QURD

is. zool. Yumşaq bədənli, uzunsov, ayaqsız, sürünərək hərəkət edən kiçik heyvan. Formaları, rəngləri, növləri, böyüklükləri və yaşayış tərzləri xeyli müxtəlif və qəribə olan minlərlə qurd növü dənizin səthindən tutmuş dibinə qədər hər bir yerində yaşayır. “Sualtı aləm”.
“Qurdlar” mövzusunu keçərkən ən əlverişli obyekt diri soxulcan hesab olunur. Cəbrayılbəyli.
Kirpi bostanın qurdlarını yeyib tələf edər. S.S.Axundov.

□ Qurd düşmək – bax qurdlanmaq. Pendirə qurd düşmüşdür.
Qurd yemək – çürümək, pozulub xarab olmaq.
Göyçək bacının dediyinə görə, uşaq çox şirni sevdiyindən, dişlərinin hamısını qurd yemişdi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QURD I qurd bax canavar 1 II qurd bax baramaqurdu
  • QURD canavar
  • QURD həşərat

Omonimlər

  • QURD QURD I is. Canavar. Məhəbbət olmayan bir məzarlıqda; Qurd kimi parçalar insan insanı (S.Vurğun). QURD II is

Etimologiya

  • QURD “Milçək toxumundan yaranan ayaqsız böcək” deməkdir. Qurdalamaq sözü də bununla qohumdur. Qurucuq variantı da olub
QURCUŞMAQ
QURD₁
OBASTAN VİKİ
Tükbaş qurd
Tükbaş qurd (lat. Trichocephalus trichiurus) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Ağımtıl rəngdədir, uzunluqları 3,0 – 5,5 sm çatır. Bədənin ön tərəfi sap şəklində nazikləşmişdir.. == Həyat tərzi == Parazit həyat tərzi keçirirlər. İnsanın geniş yayılmış parazit qurdlarından biridir. Tükbaş qurdları yoluxmuş adamların yoğun bağırsağında yaşayırlar.Tükbaş qurdlarına yoluxma onun yumurtalarını udanda olur: tozlu havadan, çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən və s. Bağırsağın selikli qişasının dərinliyinə keçir və elə buna görə də bağırsaqdan çətin qovulur. Tükbaş çox geniş yayılmışdır. Yoluxma tükbaşın yumurtaları düşmüş suyu və ya qidanı qəbul etməklə baş verir (xüsusilə yaxşı yuyulmamış tərəvəzlə).
Yaşar Qurd
Arşak Yaşar Qurd (erm. Արշակ Յաշար Կուրթ, türk. Arşak Yaşar Kurt; 16 avqust 1968, İstanbul) — erməni əsilli Türkiyə rok musiqiçisi. Kriptoermənilərin nümayəndəsi olan Qurd əsl mənşəyini yalnız qırx yaşında bilmişdir. == Həyatı == Yaşar Qurt 1968-ci ildə İstanbulda anadan olmuşdur. 1974–1989-cu illərdə İstanbulda orta məktəblərin birində təhsil almışdır. 1990-cı ildə Əskişəhər Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, oranı bitirmədən musiqi təhsili almağa başlamışdır. Yaşar Qurt universiteti tərk etdikdən sonra "Beyaz Yunus" adlı qrup yaratmışdır. 1994-cü ildə Kölndə "Sokak Şarkıları" albomunu çıxardıqdan sonra qrup Türkiyədə populyarlıq qazanmışdır.. 2007-ci ildə qırx yaşında olan Yaşar Qurd atasından əslində milliyyətcə türk deyil, erməni olduğunu öyrənmişdir.
Ümid Qurd (tarixçi)
Ümid Qurd (türk. Ümit Kurt) — Türkiyə tarixçisi. O, müasir Yaxın Şərqi araşdırır. Onun bir çox nəşrləri erməni soyqırımından bəhs edir. 2016-cı ildə Klark Universitetində erməni soyqırımı üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Qurd etnik olaraq kürd və ərəb mənşəlidir. O, Qaziantepdə doğulub boya-başa çatmışdır. == Əsərləri == Kurt, Ümit. "Türk'ün Büyük, Biçare Irkı" Türk Yurdu'nda Milliyetçiliğin Esasları (1911-1916) [The Great, Hopeless Turkish Race: Fundamentals of Turkish Nationalism in the Turkish Homeland, 1911-1916] (türk). Iletişim.
Qurd qapısı qəbiristanlığı
Ümumşəhər qəbiristanlığı — Bakının Qaradağ rayonunda yerləşən məzarlıq. Yasamal qəbiristanlığı — Bakının Yasamal rayonunda yerləşən məzarlıq.
