TİP

[ yun. tynos – nümunə, forma]
1. Şeylərin, hadisələrin məlum qrupuna uyğun gələn nümunə, model və ya variant; forma, növ. Sərnişin təyyarəsinin tipləri. Torpaq tipləri. Kazarma tipində ev.
2. biol. Heyvan və bitki sistematikasında: qohum sinifləri birləşdirən bölgü. Gül bitkilərinin tipi. Buğumayaqlı heyvanlar tipi.
3. İnsanın etnik mənsubiyyəti ilə bağlı olan səciyyəvi fiziki quruluşu, siması. Afrikalı tipi. Monqol tipi. Şərq tipi.
// Sifət, xarici görünüş haqqında. Kəndli tipi. Şofer tipində bir adam.
4. İctimai, peşə, mənəvi və s. xüsusiyyətləri bir cür olan adamlar kateqoriyası, habelə hər hansı belə bir qrupun bariz nümayəndəsi. Gənc kəndli tipi.
– Usta Zeynal tamamilə dolğun, bitkin və parlaq ictimai tipdir. M.İbrahimov.

5. ədəb. və inc. Hər hansı bir insan qrupunun səciyyəvi xüsusiyyətlərini özündə birləşdirən bədii surət. Meşşan tipi. Alim tipi. Komik tip.
6. dan. Adətən qəribə və ya mənfi xasiyyətli adam haqqında. Qəribə tip. Tipin biridir.
[Məhəmməd:] Kolxozumuzun xeyri üçün gərək belə pozğun tiplərə divan tutanda uf deməyəsən! M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TİP forma — nümunə — model
  • TİP surət — obraz
  • TİP tip bax 1. forma 1; 2. surət 1
TİNLİ
TİPÁJ
OBASTAN VİKİ
Tip (biologiya)
Tip: zoologiyada (lat. phylum), botanikada (lat. divisio) bioloji təsnifatın ən yüksək pilləsi. Botanika və zoologiyada ali təsnifat vahidi olub, mənşəcə qohum olan sinifləri özündə birləşdirir. Məsələn örtülütoxumlular və ya çiçəkli bitkilər tipi (Angiospermae) birləpəlilər və ikiləpəlilər sinfini birləşdirir. Buğumayaqlılar tipi (Arthropoda) xərçənglər, hörümçəkkimilər, çoxayaqlılar və cücülər sinfini birləşdirir və s.
Tip (taksonomik kateqoriya)
Tip: zoologiyada (lat. phylum), botanikada (lat. divisio) bioloji təsnifatın ən yüksək pilləsi. Botanika və zoologiyada ali təsnifat vahidi olub, mənşəcə qohum olan sinifləri özündə birləşdirir. Məsələn örtülütoxumlular və ya çiçəkli bitkilər tipi (Angiospermae) birləpəlilər və ikiləpəlilər sinfini birləşdirir. Buğumayaqlılar tipi (Arthropoda) xərçənglər, hörümçəkkimilər, çoxayaqlılar və cücülər sinfini birləşdirir və s.
Tip və Top
"Tip və Top" (alm. Tip und Top‎) — 1974-cü ildə Almaniyada keçirilən FİFA Dünya Kubokunun rəsmi talismanları. Almaniyalı təşkilatçılar talisman kimi iki yeniyetmə əkizə üstünlük verdilər. Tip və Top düz 10.000 digər namizəd arasından seçilmişdi. biri sarışın və dıgəri qarışın olan qardaşların yanaqlarının hər ikisi də qırmızı idi. Onların üzərlərində yazılan "WM" qısaltması isə almanca "Weltmeisterschaft" sözü demək idi və tərcüməsi Dünya Çempionatı idi. Maraqlıdır ki, almanlar bu talisman üçün 7,5 milyon marka xərcləmişdilər.
Tip 63 yüngül tankı
Type 63 yüngül tankı — Norinco Type 63 Çin istehsalı olan suda-quruda hərəkət edən tankdır. 1963-cü ildə istehsalına başlanılıb. SSRİ istahsalı olan PT 76-nın kopyasıdır. WZ211 olaraq da tanınır.
