SADƏDİL

sif. [ fars. ] Ürəyi sadə, ürəyi təmiz, hiyləbilməz; sadəqəlbli, safürəkli. Sadədil adam.
– Biçarə, sadədil, zavallı aşıq; Danışma bu sözü, danışma artıq. M.Müşfiq.

// Avam, hər şeyə inanan, yazıq.
Sadədil muzdur indi anladı ki, uzunboylu, qarabığlı müsafir xozeyin deyilmiş, oğru imiş. S.M.Qənizadə.
Sadədil qadın Əşrəfin sözlərindən son dərəcə məmnun qaldı. A.Şaiq.

// İs. mənasında.
[Şeyda Məcid əfəndiyə:] Əcəba, qüsur kimdə? …Məcid əfəndidəmi? Yoxsa ondan insaf, mərhəmət uman sadədillərdəmi? H.Cavid.

// Avamlıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SADƏDİL sadədil bax sadəqəlb
  • SADƏDİL sadəlövh — ürəyiaçıq

Antonimlər (əks mənalı sözlər)

  • SADƏDİL SADƏDİL – İNADCIL Sən ki bir sadədil uşaq idin? (Ə.Haqverdiyev); İnadcıl bir uşaq kimi özünü aparırdı (“Ulduz”)
SADƏCƏ
SADƏDİLLİK

Digər lüğətlərdə