Tənha Qurd (teleserial, 2022)
Tənha Qurd (türk. Yalnız Kurt) — ilk bölümü 28 yanvar 2022-ci ildə yayınlanan və davam edən, detektiv, dram və macəra janrına əsaslanan Türk serialı. Prodüseri, məşhur "Qurdlar Vadisi" seriyasının prodüseri Osman Sınavdır. Baş rollarda Cihan Ünal, Həsən Dənizyaran, Damla Colbay və digərləri vardır. ATV kanalında Cümə günləri Türkiyə vaxtı ilə saat 20.00, Azərbaycan vaxtı ilə saat 21.00-da yayınlanır.
"Qurd qapısı" qəbiristanlığı (dəqiqləşdirmə)
Gecə qurd adamı (xüsusi buraxılış)
Gecə Canavar-adamı (ing. Werewolf by Night) — Hezer Kuinn və Piter Kemeron tərəfindən yazılmış ssenari əsasında Maykl Cakkino tərəfindən Disney+ strim-servisi üçün çəkilmiş Marvel Comicsin eyni adlı personajına həsr edilmiş TV xüsusi buraxılışı.
Qurd
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Dəli Qurd
Dəli qurd - türk şairi, tarixçisi, yazıçısı və türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızın 1958-ci ildə yazdığı romandır. == Mövzu == Roman, Osmanlı imperiyasında olan hadisədən bəhs edir. Osmanlıda çoxhakimiyyətlilik dövründə taxta namizədlərdən biri olan İsa bəy, gücünü itirməyə başlayınca xanımı Bala Xatunu adamlarından biri olan Çakıra əmanət edir və onu qaçırmasını istəyir. Çünki Osmanlı adətlərinə görə taxt uğrunda mübarizələrdə sadəcə həmin şəxsin özü yox, onun soyundan gələn hər kəs öldürülürdü və Bala Xatun da hamilə idi. Çakır uğurla Bala Xatunu qaçırır və süd anasının yanına yerləşdirir. İllər keçir, Çakır sipahi olur və süd anasının yanına gəlir. Süd anasının yanına getdiyi vaxt Bala Xatunun İsa bəyin ölümündən qısa müddət sonra öldüyünü öyrənir. Bu zaman İsa bəyin oğlu Murad böyümüşdür. At minməyi, hərəkətlərinə görə ona "Dəli qurd" ləqəbi verilmişdir. Murad, 16 yaşındakı Osmanlı ordusuna girmiş və qısa müddət sonra isə sipahi olmuşdur.
Qurd (dəqiqləşdirmə)
Qurd — canavar. Qurd — böcək. Qurd — Adi canavar. Qurd (repçi) — Azərbaycanlı repçi.
Qurd (repçi)
Fərid Eminov və ya tanınan adı ilə Qurd (tam adı: Fərid Nəsir oğlu Eminov; 20 may 1985, Bakı Azərbaycan) — Azərbaycanlı reper. == Həyatı == Fərid Nəsir oğlu Eminov 1985-ci il may ayının 20-sində Bakı şəhərində anadan olub (Əslən Cənubi Azərbaycanlıdır). İlk təhsilini 1992-2003 -cü illər Bakı şəhər 8 nömrəli tam orta məktəbdə almışdır. 2003-cü ildə Azərbaycan Texniki Universitetinin Ekologiya fakültəsinə qəbul olmuş, 2007-ci ildə bitirmişdir. 2007-2008 -ci illərdə öz hərbi xidmətini Azərbayacan Dövlət Sərhəd xidmətində yerinə yetirmişdir. Qurd birinci evliliyindən iki oğula sahibdir, Rəsul və Murad Eminovlar. 2021-ci ildə 2-ci dəfə ailə həyatı qurmuşdur. == Karyera == Öz fəaliyyətinə 2000-ci ildə Miri Yusifin layihəsi olan "Dəyirman" qrupunda başlayıb. Miri Yusif tərəfindən "Qurd" ləqəbi verilib və bu ləqəb ilə tanınır. İlk albomu (kaset) 2001-ci ildə "Allahım" olmuşdur.
Qurd Cəbrayıl
Qurd Cəbrayıl və ya Paxan Cəbrayıl (əsl adı: Cəbrayıl Əlibaxış oğlu Baxşıyev) — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri. Filmdə mənfi obraz kimi təqdim olunsa da, insanların yaddaşında filmin qəhrəmanı kimi məhz Qurd Cəbrayıl qalıb. Elçin Əfəndiyevin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən filmin qəhrəmanının real həyatda, yəni sənəd üzərindəki adı belədir: Baxşıyev Cəbrayıl Əlibaxış oğlu. == Həyatı == Qurd Cəbrayıl 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. 6 aylığında anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində qalıb. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. "O olmasın, bu olsun" filmində belə bir epizod var. Dovğa satan bir kişi "Kəblə Sonqulu dovğası, Kəblə Sonqulu dovğası" deyərək, müştəri haraylayır. Əslində bu, Cəbrayılın babası Sonquludur. == Səhv gəmiylə Həştərxana == Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub.