Tip 95 Ha-Qo yüngül tankı
Tip 95 Ha-Qo yüngül tankı (九五式軽戦車 ハ号, Kyuqo-şiki kei-senşa Ha-Qo) – 1930-cu illərin əvvəllərində Yaponiya ordusu üçün hazırlanmış yüngül tank modeli. Çinlə müharibədə və Sakit okean müharibəsi illərində Yaponiya ordusu üçün yararlı hərbi texnika olduğunu sübut etsə də, ABŞ tankları və antitank silahları ilə müqayisədə geridə qalmışdır. Modelin ilk 2 prototipi 1934-cü ildə Mitsubishi şirkəti tərəfindən tamamlanmışdır. 1936-cı ildə kütləvi istehsal olunmağa başlanmışdır. Çində və Yaponiyada sınaqdan keçirildikdən sonra Tip 95 adı ilə standartlaşdırılmışdır. Şirkət modelə Ha-Qo adını versə də, ordu modelə Ke-Qo adını vermişdi. 1943-cü ilə kimi bu tank modelinin 1100-dən çox nümunəsi istehsal olunmuşdur. Modelin gövdəsi və lüləsi pərçimlənmiş konstruksiyadan ibarət idi və qalınlığı 6–14 millimetr arasında dəyişirdi. Tankı idarə edən şəxs yuxarı hissənin sağında, pulemyotçu isə onun solunda dayanırdı. Pulemyotçu 6,5 millimetrlik və sağa-sola dönmə manevrası 35° olan Tip 91 silahdan istifadə etsə də, bu daha sonra 7,7 millimetrlik Tip 97 ilə əvəz olunmuşdur.
Dəyirmi qurdlar tipi
Nemathelminthes (lat. Nemathelminthes) — heyvanlar aləminə aid heyvan tipi. İlk bədənboşluqlu qurdlar da deyilir. Onların daxili orqanları protoselom adlanan ilk boşluqda yerləşmişdir. Bu boşluğun səciyyəvi xüsusiyyəti odur ki, onda xüsusi divar yoxdur. Azərbaycanda dəyirmi qurdlardan 843 növ nematod tapılıb. == Quruluşu və fiziologiyası == Dəyirmi qurdların bədəni silindrik uzunsov, buğumsuz və kirpiksiz olur. Bu orqanizmlərin 80.000-ə qədər növü var. Onlar demək olar ki, bütün ekoloji mühitlərə uyğunlaşmışdır. Bədənin uzunluğu 0.01 mm-dən (bəzi fırlanğıclar) 8.5 m-ə qədər (kaşalotun ciftində parazitlik edən ''Placentonema gigantissima'') dəyişir.
Elementar sirkulyasiya mexanizmlərinin tipləri
Fallik tipli mərasimlər
Fallik tipli mərasimlər — fallus (kişi cinsiyyət orqanının incəsənətdə təsviri) nümayişi ilə keçirilən mərasimlərdir. Qədim və müasir Yunanıstanda, Yaponiyada və Azərbaycanda rast gəlinir. Yaponiyada bu adət Kanamara Matsuri festivalında davam etdirilir. Azərbaycanda Kos-kosa oyunu zamanı Kosanın sümüyə bez parçası dolayaraq fallus şəklinə gətirməsi və buna aid mətnlərdə rast gəlinən məlumatlar oyunun fallik tipli olmasını göstərir. Bu da oyunun bərəkət və bolluq mövzusundan qaynaqlandığını göstərir.
Fil Tippett
Fil Tippett (ing. Phil Tippett; 27 sentyabr 1951, Berkli, Kaliforniya) — ABŞ kinorejissoru, vizual effektlər üzrə supervayzeri və prodüseri. O, Oskar və Emmi mükafatlarını qazanmış və məxluq dizaynı, kukla animasiyası və kompüter tərəfindən yaradılan personaj animasiyası üzrə ixtisaslaşmışdır. Bütün karyerası boyunca o, "Industrial Light & Magic" və "DreamWorks" şirkətlərində işləmiş, 1984-cü ildə özünün "Tippett Studio" şirkətini təsis etmişdir. Onun işləri orijinal "Ulduz müharibələri" trilogiyası, "Yura dövrü parkı" və "Robokop" kimi filmlərdə istifadə edilmişdir.
