QƏBİRİSTAN

is. [ ər. qəbr və fars. …stan] Qəbirlər olan yer, ölülərin basdırıldığı yer; məzarlıq. Qəbiristandan ölü qayıtmaz. ( Ata. sözü ).
Həmin boz dağda, yol kənarında köhnə xaraba bir qəbiristan vardır. S.S.Axundov.
[Məmməd:] Evimizdən iki yüz addım o yanda böyük, köhnə bir qəbiristan vardı. C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏBİRİSTAN məzarlıq — korluq
  • QƏBİRİSTAN qəbiristan(lıq) bax məzarıstan
QƏBİREŞƏN
QƏBİRİSTANLIQ
OBASTAN VİKİ
Ev heyvanları qəbiristanlığı (film, 2019)
Ev heyvanları qəbiristanlığı (ing. Pet Sematary) — Stiven Kinqin eyniadlı romanı əsasında rejissor Kevin Kolş və Dennis Vidmyer tərəfindən 2019-cu ildə əkilmiş qorxu filmi. == Süjet == Boston həkimi Luis Krid ailəsi ilə birlikdə kiçik Ladlou şəhərinə köçür: həyat yoldaşı Rachel, kiçik uşaqlar Ellie və Gage və pişik Çörç. Elli yeni evlərini əhatə edən meşələrdə gəzərkən ölü iti daşıyan "Heyvanlar qəbiristanlığı" olan qəbiristanlığa gedən qəribə uşaqların korteji ilə qarşılaşır. Qonşu Jude Crandall Ellie və Rachel-ə meşələrin təhlükəli olduğunu və tək çıxmamaları barədə xəbərdarlıq edir. Universitet xəstəxanasında, Luisin iştirakı ilə avtomobil qəzasından sonra xəstəxanaya yerləşdirilən tələbə Viktor Paskou ölür. Tələbənin ölümü ilə məşğul olan Lui, ölümündən sonrakı gecə bir yuxu görür və Pasko onu heyvan qəbiristanlığının arxasına aparır və Luidən "kənar keçməməsi" barədə xəbərdarlıq edir. Luis oyanır ki, ayaqları palçıqla örtülmüşdür. Heluin bayramında pişiyi yük maşını vurur. Jude və Louis pişiyi dəfn etmək üçün ev heyvanları qəbiristanlığına gedirlər, lakin Jude daha sonra Luizi bir vaxtlar hindlilərin istifadə etdiyi qədim məzarlığa aparır.
Farkaşreti qəbiristanlığı
Farkaşreti məzarlığı (mac. Farkasréti temető) — Budapeşt şəhərində yerləşən məşhur məzarlıq. 1894-cü ildə istifadəyə verilən məzarlıq Budapeştin görməli yerlərindən biri sayılır. Burada bir çox tanınmış macar əsilli aktyorlar, aktrisalar, rəssamlar, opera müğənniləri, musiqiçilər, heykəltəraşlar, memarlar, yazıçılar, şairlər dəfn edilmişdir. Bundan başqa məzarlıqda bir çox alim, akademik, elm xadimlərinin məzarları mövcuddur. == Haqqında == Buradakı məzarlar əksərən diqqətəlayiq heykəllərlə bəzədilmişdir. 1950-ci ildə məzarlığın ətrafında park salınmış, 1980-ci illərdə isə morq salonu və yeni şapel inşa edilmişdir. Tikinti məşhur macar memar İmre Makoveçin planları əsasında həyata keçirilmişdir. Macarıstanda kommunist hakimiyyəti zamanı Kerepeşi məzarlığında dəfn mərasimlərinə məhdudiyyət qoyulması, buranı ölkənin əsas məzarlığına çevirdi. Farkaşreti Budapeşt şəhərinə 3 km məsafədə yerləşir.
