının qəzaya uğraması böyük diqqətə səbəb olmuşdur. Hadisə Qərbi Afrika ölkələri arasında beynəlxalq qatar sisteminin bağlanmasına səbəb olub. Bollor şirkətinin rəhbərlik qrupuna Fransalı məşhur milyarder Vinsent Bollor başçılıq edir. (Siril Bollorun oğludur, Bollor Nəqliyyat və Logistika şirkətinin direktoru və 2016-ci ilin yanvar ayından etibarən Kamrail şirkətinin sahibi) Həmçinin Bollor Qərbi Afrika Regional Dəmiryolu xəttinin tərtib edilməsi çərçivəsində Fransanın Qərbi Afrikada əlavə dəmir yolu xətlərinin inşası və istismarı ilə bağlı planlarının yaradıcısıdır. == Qəza == Hadisə iştirakçılarının yer aldığı və Kamrailə məxsus sərnişin qatarı paytaxt Yaundedən ölkənin ən böyük iqtisadi şəhəri olan Duala şəhərinə gedirmiş.
Qırmızı qatar (film, 1993)
"Qırmızı qatar" — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. Film XX əsr hadisələri haqqında təsnifatdır. Konkret olaraq burada 70 il mövcud olmuş Sovetlər Birliyinin qırmızı parlaqlığı, dəbdəbə və illüziyası arxasında nə gizləndiyi bütün çılpaqlığı ilə göstərilmişdir. Filmə verilən ad rəmzidir. Söhbət hərfi mənada qırmızı qatardan deyil, sovet adamlarına bəxtəvərlik, firavanlıq vəd edən quruluşun sükançısı olmayan qatar kimi şütüyüb keçməsindən gedir. Yəni əsl mənada rəhbərsiz dövlət elə sükansız qatara bənzəyir. Film 2 seriyalıdır. Ssenari müəllifi : Hafiz Fətullayev Quruluşçu rejissor : Hafiz Fətullayev Quruluşçu operatorlar : Əbdürəhim İsmayılov, Eldar İsgəndərov Quruluşçu rəssam : Bəxtiyar Nəzərov Bəstəkar : Yevgeni Şiryayev Səs operatoru : İlkin Kayumov Geyim rəssamı : Mehriban Əfəndiyeva Həsən Məmmədov-Həkim Şəhidə-Pərvinə Rüstəm Urazayev-Pərvin Fuad Poladov-Laber Telman Adıgözəlov-Sısqa oğlan Viktor Pavlenko-Lebi Səyavuş Aslan-Nixes Nikolay İvanov-Qomis Tamara Şakirova-Qomisin arvadı Ulmas Əlixocayev-Turan Mətlubə Əlimova-Gözəl Mixail Kaminski-Zoba Xocaəkbər Nurmatov-Anim Hafiz Fətullayev-Sivi Yelena Orrik-Akimin arvadı "Rimur" Konserni Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino.
Elektrik qatarı
Elektrik qatarı — şəhərlərdə yol üstündə döşənmiş xüsusi relslərdə hərəkət edən sərnişin nəqliyyat vasitəsidir.
Gecə qatarında qətl (film, 1990)
Gecə qatarında qətl — Natiq Rəsulzadənin ssenarisi əsasında rejissor Əbdül Mahmudovun filmi. == Məzmun == Burada Əfqanıstanda hərbi xidməti başa vurandan sonra evə qayıdıb cinayətkar qrupa-mafioz Nağıyevin (Həsənağa Turabov) quldur dəstəsinə qoşulan gəncin acı taleyindən danışılır. Başısoyuqluq və yelbeyinlik, inadcıl və sərbəst xarakteri Rüstəmi (Fəxrəddin Manafov) məhkəməyə gətirib çıxarır. Demək olar ki, günahsız Rüstəm düşərgədə dörd il keçirir. Nağıyev isə aybaay onun maaşını anasına (Elmira Şabanova) çatdırır. Həbsxanadan azad ediləndən sonra o, yenidən Nağıyevin yanına qayıdır... Nəhayət Rüstəm birdən ayılır. Lakin artıq çox gecdir. O, məhvə məhkumdur... == Film haqqında == Film yazıçı Natiq Rəsulzadənin "İntihar edənin qeydləri" povestinin motivləri əsasında çəkilmişdir.
