SƏNƏD

is. [ ər. ]
1. Bir şeyi, faktı təsdiq, bir şeyə olan hüququ sübut edən rəsmi kağız. Arxiv sənədləri.
– C.Məmmədquluzadənin təsvirinə və tarixi sənədlərə görə o zaman Azərbaycan dilində qəzet çıxarmaq çox çətin məsələ imiş. M.İbrahimov.

2. Təqdim edənin şəxsiyyətini təsdiq edən vəsiqə. Tələbənin sənədlərini yoxlamaq.
– Dərs hissəsi müdiri sənədləri alıb nəzərdən keçirdi, başını qaldırıb onun üzünə gülümsədi. S.Rəhimov.
Axırda qət olundu ki, tədqiqat getsin, Vahidin sənədlərini yoxlatmaq direktora tapşırılsın. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏNƏD SƏNƏD, VƏSİQƏ, KAĞIZ (dan.)
  • SƏNƏD vəsiqə — kağız

Etimologiya

  • SƏNƏD İstinad kəlməsi ilə qohumdur, “istinad edilən” (kağız və s.) mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
SƏNƏ
SƏNƏK

Digər lüğətlərdə