Harlequin tipli iktiyozis
Harlequin tipli iktiyozis — nadir görünən qalıcı dəri xəstəliyi olub iktiyozis qrupu xəstəliklərdən nonbulloz iktiyozisinin ən ağır növüdür. Yenidoğanların çoxluğu ölümlə nəticələnsədə ancaq bu xəstəliklə doğan və həyatına davam edən insanlar var. Ümumiyyətlə "dərinin yüksək keratinleşməsi" olaraq tərif verilə bilər. Harlequin (Arlekin), İtalyan küçə teatrında "kloun"-a bənziyən güldürən obrazdır. Bu xəstəliklə doğanların üzlərindəki ifadələr bu obraza bənzədiyi üçün bu ad verilmişdir. Bu xəstəliklə doğanların dərilərində qırmızıya çalan rəngdə, paxlavaşəkilli pullar olur. Buna əlavə olaraq göz, ağız, qulaq kimi xarici orqan uzantıları daralmışdır. Yüksək keratinə görə sərtləşən dəri hərəkəti zorlaşdırar və dəri elastik olmadığından çatlıyar və infeksiya halında ölümcül ola biləcək yaralar əmələ gələr. Bu xəstəliklə doğulan körpələrdə göz qapaqları tərsinə olaraq doğar, doğum sırasında gözün qanamasına ya da zərər görməsine yol aça bilər. Dodaqlar quru dəriyə görə çəkilmişdir və klounun gülüşünə bənzər bir görünüş içindədir.
Havay tipli vulkan
Havay tipli vulkan – mərkəzi tipli vulkan qurğusudur; lavaların az qalınlıqlı "qatlarından" və bunlarla laylaşan cüzi miqdarda qırıntal-ovuq materialdan ibarətdir. Qurğu- nun 8° bucaq altında хеyli yasamal yatan yamaclar qalxan görkəmindədir. Vulkanın zirvəsində krater yalımyatar ya- macları olan və bəzən kalderanın ölçüləri qədər geniş nim- çəvari görkəmə malikdir. İşlək vulkanların kraterlərinin dibində lava gölü əmələ gəlir. Havay vulkanları son dərəcə böyük ölçülərə malik olur; hündürlüyü okеan dibi hesaba alınmaqla 4 km, en kəsik 400 km-ə çatır. Bu vulkanlar formaca qalxanvari vulkanlara aiddir.
Həlqəvi qurdlar tipi
Həlqəvi qurdlar (lat. Annelida) — İkitərəflisimmetriyalılar bölməsinə aid tip. Həlqəvi qurdlar bütün qurdlar qrupunun ən yüksək inkişaf etmiş formaları olub, ali qurdlar adlanırlar. Bu qurdlar qazandıqları bir çox əlamətlərinə görə ali onurğasız heyvanların təkamülünün izah edilməsində mühüm yer tutur. Bədən ölçüləri 0.5 mm-dən 2–3 m-ə qədər uzunluqda olur. Onlar dənizlərdə, şirin sularda, torpaqlarda yayılır. 9000-ə qədər növü vardır. == Xarici quruluşu == Həlqəvi qurdların xarici quruluşunda diqqəti cəlb edən əsas əlamət bədənin buğumlu olmasıdır. Bədən az və ya çox miqdarda buğumlardan ibarətdir. Bu buğumluluq, həmçinin daxili hissədə vardır ki, o da arakəsmələr (dissepimentlər) adlanır.