Feriköy qəbiristanlığı
Feriköy Məzarlığı — İstanbul şəhərində Şişili və Okmeydanı bölgələrinin arasında yerləşən qəbiristanlıq. == Haqqında == Məzarlıq öz adını yerləşdiyi təpəlikdən alıb. Bir çox məşhur siyasətçinin və incəsənət xadimlərinin məzarları burada yerləşir. Məzarlıqda Azərbaycanın ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədli, ilk hərbi naziri Xosrov bəy Sultanov, mühəndis Qulam Mirzə Şərifzadə, "Difai" təşkilatının lideri Əhməd bəy Ağaoğlu və ailəsi, onun qızı Türkiyənin ilk qadın millət vəkili olan Sürəyya Ağaoğlu, Türkiyə İstiqlaliyyət Müharibəsinin iştirakçısı Baba bəy Behbud, mühacirlər Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Məmməd Sadıq Aran, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlı dəfn olunublar. == Məzarlıqdakı azərbaycanlıların xatirəsi == 2018-ci ildə məzarlıqda baxımsız qalan bir çox azərbaycanlının qəbirləri təmir olunub və məzarlığın girişində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə Cümhuriyyət qurucularının xatirəsinə abidə ucaldılıb. Abidənin üzərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının rəsmi “Bir millət, iki dövlət” ifadəsi, Feriköy məzarlığında uyuyan Xəlil bəy Xasməmmədli, Xosrov bəy Sultanov, Qulam Mirzə Şərifzadə, Əhməd bəy Ağaoğlu, Baba bəy Behbud, Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Məmməd Sadıq Aran, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlının adları yazılıb.
Fluntern qəbiristanlığı
Fluntern məzarlığı - İsveçrənin Sürix şəhərində yerləşən qəbiristanlıq.
Güney Qışlaq Qəbiristanlığı
Güney Qışlaq qəbiristanlığı — Şahbuz rayonunun Güney Qışlaq kəndinin girəcəyində yolun kənarında arxeologi abidə. Qəbiristanlıqda XX əsrin 50–60-cı illərinədək dəfn mərasimləri aparılmışdır. Qəbirlərin bir qisminin baş daşları düşmüşdür. Qəbirlərin ətrafı kiçik həcmli daşlarla əhatə edilmiş, bəzən isə onların üzərində daşlar təpə şəklində toplanmışdır. Qəbirlərdən bir neçəsinin ətrafı dairəvi formada iri həcmli daşlarla əhatələnmişdir. Baş daşlarının üzərində ərəb əlifbası ilə kitabə, o cümlədən tarixlər yazılmışdır. Baş daşlarının üzərində hicri 1121, 1372 və s. tarixlər qeyd edilmişdir. Onların çoxusunun üzəri qalın torpaqla örtüldüyündən kitabələri və tarixləri müəyyənləşdirmək çətinlik törədir. Baş daşlarının üzərindəki kitabələrə əsaslanaraq Nekrapolu XVII–XX əsrlərə aid etmək olar.
Gəcil qəbiristanlığı
Gəcil qəbiristanlığı "Məqbərətül-Ürəfa (Ariflər məzarlığı)" — Təbriz in üç tarixi məzarlığından biri. == Tarixi == Gəcil və ya Məqbərətül-Ürəfa məzarlığı isə XII əsrdən bəri sufilərin və alimlərin dəfn yeri olmuşdur. Məşrutə hərəkatının bəzi tanınmış simaları və şəhidləri də həmin məzarlıqda dəfn edilib. Pəhləvilər hakimiyyətə gəldikdən sonra bu tarixi məzarlığı parka çevirmək bəhanəsi ilə dağıtdılar. Məqbərətülürəfa və yaxud Ariflər Məzarlığında Təbrizli Şəms kimi tarixi şəxsiyyətlərin dəfn edildiyi söylənməkdədir. Gülüstan Bağı Rza Pəhləvi dövründə tarixi məzarlığın üzərində tikilərək həmin məzarlıq məhv edilmişdir.
Gəmiqaya qəbiristanı
Gəmiqaya qəbiristanı — Ordubad rayonunda Qapıcıq dağının (Kiçik Qafqaz) cənub-qərb ətəyində, Qaranquş yaylağında (Tunc dövrünə aid qayaüstü rəsmlərlə zəngin ərazi) orta əsrlərə aid arxeoloji abidə. Qəbiristanda qəbirüstü və dik daşlar var. Bəzi qəbirlərin üstü kurqanları xatırladan müxtəlif daşlarla örtülmüşdür. Qəbirüstü daşlarda kitabə yoxdur. Gəmiqaya qəbir abidələri sahəsindən göy şirli gil qab qırıqları əldə edilmişdir. Abidə X–XIV əsrlərə aid edilir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 127.
Havuş qəbiristanlığı
Hаvuş qəbiristаnlığı — Hаvuş kəndininin cənub-şərq tərəfində təpənin yаmаcındа yеrləşir. Qəbirlər qiblə istiqаmətindədir, bаş dаşlаrı yоnulmаmış qаyа pаrçаlаrındаn qоyulmuşdur. Bəzi qəbirlərin üzərində dаş yığınlаrınа rаstlаnır. Bəzilərinin isə yаlnız ətrаfınа kiçik həcmli çаy dаşlаrı döşənmişdir. Bu tip qəbirlər Оrtа əsrlər üçün хаrаktеrikdir. Qəbiristаnlığı XI-XVIII əsrlərə аid еtmək оlаr.
