to1
prep 1. Azərbaycan dilinə yönlük hal şəkilçiləri (-a, -ə, -ya, -yə) vasitəsilə tərcümə edilir, Bu halda aşağıdakı mənaları ifadə edir: 1) istiqamət: to go to school məktəbə getmək; to turn to the right sağa dönmək; The windows look to the East Pəncərələr Şərqə baxır; 2) hərəkətin məqsədini: to the rescue köməyə; to that end bu məqsədlə; 3) qohumluq, xidməti tabeçilik və s.: He has been a good father to them O onlara yaxşı ata olub; secretary to the director direktorun katibəsi; assistant to the professor professorun assistenti; 4) yaxınlıq, təmas: shoulder to shoulder çiyin-çiyinə; face to face üz-üzə; 5) hərəkətin bir kəsin şərəfinə icrasını: We drink to his health Biz onun sağlığına içirik; 2. Hərəkətin, məsafənin, vaxtın, kəmiyyətin və s. həddini bildirir, Azərbaycan dilinə -dək, kimi, qədər sözlərdə tərcümə edilir: from Saturday to Monday şənbə günündən bazar ertəsinədək / ertəsinə qədər; 3. Hərəkətin nəticəsini və yaxud vəziyyətin dəyişməsini bildirir: to bring to poverty kasıblığa gətirib çıxarmaq; to fall to decay / ruin dağılmaq, uçub xarab olmaq; 4. Bir şeyə mənsubluq və ya bir yerə təyin edilməni ifadə edir. to fasten to the wall divara bərkitmək; key to the door qapının açarı; There is an outpatient department attached to our hospital Bizim xəstəxana yanında / nəzdində poliklinika var; 5. Nisbət, müqayisə bildirir: This is nothing to what it might have been Nə baş verə biləcəyi ilə müqayisədə bu heç nədir; Ten to one he will find out it On haldan doqquzunda o, bundan xəbər tutacaq / biləcək; The score was 1 to 3 id. Hesab 1:3 idi; 6. Müşayiət, uyğunluq bildirir: to dance to music musiqiyə uyğun rəqs etmək; He sang to his guitar O, gitaranın müşayiətilə oxudu; 7. Vaxt bildirir: A quarter to three Saat üçə on dəqiqə qalır
to2
part. Azərbaycan dilində felin məsdər formasının əlaməti olan -maq, -mək şəkilçilərinə uyğun gəlir, to read oxumaq; to see görmək