Həşəratda ağız orqanlarının quruluş tipləri
Həşəratda ağız orqanlarının quruluş tipləri— Qidanın müxtəlifliyindən asılı olaraq, həşratda ağız orqanları müxtəlifdəyişikliyə uğramışdır. Bununla yanaşı onlar nə qədər dəyişsələr də və bir-birindən fərqlənsələr də ayrı-ayrı hissələrin quruluşuna və yerləşməsinə görə bir-birinə oxşardırlar. ağız orqanları üst dodaqdan, 3 cüt ağız ətraflarından və dilbənzər çıxıntıdan ibarətdir. Ağız ətraflarında bir cüt çənələr (mandibula) bir cüt alt çənələr (maksilla) və birdə buğumlu alt dodaq aiddir. Təkamül prosesində qidalanma xüsusiyyətindən asılı olaraq həşəratda bir neçə tip ağız orqanları inkişaf etmişdir:gəmrici, gəmirici-yalayıcı, sorucu, sancıcı-sorucu, kəsici-sorucu, yalayıcı. == Gəmirici tipli ağız orqanları == Gəmirici tipli ağız orqanları bərk qida ilə qidalanmağa uyğunlaşan həşəratada inkişaf etmişdir. Bu tip ağız orqanları buğumlanmamış üst çənələrdən, bir cüt buğumlu alt çənələrdən, xaricdən cüt olmayan alt dodaqdan ibarətdir. Ağızın üst hissəsində isə üst dodaq yerləşmişdir. Gəmirici ağız orqanlarında üst çənələr buğumsuz olmaqla yanaşı möhkəmdir, qidanın qoparılmasına və xırdalanmasına xidmət edir. Bu tip ağızlarda üst çənələr yaxşı inkişaf etmişdir.
Həşəratın bığcıqlarının quruluşu və tipləri
Həşəratın bığcıqlarının quruluşu və tipləri — Bığcıqlar və ya antenna həşərat üçün səciyyəvi orqan olub bir cütdür. Həşərat sinifində ancaq bığcıqsızlar dəstəsində bıöcıq yoxdur. Bığcıqlar başda, alının yanlarında, gözlərin arasında yerləşmişdir. Bığcıqlar həşəratın növündən aslı olaraq müxtəlif ölçüdədir. Bədənə birləşən birinci buğum saplaq, ikinci buğum ayaqcıq, qalan buğumlar isə qamçı adlanır. Bığcıqlar adətən çoxlu miqdarda buğumlardan təşkil olunmuşdur.Bəzən biğcıq qisa onların buğumluluğu az olur. Məsələn, milçək və iynəcələrdə bığcıq üç buğumdan ibarətdir. Böcəklərdə adətən 11, pərdəqanadlılarda 12-13 buğum olur. Bəzi həşəratda isə bığcıqlar uzun və çox buğumlu olub, bədənlərindən uzun olur. Məsələn şalalalarda, uzunbığ böcəklərdə bığcıqlar çoxbuğumlu və uzundur.
Java (dəyişən tipləri)
Java proqramlaşdırma dilində, dəyişənlərin tipləri iki yerə bölünür. 1. Primitiv tipli dəyişənlər. 2. Referans tipli dəyişənlər. Primitiv tipli dəyişənlər: Javada səkkiz ədəd primitiv dəyişənlər mövcuddur. Bunlar byte, short, int, long, float, double, boolean və char tipləridir. Bunlardan byte, short, int və long tiplərinin dəyərinə tam ədəd (yalnızca tam rəqəm) vermək olur. float və double tiplərinin qiymətinə kəsrli ədəd (məsələn: 1,3) vermək olur. boolean tipi bir az fərqli olaraq sadecə true (doğru) və false (yanlış) qiymətlərini alır.
Kabellərin tipləri
Kanal səviyyəsinin protokolları kabelin uyğun tipləri ilə əlaqələndirilirlər. Bu protokollar həm də kabel seqmentinin maksimal uzunluğunu müəyyən edirlər. Sizin kompüter şəbəkəniz üçün daha çox uyğun gələn protokolu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, hansı müvafiq kabel tipi istifadə edilməlidir və o, sizin şəbəkə qurduğunuz yer üçün nə qədər uyğun gəlir. Bundan başqa, bu tip kabelin və onunla əlaqəli komponentlərin – şəbəkə platalarının, konnektorların dəyərini, həmçinin bütün bu komponentlərin quraşdırılması üzrə işlərin tələb olunan həcmini nəzərə almaq lazımdır. Həmçinin müəyyən etmək lazımdır ki, verilən tipli hansı sort kabel sizin seçdiyiniz yer üçün daha çox uyğun gəlir. Kabelin sortu kateqoriya, ekranlamanın mövcud olması və naqilin qalınlığı kimi parametrlərdən asılıdır. Kompüter şəbəkəsində istifadə etmək üçün kabelin sortunu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, divarların bütün üzlük panelləri, kommutasiya panelləri və konnektorlar daha etibarlı şəbəkə mühitini təmin etmək üçün verilmiş kabel sortu ilə eyni kateqoriyaya malik olmalıdırlar. Üç əsas kabel tipi vardır: koaksial kabel, burulmuş cüt əsaslı kabel və optik lifli kabel. Koaksial kabel və burulmuş cüt əsaslı kabel elektrik siqnallarını keçirirlər və onların tərkibundə mis naqil olur. Optik lifli kabel işıq siqnallarını keçirir və şüşə və plastmas lifdən ibarətdir.
