QEYRƏT

is. [ ər. ]
1. Vətən, xalq, ailə namusu; ən əziz və müqəddəs sayılan bir şeyin təəssübünü çəkmə, şərəfini, heysiyyətini qoruma. Vətən qeyrəti.
– Gəl, ana yurdumun qızı, gəlini! İndi hünər vaxtı, qeyrət dəmidir. S.Vurğun.
[Cabbar:] Qeyrət! Varlı balasında qeyrət olmaz, pul olar, sərvət olar, qeyrət, namus olmaz. B.Talıblı.

□ Qeyrətinə toxunmaq – heysiyyətinə toxunmaq, təhqir etmək.
Əslinə baxsan, bu gerilik şəxsən onun [Cəmilin] qeyrətinə də toxunurdu. M.Hüseyn.

2. Fövqəladə səy, cəhd; çalışma. Bu işi görmək üçün qeyrət lazımdır.
– Başa gəlir elədiyin niyyətlər; Gər saf ilə doğru qeyrət eylərsən. M.V.Vidadi.
Çünki bilir: rahət əziyyətdədir; Şad yaşamaq səydə, qeyrətdədir. M.Ə.Sabir.

3. Səbir, dözüm, mətanət; bir bəla və fəlakət qarşısında mərdcəsinə durma.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QEYRƏT 1. QEYRƏT, NAMUS [Rüstəm bəy:] Dünyada ömr eyləmə, eylədin qeyrəti, namusu əldən vermə, vəssalam (N.Vəzirov); HƏMİYYƏT Min elm deməkdənsə həmiyyət gər
  • QEYRƏT səbir — dözüm — mətanət
  • QEYRƏT səy — cəhd — çalışma
  • QEYRƏT namus — ar — heysiyyət
QEYR
QEYRƏTKEŞ

Digər lüğətlərdə