Fairchild Republic A-10 Thunderbolt II
A-10 Thunderbolt II, quru qoşunlarına yaxın aviasiya dəstəyi vermək üçün xüsusi olaraq hazırlanmış ilk avia platformadır. Orijinal ləqəbi “Warthog” (qısaca: Hog) olsa da, İkinci Dünya Müharibəsində quru qoşunlarına yaxın hava dəstəyi verən Republic P-47 Thunderboltun şərəfinə eyni adı daşıyır.
Amerikanın Fairchild Republic şirkəti tərəfindən istehsal olunan A-10 Thunderbolt II, aşağı hündürlükdə və aşağı sürətdə manevr etməyi bacaran, effektiv vuruş qabiliyyəti olan sadə və etibarlı, hər cür yer hədəflərinə, xüsusilə tanklara və zirehli maşınlara hücum edərək onları məhv edə bilən, iki mühərrikli reaktiv təyyarədir. Soyuq müharibə zamanı Sovet tanklarını və zirehli maşınlarını aşağı uçuşlarda məhv etmək üçün hazırlanmışdır. Buna “Tank Qatili” deyilir. Döyüş meydanlarında 300 m -dən aşağı yüksəkliklərə enə bilər və geniş qanad sahəsi sayəsində yerdəki düşmən elementlərini atəş altında saxlaya bilər. Qısa və xam uçuş-enmə zolaqlarından enmə və qalxma qabiliyyəti Thunderbolta cəbhəyə yaxın ərazilərdə də tamamilə effektiv şəkildə işləməsinə imkan yaradır. Son dərəcə yüksək dayanıqlığa malik olan bir təyyarə olması, təyyarəyə böyük bir döyüş radiusu və uzun müddət döyüş meydanında qalma qabiliyyəti bəxş edir. Sistemi və zirehi sayəsində döyüş meydanlarında sağ qalma ehtimalı son dərəcə yüksəkdir. Zədələnməsinə baxmayaraq pilotun təyyarəni bazaya qaytara biləcək formada dizaynı və yükləmə diapazonu, təyyarənin diqqət çəkən elementləridir.