Hayqet qəbiristanlığı
Haygeyt qəbiristanlığı — Böyük Britaniyanın London şəhərində məzarlıq. == Ümumi məlumat == Məzarlıqda çox sayda qotika üslubunda məzar daşları var. Bu məzarlıqda "Drakulanın qanın dadı" və "Məzara görə" adlı qorxu flimləri çəkilib. Flimin çəklişindən sonra məzarlıqda ruhlar görünməyə başladı. 1970-ci ilin martında isə iş o qədər ciddi hal aldı ki, vampir ovuna çıxanların sayı xeyli çoxaldı. Polis böyük çətinliklə "kabus ovçuları"nın qarşısını ala bildi. Hazırda məzarlıqda ən məhşhur məzara və ruhların daimi göründüyü məzarlara xüsusi ekskursiya təşkil olunur.
Hayqeyt qəbiristanlığı
Haygeyt qəbiristanlığı — Böyük Britaniyanın London şəhərində məzarlıq. == Ümumi məlumat == Məzarlıqda çox sayda qotika üslubunda məzar daşları var. Bu məzarlıqda "Drakulanın qanın dadı" və "Məzara görə" adlı qorxu flimləri çəkilib. Flimin çəklişindən sonra məzarlıqda ruhlar görünməyə başladı. 1970-ci ilin martında isə iş o qədər ciddi hal aldı ki, vampir ovuna çıxanların sayı xeyli çoxaldı. Polis böyük çətinliklə "kabus ovçuları"nın qarşısını ala bildi. Hazırda məzarlıqda ən məhşhur məzara və ruhların daimi göründüyü məzarlara xüsusi ekskursiya təşkil olunur.
Heyvan qəbiristanlıqları
Heyvan qəbiristanlığı — heyvanların dəfn olduğu qəbiristanlıq.
Heyvan qəbiristanlığı
Heyvan qəbiristanlığı — heyvanların dəfn olduğu qəbiristanlıq.
Hun qəbiristanlığı
Hun qəbiristanlığı — Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazi vahidində yerləşən Buzovna qəsəbəsindəki tarixi məzarlıq. Azərbaycanın ən qədim qəbiristanlıqlarından olan Hun qəbiristanlığı hazırda Buzovnadakı ən qədim qəbiristanlıq hesab olunur. Onun tarixi bizim eradan əvvəl III əsrə aid edilir. Burada çox qədim qəbirlər, sərdabələr və bir də türbə vardır. Həmin türbənin tarixi qəbiristanlığın tarixi qədər qədim deyil, İslam dininin yayıldığı tarixdən sonraya aiddir. İçərisində 4 qəbir olan bu türbə Məhəmməd Əli türbəsi adlanır. Bu türbənin adı vaxtilə sultanlardan birinin təyin etdiyi xəlifənin adı ilə bağlıdır. Hun qəbiristanlığındakı qəbirlərin üzərində müxtəlif yazılar – mərhumların şərəfinə yazılmış şeirlərdən beytlər, naxışlar – svastika, günəş və yaxud da əbədiyyət simvolu, Süleyman peyğəmbərin altıbucaqlı möhürü olan ulduz, səkkiz bucaqlı ulduz və digər simvollar, təsvirlər əks olunmuşdur. Tarixin müxtəlif dövrlərində Hun qəbiristanlığının böyük bir hissəsi məhv edilmişdir, qəbir daşları sındırılmışdır. Hazırda baxımsız vəziyyətdə olan bu tarixi məzarlıq Sovet hakimiyyəti illərində çox böyük zərər görərək, dağıdılmışdır.
Hövsan qəbiristanlığı
Hövsan qəbiristanlığı — Bakıda yerləşən qəbiristanlıq. Adını Hövsan qəsəbəsindən alır. 26 Bakı komissarının sonuncu (2009) rebaylorluğunun yeri kimi tanınır. 26 Bakı komissarının rebaylorluğunun ərazisində 23 ədəd əhəngdaşı sütun quraşdırılmışdır. Qəbirlərdən kimə aiddir, məlum deyil, çünki məbədlər üzərində işarə yoxdur.