Qurd adam
Canavar adam (yun. λυκάνθρωπος, ing. Werewolf, alm. Werwolf‎, ukr. Вовкулака, fr. loup-garou) – insandan canavara (və yaxud əksinə) çevrilmək xüsusiyyətinə malik olan mifik varlıq. Qurd adam bütöv ay sırasında qurd kimi qorxunc bir bədheybətə dönüşən əfsanəvi insandır. Bir insanın bir heyvan şəklində, xüsusən də canavar şəklində olması, canavar əfsanəsinin mənşəyi üçün kifayət qədər bir izah deyil. Ümumiyyətlə, bir canavar tərəfindən dişlənmə və ya müəyyən bir ayda doğulma kimi tanınır. Qurd adam hekayələri uzun müddətdir müxtəlif mənbələrdə və cəmiyyətlərdə tapılmışdır.
Qurd qırmız
"Qurd qapısı" qəbiristanlığı
Lyambliyoz qurd xəstəliyi
Qurd (Fərid Eminov)
Fərid Eminov və ya tanınan adı ilə Qurd (tam adı: Fərid Nəsir oğlu Eminov; 20 may 1985, Bakı Azərbaycan) — Azərbaycanlı reper. == Həyatı == Fərid Nəsir oğlu Eminov 1985-ci il may ayının 20-sində Bakı şəhərində anadan olub (Əslən Cənubi Azərbaycanlıdır). İlk təhsilini 1992-2003 -cü illər Bakı şəhər 8 nömrəli tam orta məktəbdə almışdır. 2003-cü ildə Azərbaycan Texniki Universitetinin Ekologiya fakültəsinə qəbul olmuş, 2007-ci ildə bitirmişdir. 2007-2008 -ci illərdə öz hərbi xidmətini Azərbayacan Dövlət Sərhəd xidmətində yerinə yetirmişdir. Qurd birinci evliliyindən iki oğula sahibdir, Rəsul və Murad Eminovlar. 2021-ci ildə 2-ci dəfə ailə həyatı qurmuşdur. == Karyera == Öz fəaliyyətinə 2000-ci ildə Miri Yusifin layihəsi olan "Dəyirman" qrupunda başlayıb. Miri Yusif tərəfindən "Qurd" ləqəbi verilib və bu ləqəb ilə tanınır. İlk albomu (kaset) 2001-ci ildə "Allahım" olmuşdur.
Qurd Mehmed Paşa
Qurd Mehmed Paşa (ö. 1605) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təhsilini tamamlamasının ardından öncə qapıçıbaşı, sonra miraxur və 1590-cı ildə mirialəm oldu. 1595-ci ildə Misir bəylərbəyi oldu və 1596-cı ilin aprelinə qədər bu vəzifədə qaldı. 1597-ci ildə Hələb bəylərbəyi, ardından divan vəziri oldu. 1605-ci ildə İstanbulda vəfat etdi. == Mənbə == Sicill-i Osmani III, səh.
Qurd Təpə (Urmiya)
Qurt Təpə (fars. قورت تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 316 nəfər yaşayır (85 ailə).
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. == İcrası == Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar. Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.
Qurd yuvası mağarası
Qurd yuvası mağarası — insanların daş dövründə (orta paleolit) yaşadıqları yaşayış yeri. Mağara Abşeron rayonunun Məhəmmədi kəndində Qırməki vadisinin sol hissəsində, təpənin qayalı yamacında yerləşir. == Haqqında == 2018-ci ilin dekabr ayında Abşeron arxeoloji ekspedisiyasının bölgədə apardığı kəşfiyyat işləri zamanı Balaxanı və Məhəmmədi qəsəbələri arasında – Qırməki adlanan sahədə daş dövrünə aid çox sayda alətlər aşkar olundu. Alətlər böyük sahədə tapıldığından burada qədim dövrə aid düşərgənin yerləşməsi istisna edilmir. Aşkar edilmiş iti uclu qaşov, kəsici alətlər, miniatür əl çapacaqları çaxmaq və andezit daşından hazırlanıb. Abşeronun paleocoğrafiyası aşkar edilmiş abidənin yerləşmə topoqrafiyası ilə ziddiyyət təşkil etmir. Mütəxəssislərin ilkin rəyinə görə, bu tapıntıları paleolitin orta mərhələsinə aid etmək mümkündür. Geoloji çöküntülərdə aşkar edilmiş qədim paleontoloji materiallar bölgənin paleolitdə zəngin faunaya malik olmasını göstərir. Son tapıntılar isə paleolit dövründə göstərilən ərazinin qədim ovçuları da cəlb etməsi barədə fikir yürüdülməsinə imkan verir. Ərazinin ətraf mühitin ibtidai insanların yaşayışı üçün əlverişli olması, insanlar üçün ov heyvanlarının əlçatarlılığı və istilik mənbəyi olan daimi alovların olması bu ərazi qədim insan məskəni olmasına səbəb olmuşdur.