Kanyon tipli dərələr
Kanyon tipli dərələr- (rus. каньон ing. Canyon) Müəyyən dərəcədə dar dərə tipinə oxşayırlar. Ancaq kanyon tipli dərələrin yamaclarında müəyyən pillələr və ya terraslar əmələ gəlir. Onların mənşəyi kanyonun yamaclarında yerləşən müxtəlif süxurların eroziya prosesinə qarşı davamlılığı ilə bağlıdır. Bu səbəbdən də kanyon tipli dərələrdə pillələr olur. Hal-hazırda dünyada ən böyük kanyon ABŞ-dadır. Həmin kanyon Kolorado çayı üzərindədir. Onun maksimal dərinliyi 2 km-dən çox, uzunluğu isə təqribən 300 kilometrə bərabərdir. Kanyon tipli dərələr Yer kürəsinin başqa sahələrində də vardır.
Kimvr tipli sahil
Kimvr tipli sahil (rus. берег кимврского типа, ing. kimvr type coast) — bəzən buzlağın iştirakı ilə parçalanmış və limanı çox olan, su basmış sahil. Baltik dənizi sahillərində Trave və Oder çayları arasında bu cür sahillər "bodden" adlanır. Körfəzlər adətən dənizdən dyun zonaları ilə ayrılır (Yutlandiya və Şimali Amerika qütb arxipelaqının yerləşdiyi Kimvr yarımadasının şimal hissəsi).
Knidosporidilər tipi
Knidosporidilər tipi (lat. CNIDOSPORIDIA ) — Heyvan qamçılıları yarımsinfinə aid olan tip. == Haqqında == Knidosporidiler — parazit ibtidailərin özünəməxsus qrupu olub, uzun müddət sporlulara aid edilmişdir. Knidosporidiler sporlulardan həyat dövriyyəsinin bir sıra xüsusiyyətlərinə və sporun quruluşuna görə fərqlənir. Onlann sporlarında ikinüvəli amöbvarı rüşeymdən əlavə, bir neçə (1–4) polyar kapsula vardr. Polyar kapsulalar bağırsaqboşluqluların dalayıcı hüceyrələrinə oxşar olub, içərisində spiral şeklində burulmuş sap yerləşir. Bu saplar xaricə atılmaq qabiliyyətinə malikdir. Bağırsaq şirələrinin təsirindən saplar xaricə atılaraq sporu bağırsağın divarına yapışdırır. Burada rüşeym spordan xaricə çıxaraq inkişaf edir. Inkişafın ilk mərhələsindeə knidosporidiler heyvanlann toxuma və orqanlarında parazitlik edən kiçik amöbvari orqanizmləri xatırladır.