Jale qəbiristanlığı
Jale Mərkəzi qəbiristanlığı (sloven. Centralno pokopališče Žale), və ya sadəcə Jale — Lyublyana və Sloveniyadakı ən böyük və mərkəzi qəbiristanlıqdır. Bejiqrad rayonunda yerləşir və Jale İctimai Şirkəti tərəfindən idarə olunur. == Tarixi == Qəbiristanlıq 1906-cı ildə Müqəddəs Xaç Kilsəsinin arxasında inşa edilmişdir. İlk dəfn eyni il mayın 3-də, keşiş Martin Malenšekin köhnə Navje qəbiristanlığından oraya köçürüldüyü zaman edildi. Birinci Dünya Müharibəsi illərində, müxtəlif yerlərdən olan həyatını itirən əsgərlərin çoxu Jaledə dəfn edildi. Bununla birlikdə, buradakı qəbirlərin hamısı Roma Katoliklərinə mıxsusdur. Protestantlar, Yəhudilər və Müsəlmanlar isə Navjedə basdırılmışdır. 1923-cü ildə səlahiyyətlilər yəhudilərin və müsəlmanların Jaledə lakin qəbiristanlıq divarının xarici tərəfində dəfn edilməsinə icazə verdilər. 1931-ci ildə qəbiristanlığın yeni hissəsi (B hissəsi) açıldı.
Kensay qəbiristanlığı
Kensay qəbiristanlığı (qaz. Кеңсай) — Qazaxıstanın ən məşhur və ən gözəl nekropollarından biridir. Qəbiristanlıq Qazaxıstanın bir nömrəli fəxri xiyabanı sayılır. Burada bir çox siyasi xadimlər, mədəniyyət və incəsənət adamları və məşhurlar dəfn edilmişdir. == Tarixi == Qazaxıstanın ən məşhur məzarlığı Kensay qəbiristanlığıdır. Qəbiristanlıq XIX əsrin sonlarından başlayaraq, Almatı şəhəri böyüdükcə salınmağa başlanmışdır. Qəbiristanlıq Qazaxıstanın bir nömrəli fəxri xiyabanı statusuna malikdir. Kensayda ölkənin məşhur siyasi xadimləri, alimləri, mədəniyyət və incəsənət adamları və hərbiçiləri dəfn edilmişdir. Məzarlıq böyük təpənin arasında yerləşdiyindən adını burdan götürmüşdür. Belə ki, Qazax dilində "Kensay" sözü "böyük dərə" deməkdir.
Kensiko qəbiristanlığı
Kensiko Qəbristanlığı — Amerika Birləşmiş Ştatlarında tanınmış insanların məzarlarının yerləşdiyi qəbristanlıqdır.Valhalla, Nyu-York şəhərində 1889-cu ildə açılmışdır.
Kil hərbi qəbiristanlığı
Kil hərbi qəbiristanlığı (ing. Kiel War Cemetery) — Kil Şimal qəbiristanlığının (alm. Nordfriedhof‎) ərazisində hərbi qəbirstanlığıdır. Bu yerdə ittifaq qoşunlarının 992 hərbi qulluqçusu basdırılmışdı, onlardan çoxusu hərbi aviasiyada xidmət etmiş və İkinci Dünya müharibəsində ölənlərdən ibarətdir. Onların arasında 766 britaniyalı, 148 kanadalı, 33 Yeni Zelandiyalı və 9 polyak var. Qəbiristanlıq memar Filip Hepuortun (ing. Philip Hepworth) layihəsi əsasında Hərbi Dəfinlər üzrə Birlik Komissiyası (alm. Commonwealth War Graves Commission‎) tərəfindən tikilmişdi, həmçinin, komissiya qəbiristanlığın səliqə səhmanına nəzarət edir.
Kuntsevo qəbiristanlığı
Kuntsevo qəbiristanlığı (rus. Кунцевское кладбище) — Rusiyanın Moskva şəhərində yerləşən qəbiristanlıq.
Köhnə Kotam qəbiristanlığı
Köhnə Kotam qəbristanlığı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kotam kəndinin şərq tərəfində arxeoloji abidə. == Tarixi == Qəbirlər torpaqda qazılmış və qərb-şərq istiqamətinə yönəlmişdir. Bəzi qəbirlərin ətrafında dördkünc formalı daş düzümlərinə rast gəlinir. Baş daşlarının əksəriyyəti yonulmamış qaya parçalarından ibarətdir. Lakin qəbirlərin bir çoxunun baş daşları yonularaq dördkünc və tağvarı formada işlənmişdir. Bu tip baş daşlarında ərəb qrafikası ilə yazılmış kitabələr vardır. Kotam qəbiristanlığındakı qəbirlərin bir neçəsinin üstündə qoç daşlar olmuşdur. Arxeoloji və epiqrafık dəlillərə əsasən qəbiristanlığı 11-19 əsrlərə aid etmək olar.