Qırmızı qurd eşənəyi
Qırmızı qurdeşənəyi (lat. lupus erythematosus) — autoimmun xəstəliklərdən biri. Bu zaman insan immuniteti hiperaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına hücum edir. == Etimologiyası == Latınca Lupus erythematosus ifadəsinin hərfi anlamı "qızartılı qurd" deməkdir. Hind-Avropa dillərində "lupus" sözünun açıqlaması yoxdur. Latın dilində erythematosus (qızarmış) sözü yunan dilindən alınma erythemadan (qızartı) törəyib. Sonuncu isə erythainein (qızarmaq) felindən əmələ gəlib. == Səbəbləri == Qurd eşənəyinin spesifik səbəbləri yoxdur. Bəzi amillər təhrikedici ola bilər: İrsi / Genetik Ətraf mühit: infeksiya, günəş şüası Dərmanlar == Təsnifat == Kliniki baxımdan qurd eşənəyi bir neçə cür olur: sistematik - ən yayqın forması, daxili orqanların patoloji prosesə cəlb olunması ilə səciyyələnir. dəri forması (natamam qurd eşənəyi) - yalnız dərinin zədələnməsi ilə müşayiət olunur .
Boz Qurd Samux FK
Boz Qurd Samux FK — klub 1990-cı ildə Samuxda yaranmışdır. Bir dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Gənc qurd (teleserial, 2011)
Gənc qurd (ing. Teen Wolf) — ABŞ istehsalı bir fantastik gənclik serialıdır. 1985-ci il də istehsal olunan eyni adlı filmdən ilhamlanaraq həyata keçirildi. 2011 MTV Film Mükafatlarının ardından 5 iyun 2011-ci ildə nümayiş edildi. == Sujet == Teen Wolf, Scott McCall (Tyler Posey) adında bir orta məktəb şagirdinin meşədə gəzərkən bir qurd adam tərəfindən dişlənilməsi nəticəsində yaşadıqlarını izah edən fövqəladə teleserialdır. Scott, bir qurd adam olduğu gerçəyini, həyatı və bədənindəki dəyişikliklər mövzusunda ona köməkçi olan ən yaxşı yoldaşı Stiles Stilinski (Dylan O'Brien) və bir digər sirli qurd adam Derek Hale (Tyler Hoechlin) xaricində hər kəsdən gizlədərək sıravi bir həyat sürməyə çalışır. Teleserial hal hazırda davam edir və efirdə 6-cı mövsüm gedir. 6.mövsüm serialın final mövsümü olduğu təsdiqləndi lakin yüksək bir kütləvi serialın uzadılmasını istədiyi üçün bu mövzu müzakirə olunacaq. Serialların tənqid saytı Metacritic'ten 100 üzərindən 61 bal alaraq gələn tənqidlərdən ümumiyyətlə müsbət cavab aldı. Serialın ilk nümayişi 2,18 milyon tamaşaçı əldə etdi.
Qurd Səyid və Şura
Qurd Səyid və Şura (türk. Kurt Seyit ve Şura) — Nərmin Bezmenin eyni adlı romanı əsasında hazırlanan Türkiyə tarixi və drama teleserialı. Ekranlarda ilk dəfə 4 mart 2014-cü ildə göstərilmişdir. Son seriyası 20 noyabr 2014-cü il tarixində Star TV kanalında nümayiş olunmuşdur. == Süjeti == Zəngin krım tatar ailəsində anadan olan Qurt Səyid, atası görkəmli torpaq sahibi Mirzə Mehmet Eminovun qoyduğu prinsiplərə əməl edərək böyümüşdür. Rus imperatoruna böyük hörməti olan Mirzə Mehmetin ən böyük istəyi oğlunun gözəl müsəlman qadını ilə nikahdan uşağı olmasıdır. Həm mülki həyatda, həm də hərbi sahədə müvəffəq olan Səyid ilə evlilik bir çox qadınların xəyalından keçir. Balların birində Seyid nəcib rus ailəsindən olan Aleksandra (Şura) adında qıza aşiq olur. Aleksandra ona qarşılıqlılıq versə də onların sevgisi müharibə başlayandan sonra sınağa çəkilir. Qurd Səyid çar və ata yurdunu qorumaq üçün Karpata yola düşür, amma onların sevgisi bundan azalmır.