Konfidant (personaj tipi)
Sirdaş və ya konfidant (ing. confidant) — uydurmada, protaqonistin sirr verdiyi və inandığı personaj. Sirdaşlar mühüm personajlar arasında və ya əksinə, süjetdə ayrı bir rola malik olmayan obrazlar ola bilərlər. == Rol == Sirdaşlar hər hansı bir süjetdə ikinci dərəcəli rola malik olurlar və adətən protaqanistin sirrlərinə qulaq asan, onun şəxsiyyətini araşdıran və ona tövsiyə verən bir dostu canlandırırlar. Protaqonistin monoloji nitqlərində passiv bir dinləyici rolu canlandırmaq yerinə, sirdaşlar hekayənin davam etdirə və ya izləyicinin reaksiyalarını təmsil edə bilər. Termin rəqəmsal dünyada "PocketConfidant" (azərb. Cib-Sirdaşı‎) adı yaratmaqda istifadə olunub. "PocketConfidant" istifadəçilərin süni intellektin yardımı ilə öz problemlərini və işlərini daha yaxşı anlaması üçün nəzərdə tutulan texnoloji bir markadır. == Tarix == Sirdaşın qərb ədəbiyyatında mövcudluğu Qədim Yunanıstan dramına, xüsusilə də Evripidin əsərlərinə gedib çıxır. Hekuba pyesindəki Aqamemnon personajları və Orest preysindəki Pilad protaqonist üçün bir məsləhətçi, öz şəxsiyyətləri üçünsə bir tərcüməçi rolunu canlandırdıqlarından onlar sirdaş kimi xidmət göstərirlər.
Köməkçi (personaj tipi)
Köməkçi, bəradər və ya saydkik (ing. sidekick) — qeyri-mütləq halda adətən uydurmada, birlikdə səyahət etdiyi şəxsin tabeliyində olan və ya elə qiymətləndirilən yaxın yoldaş və ya həmkar. Tanınmış bəradərlərə Don Kixotun Saço Pansası, Şerlok Holmsun Doktor Uatsonu, Harri Potterin Ron Uizlisi, Şrekin Eşşəyi, Marionun Luicisi, Sonikin Teylzi və Betmenin Robini daxildir. == Mənşə == Köməkçi sözünün kökü olan "Kömək" qədim türk dilindən törəmişdir. Əlavə olaraq, bəradər sözü isə fars dilindən törəmişdir (برادر) və "qardaş" deməkdir. "Saydkik" termini əsrin XIX əsrin axırları və XX əsrin əvvəllərində cibgirlik slenqindən törəmişdir. "Kik" şalvar cibinin ön hissəsinə deyilirdi və ən təhlükəsiz hissə hesab edilirdi. Beləliklə, analoqiyaya görə, "sayd-kik" şəxsin ən yaxın yoldaşı olmuşdu. Tarixdə qeydə alınmış ilk köməkçilərdən biri Gilqameşin müttəfiqi olan Enkidudur. Digər erkən nümunələrə İliada dastanındakı Patrokl və Əhdi-Ətiqdəki Harun daxildir.
Linqvistik tipologiya
Linqvistik tipologiya və ya dillərin morfoloji təsnifatı — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof Avqust Vilhelm Şleqel-Humbolt tərəfindən işlənib hazırlanmış morfoloji dil təsnifatı daha geniş yayılmışdır. Bu təsnifat dünya dillərini dörd tipə bölür: Köklü və yaxud təcrid olunan dillər; Aqlyutinativ (iltisaqi) dillər; Flektiv dillər; İnkorpor edilənlər. == Dünya dilləri tiplərinin əsas xüsusiyyətləri == Birinci tipin xüsusiyyəti ondadır ki, sözlər morfoloji cəhətcə dəyişməz vəziyyətdə olur. Sözlərdə qramatik məna verən affikslər yoxdur. Cümlədə sözlər bir-birindən təcrid olunmuş vəziyyətdə yerləşir. Burada sözlər arasında əlaqə sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm və intonasiya vasitəsilə müəyyən olunur. Məs. qədim çin, yapon və koreya dilləri təcrid dillərdir. Məs. çin dilində sözlər cümlədəki yerlərindən asılı olaraq müxtəlif məna daşıyır.