Köçəri qəbiristanlığı
Köçəri qəbristanlığı —Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində arxeoloji abidə. == Tarixi == Qəbiristanlıq Ordubad rayonunun Üstüpü kənindən 7-8 kilometr şimal şərq tərəfdə yüksək dağlıq ərazidə yerləşir. Burada orta əsrlər zamanı yaradılmış və üzərində ərəb əlifbası ilə kitabələr həkk edilmiş, çoxlu sənduqə formalı, daşdan hazırlanmış qoç və qoyun tipli qəbirüstü xatirə abidələri qalmışdır. Abidələrin bir hissəsinin üzərində müxtəlif təsvirlər, o cümlədən, ox, kaman, günəş və s. həkk olunmuşdur. Zaman keçdikcə bu kitabələrin və təsvirlərin bir hissəsi təbii qüvvələrin təsirindən aşınaraq məhv olmuşdur. Qəbiristanlıqda hicri 1003 (1594-1595), 1030 (1620-1621) illərə aid və başqa kitabələr tədqiq olunmuşdur. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (1727 il) qəbiristanlığın mənsub olduğu Köçəri kəndi haqqında məlumat verilmişdir. Həmin vaxt kənddə 13 nəfər vergi ödəyən kişi yaşamış, onlar 2621 ağça vergi ödəmişlər. 19 yüzilliyin əvvəllərində kəndin əhalisi buranı tərk edərək Arazın cənubuna köçmüş, bundan sonra qəbiristanlıqda dəfn mərasimləri dayanmış- dır.
Malik İbrahim qəbiristanlığı
Malik İbrahim qəbiristanlığı — Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərinin şərqində, Qaradağın ətəyində yerləşən orta əsrlərə aid arxeoloji abidə. Şimaldan cənuba doğru uzanan qəbiristanlığın ümumi sahəsi 2 ha-dan artıqdır. Müasir dövrdə də istifadə olunmaqdadır. Qəbiristanlıqda indiyədək orta əsr sənətkarlarının əli ilə yaradılmış çoxlu sayda sənduqə və başdaşı tipli qəbirüstü xatirə abidəsi qalmışdır. Bu abidələrin əksəriyyətinin üzərində ərəb və fars dillərində nəsx, süls, süls elementli nəsx və nəstəliq xətləri ilə həkk edilmiş kitabələr vardır. Bu kitabələr üzərində aparılmış tədqiqatlar nəticəsində Azərbaycanın orta əsrlər dövrü tarix və mədəniyyətinin müxtəlif problemlərinə dair zəngin məlumatlar əldə olunmuşdur. Burada bir sıra görkəmli şəxsiyyətlərin - dövlət xadimlərinin, alimlərin, sufi şeyxlərinin, sənətkarların və s. adları, titulları, vəfat tarixləri, qəbirlərinin yeri müəyyənləşdirilmişdir. Qəbiristanlıqda naxçıvanlı ustalarla yanaşı digər yerlərdən olan, xüsusilə də Qəzvin ustalarının əl işlərinə rast gəlinir. == Şeyx Əbu Səidin qəbri == Qəbiristanlıqda qeydə alınmış ən qədim məzar kitabəsi hicri 759, miladi 1357-ci ildə vəfat etmiş, Şeyx Əbu Səidin qəbri üstünə qoyulmuş başdaşı üzərindəki kitabədir.
Mir Faseh qəbiristanlığı
Mir Faseh qəbiristanlığı — Şuşanın Cıdır düzündə yerləşən müsəlman qəbirstanlığı. Şuşadakı bir çox qəbiristanlıqlarla yanaşı, şəhərin cənub-şərqində Mirfəsehin kiçik, lakin çox mötəbər qəbiristanlığı var idi. Qəbirstanlıq Mir Möhsün Nəvvabın babası, ilk dəfə orada dəfn edilmiş tanınmış alim, şair və musiqişünas Ağa Mir Faseh Ağanın şərəfinə adlandırılmışdır. Qəbiristanlığı Mir Möhsün Nəvvab abad etdirib. Molla Pənah Vaqif bu qəbiristanlığın yaxınlığında yerləşən Cıdır düzünün yaxınlığında, lap uçurumda dəfn edilib. Nəvvab "Təzkirə" adlı əsərlərindən biri də bu hadisəni təsvir edir. Ağa Məhəmməd şahın öldürülməsindən sonra Qarabağda hakimiyyət İbrahim xanın qardaşı oğlu Mehrəli bəyin oğlu Məhəmməd bəyə keçdi. Vaqifin İbrahim xanla qohumluğundan şübhələnərək, Xan, onu oğlu ilə birlikdə edam etməyi əmr etdi. Onlar Vaqifin göstərişi ilə çoxlu adamların atıldığı Xəznə qayasına "Adam atılan" ("intihar qayası" deməkdir) gətirildi. Onun hüzurunda qayadan ilk atılan oğlunun olacağını bilən Vaqif ağlayıb müqavimət göstərməyə başlayır.