Yastı qurdlar
Yastı qurdlar (lat. Platyhelminthes) — heyvanlar aləminə aid heyvan tipi. Yastı qurdlar ikitərəfli simmetriyaya malik heyvanlardır. Bədən bel-qarın istiqamətində yastılaşıb. Qan dövranı və tənəffüs sistemi yoxdur. Bu heyvanlarda ilk dəfə olaraq sadə quruluşlu ifrazat sistemi əmələ gəlmişdir. Sinir sistemi bir cüt sinir düyünü və onlardan bədən boyu uzanan sinir sütunlarından ibarətdir, hermafrodit heyvanlardır. Əksəriyyəti heyvanlarda və insanda parazitlik edir, lakin sərbəst yaşayan növləri də çoxdur. Yastı qurdlar tipi 25 000-dən artıq növü əhatə edir. Bədəni bel qarın istiqamətində yastılaşmışdır və entoderma, ektoderma, mezoderma adlanan hüceyrə qatlarından ibarətdir.
Yastı qurdlar (Platyhelminthes) tipi
Yastı qurdlar tipi
Yastı qurdlar (lat. Platyhelminthes) — heyvanlar aləminə aid heyvan tipi. Yastı qurdlar ikitərəfli simmetriyaya malik heyvanlardır. Bədən bel-qarın istiqamətində yastılaşıb. Qan dövranı və tənəffüs sistemi yoxdur. Bu heyvanlarda ilk dəfə olaraq sadə quruluşlu ifrazat sistemi əmələ gəlmişdir. Sinir sistemi bir cüt sinir düyünü və onlardan bədən boyu uzanan sinir sütunlarından ibarətdir, hermafrodit heyvanlardır. Əksəriyyəti heyvanlarda və insanda parazitlik edir, lakin sərbəst yaşayan növləri də çoxdur. Yastı qurdlar tipi 25 000-dən artıq növü əhatə edir. Bədəni bel qarın istiqamətində yastılaşmışdır və entoderma, ektoderma, mezoderma adlanan hüceyrə qatlarından ibarətdir.
Yağış qurdu
Yağış qurdu— Həlqəvi qurdlar tipinin azqıllı hələvi qurdlar sinifinə aiddir. == Quruluşu == Yağış qurdu 15–30 sm uzunluqda olub, bədəni qurdvari formadadır. Rəngləri müxtəlifdir. Təbiətdə qonur-boz, qəhvəyi , qirmızımtıl rəngdə olurlar. Bel tərəfi nisbətən qabarıq, qarın hissəsi isə yastılaşmış formadadır. Bədəni həlqələrdən ibarət olub buğumluluq əmələ gətirmişdir. Buğumların sayı 140–180 olub, bütün bədən boyu yerləşmişdir. Buğumlar demək olar ki, hormonom olub, aydın şəkildə nəzərə çarpır. Yağış qurdunun bədəni xaricdən kitikula ilə örtülmüşdür. Kitikula nazik olub, onun alt hissəsində birqatlı silindrşəkilli epiteli yerləşmişdir.
Yumru qurdlar
Yumru qurdlar (lat. Nematoda) — heyvanlar aləminə aid heyvan tipi. Yumru qurdlar tipinin xarakter xüsusiyyətləri aşağıdakılardır: İlk bədən boşluğuna (prosel) malikdir; Bədən formaca uzunsov olub, buğumlara bölünməyib və eninə kəsiyi dairəvidir. Həzm sistemi ön, orta və arxa bağırsaqdan ibarət olub, anal dəliklə qurtarır. Ağız dəliyi bədənin ön hissəsində yerləşir. Dəri-əzələ kisəsi qismən reduksiya etmişdir (həlqəvi əzələ sistemi reduksiya edib). Tənəffüs və qan-damar sistemi yoxdur. Cinsi dimorfizmə malikdir. İfrazat sistemi bəzilərində protonefridial tipdə olub, xüsusi quruluşlu kanalcıqdan, bəzilərində dəri vəzilərinin şəkildəyişməsi kimi olur, bəzilərində isə heç yoxdur. Sinir sistemi tam və qeyri-tam udlaqətrafı sinir halqasından və ondan çıxan sinir sütunlarından ibarətdir.
