SARIMAQ

f.
1. Bir şeyin üzərinə dolamaq. Yumaq sarımaq.
– O əllər … cəhrə dolandırmaqdan, lülə sarımaqdan qabar olub, ağaca dönmüşdü. Ə.Əbülhəsən.

2. İp və s. ilə üstündən, hər tərəfdən dövrələmə bağlamaq. Qutuları sarımaq. Kitabları sarımaq.
// İp və s. ilə başqa bir şeyi üzərinə bağlayaraq bənd etmək.
[Koroğlunu] sonra bir-iki kəndirlə də sarıdılar ata. Koroğlu”.
[Qədiri] dirəyə sarıdılar. Mir Cəlal.

// Sarğı dolamaq, sarğı ilə bağlamaq. Ayağını sarımaq. Başını sarımaq.
– Sınıqçı, Məşədi Əsgərdən üç manat alıb qolunu sarıdı. S.M.Qənizadə.
Hənifə arvadla Gülgəz Səmədin dizinin tikanlarını çıxardıb yarasını sarımışlar… İ.Hüseynov.

3. məc. Bürümək, tutmaq, qaplamaq, çulğamaq.
[Nüşabə:] Sənə qəlbimdə bir iman vardı; Könlümü şübhə, tərəddüd sarıdı. A.Şaiq.

4. məc. Ələ salmaq, dolamaq, araya qoymaq.
Bir başqa tələbə Əsədi sarımaq istədi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SARIMAQ bükmək — bələmək — bağlamaq
  • SARIMAQ dolamaq — tovlamaq — oynatmaq
  • SARIMAQ 1. SARIMAQ (sarğı ilə bağlamaq) Gedək həkimxanaya; Tez sarıyım yaranı (B.Vahabzadə); BAĞLAMAQ Döşümü süngüylə düşmən yaranda; Yenə sən, deyirəm bağla

Omonimlər

  • SARIMAQ SARIMAQ I f. Bağlamaq. Biri yaralanır, o biri yara sarıyır (H.Nəzərli). SARIMAQ II f. Dolamaq, ələ salmaq

Antonimlər (əks mənalı sözlər)

  • SARIMAQ SARIMAQ – AÇMAQ Bu saat gətirim, tənziflə sarıyım (M.İbrahimov); İndicə açacağam, sən ağlama, yaxşımı? (M

Etimologiya

  • SARIMAQ Sarmaşıq, sarılmaq feilləri göstərir ki, kök sar(maq) hissəsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
SARIMA
SARIMSAQ

Digər lüğətlərdə