is. [
ər. ]
1. Elmi və digər təsnifatda: a)
biol. bitki və heyvanların təsnifatında böyük bölmələrdən (şöbələrdən) biri. Sudaquruda yaşayanlar sinfi. Məməlilər sinfi. İkiləpəli bitkilər sinfi.
– Zooloji təsnifata görə bal və ya ev arısı buğumayaqlılar tipinin cücülər sinfindən, pərdəqanadlılar dəstəsinə daxil olan arılar fəsiləsinin bal verən arılar cinsindəndir. R.İbrahimov;
b) mənt. müəyyən keyfiyyətə, xüsusiyyətə malik olan eynicinsli şeylərin məcmusu.
2. Dərəcə, bölgü.
// Gəmilərin, vaqonların, paroxodların və s.-nin quruluş tipindən və təchizatından asılı olaraq bölgü dərəcəsi.
3. İctimai təbəqə, zümrə.
Çexov müxtəsər və qısaca hekayələrdə rus millətinin hər bir sinfinə dair əhvalat yazıb. F.Köçərli.
İki şey lazım olur: ya gərək sən elə bir zat olasan ki, bu söz sənə deyilsin, ya budur ki, sən haman sözü deyən sinifdən olasan. Qantəmir.
Mən əzilən bir sinfin hayqıran; Haqq bağıran sədasından yarandım. M.Müşfiq.
4. İbtidai və orta məktəb şagirdlərinin, oxuduqları dərs ilinə uyğun olaraq bölgüsü. İkinci sinif şagirdi.
– Mirzə Səfərin iki oğlu ədliyyə məktəbinin beşinci sinfində oxuyurdular. Ə.Haqverdiyev.
Aşağı siniflərdə birinci dərslərim pis keçmədi. A.Şaiq.
// Musiqi və rəssamlıq məktəblərində müəyyən müəllimin rəhbərliyi altında məşğələ və ya müəyyən fənn keçən şagirdlər qrupu. Royal sinfi. Heykəltəraşlıq sinfi.
// Məktəbdə dərs keçilən otaq.
Sinif qapıları açılır birdən; Çıxır həyəcanla bir-bir uşaqlar. N.Rəfibəyli.
Bir canlanma, bir şənlik var; Geniş sinif otağında. M.Dilbazi.