Lövhəcikkimilər tipi
== Ümumi xarakteristika == Bu tipin yeganə nümayəndəsi Trichoplax adhaerens növüdür. Bu kiçik rəngsiz orqanizm olub tropik və subtropik qurşağın sakit dəniz sularının dayaz yerlərində yayılmış növdür. Onların rasionunu yosunlar (Chlorella), kriptomonadlar (Cryptophyta), göy-yaşıl bakteriyalar (Cyanobacteria: Phormidium inundatum) və digər mikroskobik qida qalıqları (detritlər) təşkil edir. Trixoplastın bədən ölçüləri 2 – 3 mm, qalınlığı 25 mkm olub 3 hüceyrə qatından 4 – 6 tip hüceyrətədən ibarətdir. Trixoplastın hərəkət üsulu amöbü xatırladır: o, substrat üzərində tədrici sürüşərək hərəkət edir, daim özkonturlarını dəyişir. Bədənin aydın görünən ön və arxa hissələri olmadığından o, dönmədən hərəkət istiqamətini dəyişə bilir. == Həzm prosesi == Həzm prosesi hüceyrə kənarında, trixoplastın bədəninin kənarında, substratla onun ventral səthi arasında gedir. Qidalanma zamanı trixoplast əyilir, bədənin mərkəzi hissəsi substrat üzərinə qalxır. Yaranmış qapalı cibdə qidanın həzmi baş verir. Qida məhsulları kirpik hüceyrələri tərəfindən udulur.
Monitor (gəmi tipi)
Monitor (ing. monitor – xəbərdar edici, qoruyucu) — zirehli suüstü döyüş gəmilərinin ilk tiplərindən biri. Sahil rayonlarında və çayda düşmən gəmilərini məhv etmək, sahil boyu yerləşən düşmən obyektlərinə artilleriya atəşi açmaq və s. üçündür. Adı bu tipli ilk amerikan gəmisinin adından götürülmüşdür. İkinci Dünya müharibəsindən sonra aviasiyanın və raket-nüvə silahlarının inkişafı ilə əlaqədar olaraq istehsalı bütün ölkələrdə dayandırılmışdır. Carrico, John M., Vietnam Ironclads, 2007; Brown Water Enterprises. ISBN 978-0-9794231-0-9. Friedman, Norman, U. S. Small Combatants: An Illustrated Design History, 1987; Annapolis: Naval Institute Press. ISBN 0-87021-713-5.
Möhrə (ev tipi)
Möhrə - Azərbaycanda tarixən təşəkkül tapmış ev formalarından biridir. XIX-XX əsrin əvvəllərində Azərbaycanda geniş yayılmış yaşayış evlərinin bir qismini də möhrə tipli evlər təşkil edirdi. Belə evlərin hələ çox qədimdən mövcud olduğunu arxeoloji qazıntılar da təsdiq edir. Etnoqrafik materiallar isə göstərir ki, möhrə tipli yaşayış evləri bəzən 30-40 sm hündürlükdə çay daşından hörülmüş bünövrə üzərində, bəzən də bilavasitə torpaqdan başlayaraq tikilirdi. Möhrə divarların qoyulmasına xalq arasında “möhrə vurmaq” deyilirdi. Möhrə vurmaq üçün “möhrəkeş” adlanan üçbucaq formalı uzun saplı alətdən və şətədən istifadə olunurdu. Bu alətlərin köməyi ilə palçığı kəsib hamarlayır, onu divara vurur və divarı yonub düzəldirdilər. Möhrə divarların vurulması prosesi fasilələrlə davam etdirilirdi. Hər möhrə qatı “kürsü” adlanır, hər kürsünün üstünə isə seysmik məqsədlər üçün nəzərdə tutulan ağac qurşaq (qələmə) verilirdi. Bu qayda ilə möhrə divar 1,8-2,2 metrə qədər ucaldılırdı.
N və P tipli yarımkeçiricilər
N və P tipli yarımkeçiricilər — Keçiricilik qabiliyyəti tənzimlənən silisium və ya germanium, elektron sxem elementlərinin istehsalında istifadə edilir. Yarimkeçirici materiallar, cərəyanı yaxşı keçirməzlər. Əslində nə yaxşı keçirici, nədə yaxşı bir dielektrikdirlər. Çünki valent zonasındakı boşluqların və keçirici zonasındakı sərbəst elektronların sayı məhduddur. Saf silisium və ya germanium mütləq sərbəst elektron və ya boşluq sayı artırılaraq keçiricilik qabiliyyəti tənzimlənməlidir. Germanium və ya silisiumun keçiricilik qabiliyyəti isə ancaq saf materiala aşqar maddəsi əlavə olunması ilə təmin edilir. Aşqar maddəsi əlavə olunaraq yaradılan iki əsas yarimkeçirici material vardır. Bunlara; N-tipli və P-tipli yarimkeçiricilər deyilir. Elektron sxem elementlərinin istehsalında bu iki maddədən istifadə edilir. Silisium və germanium keçiricilik qabiliyyəti idarəli olaraq artırıla bilir.