Çoxqıllı qurdlar
Çoxqıllı qurdlar (lat. Polychaeta) — heyvanlar aləminin həlqəvi qurdlar tipinə aid heyvan sinfi. 8000-ə yaxın növü var. Ən çox tanınmış nümayəndələri Arenicola marina və neraiddir (Nereis virens). Xəzər dənizində yaşayan 7 növü məlumdur. Çoxqıllı qurdlardan olan Nereis diversicolor növü Xəzər dənizinə Azov dənizindən 1939-1941-ci illərdə gətirilmiş və iqlimə uyğunlaşdırılmışdır. Hypania invalida və Hipaniola kowalewskii Xəzər dənizində lildə yaşayırlar. Mercierella enigmatica Xəzər dənizində Azov dənizindən 1960-cı illərdə yapışaraq gəlmişdilər. Azqıllı qurdlar (Oligochaeta) Həlqəvi qurdlar tipinin ayrıca sinfidir. Hazırda 5000 növü məlumdur və Xəzər dənizində 32 növü qeyd edilmişdir.
Ömər Qurdayev
Ömər Şəhmir oğlu Qurdayev (13 iyul 2002, Meşəşambul, Balakən rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ömər Qurdayev 2002-ci il iyulun 13-də Balakən rayonunun Meşəşambul kəndində anadan olub. 2008-2019-cu illərdə M. Hudulov adına Meşəşambul kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ömər Qurdayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ömər Qurdayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ömər Qurdayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Meşəşambul kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ömər Qurdayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ömər Qurdayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
İpək qurdu
İpəkqurdu (lat. Bombyx) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin i̇pəkqurdular fəsiləsinə aid heyvan cinsi. Təbii ipək əldə etmək məqsədi ilə insanlar tərəfindən bəslənilir. İpəkqurdu tut yarpağını yeyib yapışqanlı şirə ifraz edir, bu şirə bərkiyib ipək tellərə dönür. İpəkqurdu hazırladığı ipək tellərdən öz ətrafında üç günə barama toxuyur, özü baramanın içində qalır.
İriçiçək qurdotu
İriçiçək qurdotu - (lat.Linaria grandiflora) Keçiqulağıkimilər fəsiləsi == Botaniki təsviri == İriçiçək qurdotu çoxillik, çılpaq bitkidir. Gövdəsi sadə, bəzən budaqlı olub, hüdürlüyü 40-80 sm-ə çatır. Yarpaqları gövdə üzərində növbəli düzülmüş, oturaq, uzunsov-yumurtaşəkilli, 1,5-4 sm uzunluqlu, 4-10 mm enindədir. Gövdənin aşağı hissəsindəki yarpaqlar pulcuqşəkilli, üçbucaq formalıdır. Çiçək ayaqçığı qısadır. Kasacıq 5 dişlidir. Tac ikidodaqlı, sarıdır. Qutucuğu oval, 7 mm uzunluqludur. Toxumlar üçkünc, üzəri qırışlıdır. Bitki iyun-avqust aylarında çiçəkləyir, iyul-sentiyabr aylarında meyvə verir.
Şirvan qurdotu
Şirvan qurdotu (Elmi adı Linaria schirvanica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(i, ii, iii) + 2ab(ii, iii, iv). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxilik və ya birillik ot bitkisidir. Gövdəsi 20-45 sm hündürlükdədir. Yarpaqlar oturaq, darxətvari, itidir, 2-7 sm uzunluqda, 1-4 mm enindədir. Çiçək qrupu azçiçəkli, sünbüllü salxımdır. Kasacığın hissəcikləri 3-4 mm uzunluğunda, uzunsov –yumurtavari və ya uzunsov dairəvi – küt, vəzicikli-tükcüklüdür. Tac iri, 15-25 mm uzunluğunda (mahmızı yoxdur), parlaq bənövşəyi rənglidir, mahmızı nazik, hamar, enli haşiyəli, 3 mm uzunluğundadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləməsi aprel-iyun, meyvə əmələgətirməsi may –iyul alarına təsadüf edir. Kserofit bitkidir.