La-Sota vağzalına qatarın gəlməsi
La-Sota vağzalına qatarın gəlməsi (fr. L'arrivée d'un train en gare de La Ciotat) — 1895-ci ildə Lümyer qardaşlarının rejissorluğu və prodüserliyi ilə çəkilmiş ağ-qara, qısametrajlı, səssiz, sənədli film. Filmin ilk ictimai nümayişi 1896-cı ilin yanvarında baş tutub. Lümyer qardaşlarının ən məşhur filmi kimi bu film rusdilli mənbələrdə "Qatarın gəlməsi" və "Poçt qatarının gəlməsi" kimi də hallanır. == Süjet == Süjetin sadəliyinə baxmayaraq film geniş şöhrət qazanıb (ekranda yalnız qatarın gəlməsi, şəhər boyunca hərəkət edən sərnişinlər və La-Sota vağzalının dəmir yolu platforması nümayiş etdirilir). Filmdə bəzi nümayişlər əsasən qatarın hərəkətini təsvir edən hissələr psixoloji cəhətdən bunu qəbul etməyə hazır olmayan insanlar arasında vahimə doğururdu. == İstehsal == Bu 50 saniyəlik film Fransanın Buş-du-Ron departamentində, La-Sota kommunasında çəkilib. Film kinoaparat və çap dəzgahının köməyi ilə kinematoqraf vasitəsilə çəkilib. Lümyer qardaşlarının ilk filmlərinin hamısındakı kimi bu film də 1.33:1 nisbətində olan 35 mm-lik kino lentdə hazırlanmışdı. == Reaksiya == Film kino dünyasında məşhur olan şəhər əfsanəsi ilə bağlıdır.
Mavi qatarın sirri
Mavi qatarın sirri (ing. The Mystery of the Blue Train) — Aqata Kristi tərəfindən yazılmış detektiv janrda roman. == Mövzu == Aqata Kristinin detektiv əsərlərindən Mavi Qatarın Sirri adlı əsəri uşaqlar və eyni zamanda gənclər tərəfindən olduqca bəyənilərək oxunur.Əsərdə hadisələr Amerika milyonçusu Van Aldinin qızı Rutun Mavi qatarda ölümü ilə bağlıdır.Rut Derek ilə evlidir.Lakin o Qraf Roşu sevir və Qraf Roşun yanına Fransaya getmək üçün Mavi qatara minir.Qatarda bir gecənin içində qətlə yetirilir.Əvvəlcə hər kəs Derek və Qraf Roşdan şübhələnir.Lakin əsərin sonunda Erkül Puaro qatilin kim olduğunu üzə çıxarır. == Mənbə == Aqata Kristi haqqında kitab.
Moskva-Bakı qatarı (film, 2005)
Filmdə hadisələr Moskvadan Bakıya yola düşən qatarda baş verir. Bu qatarın sərnişinləri bütün digər adi sərnişinlərdən fərqlənir… Filmdəki xoruzun adı "Şiri"dir. Azərbaycan kinosunda ilk dəfə bu filmdə heyvan və ya quş titrlərdə rol ifaçısı olaraq təqdim edilmişdir.
Qatarabad (Pərsabad)
Qatarabad (fars. قطاراباد‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 829 nəfər yaşayır (172 ailə).
Qatarda (film, 1981)
Qatarda — Rejissor Ramiz Həsənoğlunun televiziya tamaşası. Televiziya tamaşasında hadisələr qatarda baş verir. Yol gedən bəzi sərnişinlər Dadaşov familiyalı şəxsə böyük hörmət göstərməyə başlayırlar. Lakin görəsən Dadaşov həqiqətən mi böyük-vəzifəli adamdır? Tamaşada gözü kölgəli, rüşvətxor adamlar tənqid edilir. Həmçinin göstərilir ki, insanları gözü kölgəli edən onların natəmizliyidir.
Qatardakı qız (film, 2016)
Qatardakı qız — ingilis yazıçı Paula Havkinsin eyni adlı məşhur romanı əsasında çəkilən 2016-cı il istehsalı olan amerikan psixoloji gərilim filmi.
Qatardakı qız (roman)
Qatardakı qız kitabı - Sirlərlə dolu bir detektivdir. Baş qəhrəman Reyçelin ağır taleyi var. Həyatı uçuruma yuvarlanıb. O ərindən ayrılmış, işini itirmiş və içkiyə aludə olmuşdur. Səhərlər özünü içkiylə sakitləşdirir. Onun tək bir əyləncəsi var o da, qatarla Londona gedib veyillənmək. Qonşuları düşünür ki, onun işləri qaydasındadır. Qatarla gedərkən o, keçmiş ərinin evini müşahidə edir. Bu zaman qonşu ev diqqətini çəkir. Reyçel düşünür ki, orada ideal ailə yaşayır.

Digər lüğətlərdə