Skumbriya
Skumbriya (lat. Scomber) — Xanıkimilər dəstəsinə, Skumbriyakimilər fəsiləsinə aid cins. Bədənlərinin maksimal uzunluğu 64 sm, orta uzunluğu 30 sm təşkil edir.
Yetkin fərdlər kiçik balıqlar və kalmarlarla qidalanırlar. Aralarında hannibalizm yayılmışdır. Onlarla Balinalar, Köpəkbalığı, Delfinlər, Dəniz şirləri və Qutanlar qidalanır.
Avstraliya skumbriyası (Scomber australasicus)
Afrika skumbriyası (Scomber colias)
Yaponiya skumbriyası (Scomber japonicus)
Atlantika skumbriyası (Scomber scombrus)
Skumbriyalar qiymətli sənaye əhəmiyyətli balıqlardır. Onların əti olduqca yağlı olur. Ətinin tərkibi B12 vitamini ilə zəngindir. Xırda sümüklərinin olmaması və dadlı əti onun sənaye əhəmiyyətini artırır.