Nomenklatur tipi
Tip və ya nomenklatur tipi (lat. typus) — (lat. typus nomenclaturalis), — taksonun təsvirinə əsaslanan bioloji təsnifləndirmə elementi. Nomenklatur tipi Ali bitkilər Vienna Code, 2006 Beynəlxalq kodeks Division II. Rules and Recomendations. Chapter II. Status, Typification, and Priority of Names. Section 2.
Pele tipli püskürmə
Pele tipli püskürmə - çox özüllü lava ilə səciyyələnən mərkəzi tipli vulkan püskür­məsi. Lava boğazdan çıxanadək bərkiyir və tıxac əmələ gətirir, sonradan ekstruziv günbəzin üzərində monolit sütun şəklində sıxılıb çıxarılır. Martinika adasında Mon-Pele vulkanı üzərində belə sütünün hündür­lüyü 375 m, diametri isə 100 m olmuşdur. Kanalda toplanmış vulkan qazları vaxt­aşırı yan sahəyə istiqamətlənmiş partlayışla tıxacın altından çıxaraq qazlardan və narın qırıntılı vulkanik materialdan ibarət hərəkətli kütlə - qızmar bulud əmələ gətirir. Kül, qaz və s. qırıntılarından ibarət olan qızmar bulud genişlənərək, vulkanın yamacları boyu 150 m/san. sürətilə yuvarlanaraq, vulkandan 9 km məsafədə olan Sen-Piyer şəhərini tamamilə yer üzündən silmişdir (Mon-Pele vulkanı, 8 may 1902-ci il). Lava Mərkəzi vulkan Vulkan boğazı Ekstruziv günbəz Vulkan Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Poqonoforlar tipi
Siboglinidae (lat. Siboglinidae) — heyvanlar aləminin həlqəvi qurdlar tipinin çoxqıllı qurdlar sinfinə aid heyvan fəsiləsi. Poqonoforlar həmçinin çoxqıllı həlqəvi qurdlarin buynuzkanallılar dəstəsinə aid Riftiya və Vestimentifera cinslərinin aid olduğu fəsilə kimi də tanınır. Uzun xitinli və iki tərəfi açıq xüsusi borucuqlarda yaşayırlar. Sapşəkilli qurdabənzər bədəni 4 şöbədən ibarətdir. 2000-ədək çıxıntısı olur. Suda həll olmuş üzvi maddələrlə qidalanır. Poqonoforlar ayrıcinsiyyətlidir. Dənizlərin 20 m vəya daha dərin yerlərində yaşayır. Qalapaqos adaları sularının 2400 m dərinliyində uzunluğu 3 m-dən çox olan nəhəng poqonoforlar tapılmışdır.
Qladiator tiplərinin siyahısı
Qladiator (lat. gladiator latın sözü olan "qladius"dan götürülmüşdür, mənası qılınc oynadan adam deməkdir.) — Qədim Romada tamaşaçıları əyləndirmək üçün başqa bir qladiatorla, vəhşi heyvanlarla və ya cinayətkarlarla ölüncəyə qədər vuruşan döyüşçüdür. Bəzi qladiatorlar öz həyatlarını təhlükəyə ataraq könüllü döyüşə qatılırdılar. Ancaq qladiatorların əksəriyyətini qullar, əsirlər və cinayətkarlar təşkil edirdi. Qladiator, yaxşı döyüşməsindən və ya ölməsindən asılı olmayaraq, Roma hərb etikasını nümayiş etdirməlidir. Bununla o alqış qazanır. Qiymətləndirmə tamaşaçılardan asılıdır. Bu yüksək də ola bilər, aşağı da. Qladiator döyüşlərinin əsl mənşəyi mübahisəlidir. E.ə.

Digər lüğətlərdə