Mirfəseh qəbiristanlığı
Mir Faseh qəbiristanlığı — Şuşanın Cıdır düzündə yerləşən müsəlman qəbirstanlığı. Şuşadakı bir çox qəbiristanlıqlarla yanaşı, şəhərin cənub-şərqində Mirfəsehin kiçik, lakin çox mötəbər qəbiristanlığı var idi. Qəbirstanlıq Mir Möhsün Nəvvabın babası, ilk dəfə orada dəfn edilmiş tanınmış alim, şair və musiqişünas Ağa Mir Faseh Ağanın şərəfinə adlandırılmışdır. Qəbiristanlığı Mir Möhsün Nəvvab abad etdirib. Molla Pənah Vaqif bu qəbiristanlığın yaxınlığında yerləşən Cıdır düzünün yaxınlığında, lap uçurumda dəfn edilib. Nəvvab "Təzkirə" adlı əsərlərindən biri də bu hadisəni təsvir edir. Ağa Məhəmməd şahın öldürülməsindən sonra Qarabağda hakimiyyət İbrahim xanın qardaşı oğlu Mehrəli bəyin oğlu Məhəmməd bəyə keçdi. Vaqifin İbrahim xanla qohumluğundan şübhələnərək, Xan, onu oğlu ilə birlikdə edam etməyi əmr etdi. Onlar Vaqifin göstərişi ilə çoxlu adamların atıldığı Xəznə qayasına "Adam atılan" ("intihar qayası" deməkdir) gətirildi. Onun hüzurunda qayadan ilk atılan oğlunun olacağını bilən Vaqif ağlayıb müqavimət göstərməyə başlayır.
Mirzə Həsən qəbiristanlığı
Mirzə Həsən qəbiristanlığı — Şuşa şəhərinin üç müsəlman qəbrstanlığından biri. Əsası 1840-cı ildə qoyulmuş qəbirstanlığıdır. Şuşanın şimal-şərqindəki qədim qəbiristanlıq Mirzə Həsən qəbiristanlığı adlanırdı. Həmin qəbiristanlıq XVIII əsrin axırları və XIX əsrin birinci yarısında yaşayıb-yaradan şair Mirzə Həsən Mirzə Cəfər bəy oğlu Vəzirovun adı ilə adlandırılıb. Uzun illər Vətən və sevgi həsrətilə Şəkidə yaşamış nakam şair ölümqabağı onu vətəni Şuşada — sevdiyi qızın gəlib-getdiyi yolun kənarında dəfn etməyi vəsiyyət etmişdi. Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra qəbirlər tamamilə dağıdılmışdır. 1840-cı ildə təxminən əlli yaşında həyatdan köçən Mirzə Həsəninin cənazəsi Şuşaya gətirilərək qala divarlarından bir qədər aralıda həmin yolun kənarında dəfn edilib. Bununla da Şuşada yeni bir qəbiristanlıq meydana gəlib və həmin vaxtdan da ona "Mirzə Həsən qəbiristanlığı" adı verilib. Qasım bəy Zakir (1984-cü ildə anadan olmasının 200 illiyi münasibətilə qəbirüstü büstü də qoyulub), Mirzə Camal Cavanşir Qarabaği, şair Mirzə Ələsgər Növrəs, Rzaqulu bəy Cavanşir (Vəzirov), Xosrov bəyə Fuladov və başqa görkəmli şəxslər orada dəfn olunub" Şuşadakı Mirzə Həsən qəbiristanlığında Qacarların ailə qəbiristanlığı yerləşib. Qəbiristanlıq XIX əsrin 50-ci illərində, yəni Şahzədə Bəhmən Mirzə Qacar İrandan Şuşaya köçəndən sonra salınıb.

Digər lüğətlərdə