SƏNGƏK is. [ fars. ] Uzun, yastı çörək növü. [Usta] şagirdinin vərdənə ilə yaydığı kündələri kürəyə sərir, tez-tez oda atır, neçə dəqiqə keçməmiş buğlanan səngəkləri qızmar kürədən çıxarırdı. Mir Cəlal. Ertəsi gün səhər tezdən Məmməd bazardan təzə səngəklə pendir aldı. P.Makulu.