1. Padşahlıq, hökmdarlıq. Səltənətə keçmək. Səltənət əlindən çıxmaq. Səltənət sürmək.
– …İbrahim xan Qarabağa qayıdanda qardaşı Mehralı bəylə arasında səltənət davası düşmüşdü.
Həddindən artıq təkəbbürlü və lovğa olan şah səltənət adamlarının tələbinə görə özünü daha da təkəbbürlü və qaşqabaqlı göstərməyə çalışırdı.
2. Dövlət, hökumət.
[Müsyö Jordan:] Parij dağılıb, Tülyeri yıxılıb, Fransanın səltənəti pozulub, Kral avara düşüb.
Toğrulun təzədən səltənət başına gətirilməsi üçün xəlifənin də razılığı alınmışdır.
// məc. Var, dövlət, yaxud ən əziz, ən qiymətli şey, adam haqqında.
[Araz:] Sağlamlıq və zəhmət ən böyük səltənətdir.
Gözümün qarası, ciyərimin parası, taxtım, bəxtim, səltənətim, taci-sərim, qönçə gülüm, bülbülüm Ruqiyyə idi, Ruqiyyə.
3. məc. Obrazlı təşbehlərdə: bir şeyin hakim, hökmran, çox bol olduğu yer haqqında. Neft səltənəti. İşıq səltənəti. – Qarşımıza daha böyük bir dağ çıxdı.
Bu dağı da aşdıq; çiçəklər səltənəti deyilməyə layiq bir açıqlığa çıxdıq.
Nə sonsuzdur bu yerlərdə səltənəti qarın, buzun!