Ətrəng qurdpəncəsi
Ətrəng qırxbuğum (lat. Polygonum carneum) — qırxbuğum cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Ətrəng bistorta çoxillik ot bitkisi şişman, dolğun, kökümsov və kökləri çoxsaylı əlavə törəmələrdən ibarət olub, ilanabənzər əyilmələrdən ibarətdir. Adətən bir neçə gövdəsi olur ki, bunlar düz, çılpaq və budaqlanmayan olub, hündürlüyü 30-150 sm-ə bərabərdir. Yarpaqları uzunsov-yumrtavari və ya enli-neştərşəkilli, əsası dairəvi və ya pazşəkilli olmaqla, kənarları tükcüklü, kökümsovu və gövdənin aşağı yarpaqlarının uzunluğu 4-30 sm, eni isə 1-2 sm, saplaqları uzunsov qanadabənzər, gövdənin yuxarı yarpaqları kiçik və ensiz, növbəli, saplaqlı, neştərşəkillidən xətti formaya qədər dəyişir. Qıf kimi ağzı geniş qoltuq tumurcuqları qonur rəngli olub, daxili qarışıqlıdır. Çiçəkləri 3-4 mm, erkəkcikləri 8 olub çəhrayı, çiçək yatağı 5-bölümlüdür. Gövdəsi iri, oval və ya silindrik, sıx, qalın, sünbül çiçək qrupunda toplanmışdır. Meyvəsi 3-tilli, tünd-qonur rəngli olub, fındıqcadır. Mayın sonunda çiçəkləyir, iyul-avqust aylarında isə meyvələri yetişir.
Qurdalan
Qurdalan (türk. Kurtalan) — Türkiyənin Siirt vilayətində şəhər və rayon. == Tarixi == Yaşayış məntəqəsinin özünün nisbətən yeni olmasına baxmayaraq, rayonun ərazisində eradan əvvəlki dövrlərdən məskunlaşmış, bir neçə dəfə sahiblərini dəyişmişdir. XVI əsrdən Osmanlı imperiyasının bir hissəsi olmuşdur. Hətta son iki əsrdə rayonun inzibati mərkəzi bir dəfədən çox dəyişmişdir. Qurdalan yalnız 1938-ci ildə rayonun mərkəzinə çevrilmişdir. == Təhsil == Qurdalanda 69 ibtidai məktəb, 24 orta məktəb, 8 lisey, 4 uşaq bağçası, 1 müəllim evi və axşam incəsənət məktəbi, 1 xalq maarif ocağı və axşam incəsənət məktəbi olmaqla ümumilikdə 107 məktəb fəaliyyət göstərir.
Lentşəkilli qurdkimilər
Lentşəkilli qurdkimilər (lat. Cestodaria) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinə aid heyvan yarımsinfi. == Haqqında == Bu yarımsinfə iki dəstədə birləşmiş bir neçə növ aiddir. Lentşəkilli qurdkimilərin nümayəndələri bir çox cəhətdən lentşəkilli qurdlara oxşardır və axırıncılarda olduğu kimi onlarda da həzm sistemi yoxdur. Bu səbəbdən də çox vaxt lentşəkilli qurdkimiləri yarımsinif kimi lentşəkilli qurdlar sinfinə aid edirlər. Halbuki, lentşəkilli qurdkimiləri lentşəkilli qurdlardan fərqləndirən bir sıra əlamətlər vardır. İlk növbədə bu fərq surfənin likoforun quruluşuna aiddir. Bunların sürfələrində lentşəkilli qurdların onkosferində olduğu kimi 6 qarmaqcıq deyil, 10 rüşeym qarmaqcıqı vardır. Lentşəkilli qurdlardan fərqli olaraq likoforun serkomeri çox vaxt ayrılmır, o yetgin ferdlərdə də qalır. Bütün lentşəkilli qurdkimilər buğumsuz quruluşda olub, bir cinsi aparata malikdir.
Qurdlar Vadisi: Qladio (film, 2009)
Qurdlar Vadisi: Qladio — Qurdlar vadisi teleserialı çərçivəsində qurdlar vadisi pusqu filminin davamı olaraq Pana Film tərəfindən istehsal olunan türk döyüş macəra filmi. 4 iyun 2009-cu ildə elan edilmiş, 20 noyabr 2009-cu ildə buraxılmışdır. Filmin məzmununun Türkiyənin yaxın tarixinə təsir edəcək hadisələr olacağı bildirilib. == Mövzu == Bir dərin dövlət agentinin illərlə xidmət etdiyi qladio ilə hesablaşma hekayəsi. İsgəndər Böyük təqaüddə olan kəşfiyyatçıdır və dərin dövlət naminə çoxsaylı əməliyyatlar həyata keçirib. Qaranlıq keçmişinə görə müttəhim kürsüsünə qoyulduqda, yanında baronun göndərdiyi gənc və təcrübəsiz vəkil Ayşədən başqa heç kim yox idi. Məhkəməsinə göz yumanlarla haqq-hesab çəkməyə qərar verən İsgəndər Böyük bildiyi hər şeyi bir-bir danışmağa başlayır. İsgəndərin qaranlıq keçmişinin səhifələri arasında ölkəni sarsıdacaq faktlar var. Bu şokedici faktların işarə etdiyi yeganə ünvan "Qladio"dur. Onun açıqlamaları ölkədə hər gün yeni gündəm yaratsa da, onun qisas hissi daha da artırdı.
Qurdoğlu Müslihəddin Rəis
Qurdoğlu Müslihəddin Rəis (türk. Kurtoğlu Muslihiddin Reis; lat. Curtogoli) — Osmanlı imperiyasının admiralı, eləcə də Rodosun sancaqbəyi. O, Osmanlı dəniz qüvvələrinə komandanlıq etmiş, bu dövrdə Osmanlının Misiri (1517) və Rodosu (1522) fəthlərində mühüm rol oynamışdır. Qurdoğlu Müslihəddin Rəis həmçinin, Süveyşdə yerləşən Osmanlı Hind Okeanı Donanmasının yaradılmasına kömək etmişdir. Donanmaya daha sonra oğlu Qurdoğlu Xızır Rəis komandirlik etmişdir. == Erkən həyatı == Qurdoğlu adı türkcə "canavarın oğlu" mənasını verir. Atasından götürdüyü bu epitet Müslihəddinin atası, Anadoludan olan türk dənizçisi Qurd Əhməd Rəisin adından götürülmüşdür. Qurt Əhməd Rəis Fateh Sultan Mehmedin donanmasında xidmət etmiş dənizçilərdən biri kimi tanınır. O, bir müddət dənizdə xidmət etsə də, yaşlandıqca yerini böyük oğlu Müslihəddinə buraxmışdır.
Qurduqulu rayonu
Qurduqulu rayonu (1935–1992-ci illərdə Oktemberyan rayonu, 1992–1995-ci illərdə Armavir rayonu) — Ermənistan SSR və Ermənistan Respublikasının ərazisində mövcud olmuş keçmiş rayon. Mərkəzi Sərdarabad şəhəri olmuşdur. == Haqqında == Qurduqulu rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Toponim "qurd" türk etnonimi ilə Qulu şəxs adı əsasında əmələ gəlib "qurd tayfasından olan Qulunun saldığı, inşa etdiyi kənd" mənasını ifadə edir. 1948-ci ilə dair rəsmi statistikaya əsasən rayonun ərazisi 677 km² olmuşdur. Onun inzibati mərkəzi respublika tabeli Sərdarabad şəhəri olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 48 km-dir. Rayonun ərazisi tarixi İrəvan xanlığının Sərdarabad mahalını, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Eçmiədzin qəzasını əhatə etmişdir. Bura Ağrı vadisində yerləşir və onun Türkiyə ilə sərhədi boyu Araz çayı axır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart 1935-ci il tarixli Fərmanı ilə rayonun adı dəyişdirilərək "Oktemberyan" qoyulmuşdur.
Qurdlar Vadisi: Fələstin
Qurdlar vadisi: Fələstin (türk.Kurtlar Vadisi Filistin)-İsrail-Fələstin arasındakı savaşı müzakirəyə alan prodüseri Osman Sınav olan Pana Film imzalı 28 yanvar 2011 tarixli film.
Qurdlar Vadisi: Qladio
Qurdlar Vadisi: Qladio — Qurdlar vadisi teleserialı çərçivəsində qurdlar vadisi pusqu filminin davamı olaraq Pana Film tərəfindən istehsal olunan türk döyüş macəra filmi. 4 iyun 2009-cu ildə elan edilmiş, 20 noyabr 2009-cu ildə buraxılmışdır. Filmin məzmununun Türkiyənin yaxın tarixinə təsir edəcək hadisələr olacağı bildirilib. == Mövzu == Bir dərin dövlət agentinin illərlə xidmət etdiyi qladio ilə hesablaşma hekayəsi. İsgəndər Böyük təqaüddə olan kəşfiyyatçıdır və dərin dövlət naminə çoxsaylı əməliyyatlar həyata keçirib. Qaranlıq keçmişinə görə müttəhim kürsüsünə qoyulduqda, yanında baronun göndərdiyi gənc və təcrübəsiz vəkil Ayşədən başqa heç kim yox idi. Məhkəməsinə göz yumanlarla haqq-hesab çəkməyə qərar verən İsgəndər Böyük bildiyi hər şeyi bir-bir danışmağa başlayır. İsgəndərin qaranlıq keçmişinin səhifələri arasında ölkəni sarsıdacaq faktlar var. Bu şokedici faktların işarə etdiyi yeganə ünvan "Qladio"dur. Onun açıqlamaları ölkədə hər gün yeni gündəm yaratsa da, onun qisas hissi daha da artırdı.

Digər lüğətlərdə